Bazarda gündəlik tələbat malları arasında xeyli çeşiddə xarici istehsala rast gəlinir. Onların da qiyməti əksər hallarda yüksək olur. Yerli ərzaq məhsulları isə tələbatı tam ödəmir. Bəs Azərbaycan özünü ərzaq ehtiyatı ilə nə qədər təmin edir?
“Yeni Sabah” xəbər verir k, iqtisadçı ekspert Rəşad Həsənov "Xəzərxəbər"ə açıqlamasında, bəzi məhsulların yerli istehsalı istehlak normasından aşağı olduğunu bildirib. Ona görə də həmin qidalar üzrə idxaldan asılılıq davam edir. Bununla belə, bir qisim zəruri ərzaqların istehsalı qənaətbəxş sayıla bilər.
Ekspert bildirib ki, ölkədə kərə yağının istehsalı az olsa da, marqarin yağı və şəkər tozu istehsalı tələbatı ödəyir. İqtisadçı bir çox ərzaq məhsullarının istehsalının artırılması üçün potensialın olduğunu da deyir.
R.Həsənovun fikrincə, yerli istehsalı genişləndirmək üçün şərtlər sadələşdirilsə, daha böyük imkanlar yaradılsa, məhsuldarlıq artar, nəticədə bazarda ucuzlaşma müşahidə olunar.