Ardını oxu...
“Taxıl sazişi” çərçivəsində Rusiya-BMT memorandumu üzrə məsləhətləşmələrin növbəti raundu Cenevrədə olacaq.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin xəbər verib.

Onun sözlərinə görə, görüş iyunun 9-a təyin olunub.
Nazir müavini qeyd edib ki, BMT-ni qurumun Ticarət və İnkişaf üzrə Konfransının baş direktoru Rebekka Grinspan təmsil edəcək.

Mənbə: İnterfaks
 
Ardını oxu...
Avtomobil yollarının saxlanılması və qorunması qaydalarının pozulmasına görə cərimələr 5 dəfədən çox artırılır.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Bildirilib ki, avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
Dəyişikliklə isə avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə olunacaq.
 
Ardını oxu...
Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər 150 manat cərimələnəcək. “Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin hazırkı variantında qeyd edilib ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 100 manat məbləğində cərimə edilir.

Dəyişikliklə bu cərimə 100 manatdan 150 manata qaldırılır.
 
Ardını oxu...
Türk lirəsinin dəyər itirməsindəki sürət ötənilki sıçrayışa nisbətdə bir qədər aşağıdır. Yeni hökumətlə bağlı xəbərlər maliyyə çevrələrini gözləmə modusuna salmışdı. Bu sırada əsas diqqət xəzinə və maliyyə naziri Mehmet Şimşeke yönəlib.
Mehmet bey 2007 ci ildən türk hökumətində maliyyə naziri postunu tutub. Hökumət içərisindəki mübahisələr üzündən 2018 ci ildə istefa verməyə məcbur oldu. Onun istefasından sonra türk lirəsinin katastrofik enşi başladı.
Şimşək nazir olduğu illərdə türk lirəsini 10 il ərzində sabit saxlamaqla bərabər qərb investisiyalarını Türkiyəyə yönləndirməklə yadda qalıb. O, istefa etdiyi günün sabahı bütün unvestisiyalar çəkildi və lirə dirəyə çarpdı.
Kürdəsilli Mehmet bəy 8 qardaşin içərisində təhsil ala bilmiş tək qardaşdir. İngilis və türk vətəndaşlığı var. “Bank of America”nın aparıcı strateqlərindən biri olan Mehmet bəyi finans çevrələrində “Mister Garant” ayaması ilə də çağırırlar. Onun adı olduğu yerlərə investorlar qaçaraq gedərlər.
Şimşek bəyin ekonomi sorumlusu kimi tam yetkisi olacaq və qarşısında duran əsas vəzifə də qərbin maliyyə çevrələrilə əlaqələri genişlətmək və Amerika parasını Türkiyəyə soxmaqdır. Vaşinqton bunun əvəzinə Ankaradan nə istəyəcək. Təbii ki Kremldəki arkadaşının başını. Verəcəkmi? Məncə yox. Umud Mehmet kişiyə qalıb.
Elxan Həsənli
Teref.az
Ardını oxu...
Rusiyanın “Opening” bankı Türkiyə və Azərbaycandakı fiziki şəxslərin hesablarına və bank kartlarına köçürmələrin göndərilməsi imkanını işə salıb.

Bu barədə “Report” “Kommersant”a istinadən xəbər verir.

Bir əməliyyat üçün maksimum məbləğ 15 min rubl təşkil edir. Vəsaitlər dərhal və komissiyasız olaraq milli valyutada hesablanır.
Ardını oxu...
İyunun 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq ediləcək.

Bu barədə Tribunainfo.az-a Qoruqları İdarəetmə Mərkəzindən bildirilib.

Belə ki, sabahdan xarici ölkə vətəndaşları üçün “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğu, “Kiş” Tarix-Memarlıq qoruğu və “Diri Baba” türbəsinə giriş qiyməti 9 AZN təyin edilib.

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu üçün kombinə olunmuş biletin qiyməti isə əcnəbilər 15 AZN olacaq.

Eyni zamanda, bu qoruqlarda xarici dillərdə bələdçi xidmətinin qiyməti 10 AZN olaraq müəyyənləşdirilib.Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün giriş qiymətləri dəyişmədən 2 AZN olaraq qalır. Qoruqlara yerli tələbələr üçün giriş qiyməti 1 AZN, məktəblilər üçün isə ödənişsizdir. Həmçinin, Azərbaycan vətəndaşı olan əlillər, müharibə veteranları və qazilər, 12 yaşınadək xarici turistlər də qoruqları pulsuz ziyarət edə bilərlər.
 

        
Ardını oxu...
Azərbaycan artan tələbatı nəzərə alaraq, Avropaya qaz nəqlinin coğrafiyasını genişləndirmək niyyətindədir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü 28-ci “Xəzər neft və qazı” beynəlxalq sərginin və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – Caspian Power sərgisinin açılış mərasimindəki çıxışında bildirib.

Onun sözlərinə görə, təchizat coğrafiyası genişlənəcək, çünki Azərbaycan qazına tələbat artır. Son bir il yarım ərzində 10-dan çox ölkə Bakıya müraciət edərək qaz nəqlinin artırılmasını və ya başlanmasını xahiş edib, Əliyev deyib.

O əlavə edib ki, Avropaya qaz nəqlini artırmaq üçün çox işlər görülməlidir. TANAP (32 milyard kubmetrə qədər) və TAP (20 milyard kubmetrə qədər) qaz kəmərlərini genişləndirmək lazımdır.

“Bizə Avropanın digər boru kəmərləri sistemlərinə, o cümlədən Transbalkan boru kəmərinə maneəsiz çıxış lazımdır”, – Əliyev qeyd edib. Beləliklə, bütün bu məsələlər birgə səylərlə həll edilməlidir, çünki onlar xeyli investisiya tələb edir. “Ona görə, əlbəttə, biz əmin ola bilərik ki, hasil etdiyimiz qazın əlavə həcmi öz istehlakçısını tapacaq”, – Əliyev deyib.

Ortamüddətli perspektivdə Azərbaycan alternativ mənbələrdən istehsal olunan “yaşıl” enerjinin təchizatçısına çevrilməyi planlaşdırır.

Həmçinin ortamüddətli perspektivdə Azərbaycan alternativ mənbələrin köməyilə istehsal olunan elektrik enerjisinin və “yaşıl” enerjinin ixracatçısına çevrilməyi planlaşdırır.

Azərbaycan alternativ enerji mənbələrinin mühüm potensialına, əsasən də Xəzərdə öz sektorunda 157 GVT külək enerjisi üçün əhəmiyyətli potensiala malikdir.

Avropaya enerji körpüsünün (Qara dənizin dibilə elektrik kabeli) çəkilməsi layihəsinə toxunan Əliyev deyib ki, elektrik enerjisi nəqlinin həcmi ən azı 4 GVT olacaq.

Azərbaycanın imzaladığı sazişlər və memorandumlar 25 GVT “yaşıl enerji” istehsalını nəzərdə tutur. Alternativ energetikanın inkişafı Azərbaycana qazdan istifadəni azaltmağa imkan verəcək və ölkə qalan həcmləri ixrac edə biləcək.

*17 dekabr 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Black Sea Energy sualtı elektrik kabelinin inşası üzrə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıblar. Kabel Azərbaycanda istehsal olunan “yaşıl” elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılmasını, daha sonra Macarıstana və Avropanın qalan hissəsinə nəqli üçün nəzərdə tutulacaq.
 
Ardını oxu...
Şirvan Şəhər İcra Hakimiyyəti Şirvan şəhərində məişət tullantılarının yığılması məqsədilə konteynerlərin satın alınması ilə bağlı kotirovka soruğusuna yekun vurub.

Qaynarinfo xəbər verir ki, sorğunun qalibi "GRIFFIN-M" MMC seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 44.975,7 AZN təşkil edir.

Müqavilənin şərtlərindən məlum olur ki, icra hakimiyyəti 51 ədəd 0.22 kubmetr, 69 ədəd isə 1.1 kubmetr həcmli zibil kontenyeri alacaq.

Qara bazarda bu həcmdə plastik zibil konteynerlerinin qiyməti 80-100 AZN civarındadır. Konteyner satışı ilə məşğul olanların sözlərinə görə, Şirvan Şəhər İcra Hakimiyyətinin almaq istədiyi konteynerlərin qiyməti isə 150-250 AZN civarındadır. Bu halda təxmini hesablar zamanı məbləğin şişirdildiyi məlum olur. Bu isə kotirovka sorğusunun şəffaflığına müəyyən şübhələr yaradır.

"GRIFFIN-M" MMC barəsində məlumatlara diqqət yetirəndə şübhələr bir qədər artır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, bu şirkət 11 noyabr 2022-ci ildə qeydiyyata alınıb. Yəni, "GRIFFIN-M” MMC cəmi 6 aydır ki, fəaliyyət göstərir. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Şirvan şəhəri, Gülbala Şıxbala oğlu küçəsi, ev 30B-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Abbasov Əlicabbar Abas oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur.

"GRIFFIN-M" MMC-nin Şirvan Şəhər İcra Hakimiyyəti ilə bağladığı satınalma müqaviləsi şirkətin ilk müqaviləsidir. Hər halda dövlət satınalmalarının elektron portalında yalnız bu məlumat çıxır.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovdur. O, bu vəzifəyə 2019-cu ildə təyin edilib.
 
 
 
Ardını oxu...
"15 min manatlıq layihə söz vermişdilər, ayırmadılar. Şuşa şəhidi ilə bağlı sənədli film üçün isə 6 min manat ayırdılar. Bu 6 min elə bil söyüş oldu mənə".

Yeniavaz.com xəbər verir ki, bu sözləri "Azadlıq Radiosu”na Şuşa-Xankəndi yolunda etiraz aksiyası zamanı əynindəki kürkü və əlində sıxdığı göyərçinin havaya buraxılanda yerə düşməsi ilə gündəm olan Qeyri-Hökumət Təşkilatı (QHT) rəhbəri Tahirə Məmmədova deyib.

Mayın 26-da QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2023-cü il üçün seçilən qrant layihələrinin siyahısını açıqlayıb. Agentlik yeddi istiqamət üzrə 416 layihəni qalib seçib.

Həmin qrant müsabiqəsi çərçivəsində dövlət büdcəsindən 3 milyon 253 min 500 manat vəsait ayrılıb. Büdcədən qrant layihələrinə ayrılan vəsait bununla yekunlaşmır. "Heydər Əliyev ili"nə həsr edilmiş qrant müsabiqəsi çərçivəsində də büdcədən 135 min manat bu istiqamətdə xərclənəcək. Bu il Azərbaycanda keçmiş prezident Heydər Əliyevin 100 illiyi qeyd olunur.

Nəticələr açıqlanar-açıqlanmaz QHT rəhbərlərinin narazılıqları eşidilməyə başladı. Bir gün sonra, mayın 27-də günorta saatlarında 10-dan çox QHT rəhbəri Prezident Administrasiyasının qarşısında aksiya keçirib. Onlar QHT-lərə Dövlət Dəstəyi Agentliyinin onlara qarşı ayrıseçkilik etdiyini, ya layihələrini qəbul etmədiyini, ya da az vəsait ayırdığını deyərək giley-güzar ediblər. Etirazçıların bəziləri Şuşa-Xankəndi yolunda 2022-ci il dekabrın 12-dən bu il aprelin 28-nə kimi 138 günlük aksiyada iştirak etdiklərini xüsusi vurğulayaraq Agentliyi bunu nəzərə almamaqda suçlayıb. Həmin aksiyanı keçirənlər, əsasən, ekoloji tələblər qaldırırdılar. Ermənistan bu aksiya ilə Qarabağdakı ermənilərin blokadaya salındığını desə də, rəsmi Bakı yolun humanitar məqsədlər üçün açıq olduğunu bildirirdi.

PA önünə etiraza gələn "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" QHT-sinin sədri Radə Abbas "nə vaxta kimi uşağımın boğazından kəsib ofis pulu verəcəm" deyərək narazılığını bildirir: "Qəpik-qəpik hesablamışıq, 15 min manatlıq layihə vermişik. Siz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olaraq hansı çox dəyərli layihəni ortaya qoydunuz ki, indi bizi bəyənmirsiniz? 7 min manatı QHT-yə bir illik fəaliyyət üçün verir və yüksək iş tələb edir. Özləri də bilirlər ki, o pul ilə yaxşı iş ortaya qoymaq olmayacaq. Mən müharibə veteranlarının problemlərinin həlli üçün çalışıram, o idarə, bu idarə, bu 7 min heç taksilərimin puluna çatmır".
2014-cü ildə qeydiyyatdan keçən bu QHT Dövlət Agentliyi yaranandan bu günə kimi layihələrinə görə dövlətdən 26 min manat vəsait alıb. Vəsaitlərin hamısı film çəkilişlərinə ayrılıb.

"Biz buraya Agentlik rəhbərliyinin qrant müsabiqələrində dostuna-tanışına payladığı məbləğlərə etiraz etmək üçün gəldik, halbuki o vəsait heç kimin atasının pulu deyil", –"Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqızı mayın 27-də PA qarşısında etiraz aksiyasında deyib. O əlavə edib ki, Şuşanın "türk dünyasının mədəniyyət paytaxtı" elan olunması ilə bağlı rəsm müsabiqəsi layihələrinə 8 min manatın ayrılması onları qane etmir. Bu QHT-yə ötən il də 9 min 500 manat vəsait ayrılmışdı.

"Biz indi də prezidentimizin yanındayıq. Birinci biz getmişik Şuşaya. Həftələrlə rusun, erməninin qabağında olmuşuq. Ağzımızdan vururlar ki, "utanmırsınız, Şuşadakı aksiyada olmağınızı deyirsiniz". Bəs siz utanmırsınız? Məndə o fikir yoxdur ki, Şuşadakı aksiyada olmuşam, mənə 10 min yox, 20 min verilməlidir. Amma düşünürəm ki, hər zaman dövlətin yanında olan bu adamlar niyə sayılmamalıdır?", – o bildirib.

Tahirə Məmmədovanın sədri olduğu "Azərbaycan-İraq Mədəni Əlaqələr" İctimai Birliyinin 2007-ci ildə Azərbaycanla İraqı siyasi, sosial və mədəniyyət sahələrində bir-birinə tanıtmaq məqsədilə yaradılıb. Təşkilat son illər Qarabağ münaqişəsi haqda məlumatlandırma ilə də məşğul olduğunu bildirir. Məmmədova vətənpərvərlik mövzusunda layihələrə görə dövlətdən, bu il də daxil olmaqla, dörd dəfə maliyyə yardımı alıb. O, AzadlıqRadiosuna maliyyənin azlığından gileylənsə də, PA önündə aksiyaya qoşulmadığını xüsusi qeyd edir. "İraqda təntənəli şəkildə təqdimatını keçirmək istədiyim, 100 illiyə həsr ediləcək "Heydər Əliyev və Şərq dünyası" adlı kitab çapı haqda layihəm qəbul edilməyib", - deyir.

"İkinci layihəm Şuşa şəhidləri barədə ötən illərdən start götürən film layihəsi idi. Üçü haqda elə dövlət vəsaiti ilə sənədli filmi təhvil verdim, birinci yer tutan oldu, bir təşəkkür də etmədilər. Dördüncü film haqda layihəyə 6 min manat pul ayırıblar. Şəhidim də Beyləqan rayonundandır. Bu 6 min manat mənə söyüş oldu. 15 min manatlıq layihə sözü verilmişdi, hətta mən genişləndirib sənədli film və kitab çapı nəzərdə tutmuşdum, xaricdə tanıtımlar var idi. Əfsuslar olsun ki, işləyən adamları önə getməyə qoymurlar", – Məmmədova söyləyir. O, maliyyə sıxıntısı barədə Agentliyə müraciət edəcəyini də əlavə edir.

"Yol xərci, filmin çəkilişi, prodüserin və mühasibin maaşları, bank vergisi, hökumətin vergisi və digər xərcləri necə çatdıracam, onu düşünürəm. Hətta istədim ki, etiraz kimi qrantı qaytarım da. Düşünməsinlər ki, acgözlük edirəm, yox, söhbət yaxşı iş üçün lazımlı puldan gedir", – deyən Məmmədova agentliyin "elə də yaxşı işləməyən" QHT-lərə çox pul ayırdığını iddia edir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva məsələyə münasibət bildirməyib. Əliyeva ötən ilin sonunda bildirmişdi ki, layihələri xüsusi ekspertlər seçir və burada ədalətsiz davranışdan söz gedə bilməz. O, layihələrin üç mərhələdən keçərək müstəqil və peşəkar komanda tərəfindən yoxlanıldığını açıqlamışdı.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova isə abzas.org-a açıqlamasında layihələrin keyfiyyət standartlarının aşağı olduğunu vurğulayıb, eyni zamanda, narazılıqları da başadüşülən adlandırır: "Bununla bağlı təlimatlandırma aparırıq, amma yenə keyfiyyət çox aşağı idi. Layihələrin yazılış qaydasını, proqrama cavab verib-verməməsinə dair məsələləri əsas indikator kimi götürsək, çox az layihə keçərdi. Donor institutları müsabiqə elan edir. Həmin müsabiqədə "mütləq qalib gələcəksən" deyə bir şey yoxdur. Narazılıqlar başa düşüləndir, amma etirazların xüsusilə bu formatda edilməsi doğru deyildi. Çünki bizim aydın, hüquqi prosedurumuz var. Narazılığı olan QHT-lər bizə müraciət edir, biz şikayətlərinə baxırıq".

Səfərova Şuşadakı aksiyanın könüllü xarakter daşıdığını, qrant müsabiqəsinə təsir etmədiyini də sözlərinə əlavə edib.

İqtisadçı Fərid Abbasov dəyərləndirmə mexanizmlərində ciddi islahata ehtiyac olduğunu dilə gətirir və deyir ki, keyfiyyətli iş üçün məbləğ yüksək olmalıdır: "Amma o layihələr nə qədər vacibdir ki, dövlət ona pul ayırsın? Sonuncu müsabiqə nəticələrində qalib layihələrin əksəriyyəti bir-birinə bənzəyir. Məsələn, Şuşa ilə bağlı film üçün yalnız bir QHT-yə 20, yaxud 30 min manat ayrıla, normal keyfiyyətdə film ərsəyə gətirilə bilər. Bənzər işlərə həmin işləri ərsəyə gətirməyəcək məbləğlərin ayrılması dövlət büdcəsindən düzgün istifadə etməməyin nəticəsidir. Azərbaycanda ehtiyacların qiymətləndirilməsi mexanizmi qurulmalı, ona əsasən təyin olunmalıdır ki, hansı sahə üzrə layihəyə nə qədər pul ayrılsın".

Tənqidçilərin fikrincə, ölkədə bəzi GONGO-lar (hökumətə bağlı qeyri-hökumət təşkilatları) ara-sıra qrantlarla yanaşı, dövlətdən daimi vəsait alır və hakimiyyəti təbliğ edirlər. Bu arada illər öncə xarici donorlar ictimai birlikləri asılı vəziyyətə salmadan maddi yardım edirdi. 2013-cü ildən xarici donorlar yaranan çətin duruma görə ölkəni tərk etməyə başlayıb.

Müstəqil tənqidçilər deyir ki, hakimiyyət təkcə özünə yaxın GONGO şəbəkəsi yaratmaqla, müstəqil QHT-ləri neytrallaşdırmaqla kifayətlənməyib. Hazırda ölkədə fəaliyyət göstərən xarici səfirliklərin, beynəlxalq qurum təmsilçiliklərinin bu GONGO çətirindən kənara çıxmadığını, onlarla əməkdaşlıq etdiyini deyənlər var. Hələ 2014-cü ildə bir qrup QHT iddia edirdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 1.5 milyon dollarlıq qrantı hökumətin nəzarətində olan təşkilatlara verib, onların adını, tenderin nəticələrini açıqlamayıb. USAID isə seçim prosesinin şəffaf və rəqabətli olduğunu deyirdi.

Ümumilikdə isə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin verdiyi qrant məbləğləri ictimaiyyətə açıq olsa da, agentliyə büdcədən nə qədər vəsait ayrıldığı bilinmir. Rəsmi məlumata görə, Azərbaycanda qeydiyyatdan keçən 4 minə yaxın qeyri-hökumət təşkilatı var.
Ardını oxu...
- Bayden, Makron, Scholz seçkidən sonra Erdoğanı təbrik etdi - bizdə bəziləri deyir yox e, Əliyev və Putin təbrik etdisə, deməli bu işdə nəsə var,
- CHP və müxalifət qanadı seçki sürəcində problemlemlər olmağına baxmayaraq səslərin sayılmadında saxtakarlıq olmadığı deyir, uduzduqlarını etiraf edir - bizdə bəziləri onlardan çox bilirlərmiş, onlardan çox Kılıçdaroğlunun qələbəsini istəyirlərmiş, dirəşiblər ki, yox e, saxtakarlıq var, Kemal bəy uduzmayıb,
- Biz həftələrdir məhz Azərbaycan hakimiyyətinə mesaj olsun deyə yazıb-söyləyirik ki, baxın ha, qardaş ölkəyə baxın, "oy, sandıq siyasətçinin namusudur", deyən AKP-yə, Erdoğana baxın, dərs çıxardın - bizdə bəziləri aqressiv şəkildə üstümüzə gəlib, "siz Erdoğançısınız, onu dəstəkləyirsiz", bağırırlar,
- Biz illərdir seçki institutuna inamı ölmüş məmləkətimizdə bu prosesə marağı artırmaq üçün çalışırıq, qardaş Türkiyədə seçki marağını örnək gətirərək bizdə də canlanma yaratmaq istəyirik - bizdə bəziləri bunu anlamır, özümüzdə olan biabırçı seçki vəziyyəti azmış kimi, indi də, "ay aman, Türkiyədə də saxta seçki oldu", deyib seçki sürəcinə olan-qalan inamı da məmləkətdə öldürmək istəyərək YAP-a xidmət edirlər.
Dostlar, Türkiyədə Respublikanı, sekulyar yanaşmanı, liberal bazar iqtisadiyyatını saxlayacaq təməllər var - Atatürkçülük, sekulyar millətçilik, solçuluq güclüdür, qardaş ölkənin varolma "vaksinləridir", ciddi seçki institutunun varlığı da Türkiyəni daim ayaqda tutacaq və gücləndirəcək!
Gəlin özümüzə baxaq, öz "vaksinlərimizi" yaradıb-gücləndirək. İlk və ən vacib məsələ seçki institutunun bərpasıdır - bu addım olsa, sonra bizdə də ideoloji kəsimlər yaranacaq. Hamılıqla seçki institutunun bərpasına çalışmalıyıq, bu yol isə ancaq aktiv iştirakçılıqdan keçir!
Natiq Cəfərli
Teref.az

Dünyapress TV

Xəbər lenti