Ardını oxu...
Aqrar Sığorta Fondunun İdarə Heyəti kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflərin azaldılması ilə bağlı qərar qəbul edib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Fond məlumat yayıb. Qərara əsasən, heyvanların bazatəminatlı və geniştəminatlı sığorta zərfi üzrə 1 illik sığorta tarifləri müvafiq olaraq 5,17% və 8,19% müəyyən edilib.

Xatırladaq ki, indiyə qədər bu tariflər müvafiq olaraq 6,1% və 9,5% olub.

Tariflərin aşağı salınması fermer və təsərrüfatlara heyvanları daha sərfəli şərtlərlə sığortalamağa imkan verəcək. Belə ki, indiyə qədər qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə 1 illik sığortası 30,5-47,5 manata başa gəlirdi.

Dəyişiklikdən sonra həmin şərtlərlə sığorta fermerlərə 26-41 manata başa gələcək. Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların (məsələn, qoyun və ya keçinin) baza zərfi və geniş təminat üzrə 1 illik sığorta haqqı indiyə qədər 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata düşüb. Sığorta müqaviləsi uzun müddətə bağlandıqca, illik sığorta haqqı da azalır. Kənd təsərrüfatı heyvanlarının sığorta haqqının azalması fermerlərə və təsərrüfatlara daha sərfəli şərait yaradır.

Qeyd edək ki, fermerlər heyvanların aqrar sığortasından faydalanırlar. 2023-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 910 min manat sığorta ödənişi edilib.

Maraqlıdır, heyvanların sığortalanması kənd təsərrüfatını inkişaf etdirəcək?

Sözügedən məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli "Cebhe.info"- ya bildirib ki, sığortanın işə düşməsi üçün hər zaman dövlət tərəfindən addım atılmalıdır:

"Heyvandarlığın sığorta olunması ənənəvi, həm də zəruri hal almalıdır. Eyni zamanda, Aqrar Sığorta Fondu fermerlərin etibarını qazanmalıdır. Bunun üçün də ilk növbədə fermerlər arasında ciddi təbliğat aparılmalıdır. Müəyyən qədər stimul verilməlidir. Bu addımlardan sonra fermerlərin sığortaya marağı artacaq".

Ekspert qeyd edib ki, Sığorta Fondu fermerlərə dəymiş zərəri lazımi səviyyədə qarşılamalıdır. "Vətəndaşlar arasında olduğu kimi, fermerlərin də sığortaya etimadı və etibarı aşağıdır. Amma Aqrar Sığorta Fondu fermerlərə dəymiş zərəri lazimi səviyyədə qarşılasa, bu zaman digər fermerlərin də aqrar sığortaya marağı artacaq. Bundan sonra da sığorta sistemi lazımı səviyyədə fəaliyyətə davam edəcək".
 
Ardını oxu...
Ölkənin kolbasa-sosis bazarında rəqabət bəzi şirkətlərin uduzmasına gətirib çıxarmaqdadır.

Tribunainfo.az bildirir ki, müşahidəçilər “Ovçular” və “Kral” kolbasa məhsullarının bazarda ciddi geriləmədə olduğunu qeydə alıblar. Hazırda marketlərdə, mağazalarda ən az satılan, istehlakçılar tərəfindən ən az maraq göstərilən həmin iki firmanın kolbasalarıdır. Müştərilərin maraq göstərməməsi, inamsızlığı keyfiyyətlə əlaqələndirilir. Hər iki məhsulların satışı üçün tez-tez qiymətlər endirilir, endirim kampaniyaları aparılır. Hazırda ən çox şikayət “Ovçular” firmasına aid məhsullarla bağlıdır.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov belə deyib.İstehlakçılara “Kral” kolbasaları hər zaman ya endirimli məhsul kimi təklif olunur, ya da vitrində uzun müddət alınmayan mal kimi qalır. Müşahidəçilər də qeyd edirlər ki, nədənsə bu məhsullara tələbat azdır.

Habelə, marketlərin satıcıları təsdiqləyirlər ki, “Kral” kolbasası çox satılan məhsullar sırasında deyil, ona görə məcburən ucuz qiymətə, yaxud endirimə qoyulur. Bunun səbəbi isə məlum deyil. Yəni hər hansı izah verilmir ki, məhsulun keyfiyyətində, yoxsa başqa məsələdə problem var. Hakan Foods Azerbaican Trading Co LTD” MMC 2001-ci ildən “Kral” markası altında kolbasa, sosiska, servelat, vetçina, mal delikatesi və s. ət məhsulları istehsalı edir.
AQTA ötən ilin aprelində Sevilən Ad” MMC, “AL-SANA” MMC, “Səhliyalı” Kiçik Müəssisəsi, “MİR-2016” MMC, “Hakan Foods Azerbaijan Trading” MMC, fiziki şəxs Vüqar Tahirov və fiziki şəxs Rövşən Məmmədov haqqında iş qaldırıb.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq .

Tribunainfo.az
 
Ardını oxu...
Bu millət 8-9-cu əsrlərdən deyil ki, hələ 3 min il bundan qabaq da, elə həmin ETE ELİNDƏ ərəbin soyqırımına məruz qalan dövrlərdən ki (Gil yazılar danışır bunu bizə), pərən-pərən düşdü, bir ucu İtaliyaya çıxıb getdi, bir ucu indi 3 olmuş Azərbaycan gəldi.
Elə o zamandan yaratdığı ilkin Bəşəri Sivilizasiyaya görə TÜRK (ona "Şumer sivilizasiyası" deyirlər) 8-9-cu əsrlərdə ərəbin qəzəbinə, paxıllığına, kininə, nifrətinə, əyri qılıncına yenidən tuş gəldi.
Bu dəfə təkcə Ete Eli Türklərini deyil, Güneydən başlamış, digər iki Azərbaycan (Şərqi, Qərbi) da daxil olmaqla, İtilin (indiki Volqa) dirsək verən boyuna, Çin sərhədlərinə qədər harada TÜRK tapdı, onu sirkumzisiya (sünnət) etdi.
Ərəbin Türkə qəzəbinin tarixi çoox qədimdir, Dost.
BABİLAN TÜRKLƏRİNİN yaratdıqları mixi yazılara, latınlara verdikləri bax elə bu daşdakı hərflərdən ibarət əlifba sahibi Pelasq və Etrusk türklərinə nifrətin kökləri o zamnlara gedib çıxır.
Min il ! yoxsa 1200 il ! bizi müslümləşdirib öz TARİXİMİZDƏN ayırmaqda məqsədi bizə olan 3 minillik qəzəbini söndürmək idi.
Bircə kitab oxu, ərəbcə danış, ölüvü ərəbcə basdır, Allahıva hər gün 5 dəfə ərəbcə müraciət et, dərdi-sərii ona ərəbcə de, yazma, yaratma, şəkil çəkmə, musiqi yazma, üzü qırxma, mahnı oxuma, teatr çıxarma - şeytanlıqdır, sən TÜRK deyilsən, u adı KONSTİTUSİYANDAN ÇIXAR !!! Unutma sən müslimsən, Hümməti Mühəmmədsən ! Və s., və ilaxır...
Bizi pərvazlandığımız SƏMALARDAN endirib, Yerdə Min İl boyu süründürdü!
Ona görə Orta Əsr şairlərimiz yalnız yardan-əğyardan, güldən-bülbüldən yazıblar. Onlarda VƏTƏN, TORPAQ, XALQ, EL, YURD, TARİX, DÖYÜŞ, MƏĞLUBİYYƏTƏ ACIMAQ, QƏLƏBƏYƏ SEVİNMƏK anlayışlarını tamamilə silib, AMNEZİYA (yaddaşın itməsi) səviyyəsinə gətirib çıxarıb ərəb.
1000 İL! BÜTÖV BİR ERA !!!
Cəmisi 200 ildə 20-25 faizimis ruslaşmışdı.
İndi də çoxumuzun çanağı ərəb, urus kalsiumundan tökülüb.
Odur ki, haydan, gürcüdən, rusdan, farsdan, yunandan fərqli olaraq, bizdə TARİXİMİZƏ maraq yoxdur. Və sadaladıqlarımın da bu sahədə rolları qəti az deyil.
MARAĞI QƏSDƏN ÖLDÜRÜBLƏR.
Öldürməsəydilər, biz çoxdan Aralıq Dənizi sahillərinin, Dəclə-Fərat ovalığının, Apennin yarımadasının hər halda Florensiya bölgəsinin sahibləriydik.
Heç bilirsinizmi ki, eradan əvvəl 750-800-ci illərdə Ete eli, Pelasaqiya, Turan türkləri indiki Florensiya ərazilərini tutmuşdular və indi TİREN adlanan dəniz də onların eşqinə TURAN dənizi olmuşdu?
Heç bilirsinizmi ki, Romalılar hər şeyi (dövlət idarəçiliyini, gəmiçiliyi, ordu quruculuğunu, bank sistemini, memarlığı və çox-çox sahələri) ETE TÜRKLƏRİNDƏN- ETRUSKLARDAN iqtibas edib ("borc alıb") güclənəndən sonra, eradan əvvəlin 250-ci illərində ETRUSK türklərinin qılıncdan keçirib, diri qala bilənlərini yarımadadan qovdular?
***
ETRUSK BANK SİSTEMİNDƏN bircə nümunə:
Aşağıdakı reklamda bu sözlər yazılıb:
"STER KORS İDA PA MENFİ". Təmiz türkcədir:
"STER" * KURSU AŞAĞI DÜŞDÜKCƏ (yazıda BAĞLANDIQCA - İDA) PA - DEOPZİT MƏNFİ (NEQATİV) [OLUR]
Çılpaq madam sol əlilə aşağı düşən qanadlı oğlan mələyin saçlarından tutub (mən bərpa etdiyim sağdakı şəkildə asan görünür), onu yıxılıb ölməyə qoymur.
Sol əlində uzun kisəcikdə iki sıra qızıl "onluqları" açıq hiss olunur.
Etrusklar ona DENARİ deyiblər, onlara doğru uçan quşa (pullarını bankda depiozit etmiş müştərilərə-xalqa) verir.
Yəni sağ əlilə depoziti minusa enməyə qoymadığından qazandığı pulları sol əlilə sahiblərinə qaytarır. Bu ki, SƏADƏTDİR!
****
*Hə, DENARİ (Dinar pul vahidi bu gün də, deyəsən Albaniyada mövcuddur) etrusklarda ən yüksək pul vahidi olub, STER isə SESTERTİ, deyilmiş pul vahidinin qısa adıdır, deyək on dollar və ya on manat səviyyəsində olub. 1 Steri (Sesterti) xırdalayanda 2.5 Asses alırmışlar.
Bu sistemə, bu gün, ABŞ-da "FEDERAL BANK SİSTEMİ" deyilir.
Dövlətin yaratdığı Milli Mərkəzi Bank - neqativin, kataklizmin, defoltun qarşısını almaq üçündür.
Hamısı, baaaax, bizim ETRUSK adlandırılmış ETE TÜRKÜNÜN ilkin yaratdığı bank elmi əsasındadır.
***
Bunun təki onlarla ETRUSK sirrləri, yalnız TÜRKCƏ açılır.
Və Həyatın bilinməyən çox sorunlarının (problem) kökünə işıq salır onların hər biri.
HÖRMƏTLƏ TARİYEL AZƏRTÜRK.
TEREF: Xocanın Blogu
 
Ardını oxu...
“Hazırda idxal olunan ərzağın qiymətində müəyyən bahalaşma müşahidə olunur. Çünki dünya ərzaq bazarında qiymət aşağı olsa da, daşınma xərcləri artıb. Bu səbəbdən idxal olunan məhsulların da qiyməti artır”.

Bunu iqtisadçı ekspert Eyyub Kərimli Bakupost.az -a deyib.
Onun sözlərinə görə, ölkədə hələ də bəzi sahələrdə inhisarçılıq var:
“Bu gün ərzaq idxalı üzrə inhisarçılar bazarda qiymət məsələsinə müdaxilə edirlər. Bəzi pərakəndə ticarət şəbəkələrinin bazar payı çoxdur, bu da əsasən, şəbəkə marketlərdir. Onlar istədikləri qiymətləri qoyub, satırlar. Bu da sözsüz ki, qiymətlərin enməsinə imkan vermir. Çünki onların monopoliya bazarında payları çoxdur. Digər tərəfdən, Azərbaycanın əsas idxal tərəfdaşlarından biri olan Rusiyada ətin qiyməti 20 faizə qədər artıb. Bu da sözsüz ki, öz təsirini göstərir. Hazırda ölkədə daxili ət istehsalı azalıb və daha çox idxaldan asılıdır. Buna görə də ətin qiymətində müəyyən bahalaşma müşahidə edilir”.
İqtisadçının fikrincə, bahalaşmanın qarşısını almaq üçün ilk növbədə inhisarçılığa qarşı mübarizə tədbirləri gücləndirilməlidir. Bazarda qiyməti diktə edən şəbəkə marketlərinə müvafiq xəbərdarlıqlar olunmalıdır.
 
Ardını oxu...
Yeni ildən repetitorlar qiyməti qaldırıblar. Bu barədə valideynlər narazılıqlarını sosial şəbəkələr vasitəsilə bildiriblər. Tələbə olmaq istəyən şagirdlərin valideynləri son ayda hazırlıq pullarının təqribən 30 faizə qədər artırıldığını yazıblar. Valideynlərdən biri son ildə özünün əmək haqqında heç bir artım olmadığı halda müəllimlərin belə qərar verməsinin məntiqsiz olduğunu vurğulayıb.

Bildiyimiz kimi, yanvar ayında təkcə təqaüdlərin məbləği 11 faizə qədər artıb. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işləyənlərin əmək haqqında və ya minimum əmək haqlarında artımın olduğuna dair məlumat yoxdur.

Üstəlik, repetitorların bu işlə rəsmi şəkildə məşğul olmadıqları, vergi vermədikləri də zaman-zaman müzakirə olunan mövzudur.

Bəs, belə olduğu halda repetitorlar nəyə əsasən qiyməti qaldırırlar?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Fazil Mustafa deyib ki, bu, təhsil sistemimizin bərbad vəziyyətdə olmasının əsas göstəricilərindən biridir:

“Repetitorlar da bundan istifadə edir. Onlar bilir ki, məktəbdə onsuz da dərs yoxdur, ona görə də qiyməti qaldırırlar. Valideynlər də hamısı hansısa formada küyə düşür ki, mütləq uşaq testdən keçməli, harasa daxil olmalıdır və bu da büdcələrindən əlavə pulun ayrılması deməkdir.

Bu məsələ problemli məsələdir. Müasir internet dövründə bu dərsləri hansısa formada sosial şəbəkə vasitələri ilə də əldə etmək mümkündür. Müəllim yanına getməyin özü də insanlarda süni bir vərdiş yaradıb. Yenə də bütün məsələ məktəbdə çözülməlidir, uşaqlar məktəbə qayıtmalıdır”.

Deputat qiymət artımına qadağa qoymağın mümkün olmadığını bildirib:

“Repetitor fəaliyyəti müəyyən dərəcədə məqsədyönlü şəkildə həyata keçirilir ki, uşaqlar məktəbə gəlməsin. Bu, təhsilin idarəediciləri üçün də ən əlverişli vasitədir. Çünki məktəbə nə qədər uşaq dərsə gəlməzsə, müəllimlərin bu istiqamətdə qeyri-rəsmi qazancı artmış olar və bundan da gəlir götürərlər. Ona görə də bu çox vahiməli məsələdir və qiymətlərin artmasını da başqa cür qadağan etmək olmaz. Müəllim enerjisini sərf edirsə, öz istədiyi qiyməti də diktə etməlidir”.
 
Ardını oxu...
Ölkəmizdə ərzaq məhsullarının idxaldan asılılığı 70 - 75 faiz arasında dəyişir. Bu isə hər il milyonlarla valyutanın ölkədən kənara çıxması deməkdir.

Maraqlıdır, bir çox qida məhsulunun ölkəmizdə istehsalı mümkündürsə, niyə hələ də bu sahədə idxaldan asılılıq var?

Ekspertlər bildirirlər ki, problemin həlli üçün vacib məsələlərdən biri kənd təsərrüfatında təşviq siyasətinin gücləndirilməsi, yəni aşağı faizli və güzəştli kreditlərin həcminin artırılmasıdır.
Mövzu ilə bağlı İctimai TV araşdırma aparıb.

Ətraflı videomaterialda:

 
 
 
Ardını oxu...
Məlum olduğu kimi, fevral ayının 7-də keçirilməsi nəzərdə tutulan Prezident seçkiləri ilə əlaqədar olaraq namizədlərin ödənişli seçkiqabağı təşviqatını aparmaq istəyən media orqanları Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Yeniavaz.com xəbər verir ki, bu günə kimi ödənişli seçkiqabağı təşviqata qoşulmaq istəyən 44 media orqanı MSK-ya müraciət edib.
Məlumat üçün bildirək ki, seçkiqabağı təşviqata qoşulmaq istəyən media orqanlarının 8-i televiziya kanalı, 11-i qəzet, digərləri isə xəbər saytlarıdır.
Onu da qeyd edək ki, namizədlərin seçkiqabağı təşviqat kampaniyası seçki gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.
Ödənişli seçkiqabağı təşviqata qoşulmaq istəyən xəbər saytlarında 1 ədəd press-relizin (təşviqat materialı) yayılması üçün namizədlər aşağıdakı ödənişləri etməlidirlər.
Ardını oxu...
Qəzetlərdə reklam materialının dərc olunması üçün tələb olunan vəsait:
Ardını oxu...
 
 
 
Ardını oxu...
Sovetlər dönəmində Azərbaycanda bir sıra camışçılıq təsərrüfatları olsa da get-gedə bu heyvanları saxlayanların sayı kəskin azalıb. Cənubi Qafqaz ölkələrindən əsasən Azərbaycan mühitinə uyğunlaşmış bu heyvanların sayının azalmasını statistik rəqəmlər də təsdiqləyir. Bir neçə il öncə ölkədəki camışların sayı 330 min idisə hazırda bu heyvanların sayı kəskin surətdə azalmaqdadır. Əvvəl bu heyvanın inəklərə nisbəti 50% idisə indi bu nisbət 10%-dən də aşağı düşüb.
Təsərrüfat sahibi olaraq ölkəyə Avropa, Hindistan və ya Pakistandan yeni yüksək məhsuldarlıqlı növlərin gətirilməsində maraqlı olmalıyıq, çünki, ölkəmizdə bu heyvanlar artıq cırlaşmaya doğru gedib. Məlumdur ki, adı çəkilən ölkələrdəki camışların məhsuldarlığı ölkəmizdə bəslənən heyvanların məhsuldarlıq fərqindən 3 dəfədən artıqdır.
Problemin başqa çıxış yolu süni toxumlama olsa da Dövlət Toxum Mərkəzində toxumu alınan camış kəlininin mənşəyinin nə olduğunun bilinməməsidir. Heç olmasa süni toxumun başqa ölkələrdən gətirilməsi də biz təsərrüfatçılar üçün də əlçatmaz olub.
Bir neçə dəfə ölkəyə yeni yüksək məhsuldarlıqlı camış cinslərinin gətirilməsi üçün müraciət etsəm də camışlarda inəklər kimi nəsil uçotunun aparılmasını əsas gətirərək AKİA bu sahəyə 40% subsidiya vermir. Bu da xaricdən gətirilən hər camışa 100% ödəniş etmək deməkdir, belə hal bu sahəyə marağı olan sahibkarlara sərf etmir.
Dövlət inəkləri süni toxumlayıb buzov alan fermerlərə 100 manat dəstək verir, nə hikmətdirsə kəskin sayı azalan camışlara bu təşviq tətbiq edilmir.
Sadaladığım çətinliklər müqabilində insanlaımız həm camış südünün həm də ətinin saymaqla bitməyən faydalarından məhrum olur, bununla da onlar iqtisadi baxımdan daha az gəlir verən sahələrə yönəlirlər.
Kənd təsərrüfatının inkişafını diqqətdə saxlayan dütün inkişaf etmiş dövlətlərdə olduğu kimi qardaş Türkiyədə illərdir bu sahəyə dövlət dəstək verir, aldığımız məlumatlara görə artıq orada camışçılıq inkişaf mərhələsindədir.
Dövlət Gömrük Komitəsinin verdiyi Xarici Ticarətin Vəziyyəti Haqqında arayışda Azərbaycana xaricdən gətirilən ət və ət məhsulları, süd və süd məhsulları siyahısına baxdıqda Azərbaycandan bu məhsullara il ərzində 1 milyard ABŞ dolları xərclədiyi aydın olur, halbuki bizim ölkədə bu sahəni inkişaf etdirmək üçün kifayət qədər imkanımız var. Biz bu sahəni nəzarətdə saxlamaqla nəinki özümüzü təmin edərik, hətta özümüz xarici dövlətlərə bu məhsulları ixrac etməklə ölkəmizə valyuta gətirə bilərik.
Kərim Kərimli
TEREF: Xocanın Blogu
 
 
 
Ardını oxu...
"Körpü-Bina-Tikinti" MMC barəsində gömrük qaydaları əleyhinə olan (mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb və iş məhkəməyə göndərilib.

Aparılan araşdırmada məlum olub ki, Gürcüstandan "Körpu-Bina-Tikinti" MMC üçün 2 ədəd 2023-cü il buraxılışlı "Hidromek HMK102B" markalı ekskavator yükləyiciləri gətirilib. Şirkət tərəfindən həmin nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl Dövlət Gömrük Komitəsinə idxal bəyannaməsi verilməyib.

Məhkəmənin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, "Körpü-Bina-Tikinti" MMC məşhur yol tikinti maqnatı Xəlil Göyüşovun şirkətidir. MMC-nin hazırda qanuni təmsilçisi Xəlil Göyüşovun qardaşı Göyüşov Xaliq Avdil oğludur.
 
Ardını oxu...
Azərbaycanda kartof istehsalı azalıb.

Belə ki, ötən ilin kənd təsərrüfatı məhsulları ilə bağlı statistika açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə 1 milyon 10,5 min ton kartof yığılıb.

Bu isə 2022-ci ilə nisbətən 5,9 faiz az deməkdir. Kartof istehsalının azalması isə bəzi narahatedici sualların yaranmasına səbəb olur. Azərbaycanda kartof istehsalı nə üçün azalıb? Bu, ölkədə kartofun bahalaşmasına gətirib çıxara bilər?

Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli “Cümhuriyət”ə açıqlamasında bildirib ki, təkcə kartof deyil, bütün kənd təsərrüfatı məhsullarının istehsalı hər il aşağı düşür:

“Bu da bir sıra məsələlərlə əlaqədardır. Birinci, fermerlərə kifayət qədər dəstək verilmir. Fermerlərin əldə etdiyi gəlirlər məhsula yüksək səviyyədə qulluq etməyə bəs etmir. Nəzərə almaq lazımdır ki, onların gəlirləri çox aşağıdır. İkinci səbəb isə ölkənin bir tərəfində su çatışmazlığının olmasıdır. Bəzi yerlərdə isə fermerlər ildə 5 dəfə suvarma əvəzinə, 15 dəfə suvarma aparırlar. Yəni bir tərəfdə su çatışmazlığı olduğuna görə məhsuldarlıq aşağı düşür, digər tərəfdə isə tez-tez suvarma səbəbindən şoranlaşma yaşanır. Bütün bunlar məhsuldarlığı aşağı salır”.

Ekspertin sözlərinə görə, mütəmadi şəkildə fermerlər maarifləndirilməli, onlara maddi və intellektual dəstək verilməlidir:

“Həmçinin, suvarma suyunun düzgün idarə olunması da olduqca əhəmiyyətlidir. Biz elə bilirik ki, torpağa toxumu atıb suvarmaqla iş bitir. Amma bu, belə deyil. Biz gübrələr və qidalarla da aqrotexniki tədbirlər həyata keçirməliyik. Ona görə də ildən-ilə torpaqların münbitlik səviyyəsi və məhsuldarlığı aşağı düşür. Məhsuldarlığın aşağı düşməsi isə ümumi məhsulun və istehsalın azalmasına səbəb olur”.

Akif Nəsirli qeyd edib ki, istehsalın azalması kartof qiymətlərinin bahalaşmasına səbəb olacaq:

“Əlbəttə ki, istehsalının azalması ölkədə kartofa olan tələbatın daha az hissəsinin ödənilməsi ilə nəticələnəcək. Kartof qiymətlərində müəyyən qədər qiymət artımı ola bilər. Amma kartof elə bir məhsuldur ki, dünyanın əksər ölkələrində bitir. Üstəlik, bu məhsulu Rusiya, İran, Belarus, Pakistan kimi ölkələrdən də idxal edə bilirik.

Bazarda tələbat təklifi üstələyən kimi ölkəyə xaricdən kartof daxil olmağa başlayır. Hal-hazırda da bazarlarımızda Rusiya, İran, Belarus və Pakistandan gələn kartofların satışı müşahidə olunur. Bu addım kartofa olan tələbatın kəsrdə qalan hissəsini ödəmək üçün atılır. Amma Azərbaycan əhalisinin kartof qıtlığı çəkəcəyini zənn etmirəm. Sadəcə olaraq, yerli kartofun çatışmayan hissəsini idxal məhsulu ödəyəcək. Təbii ki, bu da bahalaşmaya səbəb olacaq. Gömrük və yol xərclərin artmasına gətirib çıxaracaq. Yaxşı olardı ki, ölkənin daxilində kartof və soğan kimi məhsullar tələbatı qarşılayacaq şəkildə istehsal olunsun”.
 

Dünyapress TV

Xəbər lenti