Ardını oxu...
"Bu il zəlzələnin Türkiyəyə vurduğu maddi zərərin həcmi 104 milyard dollara çatıb".

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
 
Ardını oxu...
Günümüzdə əlverişli qiymətə alış-veriş etməyi hər kəs istəyir. Ancaq “Yaşıl” və “8-ci kilometr” bazarlarının hər ikisi Bakıda yerləşsə də, burada satılan məhsulların qiymətləri bir-birindən fərqlənir. Məsələn, “Yaşıl bazar”da 1 kq pomidorun qiyməti 1 manat 50 qəpik – 3 manat arasında, 1 kq xiyarın qiyməti isə 1 manat – 1 manat 40 qəpik arasında dəyişir.

“8-ci kilometr bazarı”nda isə analoji məhsulların qiymətləri müvafiq olaraq 60 qəpik – 1 manat 40 qəpik, 1 manat – 1 manat 20 qəpik arasında dəyişir.

Ekspert Rəşad Həsənov bazarlar arasında bu qiymət fərqini onunla izah edib ki, “8-ci kilometr bazarı” daha əlçatandır: “Orada rayondan gətirilən məhsulların birbaşa çıxarılması imkanları daha genişdir. Həmçinin burada icarə haqları daha aşağı qiymətədir”.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının yun və dərisinin ixracı potensialı hələ də reallaşdırılmayıb. İllərdir bu haqda çox danışılır, amma heç nə dəyişməyib. Bu günlərdə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli yerli şirkətlərin “Heydər Əliyev və Azərbaycan Sahibkarlığı” tanıtım sərgisində çıxışı zamanı bildirmişdi ki, balıq kürüsü, qurbağa budu və ilbizlərin, eləcə də yun, dəri və digər məhsulların Avropa İttifaqına (Aİ) ixracına icazələr alınıb. Onun sözlərinə görə, Azərbaycanda xırda buynuzlu heyvanlarda xəstəliklərdən azad ölkə statusu əldə etmək üçün monitorinqlər aparılıb və lazımi tədbirlər görülüb.

Amma indi vəziyyət elədir ki, təmizlənməmiş yuna görə fermerlərə qəpik-quruş verilir və onun böyük hissəsi sadəcə atılır. Bundan əlavə, əgər əvvəllər yüksək keyfiyyətli və incə yunlu merinoslar yetişdirilirdisə, hazırda əsas diqqət yunları xüsusi qiymətləndirilməyən ətli cinslərə yönəlib. Ancaq onların dərilərinə tələbat da ola bilər.

Üstəlik, ölkədə heyvandarlıq da inkişaf edir. Bu ilin yanvar-may aylarında Azərbaycanda 3 milyard 116 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,2% çoxdur. Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,9 faiz artaraq 743 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,5 faiz artaraq 2 milyard 372 milyon manat təşkil edib.

DİA.AZ-ın məlumatına görə, fermer Nofəl Qasımov AYNA-ya deyib ki, xammal çoxdur, lakin heç kim tərəfindən tələb olunmur: “Yunu fermerlərdən çox ucuz qiymətə alırlar ki, bu da onu təhvil üçün yığmağı sərfəli etmir. Əvvəllər Yevlaxda yun emalı zavodu var idi, amma çoxdan bağlanıb. Dərilərlə də bənzər bir mənzərə var, onlar ümumiyyətlə, qəssablardan pulsuz da alınmır. Fermerləri həvəsləndirmək lazımdır. Heyvandarlığın geniş yayıldığı bütün ərazilərdə toplama məntəqələri olmalıdır”.

Yerli ekspertlər razılaşırlar ki, məsələyə savadlı yanaşsanız, burada perspektivlər var. İqtisadçı ekspert Eyyub Kərimli statistik məlumatlara istinad edir: “Respublikada 2,6 milyon baş iribuynuzlu, 8,1 milyon baş xırdabuynuzlu, yəni 10 milyondan çox təsərrüfat heyvanı var. Dəri və yundan istifadə olunmalıdır - bu, qiymətli xammaldır. Təbii ki, biz onları əvvəllər ixrac etmişik - əsasən Türkiyə, Ukrayna və digər MDB ölkələrinə, eləcə də Çin və Hindistana ixrac etmişik”.

“Azərbaycanın ixrac üfüqlərini genişləndirməsi və əhəmiyyətli Avropa bazarına çıxması müsbət haldır. Bu, qeyri-neft ixracının inkişafına töhfə verəcək və ölkə büdcəsinə valyuta daxilolmalarının daha bir mənbəyinə çevriləcək. Təbii ki, əgər biz dəri və yun məmulatlarının istehsalını ölkəmizdə tətbiq etsəydik və xaricə xammal yox, hazır məhsul satsaydıq, daha sərfəli olardı. Azərbaycanda indi dəri məmulatlarının istehsalı, ilk növbədə ayaqqabı sexləri, qadın çantalarının istehsalı, dəri geyimləri sexləri var. Yundan əsasən toxuculuq sənayesində istifadə olunur və biz yun məmulatlarının istehsalını qurmamışıq. Bu, maliyyə cəhətdən intensiv istehsaldır və investisiyalar, qabaqcıl ölkələrdə tətbiq olunan yeni texnologiyalardan istifadə tələb edir. Amma indi kiçik miqyaslı istehsal güclərinin yaradılması olduqca realdır - həm xammal, həm də sənaye bazası var”, - deyə mütəxəssis əməkdaşımızla söhbətində bildirib.

Azərbaycanın Aİ-yə yun, dəri və balıq kürüsünün tədarükü sahəsində müəyyən ixrac imkanları var. Amma həcm hələ də aşağıdır, bizə biznes plan və yaxşı investisiyalar lazımdır.

TEREF.AZ xəbər verir ki, bu barədə danışan iqtisadçı ekspert Asiman Quliyevin AYNA-ya dediyinə görə, 2018-2019-cu illərdən başlayaraq bu məsələ ilə Kənd Təsərrüfatı Nazirliyi səviyyəsində məşğul olunur: “Yaxşı mütəxəssislərimiz var, amma dövlət bu işə nəzarət etməlidir və bu bazarın inkişafında maraqlı olmalıdır. Nəinki xammalı ixrac etmək, həm də öz istehsalımızı inkişaf etdirmək mümkündür və lazımdır”.

Dayanıqlı İnkişaf Araşdırmalar Mərkəzinin sədri Nəriman Ağayev öz növbəsində söyləyib ki, bizdəki dəri İtaliyanın dəri məmulatları istehsalçıları üçün maraqlı ola bilər: “Qeyri-Avropa ölkələrindən isə Mərakeş bu məhsulla maraqlana bilər - bu ölkədə hər il bu təbii materialdan çoxlu çanta, gödəkçə, kəmər və s. düzəldilir. Quzu əti Azərbaycan mətbəxinin əsas tərkib hissələrindən biridir. Ona görə də ölkədə çoxlu sayda bu kənd təsərrüfatı heyvanlarının kəsilməsi təəccüblü deyil. Azərbaycanda hər gün 25 minə yaxın qoyun kəsilir, ona görə də dərimiz, eləcə də yunumuz kifayət qədərdir”.

Buna baxmayaraq, xaricdən ölkəyə xeyli dəri gətirilir. Bu ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana 9 milyon 644 min ABŞ dolları dəyərində dəri və dəri məmulatları ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% çoxdur. Təkcə may ayında Türkiyədən Azərbaycana 1 milyon 721 min ABŞ dolları dəyərində məhsul tədarük edilib ki, bu da bir il əvvəlkindən 3,3% çoxdur.

Ağayevin sözlərinə görə, xam dərilər əsasən Azərbaycandan ixrac olunur, emal olunaraq bizə qaytarılır: “Belə bir məhsul, əlbəttə ki, daha bahalıdır. Əgər ölkədə dəri məhsulları istehsal olunursa, yun çox nadir hallarda istifadə olunur. Amma əvvəllər ondan həm paltar, həm də adyal hazırlanır, döşəklər doldurulurdu. İndi yun əvəzinə, əsasən, sintetik sintepondan istifadə edirlər, ona görə də bu istiqamətin itirildiyini deyə bilərik”.
Ardını oxu...
Tarihi banknot tedavüle çıktığı 1927 yılında 1000 Cumhuriyet altını değerindeydi ve "1. emisyon 1000 lira tedavülde kaldığı sürede büyük bir ekonomik değere sahipti. "
"1927 yılında basılan 1. emisyon 1000 lira 1939'da tedavülden kaldırıldı."
Tedavülde kaldığı yaklaşık 12 yıl boyunca 15 bin 374 adet basıldı.
1939'da tedavülden kaldırıldığında 23 adeti değiştirilmek üzere Merkez Bankasına iade edilmedi.
İade edilmeyen 23 banknottan bugüne sadece 7 adedinin ulaştığı tahmin ediliyor.
Bu durum da bu paraya 'çok nadir' özelliği kazandırıyor.
Türkiye henüz genç bir Cumhuriyet.
Hem Osmanlının borçlarını ödüyor.
Hem pek çok fabrika kuruluyor.
Hemde parası dünyanın en değerli paraları arasında.
Neden ? Çünkü emperyalizme meydan okuyan "Mustafa Kemal" dönemi.
Ardını oxu...
Basri Yalta
 
Ardını oxu...
Rusiya Federasiyasının beynəlxalq ehtiyatları həftə ərzində 0,6 milyard ABŞ dolları azalaraq 23 iyun 2023-cü il tarixinə 586,9 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Qeyd olunub ki, iyunun 16-na ehtiyatların həcmi 587,5 milyard ABŞ dolları təşkil edirdi.
Ardını oxu...
Son aylar Azərbaycanda un və çörəyin qiyməti düşüb. Bu, dünya bazarlarında unun və buğdanın ucuzlaşması ilə əlaqələndirilir. Amma unla çörəyin qiymətlərində ucuzlaşma bir-birinə uyğun gəlmir. Məsələn, ötən il 38 manata olan 50 kq un kisəsi indi 29 manat 50 qəpiyə düşüb. Çörəkdə isə cəmi 5 qəpik ucuzlaşma var. 65 qəpiyə olan çörək son günlər 60 qəpiyə satılır.

Bunun səbəblərini rəsmi qurumlar və çörək bişirən müəssisələrdən öyrənmək mümkün olmayıb.

Azərbaycan ərzaq buğdasına olan tələbatı özü tam ödəmir. Hökumət buğdanın istehsalının artmasını hədəf kimi götürüb. Bəzi ekspertlər ərzaq buğdasında ucuzlaşmanı müvəqqəti sayır.

Buğda əkini 7 faiz artıb
Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, Azərbaycanda 2022/2023-cü təsərrüfat ilində 1 milyon 44 min 660 hektar sahədə payızlıq taxıl əkini aparılıb: "2021/2022-ci təsərrüfatı ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7.8 faiz artıb. Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkini aparılır".

Əlavə edilib ki, taxıl sahələrinin təqribən 40 faizində biçin yekunlaşıb: "İyunun 25-nə olan məlumata görə, 410 min 237 hektar sahədə biçin prosesi başa çatıb, sahələrdən 792 min 444 ton arpa və 523 min 354 ton buğda yığılıb. Orta məhsuldarlıq arpa üzrə 30.4, buğda üzrə 34.9 sentner təşkil edir".

"Azərbaycan buğdanı yenə Rusiyadan almağa başlayıb"
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirir ki, Azərbaycanın yerli istehsalı buğdaya tələbatın cəmi 25 faizini təmin edir: "Qalan 75 faizini biz xaricdən alırıq. Bunun bir çox səbəbləri var. Bu, aqrar sahədə düzgün olmayan yanaşmaların, texniki bitkilərin artmasının və bunun hesabına buğda əkinlərinin azalmasının, məhsuldarlığın aşağı düşməsinin nəticəsidir. Həmçinin, Azərbaycanda istehsal olunan buğdanın keyfiyyəti çox aşağı olur. Bütün bu məsələlər ona gətirib çıxarıb ki, biz 75 faiz xaricdən asılıyıq və orada qiymətlərin dəyişikliyi həmən Azərbaycana təsir göstərir".

İqtisadçının deməsinə görə, dünya bazarında buğdanın qiyməti keçən ilin eyni dövrünə nisbətən 30 faiz düşüb. O hesab edir ki, bu da çörəyin qiymətinin düşmə tempinə adekvat deyil: "Azərbaycan keçən il Ukraynadakı müharibə fonunda yaranan böhran zamanı ən çox buğdanı Qazaxıstandan alırdı, amma indi daha ucuz qiymətə yenə Rusiyadan almağa başlayıb".
Turan
Ardını oxu...
“Azərbaycanla müqavilə qışda ölkəmizin qaz çatışmazlığına son qoymağa kömək edəcək”.

“Report” Pakistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin neft üzrə dövlət naziri Musadik Malik deyib.

O qeyd edib ki, Pakistanın koalisyon hökuməti bu yaxınlarda Azərbaycandan təbii qazın alınması ilə bağlı müqavilə imzalayıb.

“Müqaviləyə əsasən, Azərbaycan hər ay qaz tankeri təklif edəcək. Pakistan isə qiymətdən asılı olaraq onun alınması ilə bağlı qərar qəbul edəcək. Müqavilə həm də ölkənin qış qaz çatışmazlığına son qoymağa kömək edəcək”, - nazir vurğulayıb.

Bundan əlavə, o, yerli hökumətin bərpa olunan enerjinin təşviqi ilə bağlı öhdəliyinə uyğun olaraq, Baş nazir Şahbaz Şərifin ümumi gücü 10 000 meqavat olan dörd günəş enerjisi layihəsinə start verdiyini söyləyib. Musadik Malikin sözlərinə görə, Baş nazir, həmçinin, Pakistanın bütün böyük neft şirkətlərinin bərpa olunan enerji, "yaşıl" hidrogen və "yaşıl" ammonyak istifadəsinə keçməsi üçün hərtərəfli plan hazırlamaq barədə göstərişlər verib.
 
Ardını oxu...
Ötən il Dövlət Neft Fondunun (ARDNF) investisiya gəlirləri olmayıb, əksinə, investisiyaları 2 milyard 461.3 milyon ABŞ dolları (- 5.2 faiz) zərər edib. Buna Neft Fondunun aldığı istiqraz və səhmlərin ucuzlaşması səbəb olub.

“Fondun ötən il 45.03 milyard ABŞ dollarına bərabər aktivləri ilin sonuna artaraq 49.03 milyard ABŞ dollarına yüksəlib. Ümumi portfelin 62.1 faizi borc öhdəlikləri və pul bazarları alətlərinə, 19.6 faizi isə səhmlərə investisiya olunub. Portfelin 6.2 faizini daşınmaz əmlak, qalan 12.1 faizini isə qızıl investisiyaları təşkil edib”, – ARDNF-nin 2022-ci il üzrə maliyyə hesabatında bildirilir.

Bununla belə, hesabata görə, yaranma tarixindən 2023-cü il yanvarın 1-dək ARDNF investisiyalardan toplam 7.8 milyard ABŞ dolları gəlir əldə edib ki, bu da illik ifadədə 2.3 faiz gəlirliliyə bərabərdir.

İqtisadçı Qubad İbadoğlu AzadlıqRadiosuna bildirib ki, əgər ARDNF öz valyuta vəsaitlərini şəffaf və hesabatlı formada səmərəli idarə etsəydi, ilin yekunlarına görə gəlirlilik səviyyəsi mənfi (-) 5.2-yə düşməzdi: “Təəssüflər olsun ki, şəffaflıq və hesabatlılıq yoxdur. Məsələn, Neft Fondu əmlak bazarında iştirak edir və müəyyən ofis, biznes mərkəzlərinə sahibdir. Amma onun idarəçiliyini 10-15 şirkətə veriblər. Həmin şirkətlər necə seçilir, açıq və rəqabətli tenderlər varmı, hansı meyarlar əsas götürülür, bu barədə heç bir məlumat yoxdur”.

İqtisadçının sözlərinə görə, ötən il maliyyə bazarları təlatümdə olub: “Təbii ki, bazarda qazanmaq üçün daha çox peşəkarlıq tələb olunurdu. Düzdür, peşəkarlar da müəyyən zərərlə üzləşib, amma onların zərərinin səviyyəsi Neft Fondundakı kimi yüksək deyil. Zərər 3 faizə qədər olsaydı, bunu obyektiv səbəblərlə izah etmək olardı. Amma 5 faizlik zərər burada subyektiv amillərin olmasını göstərir”.

Neft Fondu 1999-cu ildə yaradılıb. Bu quruma 2001-ci ildən vəsaitlər daxil olmağa başlayıb. 2020-ci ilə qədər bu fonda təqribən 160 milyard dollar vəsait daxil olduğu açıqlanmışdı. Bu il aprelin 1-də isə Fondda 53 milyard 437.6 milyon ABŞ dolları qaldığı bildirildi. Qalan vəsaitin ölkə büdcəsinə transfert edildiyi və bir çox layihələrə xərcləndiyi açıqlanıb.
 
Ardını oxu...
Bu ilin iyun ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 96,1 bənd təşkil edib.

Bolgə.TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,6 bənd, ilin əvvəli ilə müqayisədə 0,9 bənd, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 bənd çoxdur.

May ayının sonuna manatın real effektiv məzənnəsi 122 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,2 bənd çox, ilin əvvəlinə nisbətən 0,3 bənd az, illik müqayisədə isə 6,2 bənd çoxdur.
Ardını oxu...
Dünya bazarında neft qiymətləri artıb.

Belə ki, WTI markalı neftin iyul füçersləri 0,53% bahalaşıb və bir barelinin qiyməti 69,74 ABŞ dolları olub.

“Brent” markalı neftin iyul füçersləri isə 0,43% bahalaşaraq, bir barelinin qiyməti 74,50 ABŞ dolları təşkil edib.
Mənbə: Bloomberg
 

Dünyapress TV

Xəbər lenti