Ardını oxu...
Son aylar Azərbaycanla Avrasiya İqtisadi İttifaqı(Aİİ) arasında əməkdaşlığın mümkün möhkəmləndirilməsi ilə bağlı tədbirlərin sayının kəskin şəkildə artması ilə yadda qaldı.
Qeyd etməyə bilmərəm ki, bir qrup həmfikirlərlə birlikdə Azərbaycanın Aİİ-da iştirakı ideyasının kökündə dayanan bu sətirlərin müəllifi üçün çox xoşdur ki, bizim ideyalar qəbul olunur və praktiki müstəvidə tətbiq edilir.
Azərbaycanın Aİİ-na daxil olması lehinə arqumentlərimi təqdim edirəm:
1. Xarici iqtisadi prioritetlər. Rusiya ilə - quruda, Qazaxısatanla - dənizdə qonşuluğumuz. İqtisadi əlaqələrimiz kifayət qədər dayanıqlıdır. Rusiya idxal üzrə əsas tərəfdaşlarımızdandır
(18 %). İxracatda - Rusiya 3-cü yerdədir, lakin qeyri-neft sektoru üzrə RF əsas ixrac bazarımızdır. 2022-ci ildə Qazaxıstanla ticarət dövriyyəmiz 4,5 dəfə, Rusiya ilə 24 % artmışdır.
2. Ötən il ölkəyə xaricdən köçürülən 3,6 mlrd. ABŞ dollar həcmində vəsaitin 80 %-dən artığı(təqribən 3 mlrd. ABŞ dolları) Ruisiyanın payına düşür. Bu isə 2022-ci il dõvlət büdcəsində nəzərdə tutulmuş gəlirlərin təxminən 20 %-nə bərabərdir. Eyni zamanda nəzərə alaq ki, əmək haqqı və bir sıra digər mənbələrdən fərqli olaraq, pul köçürmələri vergi və başqa yığım təzyiqlərinə məruz qalmır.
3. Fikrimcə, Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin digər dövlətlərdən respublikamıza göndərilən pul köçürmələrini 5 dəfə üstələməsi və bu göstəricinin ölkəmizin bütöv qeyri-neft ixracatının həcminə təqribən bərabər olması bizi məhz hansı ölkənin əsas xarici iqtisadi tərəfdaşımız olması barədə düşündürməyə bilməz.
4. Azərbaycanın Aİİ-na daxil olması nəticəsində Azərbaycan şirkətləri müxtəlif məhsullara tətbiq edilən idxal rüsumlarından azad olunaraq mənfəətlərini xeyli dərəcədə artıra bilərlər. Bu, o cümlədən, metal, agac, taxıl məhsullarına aid edilə bilər. Taxıllla bağlı məsələnin sosial-iqtisadi amil olaraq xüsusi həssaslığınî nəzərə alaraq, onu, zənnimcə, xüsusi ilə qeyd etmək lazımdır. Belə ki, ölkəmizin Aİİ-na üzv olması respublikamızda taxıl qiymətləri və Azərbaycan bazarının taxîl təminatı problemlərinin kökündən həllinə şərait yarada bilər.
Bu Azərbaycanın Avrasiya İqtisadi İnteqrasiya prosesində iştirakının lehinə olan tutarlı arqumentlərin yalnız bir hissəsidir. Bununla yanaşı, zənnimcə, bu məsələnin qoyuluşunun aktuallığı tədricən yalnız artacaq!
Elşad Məmmədov
Teref.az
 

    

Ardını oxu...
Bakıda mənzil bazarında qiymət artımları nisbətən səngiyib. Xüsusən, daha bahalı mənzillərdə. Belə ki, 150 min manatadək olan mənzillərin qiymətində oktyabrda 2 faiz, 150-250 min manat qiymət aralığında təklif olunan mənzillərdə isə 1 faiz bahalaşma olub. Avqustda bu artım müvafiq olaraq 6 və 5 faiz olub.

Mənzil bazarında tələb aşağı olsa da, qiymətlər əvvəlki kimi əl yandırır.

Mövzu ilə bağlı açıqlama verən əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, bahalaşma həm yeni, həm də köhnə tikili binalarda müşahidə olunur:

“Mənzillərin satışı mövsümi xarakter daşıyır - avqustun sonu, sentyabr və yanvar aylarında daha çox satılır, may ayına doğru satışlar sürətlənir. Yayın ilk iki ayı nisbi sakitlik olur. Mənzillər daha çox kreditlə satılır. Həmçinin banklar ipoteka kreditləri verməyə başlayanda əmlak bazarında ciddi canlanma baş verir”.

E.Fərzəliyev qeyd edib ki, son bir neçə ildə satılan mənzillərin əksəriyyəti kreditlə satılıb:

“Tikinti materiallarının qiymətində kəskin artımlar var. Tikilən binaların əksəriyyəti pilot layihələr üzərindədir. Köhnələri söküb, onun yerinə yeni bina tikirlər. İstismar müddəti bitmiş köhnə binaların qiyməti artıb. Bu da tikinti şirkətləri üçün sərfəli deyil. Mənzil sahibləri ilə tikinti şirkətləri arasında daim münaqişələr baş verir ki, bu da prosesi uzadır və mənzillərin satış qiymətinə təsir edir.

Azərbaycandakı əmlak alıcılarının əksəriyyəti birincini deyil, ikinci, üçüncü və ya dördüncü evini alan adamlardır. Kapital kimi saxlayır, kirayə verirlər. Bu məsələlərə görə bizdə əmlak bazarı işləyir. Ancaq çoxkvadratlı, 4-5 otaqlı mənzillərə maraq artıq azalıb”.

Ekspert əlavə edib ki, əmlak qiymətləri insanların alıcılıq qabiliyyəti ilə üst-üstə düşmür:

“Minimal və orta əməkhaqqı ilə yaşayan insanlar üçün çox çətindir. Təklif yüksək olsa da, alıcılıq qabiliyyəti düşüb. Bakının bir çox ərazilərində binaların söküləcəyi ilə bağlı anons verilib. Sürətlə sökülməsini istəyiriksə, mütləq şəkildə satışlarla bağlı müəyyən qanunlarda dəyişikliklər olmalıdır. Tikilməkdə olan mənzillərin, çıxarışı olmasa belə, onlar ipoteka predmetinə çevrilməlidir ki, şirkət də tikə bilsin. Şirkət satdığı mənzillərin hesabına tikə bilir. Sata bilməsə, işi yarımçıq qalacaq.

Satış üçün münbit şərait yaratmaq lazımdır. Tək Azərbaycan vətəndaşları üçün yox, xarici ölkə vətəndaşlarını da cəlb etməliyik. Türkiyədə əmlak alıcılarının böyük qismi digər ölkələrin vətəndaşlarıdır. Hər il Türkiyədə azı yüz mənzil Azərbaycan vətəndaşları tərəfindən alınır. Biz də bunu hansısa formada təşkil etsək, pullar bizə axar, əmlak sektoru inkişaf edər. Qiymətlərin artmasının tərəfdarı deyiləm. Çöküş də kapitalların çökməsinə və ölkə iqtisadiyyatına mənfi təsir edər. Alıcı qüvvəsini cəlb etmək üçün sərfəli satışlar həyata keçirmək lazımdır”.

İqtisadçı-ekspert Eyyub Kərimli isə əlavə edib ki, Ukraynada gedən proseslər mənzil bazarında tələbin artmasına təsir göstərir:

“Hər bir iqtisadi prosesdə qiymətlər tələb-təklif əsasında formalaşır. Ukraynada gedən proseslər mənzil bazarında tələbin artmasına təsir göstərir. Belə ki, tikinti materiallarının əksər hissəsi, əsasən, Rusiyadan idxal olunur. Bu da mənzillərin maya dəyərinin və nəticədə yekun qiymətinin artmasına gətirib çıxarır. Hesab edirəm ki, mənzil bazarında qiymətin tənzimlənməsi üçün geniş ipoteka proqramlarının həyata keçirilməsinə daha böyük ehtiyac var.

Həm dövlət, həm də mənzil tikintisi ilə məşğul olan müəssisələr tərəfindən yaxşı olar ki, geniş ipoteka proqramı, daxili kreditləşmə proqramları həyata keçirilsin. Bu, mənzil bazarında tələbin artmasına səbəb ola bilər”.

E.Kərimli qeyd edib ki, mənzillərin investisiya aləti kimi istifadə edilməsi onların qiymətinə təsir edən amillərdəndir:

“Mənzil bazarına müəyyən qeyri-təbii amillərin təsirini də çox görürük - məsələn, insanlar mənzillərdən investisiya məqsədilə istifadə edirlər. Bir nəfər bir neçə mənzil alır, sonra tikintisinin başa çatmasını gözləyərək satış edir. Qiymətlər enəndə də investisiyanı itirməmək üçün gözləyir, qiyməti salmır. Bu da sözsüz ki, mənzil bazarına müəyyən təsirlər göstərir.

Bu baxımdan, dövlət bu sahədə müəyyən stimullaşdırıcı, pilot layihələr həyata keçirməlidir. Hazırda bizdə böyük sahəli mənzillərin tikilməsi cəlbedici deyil. Yaxşı olar ki, gələcəkdə ekonom formatında mənzillərin tikilməsinə geniş yer verilsin. Bu sahədə müəyyən araşdırmaların aparılmasına ehtiyac var. Hədəfli mənzillər tikilməlidir”.
ipoteka.az
 
 
 
Ardını oxu...
Hazırda un və çörək çatışmazlığı problemi ilə üz-üzəyik.

APA xəbər verir ki, bu barədə İran İslam Şurasının (Parlament) Urmiyadan olan millət vəkili Seyid Salman Zakir bildirib.

Millət vəkili un və çörək çatışmazlığı ilə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, hazırda un və çörək çatışmazlığı problemi ilə üzləşiblər və fermerlərin 40 faizi - 400 min milyard rial buğda məhsuluna borcu hələ də ödənilməyib.

Deputat vurğulayıb ki, kənd təsərrüfatı təyinatlı torpaqlarının paylanması problemi yeni təyin edilmiş nazir Məhəmmədəli Nikbəxtin planlarında nəzərə alınmayıb: “Təəssüf ki, fermerlərin tələbatlarının ödənilməsinə, onların problemlərinə, suvarma məsələsinə diqqət yetirilməyib”.
 
Ardını oxu...
Azərbaycanda şəkər tozunun qiymətinin bahalaşması barədə məlumatlar yayılıb.

TEREF.AZ trend-ə istinadən xəbər verir ki, satıcılar şəkərə tələbatın artması mövsüm ilə əlaqəli olduğunu bildiriblər.

Qış fəslinə hazırlıq görmək üçün insanlar kompot, mürəbbə bişirmək üçün şəkəri kisə ilə alır. Bu da qiymətə təsir edir. Artıq 15 gündür ki, qiymətlər bir kiloqrama 10 qəpik artıb. Belə ki, bir neçə gün əvvəl kiloqramı 1,60 manata olan şəkər tozu hazırda 1,70 manata satılır.

Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, şəkər tozunun qıtlığı müvsümü amillərlə bağlıdır.

"Hazırda meyvənin bol vaxtıdır. Sahibkarlıq subyektləri və insanlarımız qışa hazırlıq məqsədilə kompotlar, mürəbbələr və digər şirniyyat vasitələri hazırlayırlar. Bu da şəkər tozuna tələbatı artırır. Marketlərdə şəkər tozunun qıtlığı yaşanır"

Ekspert bildirib ki, bu ilin beş ayında ölkəmiz şəkər tozunun ixracatında artırıb.

"Bu da onu deməyə əsas verir ki, ölkəmizdə şəkər tozunun təminatında problem yoxdur. Ümumi götürsək dünyada şəkər tozunun qiymətində bahalaşma müşahidə olunur. Belə ki, şəkər qamışı və tozunun böyük istehsalçıları olan Hindistan, Misir ixraca müəyyən məhdudiyyətlər tətbiq ediblər. Bunun əksinə olaraq böyük şəkər tozu ixracatçısı Braziliya ixracatı artırıb. Yaxın aylarda şəkər tozunun qiymətinin stabilləşməsinin şahidi olacayıq", - deyə o qeyd edib.
 

Ardını oxu...
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi Azərbaycanda 2022-ci ilin yanvar-may aylarına nisbətən 13.1 faiz təşkil edib. Qeyd edilib ki, bu 2022-ci ilin maksimum zirvəsi olan 13.9 faiz səviyyəsindən 0.8 faiz bəndi aşağıdır. Yəni 2023-cü ilin may ayında ölkə ərazisində 0.4 faizlik aylıq deflyasiya qeydə alınıb. Ötən ilin may ayına nisbətən istehlak qiymətləri indeksi 11.5 faiz təşkil edib.
Deflyasiya nədir?
DİA.AZ-ın məlumatına görə, iqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, deflyasiya iqtisadiyyatda məhsul və xidmətlərin qiymətlərinin ümumi azalmasıdır, başqa sözlə qiymət artımlarını təcəssüm etdirən inflyasiyanın güzgü effektidir. Beləliklə, deflyasiya həm də zaman keçdikcə milli valyutanın alıcılıq qabiliyyətinin yüksəlməsilə xarakterizə olunan prosesdir. Onun sözlərinə görə, əmtəə qiymətlərinin enişi və pulun alıcılıq qabiliyyətinin yüksəlməsi ilk baxışdan yaxşı bir şey kimi görünsə də, lakin bu, heç də həmişə belə olmur. Çünki iqtisadiyyat gözləntilər əsasında formalaşır və insanlar qiymətlərin aşağı düşdüyünü hiss etdikdə sonradan daha ucuz almaq ümidi ilə alışlarını ertələyir, pullarına qənaət etməyə çalışırlar.

“Birinin xərci digərinin gəliri olduğundan, bu da biznesi potensial gəlirdən məhrum etməklə istehsalda durğunluğa səbəb ola bilər. Müasir təsərrüfatçılıq da təkcə istehsalla məhdudlaşmadığına görə, deflyasiyanın maliyyə sisteminə də təsirləri nəzərə alınmalıdır. Xüsusən, əvvəlki dövrdə borclananlar deflyasiya zamanı daha artığını ödəmək məcburiyyətində qalır. Məsələn, bir il öncə “X” həcmdə aldığımız məhsulun dəyəri qədər borc götürdüyümüzü və bu müddətdə qiymətlərin 2 dəfə azaldığını fərz etsək, deməli, borcumuz üçün ödədiyimiz vəsait “2X” həcmində məhsul dəyərinə bərabər olacaqdır. İnvestor nöqteyi-nəzərindən isə, deflyasiya qiymət artımları perspektivinə sərmayə qoyan bazar iştirakçılarının zərərə məruz qalması ilə də nəticələnə bilər. Yəni, tunelin sonunda görünən işıq heç də həmişə tunelin çıxışına deyil, bəzən gələn qatara da işarə edə bilir. Bu baxımdan, onilliklər ərzində iqtisadçılar arasında ən əsas problemlərdən biri hesab olunan deflyasiya həm də ciddi araşdırma mövzusuna da çevrilib”- deyə Musayev izah edib.

İqtisadçı deyir ki, deflyasiyanın potensial (müsbət və mənfi) təsirlərini qiymətləndirmək üçün öncə onun səbəblərini təhlil etmək lazımdır. Klassik anlamda deflyasiya əsasən monetar və məcmu tələbin azalması, həmçinin istehsal və məhsuldarlığın artması kimi səbəblərdən baş verə bilər. Monetar deflyasiya dövriyyədəki pul və ya tədiyə vasitəsi olan digər maliyyə alətlərinin azalması nəticəsində yaranırsa, məcmu tələbin azalması çox böyük psixoloji təsirlə birbaşa iqtisadiyyatın daralmasına səbəb olur. İstehsal və məhsuldarlığın artması isə, deflyasiyanın “yaxşı” səbəblərindən hesab edilə bilər. Çünki bu daha çox texnologiyanın inkişafı və əməliyyat təkmilləşdirmələri hesabına baş verir. Bu zaman isə, biznes daha səmərəli fəaliyyət göstərir.

“Son bir neçə on illikdə texnoloji təkmilləşdirmələr kompüter, informasiya texnologiyaları sahəsində ciddi irəliləyəşlərə səbəb olmaqla, məhsulların orta qiymətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Məsələn, ABŞ-da 50-ci illərdə 1 terabayt diskin qiyməti milyard dollarla ölçülürdüsə, indi bu qiymət bir neçə dollara bərabərdir. Elə üçüncü minillikdən bəri dünya üzrə inflyasiyanın aşağı olmasının da əsas səbəblərindən biri sənaye məhsuldarlığının artması və texnologiyanın inkişafı oldu. Texnoloji yüksəliş istehsal xərclərini endirməkdən əlavə, internet vasitəsilə informasiya və reklam qiymətlərini də əhəmiyyətli səviyyədə azaltdı. Digər mühim faktorlar isə Çin və post-sovet regionunun əmək-xammal resursları ilə beynəlxalq aləmə inteqrasiyası və dünya əhalisinin qocalmasından irəli gələn aşağı əməkhaqqı, yüksək yığım motivləri oldu”-deyə iqtisadçı əlavə edib.

Pünhan Musayev Yaponiya nümunəsini misal çəkərək qeyd edib ki, müasir dünyanın ən bariz deflyasiya nümunəsi isə sözsüz ki Yaponiyadır. Belə ki, ötən əsrin sonları birja və tikinti “köpüyü”nün partlaması qocalan əhali problemi ilə birləşərək yığıma meyilli artırır. Bu isə, Yaponiyanı “deflyasiya spiralı”na sürükləyir. Uzun illər ölkənin Mərkəzi bankı pul təklifini artırıb, hətta mənfi faiz dərəcəsi siyasəti tətbiq etsə də problem tələb qaynaqlı olduğundan, onun qarşısını almaq olduqca müşkülə çevrildi. Məhz ona görə təsadüfi deyildi ki, dünya ölkələri 10%-i keçməyən inflyasiya ilə mübarizə apardığı halda, Yaponiya son bir ildə inflyasiyanın 2%-in üzərində durması üçün hər cür səy göstərirdi.

Ardını oxu...
Son dövrlər sosial media marketinq (SMM) terminindən geniş istifadə olunur. Əhalinin kütləvi şəkildə sosial şəbəkələrdə olması, fəallıq nümayiş etdirməsi biznes subyektlərini də öz fəaliyyətlərini müasir dövrün tələbləri ilə uyğunlaşdırmağa, sosial media platformaları üzərindən təbliğata təşviq edir.

Demək olar ki, böyüklü-kiçikli əksər şirkətlərin sosial media hesabları mövcuddur. Beynəlxalq təcrübəyə istinad etsək, görərik ki, dünya təcrübəsində biznes subyektləri sosial media hesablarından yeni biznes imkanları yaratmaq, müştərilərin əhatə dairəsini və sədaqətini artırmaq üçün istifadə edirlər. Azərbaycanda isə istehlakçıları aldatmağı, onların etimadından sui-istifadə etməyi başlıca məqsədinə çevirən bəzi şirkətlər sosial media platformalarında da bu çirkin məqsədlərinihəyata keçirir.

Təsadüfi deyil ki, endirim adı altında sosial şəbəkələr vasitəsilə müştərilərə saxta təkliflər olunur. Onlar endirimin təfsilatı ilə bağlı məlumat əldə etmək istəyən istifadəçilərə “müraciətinizlə bağlı mesaj poçt qutusuna göndərildi” şəklində qarşılıq verir, ümumi məlumatlar təqdim etməkdən yayınırlar. Sonradan məlum olur ki, endirim adı ilə təqdim olunan təkliflər əslində soyğunçuluq məsədi daşıyır və məhz elə bu səbəbdən də bu cür elanların mahiyyəti gizlədilir. Xüsusən avtomobil satışı ilə məşğul olan şirkətlər bu cür aldadıcı reklamlardan istifadə edir.

Müvafiq qurumlar, konkret olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti niyə bu halların qarşısını almır?

DİA.AZ-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov AYNA-ya açıqlamasında deyib ki, marketinq elminin istehlakçıları aldatmaq üçün çoxlu sayda fəndləri mövcuddur: “Dünyada müxtəlif emlər var. Müasir elmlərdən biri də marketinq elmidir. Bu elmin mahiyyətində nə yolla olursa-olsun alıcıları qapıdan içəri salmaq dayanır. Amma marketinqin mütərəqqi məqamları da var. Sağlam rəqabət, müştəri etibarı və sədaqəti yolu ilə bazara xitab eləmək. Dünya təcrübəsində bundan geniş istifadə olunur”.

“Azərbaycanda isə yalnız birinci işləyir. Guya endirimlər edirlər, əslində isə bu yolla istehlakçıları aldadırlar. Azərbaycanda istehlakçı hüquqları qorunmur. Aidiyyəti dövlət qurumları istehlakçı hüquqlarına deyil, biznesin inkişafına önəm verdiyini bəyan edir. Bunun da öz növbəsində kifayət qədər ciddi səbəbləri var. Çünki ölkəmizdə ən çox qorunan zümrə məmurlardır. Azərbaycanda da məmur oliqarxiyası geniş yayılıb. Məmur oliqarxiyasına görə 30 ildir Rəqabət Məcəlləsini qəbul edə bilməyən hökumət istehlakçı hüquqlarını da qorumur”, - deyə həmsöhbətimiz bildirib.

AİB sədrinin sözlərinə görə, istehlakçılarla bağlı çox ciddi problemlər yaşanır: “Qeyd edim ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul olunub. Ötən 28 ildə bu qanunda 20 dəyişiklik aparılıb ki, onların da hamısı istehlakçıların zərərinə olub. Belə bir şəraitdə insanların aldadılması baş verir”.

“Avtomobil satışı bazarında biabırçı mənzərə hökm sürür. İkinci əl avtomobillərin satışı bazarında vəziyyət daha dramatikdir. Bununla bağlı AİB-ə çoxsaylı müraciətlər daxil olur. Təsəvvür edin, maşının yürüş göstəricisini saxtalaşdırırlar, kredit məsələsində aldadırlar, güzəşt adı ilə soyğunçuluq edirlər. Bütün bunlar ona görə baş verir ki, nəzarət yoxdur. Şikayət edən də yoxdur. Rəsmi şikayət olarsa, məsələyə hüquqi qiymət verilə bilər. İstehlakçılar fırıldaqçı və işbazların təsirinə düşməsinlər, saxta və yalançı vədlərə aldanmasınlar. Ən optimal çıxış yolu budur”, - deyə Hüseynov vurğulayıb.

DİA.AZ-ın məlumatına görə, “Ege Group” şirkətinin direktoru, marketoloq Mikayıl Mirzəzadə mövzuya dair AYNA-ya şərhində bu cür kampaniya aparan şirkətlərin biznes mədəniyyətindən bixəbər olduğunu söyləyib: “Qabaqlar klinika və həkimlər arasında dəb düşmüşdü və yalandan özlərini şişirdirdilər. Guya ki, ABŞ-da, Avropada təhsil alıblar, orada çalışıblar. Əslində isə adlarını yazdırıb sertifikatlar əldə edir və dünyada bir ilkə imza atdığı yalanını tirajlayırdılar. Sonradan bu “məşhur cərrahlar” əməliyyat masasında xəstələri öldürdülər və onların bu əməlləri elə reklamlarını apardığı sosial şəbəkələrdə ifşa olunmağa başladı”.

“İndi də endirim oyununa başlayıblar. “Endirimin mahiyyəti nədir və hansı güzəştləri özündə ehtiva edir” sualına isə fərdlərin şəxsinə göndərdikləri mesaj zamanı aydınlıq gətirirlər. Araşdırma zaman məlum olur ki, bu elan etdikləri “endirimlər” nəinki güzəşt nəzərdə tutur, əksinə, istehlakçıları faktiki soyğunçuluğa məruz qoyur. İstifadəçilər də bunu ictimailəşdirmirlər. Düşünürlər ki, almıramsa, nə zərurət var axı. Bəziləri isə aldanaraq tora düşür. Avtomobil şirkətləri bu cür saxta elanlardan daha çox istifadə edirlər”, - deyə müsahibimiz qeyd edib.

Mirzəzadə aidiyyəti qurumları bu cür hallara qarşı barışmaz mövqedə dayanmağa çağırıb: “Dövlətin bununla bağlı strukturları mövcuddur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fəaliyyət göstərir. Görünür, istehlakçı hüquqları onlar üçün maraqlı deyil. Dövlət satınalmalarına, tenderlərə də bu qurum nəzarət edir. Hər iki sahədə özbaşınalıq pik həddədir. Lakin “dayan, dur” deyən də yoxdur. Desinlər ki, cəngəllik qanunları ilə idarə olunuruq, hər kəs də öz başının hayına özü qalsın”.
Ardını oxu...
Rusiya-Ukrayna müharibəsindən sonra Qazaxıstanın qərb bölgələrindəki böyük neft yataqlarından hasil edilən xam nefti Rusiyanın Novorossiysk limanı vasitəsilə dünya bazarlarına çatdıran Xəzər Boru Kəməri Konsorsiumu (CPC) boru kəmərinin daşınmasında fasilələr yaranıb. Qazaxıstan neftinin əsas ixrac marşrutu olan CPC ilə bu ölkənin ixrac etdiyi neftin 80 faizi boru kəmərləri ilə nəql olunur. Rusiya tərəfi Novorossiysk limanında yaranan fasilələri texniki səbəblə bağlayır. Bu, o qədər də inandırıcı deyil, çünki Qazaxıstan Rusiyaya sanksiyalardan yayınmağa kömək etməkdə tərəddüd edir və Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləmir.

Bu barədə “İRAM Center” yazıb.

Türk nəşrinin təhlilində qeyd olunur:

Təbii ki, Rusiyanın siyasi motivlərlə Qazaxıstan neftinin ixracına mane ola biləcəyi ehtimalı yada düşür. Qazaxıstan tərəfi həm neft, həm də kənd təsərrüfatı məhsulları üçün alternativ marşrutlar üzrə işləri sürətləndirib.

Qazaxıstan neft nəqli marşrutlarının şaxələndirilməsi kontekstində Azərbaycanla fəal danışıqlara başlayıb. Əlavə xam neft həcmlərinin Aktau-Bakı-Tbilisi-Ceyhan, Aktau-Bakı-Supsa, Aktau-Bakı-Batum, Atırau-Batum marşrutları üzrə boru kəmərləri, dəmir yolu və dəniz yollarından istifadə etməklə nəqli variantları gündəmə gəlib.

Bakı-Tbilisi-Ceyhan (BTC) Neft Kəməri artıq Qazaxıstandan, Türkmənistandan, hətta Rusiyadan da neft nəql edib. Qazaxıstan 2023-cü ilin əvvəlindən BTC ilə tədarük etməyə qərar verdiyi 1,5 milyon ton neftin həcmini 6,5 milyon tona çatdırmağı planlaşdırır. Azərbaycan marşrutu ilə yanaşı, Qazaxıstan tərəfi də neft ixracının şaxələndirilməsi məqsədilə Özbəkistan və Çinə dəmir yolu və boru kəmərləri vasitəsilə ixracın daha da artırılması variantları üzərində işləyir. Qazaxıstan ölkənin qərbində böyük neft anbarı tikməklə (Çin təcrübəsi əsasında) və Aktau və Kurik limanlarından neft ixracını artırmaqla uzunmüddətli perspektivdə Rusiya marşrutuna alternativ olaraq Azərbaycan üzərindən Transxəzər marşrutunu (ildə 20 milyon ton) inkişaf etdirmək istəyir.

Eyni zamanda, Qazaxıstan İranla əlaqələrini inkişaf etdirməyi və bu ölkədən Körfəz vasitəsilə həm kənd təsərrüfatı, həm də neft məhsullarını dünya bazarlarına çıxarmağı planlaşdırır (Qazaxıstan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) bir hissəsi kimi). Bu ölkə təkcə İrana deyil, Pakistan, Hindistan, Cənub-Şərqi Asiya və Şərqi Afrika bazarlarına buğda, ət və bitki yağı kimi məhsulları ixrac etmək istəyir. İki ölkə arasında Xəzər dənizi üzərindən və dəmir yolu ilə ticarət və tranzit əməliyyatları Şərq-Qərb nəqliyyat dəhlizi baxımından da çox əhəmiyyətlidir.

Ukrayna müharibəsindən sonra Çin-Rusiya-Avropa dəmir yolu marşrutu ilə daşınan yüklərin bir hissəsi Çin-Qazaxıstan-İran-Türkiyə dəmir yolu marşrutuna yönəldilə bilər.

Qazaxıstan prezidenti Kasım Comart Tokayevin 2022-ci ilin iyununda Tehrana səfəri zamanı Qazaxıstan-İran-Türkiyə marşrutu ilə ilk konteyner qatarının açılış mərasimi keçirilib. 2022-ci ilin oktyabr-noyabr aylarında Qazaxıstan və İran 2023-cü ildə multimodal nəqliyyatda (dəmir və dəniz) sınaq və texniki-iqtisadi əsaslandırmalara başlamaq barədə razılığa gəliblər. Qazaxıstan limanlarından İranın şimalına dəniz nəqliyyatı, daha sonra bu ölkənin şimalından cənubda Bəndər Abbas limanına dəmir yolu daşımaları, son mərhələdə isə birgə logistika əməliyyatları haqqında razılıq əldə olunub. Bu limanda taxıl ticarətinə şərait yaradacaq terminal ərazisi ayrıla bilər. İki ölkə arasında nəqliyyat və ticarətin inkişafı ilə yanaşı, elektrik enerjisi və neft mübadiləsi, elektrik stansiyaları üzrə əməkdaşlıq, Qazaxıstanın İran vətəndaşları üçün 14 günlük vizasız rejimi tətbiq etməsi kimi məsələlər də gündəmdədir.

Güclənən regional iqtisadi əlaqələri ilə Qazaxıstanın bölgədəki siyasi və diplomatik imkanları da genişlənir. Türkiyə ilə Rusiya arasında 2015-ci ilin noyabrından 2016-cı ilin iyun ayına qədər davam edən “təyyarə böhranı”nın həlli ilə Qazaxıstan iki ölkə arasında münasibətlərin normallaşmasında çox ciddi vasitəçi rolunu oynayıb. Daha sonra, 2017-ci ildə bu ölkənin hökumət və müxalifət nümayəndə heyətləri Qazaxıstanda Suriyadakı vətəndaş müharibəsini dayandırmaq üçün danışıqlara başlayıblar.

Beləliklə, Rusiya, Türkiyə və İranın zəmanəti və Qazaxıstanın ev sahibliyi ilə “Astana prosesi” adlı yeni proses başlayıb. Qazaxıstan bütün bu proseslərdə böyük diplomatik vasitəçilik qabiliyyəti və təcrübəsi qazanıb. Eyni zamanda, bu ölkə regional aktyorlar tərəfindən qəbul edilən diplomatik görüş platforması təklif edir.

İqtisadi potensialını siyasi imkanlara çevirə bilən Qazaxıstanın Çinlə inkişaf etdirdiyi strateji əlaqələr regional tarazlıq baxımından da önəmlidir. Həm də Qazaxıstanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Azərbaycan və Türkiyə ilə inkişaf etdirdiyi ikitərəfli əlaqələrə əlavə olaraq. İranla iqtisadi və siyasi əlaqələrini Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və hətta Avrasiya İqtisadi Birliyi (Aİİ) çərçivəsində inkişaf etdirir.

Azərbaycan-İran münasibətlərində siyasi gərginlik son zamanlar kəskin şəkildə artsa da, hələ də idarə oluna və geri qaytarıla bilən nöqtədədir. Hələlik iki ölkə arasında birbaşa diplomatik və yüksək səviyyəli təmaslar mövcuddur, lakin siyasi gərginlik artmaqda davam edərsə, Qazaxıstan gərginliyi azaltmaq üçün addım atmaq potensialına malik ölkələrdən biri ola bilər. //Reyting.az//
 
Ardını oxu...
Bakıda dövlət təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2022-2023-cü tədris ilində 909 manat olub, şəhər təhsil idarəsi açıqlayıb.

Son 4 ayda isə rəsmi statistikaya görə, Azərbaycanda orta aylıq əmək haqqı 900 manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk üç ayı ərzində ölkə iqtisadiyyatında muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artıb.

Orta aylıq əmək haqqı 900 manat olsa da, adekvat olaraq, inflyasiya da artıb. Mərkəzi Bankın məlumatına görə, ilk 3 ayda inflasiya 13,8 faiz olub.

Bəs, ümumiyyətlə, 900 manatlıq orta aylıq əmək haqqı real gəlirləri əks etdirirmi?

Bəzi müstəqil iqtisadçılara görə, ölkədə biznesin təklif etdiyi qiymətləri və xərcləmələri təhlil edəndə o qənaətə gəlmək olur ki, bəzi gəlirlər rəsmiləşdirilmir və bu da özünü əmək haqqı fondunda göstərmir, əks halda orta aylıq əmək haqqı daha çox olmalıydı.

“Məsələn, Bakıda orta aylıq əmək haqqı 1000 manata yaxındır, ödənilən kommersiya ipotekası da azı 800-1000 manatdır. Burda da sual yaranır ki, o zaman bu şəxs ərzağa, kommunala xərci hardan alır?” - iqtisadçı Natiq Cəfərli BBC Azərbaycancaya deyib.

Dövlət Statistika Komitəsindən BBC-yə bildiriblər ki, dövlət və özəl sektorda vəzifə maaşları ilə yanaşı bütün əlavə, bonus və mükafatlar əmək haqqı fonduna daxil edilir və bu da ümumi orta aylıq əmək haqqında özünü göstərir.

Bu yaxınlarda Mehman Hüseynova müsahibə verdiyi üçün töhmət almış millət vəkili Vahid Əhmədov istisna etmir ki, rəsmiləşməyən gəlirlər var, amma onun sözlərinə görə, aparılan islahatlar nəticəsində “qara mühasibatlıq ağarır” və korrupsiyanın qarşısını almaq üçün, xüsusilə dövlət müəssisələrində maaşlar artırılır.
Ardını oxu...
İctimaiyyətdən “gizlədilən” fərmanda nə var?
Ardını oxu...

Ötən ildən başlayaraq, ölkədə bir sıra dövlət qurumlarında vəzifə maaşlarının artırılmasına başlanıb. Elə ötən ilin iyun ayında sıravi millət vəkillərinin maaşlarının təxminən 7 min manata qaldırılması ölkədə real maaşların nə qədər olmalı olduğuna diqqət çəkib.

Deputatların maaşı həmin vaxt orta aylıq əmək haqqı ilə müqayisədə azı 8 dəfə artırılmışdı.

Baş nazir və dövlət qurumlarında yüksək vəzifə tutan şəxslərin də maaşı gözə dəyəcək qədər artıbmış, BBC Azərbaycancanın müxbiri maaş artımını göstərən 1609 nömrəli fərmanla Prezident kitabxanasında, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nun 2022 mart, 3 saylı nəşrində tanış olub.

Həmin fərman inernet resurslarına yerləşdirilməyib, sadəcə, 2004-cü il eyni adlı fərmanda qeyd olunub ki, 1 mart 2022-cü il tarixli 1609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “1-4-cü və 6-ci hissələr ləğv edilib”.

Ləğv edilən bu hissələr isə Baş nazir və digər icra strukturu rəhbərlərinin vəzifə maaşından bəhs edir.

İzləyicilər Baş nazir və digər rəhbər işçilərin maaşını inernet resurslarına yerləşdirilmiş, amma üstündən xətt çəkilərək ləğv olunduğu göstərilməyən 2018-ci il fərmanında görə bilirlər. Halbuki, 2018-ci il fərmanı qüvvəyə minəndən sonra özündən əvvəlki fərmanın elektron formasında uyğun hissəərin üstündən xətt çəkilərək bəzi müddəaların ləğv edildiyi göstərilib. Yeni fərmanın 2018-ci ilin fərmanını qüvvədən salıb-salmadığı məlum deyil.

BBC Azərbaycanca Nazirlər Kabinetindən maaş artımı ilə bağlı məlumat ala bilməyib.
Ardını oxu...
BBC Azərbaycancanın müxbiri maaş artımını göstərən 1609 nömrəli fərmanla Prezident kitabxanasında, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nun 2022 mart, 3 saylı nəşrində tanış olub.

1 mart 2022-cü il tarixli 1609 nömrəli Fərmana görə, Baş nazir, müavinləri, nazirlər, onların müavinləri və digər yüksək vəzifə sahiblərinin maaşları diqqət çəkən məbləğlər həcmində dəyişib.

Məsələn, Baş nazirin 2018-ci ildə 2460 manat olan vəzifə maaşı indi 3690 manatdır. Üstəlik, 1609 nömrəli Fərmana görə, o, vəzifə maaşının iki misli həcmində əlavə alır. Bu isə vergilərsiz və digər tutulmalar olmadan təxminən 11 min manat edir.

Bu, Baş nazirin birinci və digər müavinlərinə də aiddir. Belə ki, Baş nazirin 1-ci müavinin maaşı 2160 manatdan 3260 manata qalxıb. Vəzifə maaşının 2 misli əlavəsi ilə birgə 1-ci müavinin aylıq qazancı təxminən (vergilərsiz və digər sosial tutulmalar olmadan) 10 min manat civarındadır.

Bu fərman toplusunda başqa vəzifəli şəxslərin də vəzifə maaşlarının artımı diqqət çəkir. Məsələn, ötən ilin yanvarından qüvvəyə minən fərmana görə, Azərbaycan Prezidentinin Təhlükəsizlik xidmətinin rəisinə 3000 manat, onun birinci müavininə 2310 manat maaş və aylıq vəzifə maaşlarının 25 faizi qədər əlavə təyin edilib.

Elə həmin il ABŞ-ın Azərbaycandakı səfirliyi sürücü işi üçün vakant elan etmişdi. Bu sürücüyə aylıq maaş kimi təxminən 2300 manat təklif olunurdu, digər viza köməkçisi vakantı üçün aylıq maaş 4500 manat idi.
Ardını oxu...
BBC Azərbaycancanın müxbiri maaş artımını göstərən 1609 nömrəli fərmanla Prezident kitabxanasında, “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nun 2022 mart, 3 saylı nəşrində tanış olub.

Ardını oxu...
Maaş artımını göstərən 1609 nömrəli fərman

“Real nazir maaşı üzə çıxdı”
“Ölkə ictimaiyyəti dövlət məmurlarının real gəlirindən bir neçə il əvvəl keçirilmiş "Rabitə işi" məhkəməsi zamanı xəbər tutdu”, - fed.az saytının rəhbəri Əli Əhmədov BBC-yə deyib. O, 2019-cu ildə nazirlərin real gəlirinin nə qədər olması ilə bağlı araşdırma aparmışdı.

“İlk dəfə bu məhkəmədə açıq etiraf edildi ki, nazir və onun müavinləri öz rəsmi maaşlarından əlavə hər ay “dolanışıq üçün” fantastik məbləğdə "paketlər" alıblar. Nazir müavinləri ayda 30 min manat, nazir isə 300 min manatlıq "paket"lə təmin edilirmişlər. Halbuki, müavinlərin rəsmi maaşları bu məbləğdən 20 dəfə, nazirin maaşı isə az qala 150 dəfə az idi”, - Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, nazirlərin rəsmi maaşlarını ölkədə həmin vaxt real bazar qiymətlərilə müqayisə ediblər və məlum olub ki, məsələn, 2 min manat civarında maaş alan nazir bu gəlirlə nə çiyninə götürdüyü vəzifə öhdəliyini keyfiyyətli yerinə yetirməyə həvəs göstərər, nə də dolana bilər: “Axı, nazirlər üçün nəzərdə tutulan rəsmi maaşı banklardakı kredit mütəxəssisləri asanlıqla qazanır”.

Əli Əhmədov hesab edir ki, yüksək vəzifəli şəxslərin rəsmi maaşı ilə onların üzərinə qoyulan məsuliyyət yükü arasında balans pozulub: “Bu məsələ indi də aktualdır. “MTN işi”ndəki məmurların, yeni həbs edilmiş icra başçılarının məhkəmələrində görünür ki, onların rəsmi maaşları ilə real gəlirləri arasında böyük uçurum olub”.

Müsahibimizə görə, 7-8 min manat nazir üçün normal maaş sayıla bilər, çünki onların vəzifədə olduqları müddətdə qanunla əlavə imtiyaz və imkanları olur: məsələn, xidməti maaşından istifadə edir: “Məmurların maaşı elə olmalıdır ki, onlar kənardan gəlir axtarmasın, çünki kənar gəlirlər bir qayda olaraq, qeyri-qanuni olur. Aldığı maaş onun xərclərini ödəməlidir, eyni zamanda pensiyaya çıxanda yüksək məbləğdə pensiya ala bilməlidir. Düşünməməlidir ki, necə dolanacaq”.

Ardını oxu...
Azərbaycanda uzun illər real maaşdan əlavə "paket maaşı" təcrübəsi mövcud olub.

BBC-yə danışan bəzi təhlilçilər, xüsusilə paytaxtda müşahidə edilən dəbdəbəli həyata, eləcə də ölkədə satış aktivliyi azalmayan daşınan və daşınmaz əmlak bazarında “od tutub yanan” qiymətlərə, rəsmiləşmədən yayına bilməyən xərcləmələrə (rəsmi statistikaya görə, 2021-ci ildə istehlak xərcləri illik 48 milyard manat olub) diqqət yetirərək bəzi hallarda rəsmi maaşlarla real gəlirlər arasında uçurum olduğunu düşünürlər.

“Məsələn, Bakıda orta aylıq əmək haqqı 1000 manata yaxındır, ödənilən kommersiya ipotekası da azı 800-1000 manatdır. Burda da sual yaranır ki, o zaman bu şəxs ərzağa, kommunala xərci hardan alır?” - iqtisadçı Natiq Cəfərli deyir. Onun fikrincə, hələ də rəsmiyyətə düşməyən gəlirlər var və bunun da korrupsiya, “qara mühasibatlıq” kimi müxtəlif mənbələri var.

Natiq Cəfərliyə görə, ölkədə real gəlirlərlə rəsmi maaş arasında fərqi görmək üçün bəzi iqtisadi göstəricilərə baxmaq olar: “Məsələn, hər il rəsmi olaraq açıqlanan pərakəndə ticarət dövriyyəsi orta hesabla 40-42 milyard manat olur. Üstəlik, ölkə banklarında 10 milyard manatlıq depozit var. Maaş fondu isə buna adekvat deyil: büdcə vasitəsilə ödənilən maaş və pensiyalar təxminən 12 milyard manatdır, özəl sektorda isə rəsmi olaraq göstərilən maaş 4 milyard manatı keçmir”.

Amma BBC-yə danışan iqtisadçı Rövşən Ağayevin sözlərinə görə, unutmaq olmaz ki, pərakəndə ticarət dövriyyəsinin həcmi ilə əhalinin gəlirləri arasındakı əlaqəni araşdırarkən təkcə muzdlu işçilərin maaşlarını yox, həm də sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının gəlirlərini və xarici ölkələrdən Azərbaycana göndərilən "qohum-əqrəba" yardımlarını, xarici turistlərin ölkədəki xərclərini, "gizli iqtisadiyyat"ın, o cümlədən rüşvət və korrupsiya nəticəsində əldə olunan gəliri də nəzərə almaq lazımdır.

Həkim və nazirlərin maaşı
Azərbaycanda hələ ki, millət vəkillərinin maaşı və İcbari Tibbi Sığorta sistemində çalışan tibb işçilərinə yüksək əmək haqqı verilmə mexanizmi açıqlanıb. Belə ki, millət vəkilləri hər ay aylıq əmək haqlarının iki misli qədər də əlavə alırlar.

İcbari tibbi sığortada çalışan, xaricdə təhsil almış həkimlərin aylıq maaşına isə ixtisasından və ay ərzindəki fəaliyyətlərindən asılı olaraq, 5 min-20 min manat civarında aylıq həvəsləndirici mükafat əlavə edilir, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən BBC-yə bildirib.

Ötən ilin əvvəlində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hazırladığı xüsusi proqram çərçivəsində Türkiyə, Avropa İttifaqı və ABŞ-da təhsil alan həkimlər aylıq, minimum 5000 manatdan başlayan bonusla işə dəvət edilib.

BBC-yə danışan təhlilçilərə görə, “bu təklif göstərir ki, əslində ölkədə real bazar qiymətlərinə uyğun hansı məbləğdə minimum və orta aylıq əmək haqqı olmalıdır”.

Xadimə maaşına bərabər hüquqşünas maaşı
Amma heç də ölkədə yüksək kvalivikasiyası olduğu halda hər kəs yüksək maaş almır. Məsələn, Heydər Əliyev Mərkəzində elektrik, sürücü və operatorun maaşı 1387 manat, xadiməninki 1007 manatdırsa, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hüquqşünas, informasiya texnologiyaları üzrə mütəxəssis 1104 manat alır, BBC müxbiri “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nun 2022 mart, 3 saylı nəşrində tanış olub.

Bakıdakı bankların birində çalışan, ali təhsilli Səlimə Əliyevanı (müsahibimizin adı öz istəyilə dəyişdirilib) orta təbəqənin üzvü saymaq olar, aşağı maaşlı şəxslərdən 5 dəfə, orta aylıq əmək haqqından 2 dəfə çox qazanır. 25 yaşından bank sektorunda çalışan, hər zaman stabil və yüksək maaş alan müsahibimiz şikayətlənir ki, 2 min manatlıq maaşı ilə ancaq ailəsinin zəruri xərclərinin öhdəsindən gələ bilir:

“İş yerində maaşa etiraz edəndə rəhbərlik deyir ki, sənə az maaş vermirik. Amma realda, bazarda qiymətlər çox yüksəkdir. Ərzaq qiymətləri də gündən-günə qalxır. İki kiçik otaqlı “gecəqondu”da yaşayırıq. Bu yaxınlarda mənzillə maraqlandıq, 3 otaqlı, üstəlik təmirsiz mənzil üçün mən aylıq azı 1300 manat kredit ödəməliydim, ilkin ödəniş də 32 min manat istəyirdilər”.

Əliyevlər ailəsinin aylıq ailə gəliri orta hesabla 2700 manatdır, ər-arvadın hər ikisində rəsmi maaşdır və əlavə yerdən gəlirləri və ya “bonus”ları yoxdur: “Bazarda qiymətlər bizim maaşımızı dəfələrlə aşır. Evin təmiri üçün kredit götürdük. İri əşyalar üçün də kreditə giririk, başqa yolumuz yoxdur”.

Müsahibimiz xatırlayır ki, onun 1990-cı illərin axırları, 2000-ci illərin əvvəllərindəki qazancı daha “dəyərli” olub: “Gənc mütəxəssis kimi maaşım orta aylıq əmək haqqından bir az yüksək idi, amma həm dolanmağa, həm geyinib-gecinməyə, həm də istirahətə çatırdı. Qiymətər əlçatan idi. Hətta yoldaşımla pul yığıb indi yaşadığımız bu evi aldıq. Ancaq sonralar nə oldusa, maaşımız nə qədər qalxsa da, qazancımızın dəyəri olmadı”, - deyə o şikayətlənir.

Rəsmi statistikaya görə, ölkədə 5 milyonluq məşğul əhalinin təxminən 1.7 milyonu muzdla çalışır və burda orta aylıq əmək haqqı, ən son məlumata görə 901 manatdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu kateqoriyada ən yüksək orta əmək haqqı mədənçıxarma sənayesi sektoruna aiddir: təxminən 3 min manat.

"İndi "paketi" bonuslar və mükafatlar əvəzləyib"
BBC News Azərbaycanca müxtəlif sahələrdə çalışan şəxslərlə danışıb: kimisinin Səlimə Əliyeva kimi maaşı rəsmidir və əlavə qeyri-rəsmi gəliri yoxdur, kimisi isə qeyri-rəsmi yüksək maaş alır.

İri bankların birində departament rəhbəri vəzifəsində çalışan, adının çəkilməsini istəməyən şəxs BBC-yə deyib ki, “paket sistemi” bir neçə ildir dayandırılıb: "İndi paketi bonuslar və mükafatlar əvəzləyib".

BBC-yə danışan müstəqil iqtisadçılara görə, bir çox muzdlu işçiyə ödənilən real maaş fərqli mexanizmdə ödənilir və bu məbləğ əmək haqqı fondunda qeydə alınmadığı üçün orta aylıq əmək haqqının formalaşdırılmasında rol oynamır.

İqtisadi təhlilçi Natiq Cəfərli deyir ki, "qara mühasibatlıq"la bağlı iradlar və müzakirələr illərdir, davam edir.

“Bu daha çox özəl sektora xasdır, dövlət sektorunda mümkün deyil, çünki burada sosial sığorta ödənişlərini vergi və sairəni onsuz da dövlətin özü qarşılayır. Bu yayınmaların qarşısını almaq üçün hökumət bəzi addımlar da atdı. Bir neçə il əvvəl özəl sektorda maaşdan tutulan gəlir vergisini, demək olar ki, ləğv etdilər, yalnız DSMF-yə ödənişlər qaldı, bununla da "qara mühasibatlıq"la mübarizə aparacağını düşündülər. Ancaq məsələ ondadır ki, sosial sığortaya ödənişlər yüksəkdir və alternativlər də yoxdur. Şirkət heç bir sosial sığorta, təqaüd fondu ilə müqavilə bağlaya bilməz. Belə bir seçim yoxdur. Ancaq dövlət sığorta fondu ilə işləməyə məcbursan və bizdə sosial fonda ödənişlər çox yüksəkdir”.

Təhlilçi hesab edir ki, DSMF ödənişlərinin yüksəkliyi işəgötürənlə işçi arasında qeyri-rəsmi razılaşmaya səbəb olur, rəsmi sənədlərdə minimum rəsmi maaş olur, əlavə isə qeyri-rəsmi ödənilir.

“İkili mühasibatlıq”
Bəzi özəl məşğulluq subyektləri hələ də “ikili mühasibatlıq”dan istifadə edir, iri şirkətlərdən birinin adının çəkilməsini istəməyən baş mühasibi BBC-yə deyir.

"Düzdür, indi 8 minədək maaş alanlar vergidən azaddır, ancaq maaşa görə DSMF-yə ödənilən pul çoxdur. Sahibkar maaşı ona görə iki yolla - əməkhaqqının bir hissəsini, yəni, minimum əməkhaqqı məbləğini rəsmi, geri qalanını nəğd ödəyərək DSMF-yə köçürülən məbləğin çox olmamasına çalışır. Bundan başqa, digər sığorta ödənişləri də var. Bütün bunları hesablayanda, kollektivdə işçi sayı nə qədər çoxdursa, DSMF-yə ödənilən məbləğ də o qədər böyük olur və "gözə görünür"".

O vurğulayır ki, əslində bu, elə də gizli görülən bir iş deyil, çünki bəzi rəqəmlərə baxan kimi “qeyri-real olduğu görünür”.

"Təsəvvür edin, direktora da minimum maaş yazırlar, adi işçiyə də. Bu, qeyri-realdır axı. Bir az fərqli görünsün deyə bəzən direktora formal olaraq 5-10 manat artıq maaş yazılır. Bizim şirkətdə işçilərə minimum əmək haqqı yazılsa da, aysonu işçiyə işin ağırlığına və həcminə görə, 300-500 manatadək əlavələr verilir”.

Müsahibimizin sözlərinə görə, bəzən işçilər özləri də real maaşlarının tamamilə rəsmiləşdirilməsində maraqlı olmurlar.

"Bir məsələ də var ki, 800 manat alsa belə, ailədə işləyən bir nəfərdirsə, bu pul bir ailənin yeməyinə güclə çatır. Maaşın hamısının rəsmiləşdirilməsi daha çox DSMF və digər xərclər deməkdir. Bizdə işçi yalnız o zaman əməkhaqqını rəsmiləşdirməyə çalışır ki, kredit götürmək ehtiyacı yaranır".

Əmək haqqı fondu: nə daxildir?
İqtisadçı Rövşən Ağayev deyir ki, əslində beynəlxalq standartlara görə, mülkiyyətindən asılı olmayaraq, müəssisə əmək müqaviləsi ilə çalışanlara natural və pul şəklində ödənişlərin hamısını əmək haqqı fonduna daxil etməlidir: “Məsələn, müəssisə işçiyə geyim, yemək verirsə, bu, müəssisənin işçiyə xərcidir və bu xərc əmək haqqına daxil edilməlidir. Eləcə də bütün bonus və pul əlavələri maaş fondunda olmalıdır”.

Dövlət Statistika Komitəsinin əmək şöbəsindən BBC-yə bildirilib ki, müəssisələr onlara əmək haqqı ödənişi ilə bağlı məlumatı göndərəndə vəzifə və dərəcə maaşları, bonus və əlavələr də ümumi məbləğə daxil edilir.

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, iş yerlərində yüksək vəzifəli əməkdaşlara verilən bir neçə mindən bir neçə yüz min manatadək olan aylıq ödənişlər əmək haqqı fonduna daxil edilmir. Onun fikrincə, bu halda orta aylıq əmək haqqı 900 manatdan bir neçə dəfə çox olardı. “Bu isə öz növbəsində minimum maaşın, pensiyanın məbləğini artırmalı idi”, - o bildirir.

Qubad İbadoğlu deyir ki, bundan başqa, orta aylıq əmək haqqı qalxarsa, bu zaman pensiya ödənişləri də artmalıdır: “Bəzi sahələr var ki, ordan pensiyaya çıxanlar bu sahədə mövcud maaşın 80 faizi qədər pensiya almalıdırlar. Bonuslar, həvəsləndirici mükafatlar stabil maaş olaraq rəsmiləşərsə, bu zaman həmin kateqoriyadan olan insanlar üçün də pensiya qalxmalıdır. Bu isə hökumətə sərf etmir”.

“Əməkhaqqı fondu "ağardılır”
Vergilər Nazirliyi ölkədə gəlirlərin tamamilə vergiyə cəlb olunması prosesinin getdiyini bildirir.

Qurumdan BBC-yə bildirilib ki, ölkədə bütün gəlirlərin vergiyə cəlb olunması prosesi gedir və indiyə kimi əmək müqavilələrinin sayı əvvəlki illərlə müqayisədə 7,4 faiz artıb.

Vergilər Nazirliyində hesab edirlər ki, 2019-cu ildə gəlir vergisi üzrə qeyri-neft, özəl sektora verilmiş vergi güzəştləri ötən 3 ildə bu sahədə “ciddi irəliləyiş” əldə edilməsinə imkan verib.

“Bu gün iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun "ağarması" əsas şəffaflıq indikatorları olaraq fiskal daxilolmalarda mühüm rol oynayır. 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 283 minə yaxın artıb. İslahatların aparıldığı qeyri-neft özəl sektorda bu göstərici 233 mindən çoxdur və ötən müddət ərzində 43,2 faiz artıb", - qurumdan BBC News Azərbaycancaya bildirilib.

Prezident İlham Əliyev ötən ilin ilk 6 ayının nəticələri ilə bağlı keçirdiyi müşavirədə demişdi ki, bu müddət ərzində vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığılıb: “Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik”.

“Maaş ona görə artırılır ki..”
Milli Məclisin deputatı Vahid Əhmədov da ölkədə bəzi yerlərdə rəsmi maaşla real gəlirlər arasında fərq olduğunu düşünür, amma onun fikrincə, insanların real gəlirləri rəsmiləşdirilməli, maaş cədvəlində mütləq görünməlidir. O hesab edir ki, bununla həmin şəxslər vergi ödəyəcək və bundan dövlət büdcəsinə əlavə vəsait gələcək: “Dövlət Vergi Xidmət, DSMF çalışır ki, bunda necə deyərlər qaranlıq məqamlar olmasın, olanlar da aradan qaldırılsın. Yenə deyirəm, hər bir şirkətin rəhbəri çalışır ki, onun işçisinə az əməkhaqqı yazılsın ki, ümumi vergi az verilsin. Ancaq bu, uzun müddət gedə bilməz axı. Bunun statistikası var, üzərində işləyən qurumlar var”.

Cənab Əhmədov əvvəllər geniş yayılmış “konvert” (“paket maaş”) məsələsini xatırladır:

“O, əvvəllər geniş yayılmışdı. “Konvert” deyirdilər. Maaşı az verirdilər ki, vergini az ödəsinlər. Ancaq son vaxtlar ƏƏSMN bununla əlaqədar çox böyük işlər görür. Əmək müqaviləsi olanda artıq o əməllərə getmək çətinləşir. Ona görə də indi hətta Dövlət Vergi Xidməti məcbur edir ki, insanların əməkhaqqı yüksək olsun. Ancaq deyə bilmərəm ki, bu, 100 faiz aradan qalxıb. Bəzi yerlərdə adamların aldığı maaşla gəlirlər tamamilə başqadır, fərqlidir. Lakin bu, əvvəlki illərə nisbətən xeyli azalıb”.

Vahid Əhmədov deyir ki, son illərdə dövlət qurumlarında maaşların yüksək olmasına çalışılır, bu isə öz növbəsində korrupsiyanın qarşısını almalıdır:

“İndi maaş artımları niyə gedir? Bir vaxtlar vardı bizdə hakimlər, sistem işçilərinin maaşı aşağı idi. Cənab Prezident müəyyən yerlərdəki korrupsiyanın qarşısını almaq üçün həmin insanların maaşlarını artırdı ki, daha başqa işlərlə məşğul olmasınlar. Əsas məqsəd budur. Maaş yaxşı olanda, insanlar o maaşla dolana bilirsə, problemi yoxdursa, o, qanunlara daha çox riayət edir”.

Real orta aylıq əmək haqqı nə qədər olmalıdır?
Millət vəkili hazırda ölkədə real orta aylıq əməkhaqqının azı 1500 manat civarında olmalı olduğunu deyir:

“İnsanlar təxminən indiki qiymətlərlə 1500 manata yaxın əməkhaqqı almalıdırlar ki, müəyyən qədər normal səviyyədə yaşaya bilsinlər. O da ki, mən indi deyirəm, bir ay sonra qiymətlər hansı səviyyədə olacaq, inflyasiya dünyada hansı səviyyədə olacaq, bilmirəm. Hansı ərzaq və qeyri-ərzaq qiymətləri artacaq, bəlli deyil. İndiki dövr üçün deyirəm ki, məbləğ 1500 manat civarında olsa, problem olmaz”.

Bakı banklarının birində işləyən müsahibimiz Səlimə Əliyeva üçün isə önəmli olan bütün real gəlirlərin rəsmi olaraq göstərilməsidir ki, işlədiyi şirkət də onun əməyinə real yüksək əmək haqqı təyin etsin.

“İllərlə çalış, üzərində işlə, yaxşı mütəxəssis ol, amma aylıq qazancın yalnız ərzağına,
 
Ardını oxu...
Azərbaycanda 1582 ədəd minik avtomobili yığılıb, yarısı anbarlarda qalıb.

Dövlət Statistika Komitəsinin məlumatina görə, 2023-сü ilin yanvar-may aylarında (ilk 5 ayda) Azərbaycanda 1582 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 643 ədəd çox (68,5%) minik avtomobili istehsal olunub (yığılıb). 01.06.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 744 ədəd təşkil edib.

Xatırladaq ki, 2023-сü ilin yanvar-aprel aylarında (ilk 4 ayda) Azərbaycanda 1259 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 549 ədəd çox (77,3 çox) minik avtomobili istehsal olunmuşdu. 01.05.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 877 ədəd təşkil etmişdi. Rəqəmlərdən göründüyü kimi, yığılan avtomobillərin təxminən yarısı satılmayıb.

Hətta xaricdən gətirilən avtomobillərin gömrük rüsumlarının çox olduğunu da nəzərə alsaq, öz istehsalımız olan avtomobillərə daha çox tələbat olmalı idi.

Bəs bu qədər hazır məhsulun anbarda qalmasına səbəb nədir?

Teref.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı mövzu ilə bağlı Cebhe.info-ya bildirib ki, ölkədə istehsal olunan avtomobillərin keyfiyyəti ürəkaçan deyil:

"Azərbaycanda istehsal olunan avtomobillərin keyfiyyəti ilə bağlı o qədər də ürəkaçan mənzərənin şahidi olmuruq. İstər Naxçıvan avtomobil zavodunda yığılan, istər Gəncə və Şamaxıda yığılan avtomobillərdə vəziyyət belədir. Həmişə narazılıq yaranıb ki, bu avtomobillər istismar dövründə tez sıradan çıxır, nasaz vəziyyətə düşür.

Bir zamanlar "AzSamand" avtomobilləri istehsal olunurdu və tez sıradan çıxdı. Naxçıvan avtomobil zavodunda hələ də istehsal olunan "NazLifan"lar var ki, sürücülər ciddi problemlərlə üzləşir. Şamaxıda istehsal olunan avtomobillərin taleyi də xoş olmadı".

Ekspert hesab edir ki, bu avtomobillər yalnız dövlət qurumları tərəfindən alınır:

"İlkin mərhələdə indi istehsal olunan avtomobillərə tələbat yaxşı oldu. İnsanlar ümidlə yanaşdılar ki, ucuz və komfortludur. Sonradan zərərə düşdülər, hələ də o maşınların təmirinə tez-tez pul xərclənir. O baxımdan bizim maşınlara artıq tələbat yoxdur. Bəzi dövlət qurumları məcburən alır, amma fərdi qaydada alanların sayı azalıb. Ona görə də bu maşınlar anbarlarda qalır”.
 
 

 


Ardını oxu...
Məşhur MTK-nın 900 minə yaxın vergi borcu var - "Star-M” Mənzil-Tikinti Kooperativinin (MTK) külli miqdarda vergi borcu yaranıb.

Qaynarinfo xəbər verir ki, MTK-nın bu günə olan vergi borcu 898 459.29 AZN-dir.

Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə şirkət arasında vergi məsələləri ilə bağlı məhkəmə çəkişməsi gedir. İş apellyasiya mərhələsindədir. Apellyasiya şikayətini Baş İdarə verib. Şikayətə Bakı Apellaysiya Məhkəməsində Xəyalə Cəmilovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

"Star-M” MTK 5 avqust 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 AZN-dir. Şirkətin qanuni təmsilçisi Qasımov Valeh Cəfər oğludur.
"Star-M” MTK-nın adı dələduzluq olayında hallanır.

Baş Prokurorluğun ötən il yaydığı məlumatda bildirilirdi ki, "Star-M” MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb:

İstintaqla həmin MTK-nın təsisçisi və sədri, eyni zamanda "ŞANS” MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmovun 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa olunmuş yaşayış binalarında mövcud 17 mənzilin saxta müqavilə və maliyyə arayışlarının tərtib edilməsi yolu ilə 36 nəfər şəxsə, eləcə də satılması qanunvericiliklə qadağan edilmiş 7 qeyri-yaşayış sahəsinin mənzil qismində eyni üsulla 14 nəfər şəxsə satılmasına nail olaraq ümumilikdə vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaqın aparılması, digər təqsirli şəxslərin qanunsuz əməllərinin ifşa olunması, habelə vətəndaşlara vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilir.

Bu işin nəticəsi barədə açıq mənbələrdə heç bir məlumata rast gəlinmir".
 
 
 

Dünyapress TV

Xəbər lenti