Ardını oxu...
Okytabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Teref.az “qafqazinfo”ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. Onlar qonşu olublar.

Qeyd edək ki, hadisə okytabrın 28-də səhər saat 05:50-də Sumqayıt şəhəri 16 mikrorayon ərazisində qeydə alınıb. Naməlum şəxs D. Fərəcova məxsus evə gələrək odlu silahdan atəş açıb. Nəticədə D. Fərəcov, onun qızı Suzana Fərəcova həlak olublar. Xanımı Tərlan Fərəcova və kürəkəni Serkan Karakaş, həmçinin onların köməyinə çıxan qonşuları Mehman və atası Etibar Sarıyevlər isə yaralanıblar.
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov sahibkarların “halal brend”, “orqanik məhsul” adlarından sui-istifadə etdiklərini bildirib:

“Bu sahədə problemlər var. Bu məsələlərə inamsızlıq, etibarsızlıq da hökm sürür. Çünki sahibkarlarımız “halal brend”, “orqanik məhsul” adlarından sui-istifadə edir və çaşqınlıq yaradırlar. Biz elə bir iş görməliyik ki, istehlakçılarımız “halal” sertifikat almış məhsula tam inansınlar. Maraqlıdır ki, Yaponiya, Almaniya, Koreya kimi ölkələrdə halal məhsula tələbat artıb, nəinki bizim kimi müsəlman ölkələrdə. Buna görə də biz çalışmalıyıq və elə bir mexanizm işləməliyik ki, halal məhsul istehlak etmək istəyən vətəndaşımız məhsuldan rahat şəkildə, əminliklə istifadə edə bilsin”.

Bəs kimlər bu cür sui-istifadə hallarına yol verirlər?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“Halal” sertifikatı ilə bağlı standartlar olmalıdır”

Deputat Ceyhun Məmmədovun sözlərinə görə, bunun üçün öncə standartlar hazırlanmalıdır:

“Bu standartlar dünyada var. Məhsulun üzərinə saxta “halal” adı yazılmamalıdır. Bu gün Azərbaycanda kim istəyir, bunu yazır. Bəzən hansısa şəxslər buna “halallıq” verir. Əksər müsəlman ölkələrində bununla bağlı qaydalar var və hesab edirəm ki, həmin qaydaların ölkəmizdə dəqiq tətbiqi ilə biz müəyyən işləri görə bilərik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də bu məsələdə böyük məsuliyyət daşıyır. Qurum bu cür problemlərin yaranmamasına çalışmalıdır. “Halal” sertifikatına müəyyən normalar, standartlar əsasında icazə verilməlidir”.

“Məhsulun istehsala çatdırılmasına qədər izləmə olmalıdır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Dünya Halal Konqresində iştirak etdiyi zaman şahidi olub ki, 53 ölkədən nümayəndələr halal məhsulun hazırlanması üçün qida əlavələri barədə vahid qərara gələ bilməyiblər:

“Bəzi müəssisələr məhsulun üzərinə “halal” adı yazmaqla müştəri cəlb edir. Əslində, “halal” sertifikatı yalnız halal standartları əsasında məhsul istehsal edilən müəssisələrə verilə bilər. Dünyada il ərzində halal məhsullara 30 trilyon pul xərclənir. Halal məhsullar həm də ekoloji təmiz məhsullar hesab olunur. Amma bu gün ölkəmizdə saxta “halal” adı altında məhsullar istehsal edilir. Azərbaycanın əmtəə bazarında “halal” adıyla satılan məhsulların 90 faizə qədəri halal deyil. Keçən ilin sonunda Azərbaycan Standartlaşdırma İnstitutuna bununla bağlı təkliflər verildi. Təəssüf ki, bizim təkliflər qəbul olunmadı. Hazırda sadə, standartları tam olmayan “halal” standart mövcuddur. Əgər bir müəssisə fəaliyyətini kreditlə davam etdirirsə, ona “halal” sertifikatı vermək düzgün deyil. Biz tələb qoyduq ki, müəssisələrdə onlayn izləmə sistemi varsa, belə yerlərə “halal” sertifikatı verilsin. Məhsulun istehsala çatdırılmasına qədər izləmə olmalıdır”.

Ekspert deyir ki, halal məhsullarla bağlı çağırışlara diqqət yetirilməlidir: “Halal” sertifikatın verilməsi pulsuz və şəffaf olsun. Saxta “halal” adı ilə ölkəyə məhsul gətirən və istehsal edən şəxslər də ifşa olunmalıdırlar”.

“Bu, daha çox vicdan məsələsidir”

“Heydər məscidi”nin imamı Rüfət Qarayevin sözlərinə görə, bu məsələ sertifikatdan və lisenziyadan əvvəl vicdan məsələsidir:

“Əgər bir insanın vicdanı, imanı yoxdursa, istər-istəməz müəyyən biznes gəlirlərini, öz şəxsi mənfəətini düşünərək müəyyən bir zamandan sonra insanları hansısa formada aldadacaq. Allah Rəsulunun dövründə bir şəxs buğda satırdı. Bu zaman nəm buğdaların üzərinə quru buğdalar yığılmışdı. Allahın Rəsulu gəlir həmin buğdanın altındakı nəm buğdaları üzə çıxarır və deyir ki, bizim ümmətimizi, insanlarımızı aldadan bizdən deyil. Yəni, insanları aldatmaq olmaz. Dediyim kimi, bu, bir vicdan məsələsidir. İnsanlıq sadəcə qidanın təmizliyində deyil. Allahını, Rəsulunu tanıyan, onu özünə örnək seçən insan bir müsəlman kimi həyatına davam edər. Gördüyü, etdiyi işlərdə, əməllərdə heç vaxt aldatmaz. Baxmayaraq ki, hansısa bir qurumdan, təşkilatdan bir insan gedib lisenziya ala bilər. Ola bilsin, həmin vaxt təşkilat, qurum o işin halallığını təsbit etsin. Amma sonrakı mərhələdə o insanlar müxtəlif yollarla bu qaydaları poza bilərlər”.

Axund qeyd edib ki, məhsul üzərində “halal” sözü yazmaq məsələnin həlli deyil:

“Ola bilsin ki, həqiqətən də vicdanlı, imanlı insanlar var. Heç halal yazmadan belə işlərini halal görürlər. Yaxud da üzərinə halal yazır, halallığı da tam olaraq qoruyub saxlayırlar. Onun üçün də məsələ tam vicdan məsələsidir. Bir müsəlman mömindirsə, çalışacaq özünə rəva bilmədiyi şeyi digər insanlara da rəva görməsin”.
 
Ardını oxu...
Yevlax şəhəri, Bakı prospekti, 10A ünvanında yaşayan sakinlər içməyə və məişətdə istifadəyə su tapmırlar.

Bir neçə aydır yaşanan bu problem insanları sözün əsl mənasında təngə gətirib.

Mahir Məmmədov deyir ki, suyu verilməyən binada 30 ailə yaşayır:

“Hər gün beşinci mərtəbəyə qablarda su daşıyırıq”.

Başqa bir sakin Leyla Şərifova da susuzluğa görə zülm çəkdiklərini söyləyib:
“Uşaqlarımızı qonşularda çimizdirir, paltarlarımızı orada yuyuruq”.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.

Teref.az-ın "Report"a istinadən məlumatına görə, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suanə Karakaş hadisə yerində ölüblər. İnsident zamanı daha bir neçə nəfər xəsarət alıb. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.
Ardını oxu...
 
Ardını oxu...
Honq-Konq metrosunda iki qatar toqquşub. "Report" RTHK radiostansiyasına istinadən xəbər verir ki, hadisə nəticəsində 25 nəfər xəsarət alıb.

Radiostansiyanın məlumatına görə, toqquşma nəticəsində yaralanan 3 nəfərin vəziyyəti ağırdır.

Bütün sərnişinlər təxliyə edilib. Hadisənin səbəbləri müəyyənləşdirilir.
 
Ardını oxu...
Türkiyənin Fethiye şəhəri sahillərində yerləşən Niue bayrağı altında üzən “Serenity Ac” yük daşıyan gəmisində baş verən partlayış nəticəsində dörd nəfər yaralanıb.

Məlumata görə, 75 metrlik gəmi ada yaxınlığında lövbər salıb. Partlayışın səbəbləri hələ müəyyən edilməyib.

Sahil mühafizəsi hadisə ilə bağlı xəbərdarlıq alıb, gəmiyə xilasedici və polis qayıqları göndərilib. Yaralılar Fethiye xəstəxanalarına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağırdır.
Ardını oxu...
Mənbə: TASS
 
Ardını oxu...

“Çox yaxşı bir komandaya məğlub olduq. Mən bu komandanı sadəcə, təbrik edə bilərəm. Gözəl futbol oynadıqları üçün onlara azarkeşlik edə bilərik”.

Tribunainfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Bayer”ə 1:5 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

“Futbolçularım çox əziyyət çəkdilər. Rəqib topla çox yaxşı davranırdı. Bunu əvvəldən də görmüşdük. Bu gün bir daha şahid olduq ki, səviyyə fərqi var. Qısa olaraq deyim ki, problem bizdə deyildi, onlarda idi. Həddindən artıq çox yaxşı komandadır. Bütün xətlərdə ustalıq səviyyəsi aşağıda olan futbolçu yox idi. Bundan başqa, oyun sistemlərini də yaxşı yerinə yetirirdilər” – Qurbanov bildirib.

Qurban Qurbanov “bu səviyyəyə çatmaq üçün nələr etmək lazımdır?” sualına isə belə cavab verib:

“Reallığa baxmalıyıq. Səviyyə fərqi elə-belə deyil. Bunu burada müzakirə etmək vaxtı deyil. Bunu öz ölkəmizdə etsək, daha yaxşı olar”.

 
 

Ardını oxu...

Hakimiyyətdə elə bir boşluq yaranıb ki, heç kimi tanımır, heç kim heç kimi saymır. Təsəvvür edin ki, prezident administrasiyasına yüz məktub göndərirsən, birinə də cavab gəlmir. Aydın məsələdir ki, cənab prezidentdən gizlədilir şikayət dolu məktubları. Ya da ki, düzgün çatdırılmır. Yəni təhrif olunmuş formada deyilir rəhbərliyə.

2019 – cu ildə mənə Suraxanı rayon İcra Hakimiyyətindən mənə zəng gəldi ki, gəlin icra hakimiyyətinə, sizi qəbul edək. Birinci vitse-prezidentin katibliyindən bu barədə məktub daxil olub bizə.

Təbii ki, başqa yerdən desəydilər getməzdim. Amma o adama, o quruma inamım var. Ona görə də, durub yollandım icra hakimiyyətinə.

Qeyd edim ki, mən Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevadan mənzil problemimlə bağlı kömək istəmişdim.

Nə isə, orada məni Suraxanının o vaxtkı icra başçısı İlqar Abbasovun müavini Etibar Yolçuyev “qəbul etdi”. Qəbul nə qəbul…

Demə görməmişəm. Biabırçılıq.

Qışqıraraq, bağıraraq, “gündə bir adamı göndərirlər ki, buna kömək edin. Nə kömək edək? Necə edək? Mənim mənzil fondum yoxdur”. Mən də, “məni siz çağırmısınız və mən sizdən deyil, dövlət başçısından və onun müavinindən kömək istəmişəm” dedim. Daha sonra başçını dəyişdilər Şirvana. Əziz Əzizov gəldi Suraxanıya. O, da sələfi İlqar Abbasovdan fərqlənmədi heç. mən nə İlqar Abbasova, nə də Əziz Əzizova izah edə bilmədim ki, mən sizdən heç nə istəmirəm. Dövlətimdən istəyirəm. Sadəcə daimi qeydiyyatım Suraxanı olduğu üçün, məhz sizə tapşırılır bu iş.

Bunlara onu da izah edə bilmədim ki, mən Azərbaycan vətəndaşıyam. Qanunvericiliyə görə, evi olmayan istənilən vətəndaş mənzil növbəsinə götürülə bilər qeydiyyatda olduğu rayonun icra hakimiyyəti tərəfindən. Və bu barədə Sosial Müdafiə Nazirliyinə məlumat verilməlidir.

Söhbət yerli və Avropa mediasında cənab prezidenti və hörmətli Birinci vitse-prezidenti qələmi ilə təbliğ edən jurnalist Fariz Quliyevdən gedir!

Jurnalist Fariz Quliyev eyni zamanda ııı qrup əlildir.

Hər iki başçı kömək etmədikləri üçün, ölkə rəhbərliyinə müraciət etdim və bu əsasda onlarla tapşırıqlar verilib ki, vətəndaşı yaşlı anası ilə birgə ( dövlətdən ev alana kimi) müvəqqəti olaraq bir mənzilə köçürün.

Mənə kömək etmək istəyən məmurlar Baş nazir Əli Əsədov, Milli Məclis sədri Sahibə Qafarova, Ombudsman İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevadır.

Amma türklər demişkən “nafilə”. Yəni mənasız. Bu gün də kömək etmək əvəzinə mənasız sorğu-sual edirlər məni…

 

Jurnalist Fariz Quliyev

Araz Media Qrupunun rəhbəri

 
Ardını oxu...
Paytaxtın Nizamı rayonunda daha bir piyada səkisi "obyekt" sahibləri tərəfindən sökülüb.

Teref.az Avtosfer.az-a istinadla xəbər verir ki, rayonun, Şərq küçəsində Azərsutikinti Xəstəxanasının yanında piyada səkisi sökülüb.

Yeni tikilən obyektin sahibinin burada piyada səkisi hesabına "parkinq" yaratmaq istədiyi ehtimal olunur.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bərdə rayonunda 1973-cü il təvəllüdlü Teymur qohumu Kamalı (adlar şərti verilib – red.) öldürüb.

Teymur 22 yanvar 2022-ci ildə saat 17.50-də “Vaz 21099” markalı avtomobillə Xaçın çayının Bərdə rayonu, Lənbəran kəndindən keçən hissəsindəki dəmir körpünün girişində asfalt yolla hərəkətdə olarkən qarşıdan həmkəndlisi Kamalın “Vaz 2106” markalı avtomobillə ona doğru hərəkət etdiyini görüb.

Teymur mərhum qardaşı Əlinin 2019-cu ildə rəsmən nikahına xitam verilmiş keçmiş arvadı Sevinclə evlənərək qardaşının ailəsini dağıtmasından əsəbiləşib. O, qardaşının qız övladlarının Kamalla birgə eyni evdə yaşamasını namusuna ləkə kimi qəbul edib. Qisas niyyətilə Kamalı öldürmək qərarına gəlib.

Onlar həmin ərazidə bir-birlərinə işarə ediblər və avtomobili saxlayıblar. Teymur avtomobilindən ov tüfəngini götürüb və Kamala atəş açıb.

Kamal aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Teymurun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Rusiyaya köçdü”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.

O bildirib ki, arvadı Sənəm, övladları Elçin və Mahirlə birlikdə Bərdə rayonunun kəndində yaşayıb: Qardaşım Əli 2005-ci ildə Ağcabədi rayon sakini Sevinclə ailə həyatı qurdu. Birgə nikahlarından 2006-cı il təvəllüdlü iki qızı, bir oğlu oldu.

Əli əvəllər ailəsi ilə Bərdə şəhərində yaşayırdı. Daha sonra isə Rusiyada işlədiyi üçün ailəsi ilə birlikdə ora köçdü”.

“Məni söydü”

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş Kamal onun həmkəndlisi və qonşusu olub, qardaşı Əli ilə birlikdə Rusiyada işləyib: “Həmin vaxtlarda Əli ilə Kamalın yoldaşlıq münasibətləri vardı, biri-birinin evlərinə gedib-gəlirdilər. Qardaşım 2 il öncə Rusiyadan deport olundu və Bərdə rayonuna gəldi. Arvadı Sevinc və uşaqları Rusiyada onun atasının yanında qaldılar. Həmin vaxt qardaşımla arvadı ayrıldılar.

Kamal təxminən 6 il öncə Rusiyada cinayət törətdiyindən məhkum olundu. Təxminən ilyarım öncə azadlğa çıxdı, Sevinclə münasibət qurdu, bir yerdə yaşadılar. Qardaşım uşaqları da Sevinc və Kamalla birlikdə yaşayırdılar. Kamalın bu hərəkətindən sonra onunla aramızda telefonla mübahisə düşdü. Kamal məni söydü”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ildə qardaşı Əli ürək çatışmazlığından ölüb:

“Əli öləndə Sevinc və Kamalı günahkar bildim. Kamal həmin vaxtlarda hətta oğluma da zəng vuraraq bizi təhqir etdi. Hadisələn əvvəl Kamal deport olundu və Bərdə rayonuna gəldi. Ondan sonra Sevinc də Bərdə rayonuna gəldi”.

“Ailə üzvlərimin olub-olmadığını soruşdu”

Təqsirləndirilən şəxs deyib ki, 2022-ci ilin yanvarın 22-də saat 17-18 radələrində üzünü təraş etdirmək üçün kənddə bərbərxanaya gedib:

“Bərbərxananın qarşısında xeyli adam olduğu üçün qardaşım Elmirə məxsus avtomobilə benzin tökmək üçün yanacaqdoldurma məntəqəsinə getdim. Kəndin içərisində şəhid şəkilləri olan yerdə tanımadığım bir nəfər kişi maşına əl elədi. Avtomobili saxladım. Həmin şəxs Xaçın çay istiqamətində getmək istədiyini bildirdi. Mən də ora gedəcəyimi dedim və birlikdə getdik.

Kəndin çıxışında körpünün üzərində hərəkətdə olanda ağ rəngli “Vaz 2106” markalı avtomobillə ilə üz-üzə gəldim. Əvvəl sürcünü tanımadım. Avtomobil geri döndərərək arxamca gəldi və qarşıma çıxaraq məni saxlatdı. Sürücü düşüb mənə tərəf gələndə onun Kamal olduğunu bildim. Mən avtomobildən düşmədim.

Kamal yaxınlaşaraq avtomobildə ailə üzvlərimin olub-olmadığını soruşdu. Ona yox cavabı verib getməsini istədim. Mən irəlidə, Kamal arxada avtomobili sürdük.

Bir qədər getdikdən sonra Kamal avtomobilin işığı ilə işarə verdi, yolumu kəsdi. Özü və yeznəsi Eldar avtomobildən düşdülər, mənə tərəf gəldilər”.

“Hadisə ehtiyatsızlıqdan baş verib”

Teymur qeyd edib ki, avtomobillərin arasında təxminən 3-4 metr məsafə varmış: “Mən də maşından aşağı düşdüm. Kamalgilin mənə çatmağına təxminən 1-2 metr qalmış avtmobildə gəzdirdiyim özümə məxsus Vinçester tüfəngini götürdüm.

Kamal və Eldar çatanda məndən aralı durmalarını, buradan getmələrini istədim. Xəbərdarlıq etməyimə baxmayraq, yenə də üzərimə gəldilər. Onların məni vuracaqlarını düşündüym. Kamalı qorxutmaq üçün tüfəngdən havaya atəş açdım. Eldar Kamalın göstərişi ilə üzərimə hücum çəkdi. Əlimdən tutaraq silahı almaq istədi. Hətta Eldar kəllə ilə vuraraq burnuma xəsarət yetirdi. Mən də Eldar kəllə ilə vurdum.

Eldar əlimdən tüfəngi almaq istəyəndə dartışma nəticəsində tüfəngdən bir neçə dəfə atəş açıldı və Kamala dəydi. Kamal “ay mama” deyərək atəşdən sonra Eldara artıq mübahisə etməməyi, onu xəstəxanaya aparmasını dedi.

Mən özüm də polis şöbəsinə gedərək könüllü təslim oldum. Tüfəngi polis şöbəsinə təhvil verdim. Mənim Kamalı öldürmək niyyətim olmayıb. Hadisə ehtiyatsızlıqdan baş verib”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Teymur 11 il müddətinə azadlıqdan məhrum edilib./Teleqraf.com
 

Dünyapress TV

Xəbər lenti