Ardını oxu...
Azərbaycanda vətəndaşların banklardan xarici valyuta, xüsusilə də dollar alışına bir sıra məhdudiyyətlərin olmasıyla bağlı iddialar səsləndirilir.

"Kapital Bank"ın rəsmi nümayəndəsi Günel Mavliyarova RTV-yə müsahibəsində vətəndaşları maraqlandıran bəzi məqamlara aydınlıq gətirib.

Daha ətraflı videomaterialda:

 
Ardını oxu...
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrin iqtisadiyyatı, ilkin hesablamalara görə, 2023-cü ilin dördüncü rübündə əvvəlki üç aya nisbətən 0,4 faiz artıb.

Musavat.com təşkilatın hesabatına istinadən xəbər verir ki, üçüncü rübdə bu göstərici 0,5 faiz artmışdı.

G7 ölkələrində ÜDM artımı iyul-sentyabr aylarındakı 0,5 faizə qarşı oktyabr-dekabrda 0,4 faizə qədər azalıb.

Böyük Britaniya və Yaponiyanın ÜDM-i müvafiq olaraq 0,3 faiz və 0,1 faiz azalıb, mənfi dinamika ardıcıl ikinci rübdə qeydə alınıb ki, bu da texniki tənəzzül tərifinə uyğundur.

Almaniya iqtisadiyyatı iki rüb 0 artımdan sonra dördüncü rübdə 0,1 faiz daralıb.

ABŞ-da iqtisadi artım 1,2 faizdən 0,8 faizə enib, Fransada isə ardıcıl ikinci rübdür ki, durğunluq müşahidə olunub.

Bu arada, Kanada iqtisadiyyatı əvvəlki rübdə daraldıqdan sonra oktyabr-dekabr aylarında 0.3 faiz genişlənib, İtaliyanın ÜDM artımı isə 0.1 faizdən 0.2 faizə qədər sürətlənib.

Dördüncü rübdə İƏİT ölkələri arasında ÜDM-in ən əhəmiyyətli artımı Kosta Rika və Norveçdə (müvafiq olaraq 1,8 faiz və 1,5 faiz), ən əhəmiyyətli azalma isə İrlandiyada (0,7 faiz) müşahidə olunub.

2023-cü ilin yekununda OECD ölkələrinin iqtisadi artım tempi bir il əvvəlki 2,9 faizdən 1,6 faizə qədər yavaşlayıb, məlumatların mövcud olduğu 27 ölkədən 10-da tənəzzül qeydə alınıb. Ən bariz iqtisadi tənəzzül Estoniyada müşahidə olunub – 3 faiz. İqtisadi artım templərinin sürətlənməsi yalnız üç ölkədə - ABŞ, Yaponiya və Kosta-Rikada qeydə alınıb.
Ardını oxu...
Qiymətlərin davranışı dünya bazarlarından asılı olacaq?

Dünya bazarında qiymətlərin aşağı düşməsi yerli istehlak bazarında qiymət artımının sürətini məhdudlaşdırır. Nəticədə, əvvəlki iki ilin pik səviyyələri öz yerini keçən il inflyasiyanın bir qədər azalmasına verdi. Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarından belə görünür ki, zəifləmə tendensiyası yeni ilin əvvəlində də özünü göstərib.

Rəsmi məlumatlara görə, yanvarda qiymətlər ötən ilin eyni ayı ilə müqayisədə 1,7 faiz artıb. Yeni ilin fərqli xüsusiyyəti qiymət artımının ümumi səviyyəsinə nisbətən ərzaq inflyasiyasının bariz şəkildə azalması idi. Ay ərzində ərzaq məhsullarının qiymətləri 0,7 faiz artıb, qeyri-ərzaq məhsulları üzrə inflyasiya 1,7 faiz təşkil edib. Ay ərzində əhaliyə göstərilən pullu xidmətlər 3,2 faiz bahalaşıb.

Milli Məclisin üzvü, iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, inflyasiyanın zəifləməsi tendensiyası əsasən idxal olunan məhsulların bahalaşma sürətinin azalması ilə bağlıdır: “Yerli istehlak bazarında qiymət artımının strukturunda idxal inflyasiyanın çəkisi kifayət qədər yüksək olduğundan, qlobal azalma qiymətlərin azalmasına səbəb olur. Amma diqqət çəkən məqam əhaliyə pullu xidmətlər seqmentinin nəzərəçarpacaq dərəcədə artmasıdır. Bu sahədə qiymət artımı artıq ümumi istehlak qiymətləri indeksindən 2 faiz bəndi yüksəkdir. Bunun əsas səbəbi bu cür xidmətlərin çeşidinin genişlənməsi olsa da, ötən ay onların dəyəri qida seqmentindən daha çox artıb”.

Bununla belə, ötən il əhaliyə göstərilən pullu xidmətlərin qiymətlərinin artımı da ümumi inflyasiyanı xeyli üstələyib. DSK-nın məlumatına görə, 2023-cü ildə əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 2022-ci ilə qədər artaraq 11 milyard 411,6 milyon manat təşkil edib.

Eyni zamanda, bu məbləğin 8 milyard 652,1 milyon manatı (75,8 faizi) hüquqi şəxslərin, 2 milyard 559,6 milyon manatı isə dövlət sektorunun payına düşüb. Bu, hər bir respublika sakini üçün orta hesabla 1124 manat təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 205 manat çoxdur. Bu sahədə qiymətlərin artım tendensiyası 2022-ci ildə də müşahidə olunub - o zaman əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 2021-ci illə müqayisədə 8% artaraq 9 milyard 253 milyon manat təşkil edib.

Bunun fonunda ərzaq məhsullarının bahalaşması daha təvazökar görünsə də, qiymət etiketlərinin artması məhsulların geniş çeşidini əhatə edib. Statistikaya görə, bu ilin yanvar ayında dekabr ayı ilə müqayisədə düyü, mal əti, toyuq, təzə balıq, süd, yumurta, zeytun yağı, naringi, limon, banan, alma, nar, xiyar, pomidor, balqabaq, sarımsaq, soğan, kartof, yerkökü, şəkər, konfet, meyvə şirələri, spirtli içkilər və tütün məmulatlarının qiymətində artım müşahidə olunub.

Düzdür, istehlak səbətinin müəyyən mallarının qiymətində ucuzlaşma müşahidə olunub. Manna və qarabaşaq yarması, un, çörək, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, portağal, çuğundur və şəkər tozunun qiyməti ucuzlaşıb. Statistika digər ərzaq məhsullarının qiymətində ciddi dəyişiklikləri göstərmir.

Hələlik səyahət, kommunal xidmətlər, avtomobil yanacağı və dövlət tərəfindən tənzimlənən digər tariflərin qiymətləri sabit qalır. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, seçkilərdən sonra vəziyyət dəyişə bilər, qiymət artımı güclənə bilər. Ancaq bütün ekspertlər bu fikri bölüşmürlər.

İqtisadçı ekspert Pərviz Heydərov AYNA-ya şərhində deyib ki, bunun iqtisadi səbəbləri varsa, ölkənin siyasi həyatında baş verənlər qiymət artımının qarşısını ala bilməz: “Əgər qiymət artımı üçün obyektiv şərait yaranıbsa, seçkilər kimi siyasi proseslər artıma mane ola bilməz. Bu cür fikirlər tamamilə əsassızdır. Amma ümumilikdə istehlak bazarında vəziyyət kifayət qədər kövrəkdir. 2021-ci ildə başlayan qlobal inflyasiya dalğası 2023-cü ildə bir qədər səngisə də, daxili bazarda bütün bu proseslər gözlənildiyi kimi ciddi şəkildə özünü göstərmədi”.

“Bu il də inflyasiyanın tədricən aşağı düşəcəyi gözlənilir, lakin ümumi vəziyyət geosiyasi hadisələrə çox həssasdır. Əgər əmtəə qiymətləri yenidən bahalaşarsa, əmtəə bazarlarında qlobal qiymət artımı bizim bazarda da özünü göstərəcək. Amma bütün bunların seçkilərlə qətiyyən əlaqəsi yoxdur”, - deyə müsahibimiz bildirib.

İqtisadçı ekspert Natiq Cəfərli mövzuya dair AYNA-ya izahında söyləyib ki, yerli bazarda qiymət artımının yeganə səbəbi kimi qlobal inflyasiyaya istinad etmək düzgün olmaz: “Çünki qiymətləri təkcə xarici bazarlardakı proseslər deyil, həm də daxili iqtisadiyyatdakı sistemli problemlər gücləndirir. Monopoliya artıma oynayır və bu problem topdansatış bazarı üçün xüsusilə xarakterikdir, çünki orada az sayda nüfuzlu oyunçular praktiki olaraq qiymət siyasətini təyin edirlər”.

“Bu səbəbdən əlverişli və rəqabətli biznes mühitinə ciddi ehtiyac var və ən əsası pərakəndə satış obyektlərində qiymətlərin tənzimlənməsi yolunda bütün maneələri aradan qaldırmaq lazımdır. Ölkəmizdə bahalaşmanın əsas səbəbi idxal seqmentində bir neçə iri şirkətin təmsil olunduğu inhisarçılıqdır”, - deyə analitik vurğulayıb.

Yerli ekspert dairələrinin nümayəndələrinin fikrincə, iki ildən artıqdır ki, dünyada ərzaq məhsullarının qiymətləri ucuzlaşır və respublikamızda istehlak edilən ərzaq məhsullarının yarıdan çoxu xaricdən buraya gətirilir. Ona görə də bizdə qiymətlərin azalacağını gözləmək məntiqli olardı, amma qiymət etiketləri artmaqda davam edir.

Müəllif: Emma Rzayeva
 
Ardını oxu...
Şimali Makedoniya, Cənub-Şərqi Avropanın digər ölkələri ilə yanaşı, müvafiq infrastrukturun olmaması səbəbindən ləngiyən Azərbaycan qazının tədarükünü gözləyir.
Şimali Makedoniyanın dövlət şirkəti olan "NOMAGAS" regional qazlaşdırma layihəsinin həyata keçirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 98,6 milyon avroya qədər kredit ala bilər.
Bankın məlumatına görə, kredit, xüsusilə Yunanıstanla interkonnektorun və Şimali Makedoniyada iki qaz kəmərinin tikintisinə ayrılacaq.
Qeyd edək ki, Şimali Makedoniya digər Cənub-Şərqi Avropa ölkələri ilə birlikdə Azərbaycan qazının tədarükünü gözləyir. Bu qaz isə müvafiq infrastrukturun olmaması səbəbindən ləngiyir.
Balkan ölkəsində qaz istehlakı bazarının kiçik - ildə, təqribən 500 milyon kubmetr olmasına baxmayaraq, Şimali Makedoniyaya qaz tədarükü inflyasiya səviyyəsini azaltmaq üçün çox vacibdir.
Azərbaycan qazını Yunanıstandan birbaşa almaq üçün Şimali Makedoniya hakimiyyəti Nea Mesemvriyadan (Yunanıstan) Gevgeliyaya (Şimali Makedoniya) uzunluğu 123 km və tutumu 1,5 milyard kubmetr olan interkonnektor tikmək niyyətindədir.
Layihənin həyata keçirilməsi üçün Avropa maliyyə institutları 40 milyon avrodan çox vəsait ayırıblar. Kəmərin 2024-cü ilə qədər istismara verilməsi gözlənilir. Onun işə düşməsi ilə Şimali Makedoniya Yunanıstan vasitəsilə Transadriatik boru kəmərindən (TBK) lazımi həcmdə Azərbaycan qazını birbaşa idxal edə biləcək.
Azərbaycan qazının ölkə üçün əhəmiyyəti
Qeyd etmək lazımdır ki, Şimali Makedoniya üçün Azərbaycan qazının tədarükü strateji əhəmiyyət kəsb edir - bu gün ölkə "mavi yanacağ"ı yalnız Rusiyadan idxal edir. Bundan əlavə, Rusiyadan gələn tədarüklər vaxtaşırı pozulur. Belə ki, bir müddət əvvəl Rusiya qazının Şimali Makedoniyaya tədarük edildiyi Bolqarıstan Rusiya Federasiyasından yanacağın tranzitinə vergi tətbiq etmək niyyətində olduğunu bildirmişdi.
Baş nazir Dimitar Kovacevski cavabında bildirib ki, Şimali Makedoniya Bolqarıstanın Rusiya qazına olan tranzit vergisini ləğv etmək üçün bütün qanuni vasitələrdən istifadə edəcək.
"Bolqarıstanın Rusiya qazının hər meqavat-saatına 10 avrodan çox tranzit vergisi qanunsuzdur" - Kovacevski bildirib.
"Bolqarıstan vergi tətbiq edərsə, Şimali Makedoniyada istehlakçılar üçün istilik və təbii qazın qiymətləri 20% artırılacaq" - o qeyd edib.
Bolqarıstan sonradan Rusiya qazının tranzit vergisini ləğv etdiyini bəyan etsə də, Makedoniya bazarına tədarükün diversifikasiyası məsələsi aktual olaraq qalır.
 
Ardını oxu...
Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 40 milyon 924,5 min dollar dəyərində məhsul ixrac olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı (https://www.geostat.ge/media/60331/External-Merchandise-Trade-of-Georgia-in-January-2024.pdf) Gürcüstan Statistika İdarəsi yayıb.

Məlumatda bildirilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 21,2% azalıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin eyni dövrü əhatə edən məlumatında (https://customs.gov.az/uploads/foreign/2024/2024_1.pdf?v=1708066767) isə göstərilir ki, bu ilin yanvar ayında Gürcüstandan 5 milyon 369,16 min dollar dəyərində məhsul idxal edilib.

Hər iki ölkənin açıqladığı rəsmi məlumatlardan belə görünür ki, 2024-cü ilin yanvar ayında Gürcüstan Azərbaycana 40,9 milyon dollarlıq məhsul satdığı halda, Azərbaycan Gürcüstandan 5,4 milyon dollarlıq məhsul alıb.

Nəticədə, iki ölkənin açıqladığı eyni məlumat arasında təxminən 7,6 dəfə fərq var.

Onu da bildirək ki, daha əvvəl də Azərbaycanın digər ölklərlə ikitərəfli ticarət əlaqələrində bu cür fərqlər olub. Hətta, 2016-cı ildə Dövlət Gömrük Komitəsi ticarət dövriyyəsində yaranan fərqlə bağlı açıqlama (https://oxu.az/economy/119383) da verib. Həmin açıqlamada qeyd olunurdu ki, MDB ölkələrinin əksəriyyəti və xarici ölkələrlə xarici ticarət statistikasının göstəriciləri arasında fərqlər 40%-ə çatır. Ancaq qeyd etdiyimiz kimi, yaxın qonşumuz olan Gürcüstanla ticarət əlaqələrində yaranan fərq 7,6 dəfəyə yaxındır.
 
Ardını oxu...
Bu gün bu dövlət operatorunun mobil internetinin qiymət artımı, tarif planlarını dəyişdirməsi ilə bağlı bizə çoxsaylı müraciətlər olub, cavablandırmağa imkanım olmamışdı.

Dərhal qeyd etmək istərdim ki, mobil bazarda hökmran mövqe tutan bu dövlət şirkətinin heç bir əsaslandırma olmadan danışıq və data qiymətlərini, SMS qiymətini qaldırması, tarif şərtlərini dəyişməsi çox təəccüblüdür və qanuniliyi ağlabatan deyil.

Düşünürəm ki, ən qısa zamanda sektorun tənzimləyici qurumu olan İKTA və Antiinhisar Dövlət Xidməti bu məsələni araşdırıb , dövlət şirkətinin bu addımının qanuna uyğun olmasına rəy verməlidir. Mobil bazardakı rəqabətli mühit araşdırılmalıdır .

Görəsən bu dövlət şirkəti üçün hansı əsaslar yaranıb ki, xərcləri artıb. Həqiqətənmi bu xərclər artıb?
Ümumiyyətlə isə, Azercell dövlətləşəndən sonra qoyulan investisiya və şəbəkə xərclərinin, qiymət artımının dinamikasını analiz etmək də faydalı olardı.

Düşünürəm ki, adı çəkilən dövlət qurumlarının müvafiq rəylərinədək yeni qiymət artımları və tarif planlarındakı dəyişiklik dayandırılmalıdır.

Bu dövlət operatorunun yenidən özəlləşdirilməyə hazırlanması, mövcud xidmətlərinin keyfiyyətinə diqqət yetirməsi, yeni texnologiyalar və xidmətlər üzərində düşünməsi daha məntiqli olardı.

Yeri gəlmişkən, xatırladıram ki, qonşu ölkələrlə, region ölkələrinə müqayisədə bizdəki tariflər heç də əlçatan və aşağı deyil.

Eyni zamanda xatırladıram ki, Qazaxıstan, Ermənistan , Gürcüstan mobil operatorları bizim operatorlardan fərqli olaraq daha böyük investisiyalar yatırırlar, yəni 5G şəbəkəsi üçün ötən illərdən lisenziya alıblar və yeni şəbəkələr qururlar.

Yəni onlarda yeni şəbəkələr və yeni böyük investisiyalar var.

Amma qiymət artımı müşahidə olunmur.

Ümid edirəm tənzimləyici qurumlarımız baş verənlərin ağlabatan bir izahatını verəcəklər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz
 
Ardını oxu...
Azərbaycanda toyuq ətində bahalaşma nəzərə çarpır. Gündəlik tələbat məhsulları sırasına daxil olan bu məhsulun qiymətində 1-2 manat arasında dəyişiklik müşahidə edilir.

Bəs bu artım əhalinin məhsula olan tələbatı, yoxsa istehsalın azalması ilə bağlıdır?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlama verib.

O bildirib ki, bahalaşmanın əsas səbəbi əhali arasında toyuq məhsullarına olan tələbatın artmasıdır:

“Toyuq məhsullarının qiymətində müəyyən qədər artım müşahidə edilir. Bunun da əsas səbəbi insanların toyuq ətinə olan tələbatının artmasıdır. Tələbatın artmasına isə mal və qoyun ətindəki bahalaşma səbəb olub. Bu səbəbə görə əhali toyuq məhsullarına üz tutub. Bu da öz növbəsində toyuq əti və bu növdən olan məhsulların qiymətində müəyyən bahalaşmaya gətirib çıxarıb. Çünki tələbat artırsa, qiymət artımı da qaçılmazdır”.

Eyyub Hüseynov qeyd edib ki, bir qrup şəxs toyuq məhsullarındakı qiymət artımına müəyyən dərəcədə təsir edə bilər:

“Azərbaycan özünü quş məhsulları ilə tam təmin edə bilər. Bu barədə müəyyən addımlar atılmalıdır. Onlardan biri də xaricdən gələn mallara verilən üstünlüyün aradan qaldırılmasıdır. Quşçuluq məhsullarının istehsalı ilə məşğul olan insanlar bir qrupdur. Bu şəxslər həmin məhsulların bahalaşması üçün qiymət sövdələşməsinə də təsir edə bilər”.

Azad İstehlakçılar Birliyinin sədri onu da vurğulayıb ki, bu məhsulların qiymətində ucuzlaşma müşahidə edilməsi gözlənilən deyil.
 
Ardını oxu...
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin daha bir tenderi başa çatıb.

32gun.az xəbər verir ki, "Bakı Metropoliteni” QSC üçün müxtəlif reklam işlərini yerinə yetirmək üçün mal və materialların satın alınması ilə bağlı tenderin qalibi "STARPRİNT" MMC olub.

Tərəflər arasında 224.034,21 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Bildirək ki, nizamnamə kapitalı 4 AZN olan şirkətin qanuni təmsilçisi ELÇİN HACIYEV VAHİD OĞLUdur.

Xatırladaq ki, Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovdur.
 
Ardını oxu...
Avtomobil dünyasında adlarını qızıl hərflərlə tarixə yazan “Ferrari” və “Lamborghini” markaları haqqında maraqlı fakt var. “Lamborghini” markasının qurucusu Ferruccio Lamborghini əvəllər traktor istehsal edirdi.

Avtosfer.az xəbər verir ki, baş verən maraqlı hadisə nəticəsində traktordan idman avtomobilləri istehsalına başlanılıb.

Belə ki, “Ferrari” markalı avtomobillərin muftasında dəfələrlə problem yarandığını görən Ferruccio Lamborghini birbaşa “Ferrari”nin qurucusu Enzo Ferrari ilə görüşmək istəyib. Lakin aldığı cavab çox təsirli olub. Ona bildirilib ki, traktor istehsalçısı “Ferrari”ni tənqid edə bilməz.

Bu cavab elə təsirli olur ki, traktor istehsalçısı olan Ferruccio Lamborghini idman avtomobilləri istehsal etməyə başlayır. Nəticədə bu marka dünya brendinə çevrilir.
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti