Ardını oxu...
İrəvanla Vaşinqton arasında imzalanan strateji əməkdaşlıq müqaviləsi, həmçinin yeni seçilən ABŞ prezidentinin ölkəsinin təsir imkanlarını genişləndirmək üzrə iddialı planları Donald Trampın Rusiyanın ən ciddi rəqiblərindən birinə çevrilə biləcəyindən xəbər verir.

Referans.az teleqraf.com-a istinadla xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolyov deyib.

Deputat bu vəziyyəti Rusiyanın Cənubi Qafqazdakı maraqları üçün “son dərəcə təhlükəli” adlandırıb və belə razılaşmaların Moskvanın geosiyasi maraqlarına zidd olduğunu bildirib:

“Əlbəttə, bu, Rusiyanın Cənubi Qafqazdakı maraqlarını təhdid edir. Çünki Tramp həmişə yıxılan Bayden deyil, o, indi ABŞ-də hakimiyyətdədir. Tramp Amerikanı böyütmək istəyən bir insandır və bu böyüklük bizə qətiyyən lazım deyil. Ermənistana daxil olması onun mütləq bizim düşmənimiz olacağına dair ilk siqnaldır, yəqin ki, ən ciddisindən.

Ermənistan artıq belə bir müqaviləni imzalayıbsa, onun Rusiyaya qarşı çevrilməsi riskləri var. Yeri gəlmişkən, Blinkenlə yeni dövlət katibi (Mark Rubio) arasında Ukrayna məsələsində konkret fikir ayrılığı yoxdur, ona görə də Trampa bağladığımız ümidləri puç etməyə dəyər. Artıq Tramp deyib ki, Kanada və Qrenlandiya ABŞ-nin bir hissəsidir, çox ciddidir.

Əslində, o, imperiya yaradır. Bu, bizim milli maraqlarımıza kökündən ziddir. Əlbəttə, Ermənistanda NATO bazaları yerləşdiriləcək və qoşunlarımız oradan çıxarılacaq. Bizim hərbi bazalarımız Gümrü və İrəvanda yerləşir. Bu, çox ciddidir. Bütün cənub istiqaməti gücləndirilməlidir”.
 
 
 
Ardını oxu...
ABŞ-nin yeni prezidenti Donald Tramp Çin sədri Si Cinpin ilə telefon danışığını yüksək qiymətləndirib.

TEREF Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Tramp öz "Truth" sosial şəbəkəsində məlumat verib.

O, Vaşinqtonla Pekinin yaxın gələcəkdə bir çox problemləri birgə həll edəcəklərinə ümid etdiyini bildirib.

"Mən indicə Çin Prezidenti Si Cinpinlə danışdım. Söhbət həm Çin, həm də ABŞ üçün çox yaxşı oldu. Mən indidən başlayaraq bir çox problemləri birlikdə həll edəcəyimizi gözləyirəm. Ticarət balansı, fentanil, TikTok və bir çox başqa məsələləri müzakirə etdik. Sədr Si və mən dünyanı daha dinc və təhlükəsiz bir yerə çevirmək üçün əlimizdən gələni edəcəyik”, - Tramp yazıb.
 
Ardını oxu...
ABŞ-nin yeni prezidenti Donald Trampın andiçmə mərasimində Rusiya nümayəndələri iştirak etməyəcək.

Bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“İnauqurasiyada Rusiyanı heç kim təmsil etməyəcək" - o deyib./teleqraf.com
 
Ardını oxu...
“Cənubi Qafqaza maraq böyükdür. Burada həm şimal-cənub, həm şərq-qərb yolları kəsişir. Azərbaycan dünyanın ən strateji nöqtəsindədir. Elə bu səbəbdən, bu bölgəyə Amerikanın və Avropa İttifaqının çox böyük marağı var və onlar buradan Rusiyanı sıxışdırıb çıxarmaq və özləri yerləşmək istəyirlər”.
Bu barədə Bizimyol.info xəbər portalına Elşad Həsənov danışıb. Politoloq qeyd edib ki, Rusiya-Ukrayna müharibəsində Rusiya həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən çox zəifləyib.

“Ermənistan iki ildir ki, KTMT-nin heç bir tədbirində iştirak etmir və orada olan fəaliyyətini dondurub, bununla yanaşı oradan ayrılmaq üçün müraciət də etmir. Ermənistan eyni zamanda Avrasiya İqtisadi İttifaqının da üzvüdür və keçən il təşkilata sədrlik etdi. Ötən il Ermənistanla Rusiya arasında 14 milyard dollar ticari əlaqə də quruldu. Hamı bilir ki, bu ticari əlaqə Ermənistanın iqtisadiyyatının inkişafı yox, Ermənistanın Rusiyanı ona tətbiq olunan sanksiyalardan qorumaq üçün xaricdən alıb satdıqları elektron avadanlıqlardır və Rusiyanın qızıl-brilyantını xarici ölkələrə satmaları nəticəsində əldə edilən pullardır. Bu vəziyyət Ermənistana böyük gəlirlər gətirir.

Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzv olmaq istəyir. Bununla da bağlı Rusiyanın baş nazir müavini Overçuk kəskin fikir bildirdi. Nazir müavini qeyd etdi ki, Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan Avropa İttifaqına üzv ola bilməz. Əgər ora üzv olmaq istəyirsə, bu ittifaqdan çıxmalıdır. Həmin zaman Ermənistan rəhbərliyi bildirdi ki, “yox onlar Avrasiya İqtisadi İttifaqından çıxmaq istəmirlər”. İki tərəfdən də qazanmağa çalışırlar”-deyən politoloq vurğulayıb ki, bu siyasi-iqtisadi oyunları Rusiya da başa düşür və bilir ki, Avropa İttifaqı da gələcəkdə Ermənistanın bu siyasi gedişini dərk edəcək.
 
Ardını oxu...
Yanvarın 14-də ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi müzakirələrə səbəb olub. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Antoni Blinkenin iştirak etdiyi bu tədbir, Vaşinqtonda baş tutub və Dövlət Departamentinin "YouTube" kanalında yayımlanıb.
Saziş, iki ölkə arasındakı ticarət, müdafiə, təhlükəsizlik və digər vacib sahələrdə əməkdaşlığın genişlənməsini nəzərdə tutur.

Mövzu ilə bağlı "Sherg.az"a danışan Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz bildirib ki, bu saziş, əslində, Azərbaycana qarşı yönəlmiş bir razılaşma kimi yox, Rusiyaya və İrana qarşı atılmış bir addım kimi qiymətləndirilməlidir:

"Ermənistan, bu razılaşmanı Azərbaycana qarşı balans yaradacaq, regiondakı nüfuzunu artıracaq kimi təqdim etməyə çalışsa da, əsl məqsəd Rusiyanın və İranın bölgədəki təsirini zəiflətməkdir. Beynəlxalq ictimaiyyət də bilir ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanır. Kimlər arasında və hansı formada razılaşma olursa olsun, bu prinsiplərdən geri dönüş yoxdur. Bununla yanaşı, ABŞ-nin regiona daxil olması və Avropa İttifaqının missiyasının ardınca Cənubi Qafqazda möhkəmlənməsi gələcəkdə bölgədə daha böyük gərginliklərə səbəb ola bilər. Hesab edirəm ki, Birləşmiş Ştatların bölgəyə müdaxiləsinin müvəqqəti deyil, qalıcı olduğunu göstərən bu proses, Rusiyanın regional nüfuzunun azalmasına səbəb ola bilər. Ağ Ev, gömrük, miqrasiya və sərhəd məsələlərini istifadə edərək bölgədə öz təsirini artırmaq istəyir. Rusiya üçün Cənubi Qafqaz uzun illər boyu "arxa bağça" funksiyası daşıyıb və bu vəziyyəti qorumaq istəyir. ABŞ-nin bu bölgəyə qalıcı şəkildə daxil olması Moskvanın strateji mövqelərini zəiflədir və bunu ciddi şəkildə hiss edəcək. Açığı deyim ki, Birləşmiş Ştatların müdaxilə etdiyi bir ölkədə yenidən sülh və sabitlik görünməyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun da dediyi kimi, imzalanan saziş regiondakı mövcud problemləri daha da artıra bilər".

General-mayor əlavə edib ki, bu kontekstdə, Azərbaycan və Türkiyənin "3+3" platforması təklifi daha sağlam və regional həll yollarını nəzərdə tuturdu:

"Haqqında danışdığım platforma, xarici müdaxilələrdən uzaq duraraq, region ölkələrinin öz maraqlarına uyğun sülh və sabitlik yaratmalarını təmin edə bilərdi. Lakin Ermənistan və İran bu təklifə müsbət yanaşmadılar. Əslində, Ermənistanın artıq Qərb ilə yaxınlaşması və ABŞ-nin bölgədəki təsirini artırması onu tədricən "ikinci Ukrayna"ya çevirmək riskini daşıyır. Tarix göstərir ki, bu cür siyasi kurslar əksər hallarda ölkələr üçün təhlükə yaradır. Odla oynayanlar, özlərini yandırarlar. Nəticə etibarilə, ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda fəallaşması, regionun gələcəyini qeyri-müəyyən vəziyyətə salmaqla yanaşı, daha böyük güc mübarizələrinin və qarşıdurmalarının başlanğıcı ola bilər".
Ardını oxu...
Tramp Çinlə bağlı məsələdə Putini ABŞ-ın tərəfini tutmağa razı sala bilməyəcək.
Pekin Universitetinin Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun təsisçisi Van Tszisı bildirib ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya prezidentinin Çinlə münasibətlərindəki mövqeyinin dəyişməsi məsələsində rusiyalı həmkarı Vladimir Putinə təsir göstərə bilməyəcək.
Bu barədə Rusiya mediası yazır.
"Bəzi insanlar, o cümlədən ölkəmizdəki vətəndaşlar ABŞ-ın Çini cilovlamaq üçün Rusiyanı özünə tərəfinə çəkmək istədiyini düşünürlər. Tramp hakimiyyətə gəldikdən sonra Rusiya ilə münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərmi? Çinlə mübarizə aparmaq üçün Rusiyanı öz tərəfinə çəkə biləcəkmi? Düşünürəm ki, bu tamamilə mümkün deyil ", professor cavab verib.
Lakin Van Van Tszisı etiraf edib ki, Tramp Rusiya ilə münasibətlərdə bəzi dəyişikliklər edə bilər, xüsusən də ABŞ prezidenti Moskva ilə diplomatik kanallar qura bilər. Çinli professorun sözlərinə görə, yenə də ABŞ liderinin hərəkətlərinə baxmaq və onun yüksək səslə səsləndirdiyi bəyanatları nəzərə almamaq lazımdır.
Bu yaxınlarda bildirilib ki, amerikalı siyasətçinin andiçmə mərasimindən dərhal sonra Putin və Tramp arasında baş tuta biləcək görüşə hazırlıq tam sürətlə gedir.
 
Ardını oxu...
Ağ Ev Türkiyənin sərhəd təhlükəsizliyi ilə bağlı haqlı narahatlıqlarını anlayır.

Bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi deyib.

Con Kirbi Türkiyənin terror təşkilatı PKK/YPG ilə bağlı danışıqlar apardıqlarını bildirib.

Müşvir qeyd edib ki, ABŞ İŞİD-lə mübarizə kontekstində Suriyada baş verənləri diqqətlə izləyir:

“Orada kiçik hərbi varlığımız var və bu qüvvə yalnız İŞİD-ə qarşı mübarizə məqsədi ilə oradadır. ABŞ administrasiyası Suriyadakı vəziyyətin həssaslığını və bölgədə Türkiyə ilə əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu bilir".
 
Ardını oxu...
 

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.

Musavat.com xəbər verir ki, Kayrat Sarıbay ölkəmizə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi dövründə gəlməsindən məmnunluğunu bildirdi.

Azərbaycanın sədrlik prosesinin uğurla davam etdirildiyini deyən qonaq bütövlükdə Azərbaycanın çoxtərəfli diplomatiyada zəngin təcrübəsinin olduğunu qeyd etdi. Kayrat Sarıbay bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və digər beynəlxalq təşkilatlarda uğurlu sədrliyini vurğuladı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin də bu müstəvidə aparıldığını dedi. O, Azərbaycan tərəfindən konseptual sənədin təqdim olunduğu və bu sənəddə təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın və etimadın gücləndirilməsi üçün geniş sahəni əhatə edən təkliflərin əksini tapdığını bildirdi.

Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın təşkilata sədrliyinin uğurla davam etdirildiyini deyərək, üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, təşkilatın institusional inkişafı və təşkilat çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin bundan sonra da göstəriləcəyini qeyd etdi.

Bu xüsusda gənclər, media, nəqliyyat bağlantıları sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafının önəmi vurğulandı. Dövlət başçısı Azərbaycan tərəfinin bu təşkilata sədrliyə çox məsuliyyətlə yanaşdığını bildirərək, ölkənin öz növbəsində bu formatın daha da möhkəmlənməsi işinə töhfəsini verəcəyinə əmin olduğunu dedi.

Prezident İlham Əliyev Azərbaycanın sədrliyi dövründə nəzərdə tutulan işlərin həyata keçirilməsində Azərbaycanla təşkilat arasında fəal birgə əməkdaşlığın aparılmasının zəruriliyini bildirdi. Dövlət başçısı bu təşkilatın Asiya regionunda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli təsisat olduğunu bir daha diqqətə çatdırdı.

Qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29-un yüksək səviyyədə keçirildiyini, bu tədbirə hazırlıqla bağlı qısa müddət ərzində Azərbaycan tərəfindən böyük işlərin görüldüyünü və COP29 nəticəsində qlobal iqlim gündəliyi ilə əlaqədar çox vacib qərarların qəbul edildiyini vurğulayaraq, bu münasibətlə təbriklərini çatdırdı.

Dövlət başçısı da öz növbəsində COP29-a hazırlıqla bağlı vaxtın az olmasına baxmayaraq, lazımı tədbirlərin görüldüyünü dedi, həmçinin tədbirdə qlobal iqlim gündəliyi ilə bağlı çox əhəmiyyətli qərarların qəbul edildiyini vurğuladı, bu xüsusda yeni maliyyə hədəfi, karbon bazarı və digər məsələlər üzrə önəmli qərarların qəbuluna toxundu.

***

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ardını oxu...
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müdafiə naziri vəzifəsinə namizədi Pit Heqset hesab edir ki, Rusiya, Çin, İran və Şimali Koreyanın hərəkətləri rəsmi Vaşinqtonun dünyada nüfuzunu zəiflətmək üçün birgə yanaşmadan xəbər verir.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun Senatın Silahlı Qüvvələr Komitəsinin üzvlərinin suallarına yazılı cavablarında deyilir.
"Çin, Rusiya, İran və Şimali Koreyanın Ukraynada və başqa yerlərdəki son hərəkətləri ABŞ və onun dünya üzrə müttəfiqlərinin təsirini zəiflətmək üçün onların razılaşdırılmış yanaşmasını nümayiş etdirir. Texnologiya transferləri və materialların satışı bu ölkələrə təhlükədən yayınmağa və ya onlara tətbiq edilən snksiyaların təsirinin azaldılmasına, potensialını artırmağa və hərbi əməliyyatların maliyyələşdirilməsi imkan verib", - Heqset hesab edir.
Onun fikrincə, bu aktorlardan birinin təhrik etdiyi hərbi münaqişə, -ABŞ-ı gücünün məhdud olduğunu qənaətinə gəlinəcəyi təqdirdə, -başqa bir aktorun təcavüzə başlaması üçün fürsət kimi istifadə edilə bilər:
"Strategiyanın əsas prinsipi odur ki, ABŞ-ındüşmənləri bölünmüş vəziyyətdə saxlanılmalıdır".
 
Ardını oxu...
"Kişinyovun anti-Rusiya siyasəti" Moldovanın ya başqa dövlətin tərkibinə daxil olmasına, ya da mövcudluğunu dayandırmasına gətirib çıxaracaq".
Bakupost.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin müşaviri Nikolay Patruşev bəyan edib.
O, “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib ki, Moldovada baş verən enerji böhranının günahı ölkə hakimiyyətinin üzərinə düşür. Patruşev rəsmi Kişinyovu "özünü və xalqını aldatmağa" yox, "səhvlərini etiraf etməyə və vəziyyəti düzəltməyə" çağırıb:
"Mən istisna etmirəm ki, Kişinyovun aqressiv anti-Rusiya siyasəti Moldovanın ya başqa dövlətin bir hissəsinə çevrilməsinə, ya da ümumiyyətlə mövcudluğunu dayandırmasına gətirib çıxaracaq”.
Moldova Xarici İşlər Nazirliyi bu bəyanatı pisləyib:
"Bu cür bəyanatlar ölkəmizin daxili işlərinə qəbuledilməz müdaxilədir və regionda sabitliyi pozmağa yönəlib. Moldova Respublikası vətəndaşlarının iradəsinə uyğun olaraq demokratiya və Avropaya inteqrasiya yolu ilə ardıcıl gedən suveren dövlətdir".
Xatırladaq ki, Moldovanın xarici işlər naziri Mixay Popşoiy bir gün əvvəl bildirmişdi ki, o, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın ölkəsi ilə bağlı bəyanatlarını artıq şərh etmir, çünki bunlar diplomatiyaya aid məsələlər deyil.
 

Dünyapress TV

Xəbər lenti