Ardını oxu...
Vergi borcu olan şirkət daha 2 tenderin qalibi olub.

32gun.az-ın məlumatına görə, hazırda dövlətə 59 min 115 manat 37 qəpik vergi borcu olan "AE UNION" MMC “Dövlət satınalmaları haqqında” Qanunu "çeynəyərək" tenderlərə qatılaraq qalib olub.

Sözügedən MMC "AZƏRSU" ASC-nin Mobil terminal, planşet və printer avadanlıqlarının satın alınması ilə bağlı elan etdiyi tenderdə qalib olaraq 775.555 AZN qazanıb.

"AE UNION" MMC "AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI" ASC-nin Maşın və avadanlıqları tenderində də qalib olaraq 37.424,88 AZN-lik müqaviləyə imza atılıb.

Nizamnamə kapitalı 2000 manat olan şirkətin qanuni təmsilçisi ANAR AĞAYEV ZAKİR OĞLUdur.
Ardını oxu...
Ardını oxu...
Şirkətlə imzalanan sazişdə Azərbaycan hökumətinin "təminatı və öhdəlikləri"nə dəyişiklik edilib, amma hansı dəyişikliyin edildiyi bəlli deyil

Milli Məclis Gədəbəyin Söyüdlü kəndində qızıl istehsalı ilə məşğul olan ““Azerbaijan İnternational Mining Company” şirkətinə daha 3 yataq verən sazişi 8 dəqiqəyə qəbul edib.

Bu barədə məlumatı iqtisadçı ekspert Toğrul Vəliyev öz Telegram kanalında paylaşıb.

İqtisadçı deyir ki, yataqlarla və sazişlə bağlı məlumatlar heç də əlçatan deyil.

İqtisadçı bildirir ki, 1998-ci ildə təsdiq edilmiş "Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl, filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının «Azərqızıl» Dövlət Şirkəti ilə R.V. INVESTMENT GROUP SERVICES, LLC USA arasında saziş"ə 2022-ci ildə dəyişikliklər edilib. Dəyişikliklərlə şirkət ümumi sahəsi 882 kvadrat kilometr olan Qaradağ, Xarxar və Dəmirli yataqlarını da müqavilə sahəsinə daxil edib.

İqtisadçı bildirib ki, rəsmi mənbələrdə dəyişiklik mətni ilə bağlı məlumat yoxdur. Eyni zamanda, Ədliyyə Nazirliyinin hüquqi aktların vahid elektron bazasında da yataqlarla bağlı məlumat yerləşdirilməyib.

Onun sözlərinə görə, yataqlar müvafiq sazişə dəyişiklik edilməklə şirkətə verilib:

“2022-ci ilin iyunun 18-də prezident İlham Əliyevin imzaladığı sərəncama görə "Sazişdə Dəyişiklik” sənədini imzalamaq səlahiyyəti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə verilib. Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində yerləşən tullantıxanada monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə xüsusi komissiyaya da Muxtar Babayev rəhbərlik edir. Sonradan, iyunun 21-də Nazirlər Kabineti müvafiq saziş ilə bağlı bir sıra məsələlər barədə qərar qəbul edib. Qərara görə müvafiq sazişdə "Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri"nə dəyişiklik edilib. Hansı dəyişiklik - bəlli deyil. Bundan sonra isə Milli Məclis 8 dəqiqə ərzində sazişə dəyişikliyi təsdiqləyib, 3 mədəni 8 dəqiqəyə ingilis şirkətinə veriblər. Bununla bağlı hətta Sahibə Qafarova, Sadiq Qurbanov, Səməd Seyidov və Siyavuş Novruzov (8 dəqiqəyə 4 nəfər çıxış edib) çıxış ediblər. İştirak edən deputatların hamısı, 106 nəfər, qanunun lehinə səs verib. Prezident də eyni gündə qanunu təsdiqləyib”.

Abzas Media sazişin təsdiqlənməsi zamanı çıxış edən millət vəkilləri Səməd Seyidov və Siyavuş Novruzovla əlaqə saxlamağa çalışsa da, zənglərimiz cavabsız qalıb.

İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.

Rəsmi şəxslər aksiyadan sonra 5 nəfərin inzibati həbs cəzası aldığını bildirsə də, Bakıda Söyüdlü sakinlərinə dəstək üçün təşkil olunan İşçi Qrupu 11 nəfərin həbs olunduğunu açıqlayıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açılıb. İnzibati həbs olunanların qərarlarında qeyd olunub ki, onlar İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsilə (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ittiham olunublar.

DİN ilk aksiyada zorakılıq göstərən polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparıldığını bildirsə də, sonradan cəzalandırılan polisin olmadığını açıqlayıb.

Baş nazir Əli Əsədov göldə monitorinqlərin aparılması üçün komissiya yaradıb.
 
Ardını oxu...
“Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti mayın 2-dən bəri ilk dəfə bir barel üçün 79 dollara yüksəlib.
Londonun ICE birjasındakı son ticarət əməliyyatlarında (Bakı vaxtı ilə saat 18:14-ə olan məlumata əsasən) “Brent” markalı neftin qiyməti 1,56% artıb.
 
Ardını oxu...
Rusiyada soğanın qiyməti rekord qırdı
Rusiyada soğanın qiyməti 2000-ci ildən bəri ilk dəfə kiloqramı 70 rublu ötüb.

Bu barədə RBC yazıb.

Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi yaxın gələcəkdə qiymət endiriminin gözlənilə biləcəyini bildirib.

Nəşrdə soğanın qiymətinin belə qalxmasını Mərkəzi və Mərkəzi Asiya ölkələrində qışın qeyri-normal soyuq keçməsi ilə əlaqədar məhsul itkisi ilə izah ediblər. Həmçinin qeyd edilir ki, hələ 2022-ci ilin may ayında soğanın qiyməti son 20 ildə rekord qırıb.

"Rosstat"ın məlumatına görə, 2023-cü ilin may ayında Rusiyada bir kiloqram soğan ruslara orta hesabla 73,3 rubla başa gəlib. Eyni zamanda qeyd olunur ki, yazın sonu və yayın əvvəlində soğan digər mövsümi tərəvəzlər kimi həmişə bahalaşır, lakin qiymət monitorinqi başlayandan bəri ilk dəfə olaraq 70 rubl həddini keçib.

Ümumilikdə, son on ildə soğanın qiyməti 30-40 rubl diapazonunda olub və hətta ötən ilin mayında sanksiyalar fonunda tərəvəzin qiyməti 2023-cü illə müqayisədə 29 faiz aşağı olub. \\Redaktor
 
 
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsi xəbər verir ki, 2023-cü ilin ilk 5 ayı ərzində 7 milyard 220 milyon 253 min dollar dəyərində xam neft, 7 milyard 103 milyon 82 min dollar dəyərində təbii qaz ixrac edilib. 2022-ci ilin ilk 5 ayı ərzində isə 8 milyard 58 milyon 720 min dollarlıq xam neft, 5 milyard 994 milyon 793 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, xam neft ixracının dəyəri azalıb, təbii qaz ixracının dəyəri artıb. Diqqəti cəlb edən isə, təbii qaz ixracının dəyərinin xam neft ixracının dəyərinə yaxınlaşmasıdır.

TEREF.AZ yazır ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, dünya bazarlarında baş verən hadisələr bizə də təsir edir:

“2022-ci ilin fevral ayından Ukrayna ətrafında baş verən hadisələrlə bağlı dünyanın enerji bazarları, həmçinin qlobal enerji landşaftı yenidən quruldu. Ona görə qlobal enerji, həmçinin əmtəə bazarlarında qeyri-müəyyən vəziyyət yarandı. Əgər qlobal qaz bazarlarındakı mövcud qiymətlərə nəzər salsaq görərik ki, keçən ilin fevral ayından başlayaraq ilin sonuna kimi təbii qaz qiymətləri kifayət qədər yüksək olub. Avropada 1000 kub metr qazın orta satış qiyməti 300-330 dollar arasında olmuşdusa, ilin sonunda bu qiymət kifayət qədər artdı. Təbii qaz qiymətləri artan dinamika ilə davam etdiyinə görə bizim təbii qaz satışından gəlirlərimiz də kifayət qədər yüksəkdir”.

Z.Vəliyevin fikrincə, gələn il üçün də qaz gəlirlərimizin yüksək olacağı gözlənilir:

“Keçən illə müqayisədə təbii qaz bazarlarında sabitlik var. Həm Avropa İttifaqının, həm Amerika Birləşmiş Ştatlarının, həm də Asiya ölkələrinin yeraltı qaz anbarlarında kifayət qədər qaz həcmləri var. Bu ilin dördüncü rübündə qlobal qaz bazarlarında tələb təklifi üstələyəcək və bu, 3 milyon ton disbalans yaradacaq. 2024-cü ilin birinci rübündə isə 6 milyon ton disbalans yaranacaq. 2024-cü ildə də təbii qaz, həmçinin neft satışından kifayət qədər gəlir əldə edəcəyik. Bu ilin yanvar-may ayı ərzində 13,7 milyon ton neft hasil olunub. Onun 10,6 milyon tonu ixraca yönəldilib. 20 milyard kub metrdən çox qaz hasil olunub. Hasilat həcmlərinin 4,6 milyard kubmetri Avropaya, 4,3 milyard kubmetri Türkiyəyə, 1,9 milyard kubmetri Gürcüstana ixrac olunub. Bu il Avropaya 12 milyard kubmetrə yaxın qaz ixrac ediləcək. İxrac coğrafiyamıza Yunanıstan, İtaliya, Bolqarıstan, Balkan ölkələri daxildir. Bütövlükdə isə, 22 milyard kubmetr ixrac həcmlərimiz olacaq. Satış həcmlərindən kifayət qədər gəlir gözlənilir. Yaxın 10 ildə dünya bazarında təbii qaz qiymətləri artan dinamika ilə davam edəcək. Təbii qazdan əldə etdiyimiz gəlirlər əvvəlki illərdə neftdən əldə etdiyimiz gəlirləri kompensasiya edəcək”.


Enerji məsələləri üzrə ekspert İlham Şaban isə düşünür ki, bu rəqəmlər reallığı əks etdirmir:

“Mühasibatlıq əməliyyatları nəticəsində qaz gəlirləri neft gəlirlərini üstələyir. Çünki, ötən il 2022-ci ilin nəticəsinə görə, Dövlət Gömrük Komitəsi qazın faktiki ixracından 3 milyard kubmetr aşağı bəyan edib. Cari ildə isə onu həcmlərin üzərinə gəlir. Ötən ilin göstəricilərinə baxdıqda da görmək olar ki, bu dördüncü rübdən başlayaraq belədir. Ondan öncə real ixrac həcmləri ilə bəyan edilmiş həcmlər arasındakı fərq çox kiçik idi. Fərqi Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Energetika Nazirliyinin aylıq hesabatlarında da görmək mümkündür. Amma yenə də qaz gəlirləri qalxacaq. Çünki neft hasilatımız azalır. Bu səbəbdən, qaz gəlirləri arta bilər”.

İqtisadçı Xalid Kərimli isə bildirir ki, bu il daha çox qaz ixrac etmişik:

“Qaz gəlirlərinin neft gəlirlərinə yaxınlaşmasının səbəbi Azərbaycanın qaz hasilatını artırmasıdır. Neft hasilatı isə yavaş-yavaş aşağı düşür. Neftin qiymətlərində də enmələr müşahidə olunur. Həmçinin qaz qiymətləri də azalıb. Eyni zamanda, Azərbaycan bu il daha çox qaz ixrac etməyə başlayıb. Yaxın 5 ildə Avropaya qaz ixracı 2 dəfəyə qədər artacaq”.

X.Kərimlinin sözlərinə görə, gələcəkdə qaz gəlirləri daha da artacaq, hətta neft gəlirlərini keçəcək:

“Ölkənin 90-92 faiz gəlirləri neft və qazdandır. Gələn gəliri əməkhaqqılara, cari xərclərə - orduya, silaha, işğaldan azad olunmuş ərazilərin bərpasına, investisiya xərclərinə istifadə edirik. Amma yaxın gələcəkdə böyük neft yataqları tapılmasa neft hasilatı tədricən azalan templə gedəcək. Çünki köhnə neft yataqları uzun illər əvvəl kəşf edilib və onlarda da hasilat getdikcə azalır. Amma qaz hasilatının yaxın 5 ildə artırılacağı gözlənilir. Bu səbəbdən qaz gəlirləri neft gəlirlərini keçə bilər. Amma burada qiymətlərin də təsiri var. Qiymətlər hazırda dünyadakı baş verən hadisələr fonunda dəyişir. Həm də alternativ enerji mənbələrinin ənənəvi enerji mənbələrini nə dərəcədə əvəzləməsi də qiymətləri formalaşdırır”.
 
Ardını oxu...
Bahalaşmanın yeni dalğası: Qiymətlər 2 dəfə artacaq

“Mən yazın əvvəlində də qeyd etmişdim ki, bu il keçənilki mövsüm qiymətlərini müşahidə edə bilməyəcəyik”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib.

O, bu il soğan və kartofun qiymətində artımın olacağı ilə bağlı səslənən iddialara münasibət bildirib.

A. Nəsirli söyləyib ki, keçən il kartof yayda 25-30 qəpiyə düşmüşdüsə, bu il biz bu qiymətləri görə bilməyəcəyik:

“Çünki ölkə bazarlarında bütün qiymət nomenklaturası keçən ilə nisbətən 2 dəfə çox bahalaşıb. Ümumi bahalaşma fonunda kənd təsərrüfatı məhsullarının mövsümdə keçənilki göstəriciləri nümayiş etdirməsi mümkün deyil. Bu təbii və gözlənilən idi. Bu barədə məlumat vermişdik.

Bu il kartofun qiyməti 50-60 qəpiyə düşə bilər ki, ondan aşağısını gözləmirəm. Məsələn, Xaçmaz pomidorunun kilosu 1 manat-80 qəpik arasında olacaq və düşməyəcək. Amma keçən il biz pomidorun mövsümündə 30-40 qəpiyə alırdıq. Keçən il qarpız 20-25 qəpiyə qədər ucuzlaşdı, amma mən bunu bu il gözləmirəm. Uzaqbaşı, qarpızın qiyməti 40-45 qəpik arasında olacaq”.

İqtisadçı əlavə edib ki, bunun səbəbi bazarda olan əmtəə nomenklaturasının qalxması ilə bağlıdır:

“Nəticədə biz keçənilki qiymətləri bu il görə bilməyəcəyik. Digər tərəfdən, iddia olunur ki, bu il kartof-soğanın qiyməti bahalaşa bilər ki, mən buna inanmıram. Kartof-soğanın qiyməti nəinki yay, hətta payızda belə bahalaşmayacaq. Çünki həmin məhsul Azərbaycanda yerli tələbatı tam ödəyəcək qədər istehsal edilir. Qışın sonunda cüzi qiymət artımı hər il olduğu kimi bu il də olar”.

Onun fikrincə, burada idarəetmə problemləri də özünü göstərir:

“Çünki dekabr-yanvar aylarında ölkədən ifrat dərəcədə soğan ixrac olunur. Qonşu ölkələrdə soğana tələbat yaranır deyə biz də onu ixrac edirik və ölkədə ehtiyat qalmır. Nəticədə təklif azaldığına görə tələb də artır ki, bu da qiyməti qaldırır. Kartof da eyni performansı göstərir, sadəcə olaraq, hökumət bu məsələni idarə etməlidir. Təəssüf ki, Azərbaycanda kənd təsərrüfatı sektorunun tənzimlənməsi prosesi ilə hökumət mütəmadi şəkildə məşğul olmur. Onlar müəyyənləşdirə bilmirlər ki, bu il kartofun məhsuldarlığ nə qədər olacaq, yaxud ölkədə nə qədər kartof və soğan istehsal olunub?!

Mütəxəssis aydınlaşdırb ki, bunu dəqiqləşdirmək və yerli tələbatı müəyyən etmək lazımdır:

“Yerli tələbatdan artıq nə varsa, o qədər də ixraca imkan vermək lazımdır. Tutaq ki, Azərbaycanda soğana tələbatın illik norması 1 milyon tondur. Bizdə də qoy istehsal olunsun milyon yarım yon. Biz 500 min tonun ixracına icazə verə bilərik. 500 min tondan sonra isə ixraca kvota, yaxud embarqo qoyulmalıdır ki, ixrac əngəllənsin və yerli bazarda vəziyyət sabit qalsın.

Hesab edirəm ki, dekabr-yanvar aylarında soğan ixracatına 2 aylıq müəyyən məhdudiyyətlər qoyulsa, biz fevral-mart aylarında bahalaşmanı müşahidə etməyəcəyik. Apreldə isə təbii ki, payızda əkilən soğan artıq yetişir, bazarlarda görünür və bu, qiyməti tənzimləyir. Əslində, hökumət bütün məhsullar üzrə bazar müəyyən vasitələrlə bazarı tənzimləməlidir. Lakin çox təssüf ki, bu məsələdən hələ də ölkəmizdə istifadə edilmir”.
 
Ardını oxu...
“BMT-nin baş katibi Antoniu Quterreşin sözlərinə görə, taxıl müqaviləsi 2022-ci ilin mart ayı ilə müqayisədə ərzaq qiymətlərinin 23% ucuzlaşmasına səbəb olub”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Fərxan Haq bildirib.

“Baş katib və onun komandası artıq əldə edilmiş irəliləyişə əsaslanmağa tam sadiqdir və bu istiqamətdə geniş oyunçularla daimi əlaqə saxlayır”-deyə, o bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə taxıl sövdələşməsi, əsirlərin mübadiləsi və Ukraynanın NATO üzvlüyündə dəstəyini müzakirə etməyi planlaşdırdığını bildirib.
 

Ardını oxu...
"Azərbaycan Dəmir Yolları" QSC-nin barəsində cərimə protokolu yazılıb.

DİA.AZ xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 499.1.1-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması, on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Elməddin Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
 
Ardını oxu...
“Taxıl müqaviləsinin uzadılması üçün heç bir əsas yoxdur”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Moskva bütün gəmilərin öz missiyasını uğurla yerinə yetirməsi və Qara dənizi vaxtında tərk etməsi üçün lazımi səyləri göstərir”, - deyə qurumdan əlavə edilib.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla, üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Qeyd edək ki, daha öncə iki dəfə 60 gün müddətində uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq.
 
Ardını oxu...
2023-cü ilin yanvar-aprel aylarında Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana ətir və tualet suyu ixracı miqdar ifadəsində 2,4% - 78,4 tonadək azalıb, pul ifadəsində 41,5% artaraq 5,387 milyon avroya çatıb.

Bu barədə Avropa İttifaqı Statistika İdarəsi (Avrostat) bildirir.

Aprel ayında qeyd olunan məhsulların Azərbaycana tədarükü 18,1 ton (ildən ilə 14,6% azalma), onların dəyəri - 1,328 milyon avro (artım 7,1%) təşkil edib.

Hesabat dövrü ərzində ixracatçılar arasında pul ifadəsində Almaniya lider olub (0,594 milyon avro, azalma 3,1%).

Həmçinin, bu ölkə Azərbaycan bazarına ətir və tualet suyu tədarükü üzrə pul ifadəsində və cari ilin ilk dörd ayının yekunlarına görə (2,693 milyon avro, ildən ilə artım 53,5%) lider mövqedədir. Onun ardınca Fransa (1,187 milyon avro, artım 46,5%) gəlir.

O cümlədən, cari ilin yanvar-aprel aylarında Belçika, İspaniya, İtaliya, Lüksemburq, Niderland, Polşa, Portuqaliya və Slovakiya kiçik həcmlər tədarük edib.

Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana ətir və tualet suyu tədarükünü 2021-ci illə müqayisədə 2,7% - 306 tonadək artırıb. Pul ifadəsində ixrac 60,2% artaraq 16,992 milyon avroya çatıb. (İnterfaks-Azərbaycan)
 
 
 

Dünyapress TV

Xəbər lenti