Ölkənin kolbasa-sosis bazarında rəqabət bəzi şirkətlərin uduzmasına gətirib çıxarmaqdadır.
Tribunainfo.az bildirir ki, müşahidəçilər “Ovçular” və “Kral” kolbasa məhsullarının bazarda ciddi geriləmədə olduğunu qeydə alıblar. Hazırda marketlərdə, mağazalarda ən az satılan, istehlakçılar tərəfindən ən az maraq göstərilən həmin iki firmanın kolbasalarıdır. Müştərilərin maraq göstərməməsi, inamsızlığı keyfiyyətlə əlaqələndirilir. Hər iki məhsulların satışı üçün tez-tez qiymətlər endirilir, endirim kampaniyaları aparılır. Hazırda ən çox şikayət “Ovçular” firmasına aid məhsullarla bağlıdır.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov belə deyib.İstehlakçılara “Kral” kolbasaları hər zaman ya endirimli məhsul kimi təklif olunur, ya da vitrində uzun müddət alınmayan mal kimi qalır. Müşahidəçilər də qeyd edirlər ki, nədənsə bu məhsullara tələbat azdır.
Habelə, marketlərin satıcıları təsdiqləyirlər ki, “Kral” kolbasası çox satılan məhsullar sırasında deyil, ona görə məcburən ucuz qiymətə, yaxud endirimə qoyulur. Bunun səbəbi isə məlum deyil. Yəni hər hansı izah verilmir ki, məhsulun keyfiyyətində, yoxsa başqa məsələdə problem var. Hakan Foods Azerbaican Trading Co LTD” MMC 2001-ci ildən “Kral” markası altında kolbasa, sosiska, servelat, vetçina, mal delikatesi və s. ət məhsulları istehsalı edir.
AQTA ötən ilin aprelində Sevilən Ad” MMC, “AL-SANA” MMC, “Səhliyalı” Kiçik Müəssisəsi, “MİR-2016” MMC, “Hakan Foods Azerbaijan Trading” MMC, fiziki şəxs Vüqar Tahirov və fiziki şəxs Rövşən Məmmədov haqqında iş qaldırıb.
Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq .
Tribunainfo.az