TEREF.AZ yazır ki, az öncə bir qrup sahibkarın JAMAZ.İNFO-ya verdiyi məlumata görə, Azərbaycana xaricdən gətirilən kimyəvi-yuyucu vasitələrə (qab şampunları, şampunlar, yuyucu tozlar və bu qəbildən olan vasitələr-red.) Dövlət Gömrük Komitəsi (DGK) heç bir səbəb göstərmədən 27 fazi əlavə gömrük rüsumu ödəmək tələbi qoyub.
Həmin məlumatda deyilir ki, gömrük işçiləri dünən gecə yük maşınlarını Azərbaycan ərazisinə buraxdıqdan sonra bu “qaydanı” elan edib. DGK rəsmiləri bu qədər rüsumu hansı səbəbdən, hansı qanuna əsaslanaraq tətbiq etdiklərini açıqlamayıblar.
Sahibkarlar bildirir ki, yeni qaydalar nəticəsində onlar hər yük maşınına görə, 4000 dollar əlavə pul ödəmək məcburiyyətində qalıblar. Bu isə kimyəvi-yuyucu vasitələrin topdansatış qiymətlərinin 30 fazidən çox bahalaşmasına gətirib çıxaracaq.
Məlumatda deyilir ki, sahibkarlar DGK-nın bu addımına etiraz əlaməti olaraq, sabah komitənin binası önündə aksiya keçirməyi planlaşdırırlar.
P.S. Səfər Mehdiyev DGK sədrindən getdikdən sonra bir çoxları deyirdilər ki, yeni gələn köhnəyə rəhmət oxutduracaq. Əvvəlcə buna heç kim inanmırdı. Amma deyilənlər doğru çıxdı. Şahin Bağırov həqiqətən də özündən öncəkilərin ölənlərinə nəinki rəhmət oxutdurur, həm də onları günün günorta çağı çıraqla axtarmağa vəsilə olur.
Yaxınlaşan yayın istisi və hər il olduğu kimi bu fəsildə sudan çəkdiyimiz əziyyət bir yana, bəzi “aydan arı, sudan duru” deputatların məntiqsiz, “milləti ələ salan” açıqlamaları da bir yandan adamı yandırır...
Ötən gün deputat Rüfət Quliyev “fantastik” şəkildə Azərbaycandakı su qıtlığını suyun əhaliyə satış qiymətilə əlaqələndirib: “Azərbaycanda içməli suyun qıtlığı səbəbindən qiymətini saxlaya bilməyəcəyik”.
İxtisasca iqtisadçı olan deputatın su qıtlığı ilə qiymət artımını necə “uzlaşdırdığını” müəyyən etmək çətindir. Çünki əhaliyə su satışı dövlətin inhisarındadır, qiyməti hökumət müəyyən edir və onun qiymətinin formalaşmasına hər hansı rəqabətin təsirindən söhbət gedə bilməz. Çünki rəqabət yoxdur. Yəni, məntiqlə su da kartof, soğan, yaxud R.Quliyev üçün “doğma məhsul” olan siqaret deyil ki, bazarda təbii, yaxud çoxdan öyrəşdiyimiz süni qıtlıq yaradıb qiymətini artırasan.
Ancaq görünən odur ki, R.Quliyevin dediyində müəyyən həqiqət də var. Son zamanlar doğrudan da əhali arasında belə bir fikir dolaşır ki, əhaliyə su verilişində xeyli artan fasilələr və qıtlıq suyun qiymətinin qaldırılması planı ilə bağlıdır. Yəni, bir növ süni qıtlıq yaradılır, suya qənaət edilir və qiymət artımı üçün fon formalaşdırılır. Nəticədə bu gün “qənaət edilən” su sabah qiymət artımından sonra əhaliyə baha qiymətə satılacaq.
Doğrusu, bu qənaətin reallığa söykənib-söykənmədiyini söyləmək çətindir. Ancaq əhali indiyə qədər məmurlardan və “Tarif Şurası”ndan elə “sürprizlər” görüb ki, bu “təcrübədən” çıxış edərək onlardan nə desən gözləyir. Ona görə də qiymət artımına eyham vuran istənilən addımı, yaxud açıqlamanı həssas qarşılayır.
Odur ki, hələ yay gəlməmiş müşahidə olunan su qıtlığı fonunda qiymət artımı mövzusunun ortaya atılması insanlarda deputat R.Quliyev kimilərin bu mövzuda sifarişlə danışması barədə təsəvvür yaradır. Yəni, belə çıxır ki, qiymətin artırılması mövzusu artıq gündəmdədir və bu cür çıxışlarla bir növ əhalinin “nəbzi yoxlanılır”. Sanki kimlərsə gözləyir ki, insanlar “qiyməti qaldırırsınız qaldırın, təki su verin” desin... Ətraflı
Yeri gəlmişkən, sözügedən deputat həmin çıxışında bir növ camaata və təbii sərvətimizə “canıyananlıq” da göstərib. Onun sözlərinə görə, şəhərdə gəzəndə avtomobil yuma yerlərində suyun şırhaşırla axıdıldığını görür: “Yüz faiz əminəm ki, orada sayğac yoxdur. Suyu elə buraxırlar ki, elə bil, şəlalədir. Bir-iki aydan sonra su qıtlığını hiss edəcəyik”.
Birincisi, biz də yüz faiz əminik ki, suyun “şırhaşırla” axıdıldığı və sayğac olmayan obyektlər təkcə “moykalar” deyil. Buraya iri məmurların villalarından tutmuş bağ-bağçalarına, təsərrüfatlarına, müəssisələrinə qədər çox obyektləri aid etmək olar və təəssüf ki, heç bir qiymət artımı buna təsir etmək gücündə deyil.
İkincisi, deputatın sözlərindən belə çıxır ki, bu israfçılığın, özbaşınalığın, talançılığın, “moykalar”ın, villaların və s. cəzası qiymət artırılmaqla “qara camaat”a, onun cibinə kəsilməlidir. Zatən kommunal xərclərin ağırlığı əhalinin real gəlirlərilə qeyri-mütənasiblik təşkil edir, insanlar qışda təbii qazın qiymətinə görə evlərini normal qızdıra bilmirlər, indi də yayda suyla sınağa çəkilməlidirlər? Bəlkə deputatın təklif etdiyi çıxış yolu suyun tonunu yox, litrini bir manat etməkdir?...
“Dovşanı araba ilə tutan” və öz məmurlarını tez-tez sıraya düzüb danlayan, məsuliyyəti onların üzərinə atan Belarus Prezidenti Aleksandr Lukaşenko iki il əvvəl benzinin qiymətini artırmağı təklif edən hökumət üzvlərinə belə cavab vermişdi: “Belə başa düşürəm ki, benzinin qiyməti vasitəsilə camaatın cibinə girmək istəyirsiniz. Bu pulları neft emalı zavodlarında axtarın. Qrup yaradın, yoxlayın bu zavodları. Görəcəksiniz ki, onlar nə qədər maaş alır və necə maşınlar sürür, hansı evlərdə yaşayır, nələr tikirlər və sair. Benzinin qiymətini isə hər axmaq qaldıra bilər, bunun üçün heç hökumət də lazım deyil...”
Bəlkə bizdə də qiymət artırmazdan öncə kimlərisə, hansı qurumlarısa yoxlamağa, su təsərrüfatındakı problemlərin, su qıtlığının gerçək səbəblərini tapmağa ehtiyac var?
On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı söyləyib.
Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bunun xüsusilə vacib olduğunu deyən dövlət başçısı bildirib ki, artıq bir neçə ildir Bakıda bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir.
2022-2023 tədris ilində yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlandı. Zaman az olduğu üçün yuxarı siniflər üçün hazırlanmadı. Artıq yeni tədris ili üçün yuxarı siniflərdə yeni məktəbli formalarından istifadə edə biləcək. Teref.az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandırarkən "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib. “2022-2023 tədris ilində məktəb hansı rəngi seçibsə, üç il müddətində həmin rəngdən istifadə etməlidir. Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15, şalvar və ətək isə 25 manata olacaq. Parçalar Türkiyə və Belarusiyadan gəlir. Ötən il olduğu kimi bu il formaların ölçülərinin tapılmaması ilə bağlı problem yaşanmayacaq. 2022-2023 tədris ilində yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlandı. Zaman az olduğu üçün yuxarı siniflər üçün hazırlanmadı. Artıq yeni tədris ili üçün yuxarı siniflərdə yeni məktəbli formalarından istifadə edə biləcək”, - deyə E.Əzimov əlavə edib. Xatırladaq ki, ötən il yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunurdu.
“Yerköy stansiyamızdan Kayseriyə bir dəmir yolu xətti quracağıq. Bu xətti Ərzincan, Ərzurum və Qarsa qədər uzadacağıq. İnşallah, oradan da Bakı-Tbilisi xəttinə birləşdirəcəyik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda xalq qarşısında çıxış edərkən bildirib.
“Dəmir İpək Yolu adlandırılan bu xəttlə biz regionumuzda dünya miqyasında əhəmiyyət kəsb edən strateji nəqliyyat dəhlizi açacağıq. Bütün bunları CHP sədri kimi Azərbaycanı sıradan çıxarmaqla yox, azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə edəcəyik. Necə ki, Qarabağı birlikdə azad etdik, Türkiyəni şərqlə qərb arasında enerji mərkəzinə çevirdik. Biz də azərbaycanlı qardaşlarımızla nəqliyyat və infrastruktur şəbəkəmizi gücləndirəcəyik. Qarabağı yox sayan CHP rəhbərinə rəğmən bunu edəcəyik”, - deyə dövlət başçısı əlavə edib.(Mənbə: Haber Global)
Azərbaycan universitetləri dövlətlərarası təhsil təqaüdləri çərçivəsində qazaxıstanlılar üçün bakalavr və magistr pilləsi üzrə 10 nəfərlik təqaüd ayırır.
“Report” xəbər verir ki, bu barədə “Kazinform”a Beynəlxalq Proqramlar Mərkəzi ASC-dən məlumat verilib.
Tədris Azərbaycan, rus və ingilis dillərindədir. Universitetlər pulsuz dil kursları təklif edir. Bu ölkənin tələbələri Azərbaycanın 25 aparıcı universitetindən birini seçə bilərlər.
Ərizələr iyunun 9-dək təqdim edilməlidir. Təqaüd dil kurslarını, akademik təhsili, yataqxanada yerləşməni, tibbi sığortanı və aylıq müavinəti əhatə edir.
Polşa SSRİ-nin respublikaya vurduğu zərər haqqında hesabat hazırlamağa başlayıb.
Bu barədə ölkənin xarici işlər nazirinin müavini Arkadiuş Mulyarçik məlumat verib.
“Biz bunun üzərində işləyirik və belə bir sənəd yaradılacaq”, - deyə o qeyd edib.
Sovet İttifaqının vurduğu zərərə görə Rusiyadan təzminat almaq niyyəti barədə Polşa Xarici İşlər Nazirliyi hələ ötən ilin oktyabrında bildirmişdi.
Eyni zamanda Varşava İkinci Dünya müharibəsi zamanı ölkəyə dəymiş ziyana görə Almaniyadan təzminat tələb edir və 6,2 trilyon zlotı (təxminən 1,3-1,5 trilyon dollar) ödənilməsini tələb edir.
Berlin isə öz növbəsində bəyan edib ki, Polşaya təzminatların ödənilməsi məsələsini bağlanmış hesab edirlər.
Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına (AES) elektrik enerjisinin verilişi bərpa edilib.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Ukrenego” şirkətinin məlumatında bildirilib. Qeyd olunub ki, AES yenidən Ukraynanın energetika sistemi ilə əlaqələndirilib.
Xatırladaq ki, “Ukrenergo”nun bu gün səhər yaydığı bəyanatında Dnepr rayonuna Rusiyanın hücumu nəticəsində yüksək gərginlikli xətlərin zədələndiyini, nəticədə Zaporojye AES-ə elektrik enerjisinin verilişini kəsildiyini bildirilmişdi.
Yeni tədris ilindən məktəbli formalarının yenilənəcəyi bildirilir.
Teref.az xəbər verir ki, bu barədə Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov “Xəzər Xəbər”ə danışıb. O ki, 2023-2024-cü tədris ilindən başlayaraq yalnız yeni məktəbli formalarından istifadə olunacaq. Elm və Təhsil Nazirliyinin bölgələr və məktəblər üzrə sifarişi əsasında artıq istehsala start verilib. Etibar Əzimovun sözlərinə görə, ötən il yeni məktəbli formaları ilə paralel köhnə məktəbli geyimlərindən də istifadə olunurdu. Nazirlər kabinetinin qərarına əsasən, də bir rəngdən 3 il müddətinə istifadə etmək mümkün olacaq. E.Əzimov həmçinin formaların qiymətlərindən də bəhs edib.
ABŞ Ermənistanın “Medisar” müəssisəsinə və bu ölkədə qeydiyyatdan keçmiş daha bir neçə şirkətə sanksiya tətbiq edib.
Sənəd ABŞ-nin federal reyestrində dərc edilib və mayın 23-də qüvvəyə minəcək.
ABŞ Ticarət Nazirliyi Ermənistanın sənaye və laboratoriya kimyası idxalı ilə məşğul olan “Medisar” şirkəti də daxil olmaqla, 71 müəssisəyə qarşı ixrac məhdudiyyəti tətbiq edib.
Məlumata görə, Ermənistanda qeydiyyatdan keçmiş bir neçə şirkət, o cümlədən “Tako MMC” (digər adı Rusiyanın “Radioavtomatika” MMC-nin tərəfdaşı olan “Taco” MMC) və “Milur Electronics MMC” (mikrosxem istehsal edən “Milandr”ın Ermənistan filialı) ABŞ-nin Rusiya əleyhinə sanksiyaları ilə üzləşib. Digər şirkətlər Rusiyanın ölkənin hərbi-müdafiə kompleksinə dəstək verən 69 müəssisəsi və Qırğızıstanın “Tro.Ya” elektron avadanlıq və komponentlərin tədarükünü icra edən şirkətidir.
Qeyd edilir ki, Ermənistan şirkətlərinin siyahıya salınmasına səbəb onların məhsullarının son alıcısının kim olmasının yoxlanılması prosesinə maneə törətmələri olub.
Xatırladaq ki, Ermənistanın bir sıra şirkətləri Rusiyanın ABŞ-nin sankiyaya məruz qalmış müəssisələri ilə sıx əlaqədədir.