Ardını oxu...
Qazaxıstan hakimiyyəti Milli Təhlükəsizlik Komitəsi (MTK) haqqında əsasnamədən respublikanın birinci prezidenti Nursultan Nazarbayevin müdafiəsi ilə bağlı ayrıca bəndi çıxarmağı planlaşdırır.

Dövlət başçısının müvafiq fərman layihəsi ölkənin “Açıq normativ hüquqi aktlar” portalında dərc olunub.

İctimai müzakirəsi noyabrın 24-dək davam edəcək sənədə əsasən, Milli Təhlükəsizlik Komitəsi haqqında qüvvədə olan əsasnaməyə dəyişiklik və əlavələr edilir.
Xatırladaq ki, 83 yaşlı N.Nazarbayev 30 il Qazaxıstan prezidenti olub. 2019-cu ildə o, istefa verdiyini elan edərək, respublikada islahatları davam etdirəcək yeni nəsil liderlərin hakimiyyətə gəlməsinin zəruriliyinə işarə edib.

Mənbə: TASS
 
Ardını oxu...
Ötən gün Antalyanın Alanya rayonunda ukraynalı Dmitri C.-nin silah gücü ilə içərisində 35 min avro olan çantası oğurlanıb.
Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ukrayna vətəndaşı avtomobili ilə pulunu oğurlayan və motosikletlə qaçmağa çalışan Azərbaycan vətəndaşları Murat O. və Elnur B.-ni vuraraq öldürüb. Hadisədən sonra saxlanılan Ukrayna vətəndaşı bu gün məhkəməyə çıxarılıb və həbs edilib. Ukrayna vətəndaşının elektron ticarətlə məşğul olduğu bildirilir.
 

 

Ardını oxu...
Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu qəbiristanlığında qəbirlərin sinə daşlarının üzərində olan bahalı mərmər güldanlar oğurlanır. Artiq polis əməkdaşları həmin şəxs və ya şəxslərin axtarışlarına başlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, yaxınlarının məzarını ziyarətə gələnlər gözlərinə inana bilməyiblər.

Məzar daşlarının üzərində bahalı mərmərdən olan güldanlar qoparılaraq oğurlanıb. Doğmalarını orada dəfn edənlər deyirlər ki, bir müddətdir kimlərsə məzarlıqdakı güldanlara qənim kəsiliblər.
Güldanların tamah məqsədilə oğurlandığı güman edilir. Məzarlığın nəzarətçisi Bəxtiyar Cavanşirov deyir ki, artıq məsələ ilə bağlı aidiyyəti üzrə məlumat verilib. Dəfn edilənlərin yaxınları tezliklə oğurluq edənlərin saxlanmasını istəyirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Bu gün Bakının irili-xırdalı bir çox ticarət mərkəzlərində müxtəlif növ məhsullara, əsasən də geyim, ərzaq və texnoloji avadanlıqlara elə endirimlər tətbiq edirlər ki, istər-istəməz vətəndaşların diqqətini cəlb edir.

Əslində isə...

Bu kampaniyalar daha çox 15-65 faiz arasında, hətta ondan da yüksək, yəni 90 faizə qədər yüksəlir. Bu cür kampaniyalara müxtəlif markalı geyim məhsullarında daha çox rast gəlinir.

Ancaq məhsullarla və endirimlərlə maraqlandıqda, eləcə də satıcılarla söhbət apardıqda, əsl mahiyyətin başqa olduğu üzə çıxır. Bir az ayıq-sayıq, hüquqlarını bilən və savadlı vətəndaş dərhal burada başqa mətləblərin olduğunu üzə çıxarır.

“Endirim” sözü varsa, aldadılma faktı var

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Bizim.Media-ya açıqlamasında Azərbaycan endirim sisteminin çox ustalıqla işləndiyini və tətbiq edildiyini bildirdi:

“Bu gün paytaxtın hər yerində “endirim” sözünə rast gəlirik və bu da o deməkdir ki, aldadılma faktı var. Yəni, məhsulun istifadə müddəti ya başa çatıb, ya da az qalıb. Yaxud da xüsusiyyəttini itirib, yararsızdır, vaxtı keçib, xarab olub və heç nəyə yaramır. Yaxşı mallar isə heç vaxt kampaniyaya düşmür. İstənilən halda, qiymətləri nə qədər aşağı salsalar da, məhsul yenə də maya dəyərindən baha satılır.

Heç bir halda isə istehsalçı və satıcı uduzmur. Dünya təcrübəsinə görə, məhsulun üzərinə maksimum 20-25 faiz gəlir haqqı qoyulur. Bizdə isə 2-3 qat baha qiymət tətbiq olunur, bir müddət sonra isə 50-60 faiz arasında endirim edilir. Ancaq yenə də bu, maya qiymətlərdən ən azı 2 dəfə yuxarıdır”.

Müsahibimiz endirim adı ilə istehlakçıların hüquqları ilə bağlı qanunvericiliyin tələblərinin pozulduğunu da vurğulayıb:

“Çünki bunlar həm haqsız rəqabət, həm yalançı reklam kampaniyası, həm də marketinq hiylələridir. Bu yolla insanların psixologiyasına təsir edirlər və özlərinə cəlb edirlər. Bu gün marketinq texnologiyaları istehsalçıların və satıcıların mənafeyini qoruyur ki, bu da qanunvericilikdə qadağan olunub”.

Vitrin qiymətləri ilə bağlı da insanları aldadırlar

“Məhsulu vitrinə düzsələr də, qiyməti yazmırlar və hər alıcıya bir rəqəm deyilir. Bu qayda irili-xırdalı bütün ticarət və iaşə obyektərində eynidir. Bu da beynəlxalq təcrübədə qəbul olunmur. Bütün məhsulların üzərində qiymətin olması mütləqdir. Yoxdursa, deməli, ortada real fırıldaqçılıq faktı var. Bu da tamamilə qadağan olunmalı və həmin ticarət obyektləri yüksək məbləğlərdə cərimə olunmalıdır”.

Ekspertin fikrincə, bu gün istehlakçıların 95 faizinin öz hüquqlarını bilmir:

“Vətəndaş ilk növbədə maariflənməli və öz hüquqlarını öyrənməlidir. Bir ticarət obyektində aldadıldığını və hüquqlarının pozulduğunu görərsə, dərhal şirkət qarşısında məsələ qaldırmalı və haqqını tələb etməlidir”.
Ardını oxu...
"Şikayətim "Bravo" Supermarket Azerbaijan-dandır. Öncədən xahiş edirəm, "50-60 qəpiyə görə böyüdürsüz"-zad deyənlər kənar dursun... Məsələ 1 qəpik də olsa, özbaşınalıqdır. Deməli, birbank 10% keşbek qaytarır deyə, "Bravo" "Birbank"ın QR ilə ödəniş qəbul etmir, sanki dədələrinin cibindən çıxır pul.... bu, öz yerində.

Ardını oxu...

"Bravo" "Birbank"la ödəniş qəbul etmədiyi üçün ancaq və ancaq "M10"-un öz tətbiqi ilə ödəniş qəbul edəcəyini, və "Birbank"la ödənişin mümkünsüz olduğunu bildirir (screenlərdə yazıb). Və "M10" ilə ödəniş edildiyi təqdirdə də eynilə "Birbank" kimi 10% keşbek verəcəyini bildirir, halbuki "M10" bunu inkar edir və "Bravo"nun uydurması olduğunu bildirir və sadəcə 3% keşbek qaytarır.

"Bravo"nun bu etdiyi birbaşa istehlakçını aldatmaqdır, və kompensasiya etməli olduğu halda heç nə etmir... Aldatdığı müştəriyə biganə yanaşır. Bunu da nəzərə alın ki, hər müştərini 7% keşbekdən məhrum etdikdə bu, "Bravo" üçün milyonlarla qazanc deməkdir.

Hər nə qədər ki, keşbeki "Bravo" yox, "Kapitalbank" verir... "Bravo"nun bu canfəşanlığı anlaşılan deyil..."

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Mənbə: "Müşərinin Səsi" Sosial Qrupu
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
"Bu yaxınlarda Azərbaycan DTX -i tərəfindən Rusiya agenti olan Nəzakət Məmmədovanın həbsi ilə bağlı məlumat yayıldı"
Bu sözləri Kanal13-ə müsahibəsi zamanı Ovqat.com saytının baş redaktoru Heydər Oguz söyləyib.
"Hesab edirəm ki, Nəzakət Məmmədovadan daha böyük xəyanətkarlar hələ də fəaliyyətdədir. Onların qarşısı mütləq alınmalıdır"-deyə, o əlavə edib.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Bu il sovet ordusunun Bakıda törətdiyi qanlı 20 Yanvar qırğınının 30 ili tamam olur.

Azadlıq Radiosu 30 il öncə yaşananlarla bağlı silsilə yazılar təqdim etməyə başlayıb. İlk yazıda 1990-cı ildə Azərbaycan SSR Rabitə Nazirliyində şöbə müdiri olmuş Oruc Şirinovdan söz açılır.

Mirzə Xəzər: «Rəhmətlik Oruc Şirinov vardı…»

«20 Yanvar hadisələrindən sonra Orucu çox axtardıq, tapa bilmədik. Anam ağlayırdı ki, Oruc ölüb, Oruc yoxdur. Səhər açılanda yoldaşım, qayınanam, baldızlarım bizə gəldi, yas evinə gəlmişdilər elə bil, başsağlığına. Heç kim onun sağ qaldığını düşünmürdü», – deyə rabitəçi O.Şirinovun bacısı Gündüz Şirinova deyib.

1990-cı ilin 20 yanvarında beynəlxalq rabitə xəttini açmaqla Bakıdakı faciənin dünyaya çatdırılmasına nail olan O.Şirinovu indi xatırlayan bəlkə də az olar.

«Nə yaralıların içində idi, nə də meyitlərin. Nəhayət, bir neçə gün sonra özü evə zəng vurub salamat olduğunu dedi. Tapşırdı ki, onu axtarmayaq. Onu həm yerli DTK, həm də sovet DTK-sı axtarırdı. 20 yanvarda gecə Mirzə Xəzərə zəng vurmuşdu… İşi bitəndən sonra evə gedəndə gülləbarana düşmüşdü. Xoşbəxtlikdən heç nə olmamışdı. Bu, düşdüyü ilk gülləbaran idi», – həm müəllimi, həm qardaşı arvadı olan Səkinə Türkər danışır.

«Qardaşım Azərbaycanın səsini çatdırdı o gecə. Onun etdikləri haqda Xəlil Rza, Yusif Səmədoğlu, Bəxtiyar Vahabzadə danışa bilərdi, sağ qalanları tanımıram. İndi çox adam deyir ki, 20 Yanvarı mən çatdırmışam. Ancaq qardaşım olmasaydı, Rabitə Nazirliyində işləməsəydi, o gecə orda olmasaydı, xətti açmasaydı, kim olanları verə bilərdi? Onun sayəsində o səslər efirə gedib. Həyatını riskə atıb. O cür oğul haqqında indi danışmamaq haqsızlıqdır», – bacısı əlavə edir.

Azadlıq Radiosunun Azərbaycan xidmətinin o zamankı rəhbəri Mirzə Xəzər bir neçə il əvvəl radioya müsahibəsində deyirdi ki, 1989-cu ilin sonu və 1990-cı ilin əvvəlində Rabitə Nazirliyinin məsul işçisi olan Oruc Şirinov onlara Azərbaycanın hər yerində istədikləri şəxslə telefon əlaqəsi saxlamaq üçün şərait yaradıb: «Rəhmətlik Oruc Şirinov vardı – Rabitə Nazirliyində şöbə müdiri. Xalq Cəbhəsinin üzvü idi. O, əvvəllər özü bizi calaşdırırdı, harayla, kiminlə danışmaq istəyirdiksə, ya kim ordan zəng etmək istəyirdisə. Amma yanvarda o, bütöv xətti açıb, qızlardan ikisini də ora qoydu. Biri rus idi, o biri azərbaycanlı. Bakıdan kim istəsə, bizə dərhal məlumat verə bilirdi. Heç bir şeyə baxmayaraq. Heç bir şeydən də qorxmurdu».

Jurnalist Xaqani Səfəroğlu sosial mediada yazır: «Oruc Şirinov 1990-cı ildə Rabitə Nazirliyinin beynəlxalq danışıqlar şöbəsinin rəisi olub. 20 Yanvar qanlı qırğınının dünyaya çatdırılımasında əvəzsiz rol oynayıb. Oruc Şirinov SSRİ DTK-dan qorxmayaraq bütöv bir rabitə xəttini AzadlıqRadiosuna birbaşa zəng vurmaq üçün açıb. 20 Yanvarla bağlı Mirzə Xəzərin məşhur proqramının iştirakçıları məhz Oruc Şirinovun qəhrəmanlığı sayəsində Amerika radiosundan sovet rejiminin qanlı qırğınını dünyaya çatdıra… informasiya blokadasını yara biliblər».

İkinci gülləbarandan qurtuldu – dostuyla siğə qardaşı oldu

O.Şirinov bu hadisələrdən sonra cəmi iki il yaşayıb. Doğmaları danışır ki, həmin vaxt bir ayağı döyüş bölgəsindəymiş, ora silah-sursat daşıyırmış. Belə səfərlər zamanı təhlükəylə az üzləşməyib. Səkinə Türkərbunlardan birini danışır:

«Əfqanıstanda döyüşmüş bir dostu vardı – Xəlil. 1992-ci ilin fevralında silah-sursat daşıyanda yolu azmışdılar. 50 metr qalmış Oruc duyuq düşmüşdü ki, əlləri ilə «Gəlin» deyə işarə edənlər bizimkilər deyil. Onda deyib: «Xəlil, geri fırlan». Maşını döndərib qayıdıblar. Qismətə bax, maşın aşıb, yolu kəsmişdi. Onda atışmada güllə saçını yalayıb keçmişdi. Güllə başına da dəyər bilərdi. Orda deyib: «Xəlil, qadan alım, mənim əlim gəlməz səni vurmağa. Gördün ki, əsir düşürük, əvvəl məni vur, sonra özünü, qoyma sağ düşək onların əllərinə». Arif Şamo da bu haqda yazıb. İcra hakimiyyətinə, ovaxtkı raykoma gedibmiş. Atası vəzifə sahibi idi, hamı Orucu tanıyırdı. Şamo Arif də ordaymış, onun düz üstünə gedib, əl uzadıb. Şamo Arif yazırdı ki, girdi otağa gülə-gülə – qəribə də qəhqəhə çəkməsi vardı – dedi ki, yaralanmışam, az qala ölmüşdüm. Amma Şamo Arif buna inanmır. Bunu anlayanda Oruc əlini atır saçına, qanı göstərir. Şamo Arif yazırdı ki, inanmadığım üçün elə peşman oldum… O hadisədən sonra Xəlilə demişdi ki, ölə bilərdik, gedək məscidə siğə qardaşı olaq».

«Ana, oğlumu kürəyinə yox, qarnına bağla, güllə ona dəysin»

O gündən sonra doğmaları ehtiyatlı olmağını istəyiblər, dil töküblər, amma…

«Xocalı qırğınından sonra, martın 5-də bizə gəlmişdi. Dedim, nə olar, xahiş edirəm zirehli jilet geyin. Kök, ucaboy idi. Dedi ki, o jileti geyinə bilmərəm, yaraşığımı pozar. Çox çılğın, əsəbi idi, hirsindən partlayırdı. Deyirdi ki, ata-anamı, qohum-əqrəbamı əsir götürəcəklər, evimiz, torpağımız ermənilərə qalacaq. Həmin ilin qışında bizə Xəlil Rzayla qonaq gəlmişdi. Şair anam haqqında bir şeir dedi, çox təsirli idi. Təəssüf ki, yadımda qalmayıb. Dedi: «Sənin anan çiynində tüfəng səhərə kimi yatmır ki, ermənilər kəndə girməsin». Tək mənim anam deyildi, kənddə çox elə qadın vardı. Oruc böyük oğlunu anamgilə vermişdi, onlarla qalırdı. Anam ona dedi: «Oruc, mən qorxuram, ermənilər gələr, uşağı çıxara bilmərəm, gəl oğlunu apar». Anama dedi ki, «ana, oğlumu kürəyinə yox, qarnına bağla, güllə ona dəysin, sənə yox». O, elə bir oğul idi…», – illər sonra Gündüz Şirinova o günləri xatırlayır. Qardaşının onun yalvar-yaxarına məhəl qoymadığını görüb bu dəfə evinə qonaq gələn şairdən kömək istəyir:

«Xəlil Rza gedəndə yalvardım ki, Orucu çox qoymayın ön cəbhəyə getsin. Cavab verdi ki, siz nə danışırsınız, Oruc Azərbaycanın hayqıran səsidir, onu susdurmaq olmaz…».

Üçüncü güllədən qurtula bilmədi

İki dəfə güllə yağışından sağ çıxsa da, 1992-ci il martın 19-da Oruc Şirinov axşam saatlarında öldürülür.

Qardaşının həyat yoldaşı Səkinə Türkər son günü danışır: «Yoldaşına deyib ki, atam-anam da zəng etsə, məni oyatma, yorğunam, yatacağam. Amma zəng gəlir, yoldaşı «yox» deyə bilməyib, onu oyadıb. Deyiblər ki, bir əməliyyat var, bunu ancaq sən bacararsan. Sovet qoşunları burdan nəsə daşıyırmış. Mane olmaq istəyib. Hərbçilərlə danışıq aparanda arxadan vurmuşdular…».

Söhbət əsnasında dəfələrlə kövrələn, ağlayan Səkinə xanım gözüyaşlı sözünə davam edir: «Xəstəxanaya götürsələr də, yolda keçinmişdi. Gecə dayısı oğlu bizə gəldi. O dedi ki, Orucu öldürüblər. Yaxında yaşayırdı. Qaçıb getdik ki, o nər oğul – Oruc yoxdur… Oruc doğulanda – martın 15-də Ramazan ayı imiş, nənəsi adını Oruc qoyub. Elə Ramazan ayında da, martın 19-da həlak oldu, bayram süfrəmizə meyiti gəldi. 33 yaşı vardı».

«O şəhid olanda atama danışmaq üçün söz verdilər. Atam ağladı, danışa bilmədi. Mənim anam atama dedi: «Niyə ağlayırsan? Sən birinci dəfə deyil şəhid verirsən. Vətənim sağ olsun, oğlum ölüb ölüb də». 1941-45-ci illərdə mənim cavan əmilərim müharibədə öldürülüb. Mən bacı kimi fikirləşdim ki, yəqin anam dəli olub, başına hava gəlib, 33 yaşında o cür oğlu ölüb, bu nə sözdür danışır…», – bacısı söyləyir.

Oruc Şirinovun məzarı Şəhidlər Xiyabanındadır. O, həlak olanda üç övladı vardı, hələ çox balacaydılar. İndi nəvələri böyüyür.
AzPosta
 
Ardını oxu...
Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarında texniki problem yaranıb.

Oxu.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

“Sürət qatarı ilə Tovuzdan Bakıya gedirəm. Yolda qatarda texniki problem oldu. Çölün düzündə qalmışıq. İçəridə işıqlar və monitorlar sönüb”, – deyə sərnişin qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Bakı şəhərində bəzi avtomobil idarə edənlərin avtomobilin üzərinə müxtəlif sözlər, cümlələr yazması halı çoxalıb. Bəs qanunvericilik bu haqda nə deyir?

Valyuta.az-a açıqlamasında ehtiyatda olan polis polkovniki Mahmud Hacıyev bildirir ki, avtomobillərin üzərinə avtomobillərin müxtəlif hissələrinə yazılar yazıb yapışdırmaq qanunla qadağandır. İstər yazılar, istərsə də xarici görkəmində müəyyən hissələri dəyişdirmək olsun, qanun maşının xarici görkəmini dəyişdirməyi qadağan edir. Bu istiqamətdə müvafiq qurumların mübarizə aparmasına, cərimələrin tətbiq edilməsinə baxmayaraq, təəssüf ki həmin addımlara yol verən sürücülər yenə də öz əməllərini davam etdirirlər”.
 

Dünyapress TV

Xəbər lenti