Ardını oxu...
Azərbaycanda illik inflyasiya 2,1 faizdən 1,7 faizədək azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin yanvar ayına nisbətən 1,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,7 faiz, qeyri-qida məhsulları üzrə 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,2 faiz artıb.

2024-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya (dekabra) nisbətən 0,5 faiz yüksəlib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1 faiz artıb. Qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz artıb.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən dəyişməyib.

Maraqlıdır, bu rəqəmlər nə dərəcədə həqiqəti əks etdirir?

Məsələ ilə bağlı İqtisadçı-ekspert Natiq Cəfərli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Azərbaycanda statistik rəqəmlər haqqında alternativ fikir söyləmək çox çətindir:

"Çünki Azərbaycanda alternativ mənbələr yoxdur, yanlız dövlətin rəsmi qurumları makroiqtisadi göstəricilər haqqında açıqlama verir. Bir çox ölkələrdə rəqəmləri alternativ mənbələrlə müqayisə edirlər.

Məsələn, qardaş Türkiyədə təkcə Dövlət Statistika Komitəsi yox, həmkarlar ittifaqı təşkilatının da öz statistikası olur. Azərbaycanda isə alternativ rəqəmlər olmadığına görə, sadəcə hökümətin açıqladığı rəqəmlər üzərindən danışmağa məcburuq.

Bu zaman müəyyən rəqəmlərin həqiqətəuyğun olub-olmaması ilə bağlı mübahisələr yaranır. Yaxşı olardı ki, Azərbaycanda da alternativ statistika mərkəzləri yaradılsın. Bu zaman keyfiyyətli və elmə əsaslı fikirlər söyləməyə şərait yarada bilər".
 

Ardını oxu...
“PAŞA Sığorta” ASC-nin kapital adekvatlığı qənaətbəxş səviyyədə güclənib və biz onun maliyyə risk profilinin növbəti 12 ay ərzində yaxşılaşacağını gözləyirik”.

Banker.az xəbər verir ki, bu barədə kredit reytinq agentliyi “S&P”nin sığorta şirkəti ilə bağlı şərhində qeyd edir.

Bununla belə, Agentlik hesab edir ki, potensial olaraq daha yüksək dividendlər və ya biznesin inkişafı kapitalın adekvatlığının yaxşılaşdırmasına məhdudlaşdırıcı təsir edə bilər.

“PAŞA Sığortan”ın kapital adekvatlığı agentliyin yenidən işlənmiş kapital modelinə görə 2022-ci ildə 99.8% etibar səviyyəsindən bir qədər yuxarı idi və növbəti iki ildə də bu səviyyələrdə qalacağını proqnozlaşdırır. Bu, 2024-2025-ci illərdə orta bazar göstəricilərinə uyğun olaraq 10%-15% sığorta haqları artımı, 30%-dən çox kapitalın gəlirliliyi və xalis mənfəətin 20%-25%-ə qədər saxlanılması ilə yüksək gəlirlilik gözləntilərimizi əks etdirir. ​

Banker.az olaraq xatırladırıq ki, “PAŞA Sığorta” 2023-cü ildə sığorta haqları yığımını illik müqayisədə 36 faiz artaraq 293.09 mln. manat, ödənişlər isə 3 dəfə artaraq 144.01 mln. manat olub.

Rəydə bildirilir ki, Sığorta Şirkəti həmçinin “Solvency II” prinsipləri çərçivəsində kapitalın idarə edilməsinə başlamağı planlaşdırır.

“Keçid mərhələsində şirkət kapital qurmağı planlaşdırır ki, biz bunu müsbət qiymətləndiririk. Eyni zamanda, kapital buferlərinin potensial dəyişkənliyi, məsələn, gözləniləndən daha yüksək dividendlərin ödənilməsi və ya daha yüksək biznes artımı ilə bağlı ola bilər”.

Qeyd edilir ki, şirkətin son dörd il ərzində dividend siyasəti nisbətən aqressiv olub, ayrı-ayrı illərdə dividend ödəmə əmsalı 90%-95%-i ötüb (2023-cü ildə təxminən 75%).

Azərbaycan Mərkəzi Bankı tərəfindən 2022-ci ilin sonunda icbari avto-sığortası üzrə düzəliş edilmiş tariflər və icbari əmlak sığortasının artan nüfuzu ilə dəstəklənən xalis sığorta haqları baxımından onun sığorta haqları artımı 2023-cü ildə 30%-i ötüb.

“Ona görə də biz onun kapital buferinin qənaətbəxş hesab etməyə davam edirik”.

Qeyd edək ki, “S&P” “PAŞA Sığorta” üzrə proqnozunu stabildən müsbətə dəyişib. Eyni zamanda, sığortaçı üzrə uzunmüddətli emitentin kredit və maliyyə möhkəmliyi reytinqlərini “BB” olaraq təsdiqləyib.
 
Ardını oxu...
Son günlər ölkə ərazisində hava şəraiti mövsümə uyğun olmayaraq əsasən yağmursuz və isti keçir.

"Report"un Muğan bürosunun əməkdaşı havaların quraq və günəşli keçməsinin kənd təsərrüfatına mənfi təsirlərini araşdırıb.

Kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev deyir ki, qış aylarında havaların isti keçməsi məhsuldarlığa mənfi təsir edir:

"İsti hava meyvə ağaclarının tez tumurcuqlanmasına gətirib çıxarır. Amma qəfil düşəcək şaxta cücərmiş bitkiləri məhv edə bilər. Məhv olan, çürüyən bitkilərin isə yazda göyərməsi mümkün deyil".

Ekspert, həmçinin qeyd edib ki, havaların belə keçməsinin taxılçılığa da ziyanı var. Belə ki, isti hava zərərverici bakteriyaların və gəmiricilərin sayının artmasına şərait yaradır ki, bu da öz növbəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olan amillərdəndir.

Qeyd edək ki, isti hava şəraitinin sabah da müşahidə olunacağı bildirilir. Fevralın 12-də havanın temperaturunun 23 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır.
 
Ardını oxu...
Sıralarını genişləndirməkdə olan “BRICS Plus” ölkələrinin ortaq valyuta buraxacaqları ilə bağlı iddialar ABŞ dollarının beynəlxalq ödəmələrdəki statusunu sual altında qoyur.

Bu iddianı gücləndirən başlıca səbəb isə “BRICS Plus” ölkələrinin dünya iqtisadiyyatında payının sürətlə artmasıdır.

Hesab edilir ki, yeni valyuta ABŞ dollarından fərqli olaraq bir yox, bir neçə ölkənin iqtisadiyyatına bağlı olacaq.

Bu baxımdan maraqlıdır, yaxın gələcəkdə ABŞ dollarının dünyadakı hökmranlığına son qoyula bilərmi?

Ətraflı Baku TV-nin süjetində:


 

Ardını oxu...

Azərbaycana gətirilən və istehsal ili dörd ildən artıq olan maşınlara görə utilizasiya haqqı alınır.

Bəs utilizasiya məbləğindən başqa, əlavə dəyər vergisinin (ƏDV) də tələb edilməsi qanunidirmi?

Musavat.com xezerxeber.az-a isrinadən xəbər verir ki, qaydalara əsasən, ölkəyə idxal edilən bəzi avtomobillərə görə, gömrük rəsmiləşdirilməsi zamanı istehsal ilindən asılı olaraq 400 və 700 manat utilizasiya haqqı alınır.

Bəzi sosial şəbəkələrdə, xüsusilə avtomobil qruplarında utilizasiya haqqına görə alınan pulun təkcə bununla bitmədiyi deyilir.

Bəzi istifadəçilər gömrükdə həmçinin 400 və 700 manat olan utilizasiya məbləğinin üzərinə 18%-lik əlavə dəyər vergisinin də gəldiyini yazırlar.

Bəs bu iddialar nə qədər doğrudur? Gömrükdə utilzasiya haqqına görə, ƏDV də alınırmı?

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Hələ ötən ilin dekabrında məlum idi ki, sığorta şirkətləri ili böyük mənfəətlə başa vurur. Ödənilən məbləğ toplanan vəsaiti 600 milyon manatdan çox geridə qoyurdu. Avtomobillərə dəyən zərəri lazımınca ödəməməyin nəticəsində bu göstərici ortaya çıxmışdı. 2022-ci ilin analoji dövrü ilə müqayisədə yığımlarda 300 milyon manatdan çox artım nəzərə çarpır.
Bizimyol.info xəbər verir ki, 2023-cü ildə sığorta şirkətlərinin rekordu qeydə alınıb. Şirkətlər heç vaxt olmadığı qədər ili böyük mənfəətlə başa vurublar. Ümumiyyətlə, 18 sığorta şirkətindən 17-si ödənilən məbləğdən xeyli çox vəsait toplaya bilib. Yalnız “Azərbaycasn Sənaye Sığorta” daha çox pul ödəməli olub. Şirkət bunun səbəbini açıqlayıb. 2022-ci ildə Sumqayıtda yerləşən “Azərbaycan Sənaye Parkı”nda böyük yanğın olmuşdu, ciddi zərər qeydə alınmışdı. “Azərbaycan Sənaye Sığorta” bu fakta görə 25 milyon manata yaxın ödəniş edib. Təsəvvür edin, şirkətin il ərzində həyata keçirdiyi ödənişlərin 80 faizi həmin hadisənin payına düşür. “Azərbaycan Sənaye Sığorta” ümumilikdə 20 milyon manat toplaya bilmişdi. “Azərsun Holdinq”ə ödənilən həmin böyük məbləğlə birlikdə 32 milyon manat ödəniş rəsmiləşib.

“Meqa Həyat Sığorta” il ərzində cəmi 15 min, “İpək Yolu Sığorta” isə 620 min manat ödəniş həyata keçirib. Yəni ümumi məbləğ heç 1 milyon manata çatmayıb. “İpək Yolu Sığorta” da bir hadisəyə görə böyük xərcə düşüb. AZAL-a məxsus sərnişin təyyarəsinin mühərriki zədələnib, 431 min manatdan çox ödəmək lazım gəlib. Naxçıvan-Bakı reysi zamanı təyyarənin mühərrikinə yad cisim düşüb, problem yaranıb.

Təsəvvür edin, sürücülərə nə qədər az pul ödənilir. Böyük şirkətlərin başına iş gəlməsə, sığorta şirkətləri heç ciddi xərcə düşmür. Sürücülər şirkətlərin arxasınca aylarla sürünür. Avtomobilə dəyən zərəri ödətmək cəhənnəm əzabına çevrilir. Dərinə gedəndə, sığorta şirkəti heç üzərinə məsuliyyət də götürmür, məhkəməyə yönləndirir. Amma il başa çatandan sonra məlum olur ki, yığımlarda, qazancda rekord qeydə alınıb. Sürücülərin halına acımaqdan başqa deməyə söz də qalmayıb.
 
Ardını oxu...
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mənzillərə çıxarış verilərkən eyni zamanda onların əmlak qiymətləndirilməsi də aparılır. Bu qiymətləndirmə təkcə mənzillərdə deyil, fərdi yaşayış evləri və torpaqlara çıxarış verildikdə də tətbiq olunur.

Bir çox vətəndaşlarda qiymətləndirmənin bazar qiymətinə uyğun aparılması və əmlakın dəyərinin düzgün hesablanması ilə bağlı müəyyən suallar yaranır. Görəsən həqiqətən Əmlak Komitəsinin apardığı qiymətləndirmə real bazar dəyərinə uyğundurmu?

TEREF xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Əmlak Komitəsi tərəfindən aparılan qiymətləndirmənin mövcud bazar qiymətinə uyğun olmadığını deyib:

“Mənzilə qiymət qoymaq üçün müəyyən peşəkar biliklər malik olmaq şərtdir. Hər hansı bir qurumun bu istiqamətdə qərar qəbul etməsi üçün müəyyən standartlara əsasən qiymətləndirmə işini həyata keçirməlidir.

Əgər söhbət Əmlak Komitəsi tərəfindən aparılan qiymətləndirmələrdən gedirsə, məndə olan məlumatlara görə həmin qurum sadəcə işləri qiymətləndirir və bu beynəlxalq standartlara uyğun, mövcud bazar qiymətinə əsaslanan qiymətləndirmə deyil. Bu sadəcə ümumi qiymətin formalaşması üçün aparılır və alqı-satqı zamanı qiymətləndirmənin nəticələri əsas götürülmür.

Digər tərəfdən əmlakın qiymətləndiriməsi barədə sifariş məcburi deyil və vətəndaş tərəfindən istənilə bilər. Təkcə mənzillərin deyil, fərdi yaşayış evləri və torpaq sahələrinin hardasa 1 səhifə həcmində olan qiymətləndirməsi həyata keçirilir.

Bu baxımdan “Qiymətləndiricilər Palatası” yaradılıb və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qəbul olunub. Bu qanuna əsasən qiymətləndirici şəxs mütləq şəkildə bu palatanın üzvü olmalıdır. Belə olduqda qiymətləndirmə prosesi vahid mərkəzdən idarə olunacaq və daha düzgün formada aparılacaq”.

Vüqar Oruc peşəkar qiymətləndirmənin aşağıdakı formalarda aparılmalı olduğunu vurğulayıb:

“Əmlak Komitəsinin apardığı qiymətləndirmə kütləvi xarakter daşıyır və onun əsasında hər hansı obyektə kredit ayırmaq və ya alqı-satqı həyata keçirmək məqsədəuyğun deyil. Bu sadəcə əmlak sahibinə bilgi vermək üçün nəzərdə tutulmuş qiymətləndirmədir.

Amma real və peşəkar qiymətləndirmə tamamilə fərqli formada həyata keçirilir. Bunun üçün müəyyən kriteriyalar tələb olunur və həmin qiymətləndirmə 1 səhifədən ibarət olmur. Ciddi şəkildə mənzilin təhlili, onun yerləşdiyi ərazinin inkişaf perspektivləri həmin hesabatda təhlil olunmalıdır. Üstünlükləri və çatışmazlıqları qeyd edilməlidir. Əgər geniş hesabat aparılmırsa, həmin qiymətləndirmə real qiymətləndirmə deyil. Mənzilin dəyəri mütləq şəkildə bazar qiymətinə uyğun formada müəyyənləşdirilməlidir”.
 
Ardını oxu...
Elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri üçün sığorta haqqı qaldırılıb.

Xezerxeber.az xəbər verir ki, bu avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta haqlarında edilən dəyişiklikdə öz əksini tapıb.

Yeni qaydalara əsasən Azərbaycanda elektromobillərin icbari sığorta haqqı dəqiqləşdirilib.

Belə ki, elektrik avtomobilləri üçün icbari sığorta haqqı 50 fazi artırılaraq 75 manat müəyyən edilib.

Sığorta məsələləri üzrə ekspert İlkin Ibrahimovun sözlərinə görə, digər dəyişiklik yük avtomobillərinə aiddir. Yük götürmə qabiliyyəti 3,5 tonadək olan avtomobillərdə sığorta haqqı dəyişməyib - baza məbləğinin 3 mislidir, yəni 150 manat. Amma 3,5-7,5 tonluq avtomobillərin sığorta ödənişi məsələsində dəyişiklik var.

Yəni sığorta haqqının 250 manat olması yalnız 7,5 tondan artıq yükgötürmə qabiliyyəti olan maşınlara aid olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 
Ardını oxu...
Hindistanın bəzi şirkətləri Rusiyada neft hasilatı aktivlərini əldə etmək istəyir.

Bu barədə ölkənin neft və təbii qaz naziri Hardeep Singh Puri bildirib.

Onun sözlərinə görə, hazırda ölkələrlə bağlı bir çox enerji layihələri müzakirə olunur. Xüsusilə Rusiya Hindistanda neft emalı sahəsində iştirakını genişləndirməkdə maraqlıdır. Hindistanın Rusiyadan enerji tədarükünü ödəməkdə heç bir problemi yoxdur və onlar yaranarsa, həll olunacaq.
TASS
 
Ardını oxu...
Danimarkanın «Carlsberg» pivə şirkəti Rusiya bazarından çəkildiyi üçün 5,9 milyard dollar zərər gördüyünü açıqlayıb. Şirkətin ümumi itkiləri isə 6,8 milyard dollardan çoxdur.

Valyuta.az xəbər verir ki, Danimarkanın “Carlsberg” pivə şirkətinin Rusiya bazarından çıxması ilə bağlı itkiləri 40,8 milyard kron (5,9 milyard dollar) təşkil edib. Bu barədə şirkətin 2023-cü il üzrə maliyyə hesabatında bildirilir.

Bununla bağlı Danimarka şirkəti böyük məbləğdə silinmələr etmək məcburiyyətində qalıb. Ümumi itkilər 47 milyard krondan (6,8 milyard dollar) çox qiymətləndirilir.

Xatırladaq ki, «Carlsberg Group» 2022-ci ilin mart ayında Rusiyadakı bütün aktivlərini satmaq qərarını açıqlayıb, Rusiyaya investisiya etməyi və ixracı dayandırıb.

«Carlsberg Group» avqust ayında bildirmişdi ki, Rusiya bazarını tərk etmək qərarı digər ölkələrdə satışların artmasına baxmayaraq, 2022-ci ilin birinci yarısında şirkətin 630 milyon dollar itkisinə səbəb olub.

3 oktyabr 2023-cü il tarixində isə «Carlsberg Group» Rusiyanın «Baltika» şirkətinə şirkətinə beynəlxalq və regional brendlər də daxil olmaqla, bütün «Carlsberg» məhsullarını istehsal və satmağa imkan verən lisenziya müqavilələrinin ləğvi barədə xəbərdar edib. Şirkətin o zaman izah etdiyi kimi, lisenziya müqavilələrinə xitam verilməsi Rusiya Federasiyası Prezidentinin fərmanına cavab idi.
 

Dünyapress TV

Xəbər lenti