Ardını oxu...

Sərhəd kəndlərinin sakinləri bir zamanlar qəhrəman idilər, indi isə yaddan çıxmış əyalət insanları...

(“Sərhəd kəndlərimizin həyatı” silsiləsinin yekun yazısı)
Onlar qaçqınlardan, məcburi köçkünlərdən az zillət çəkməyiblər. Hətta daha çox həyati təhlükə
altında olublar.
Bütün müharibə dövründə onlar qəhrəman idilər, indi, müharibə bitdikdən, sülh söhbətləri
başladıqdan sonra isə yaddan çıxmış sakinlərdir. Müharibənin ən qızğın dövründə belə eveşiklərini tərk etməyən bu sakinlər barədə çox danışılırdı. Söhbət düşmənlə təmas xətlərinə ən
yaxın ərazilərdə yaşayan sərhəd kəndlərinin sakinlərindən gedir. Onlar, bütün məşəqqətlərə
baxmayaraq, döyüşlərin ən qızğın vaxtlarında belə yurdlarını tərk etməyərək həm öz evlərini,
həm də sərhədlərimizi qoruyublar.
İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin, köçkünlərin doğma yurdlarına qayıtması
fonunda onlar bu gün güllə yağışı altında olmasa da, yenə nişangahda hərəkət edirlər. Və
özlərini yaddan çıxmış hesab edirlər. Bir zamanlar bütün enerjilərini sağ qalmaq üçün sərf edən
sərhəd bölgəsinin sakinləri indi sosial problemlərdən yaxa qurtarmaq üçün “döyüşürlər”.
***
Bu gün Azərbaycanın qərb bölgəsinin sərhəd kəndlərini əsas ortaq problemi ölkənin ümumi
problemi olan su təminatı ilə bağlıdır. Onların bəzilərində içməli su, bəzilərində suvarma suyu,
bəzilərində isə heç biri yoxdur.
Məsələn, Tovuzun Əlibəyli kəndi çay dərəsində yerləşir və buranın sakinləri suvarma suyu
gətirmək üçün bellə “silahlanıb”, Ermənistan ərazisinə keçməyə məcbur olurlar.
Heç bir çayı olmayan, qurumaq üzrə olan bulaqların ümidinə qalan Tovuz rayonunun Koxanəbi
və Qazaxın Quşçu Ayrım kəndlərinin sakinlərinin isə istəsələr belə, heç yerdən suvarma suyu
gətirmək imkanı yoxdur.
Quşçu Ayrımda içmək və təsərrüfat suyu problemi son illərdə Coğazçay su anbarından nasosla
vurulan suyun hesabına qismən həll olunsa da, Koxanəbi kəndində bu məsələ müşkül görünür.
Yaxınlıqda heç bir açıq, yaxud qapalı su mənbəyi olmayan kəndin sakinləri ümid edirlər ki
artezian quyusu qazılarsa, bu problemdən yaxa qurtarmaq olar. Amma bu ümidləri
reallaşdırmaq, yaxud ondan birdəfəlik əl üzmək üçün heç bir qurum ərazidə kəşfiyyat işi
aparmayıb. Dağlıq ərazidə artezian quyusunun qazılması, su çıxması haqda rəy verməyib.

Milyonlarla kubmetr su tutumu olan anbarın sahilində yerləşən Məzəm kəndinin suvarma suyu
çətinliyi isə daha müşkül görünür. Belə ki, uzun müddət sayğacsız olaraq kəndə xidmət edən
nasos stansiyasının elektrik enerjisi aidiyyəti orqanlar tərəfindən kəsildikdən sonra kənddə
suvarma suyu problemi yaranıb. Səbəb odur ki, hər bir üzvü müharibə iştirakçısı sayıla biləcək
kəndin sakinləri onsuz da məhdud şərtlər altında yaşamlarından bir də əlavə olaraq, nasos üçün
enerji haqqı ödəmək istəmirlər. Enerji təminatına cavabdeh olan qurum isə hansı ərazidə, necə
yaşamalarından asılı olmayaraq, hər kəsin işlətdiyi enerjinin haqqının ödəməli olmasını əsas
gətirərək, kəndi suvarma suyu ilə təmin edən qurğunu elektrik enerjisindən ayırıb və kəndi susuz
qoyub. Bu vəziyyətdə hər iki tərəf özünü haqlı sayması kəndin suvarma suyu problemiylə
üzləşməsiylə nəticələnib.
***
Problemlər girdabında olan kəndləri rayonlar üzrə də təsnifatlaşdırmaq olar. Müşahidələr onu
göstərir ki Qazax rayonunun sərhəd kəndlərində yaşayan insanlar özlərini daha güvəndə sayırlar.
Bunu görmək üçün ən sadə üsul qarşı tərəfin təxribatlarından sığortalanmaq üçün istinad
divarlarının necə çəkilməsini müşahidə etməkdir. Belə ki, Qazaxın sərhəd kəndlərində istinad
divarlarına ayrılan büdcə qonşu rayona nisbətən daha insafla sərf edilib.
Məsələn, Tovuzda müsahiblərdən birinin bildirdiyinə görə, üzü erməni postlarına baxan bir
pəncərənin qarşısından istinad divarı çəkmək üçün 3 metr hündürlüyündə, 3 metr enində divar
çəkilməsi üçün smeta tutulub. Nəticə olaraq təhvil verilən isə 1.5 metr hündürlüyündə, 2 metr
enində, hündür torpaq üzərində tikilən divar olub. Ev sahibinin sözlərinə görə, təməli zəif olduğu
və heç bir bərkidici bağ vurulmadığı üçün divarın özü uçmaq təhlükəsi törədirdi. Nəticədə divarın
qoruduğu evin sahibi o divarı sökərək, daşlarından su hovuzu tikmək üçün istifadə edib.
Qazax rayonunda isə bu cür divarlar geniş və hündür çəkilib. O da bu divarlar arxasında yaşayan
insanları özlərini daha güvəndə hiss etməsini təmin edib. Eyni zamanda, Qazaxın sərhəd
bölgəsinin sakinləri rayon rəhbərliyinin onların problemləri ilə də yaxından maraqlandığını
bildiriblər. Bu diqqətin özü onsuz da dövlətdən çox şey ummayan sərhəd kəndlərinin sakinləri
üçün bir stimul sayılır.
Rayonlar arasında digər bir fərq isə Qazax rayonunun düşmənlə təmas xəttinə ən yaxın
məsafədə yerləşən kəndlərinın sakinləri üçün müəyyən statusun olmasıdır. Belə ki, bu kəndlərin
sakinləri yarımköçkün statusu daşıyırlar – onlara işıq və qaz istifadəsi üçün müəyyən bir limit
ayrılıb. Bu limit sakinləri əsas kommunal xərclərdən qismən azad edir ki, onlar da həmin qənaət
edilmiş vəsaiti öz güzəranlarına sərf edə bilirlər.

Tovuz rayonunun sərhəd kəndlərində isə belə bir limit mövcud deyil. O səbəbdən Qazax
rayonunda yaşayan insanların daha təmin olunmuş saymaq olar.
Qısaca desək, bir ay ərzində olduğumuz bütün kəndlərdə insanlar müəyyən miqdarda mal
heyvan, toyuq-cücə, arı saxlayırlar. Bu, onların dolanışığına müəyyən qədər kömək edir. Amma
sakinlərin özlərinin də dediyi kimi, 2 inək, yaxud 5 arı, 10-15 qoyun saxlamaqla ailə dolandırmaq
olmur. İş orasıdır ki, bir ailənin bundan artıq təsərrüfat saxlamağa fiziki imkanı da çatmır.
Bu kəndlərin sakinlərinin əsas çətinliyi nağd pul ilə bağlıdır. Çünki hər dəfə, tutaq ki, 20-30
manata ehtiyac yarandıqda bir inəyi, yaxud bir qoyunu satıb nağd pula çevirmək mümkün və
sərfəli deyil. Sərhəd kəndlərində hansı ailədə aylıq pensiya, əlillik və yaxud veteran pulu alan
varsa, yəni o ailəyə az miqdarda da olsa nağd pul daxil olursa, onlar müəyyən qədər dolana
bilirlər. Bunlar olmayan ailələr isə dolanmaq üçün daha çox əziyyət çəkirlər.
Sərhəd kəndlərində keçirdiyimiz bir ay ərzində ünsiyyətdə olduğumuz şəxslər deyirdilər ki,
vəziyyəti düzəltmək üçün onlara müəyyən güzəştlər tətbiq olunmalıdır. Amma əvəzində hər gün
daha çox məhdudiyyət və məhrumiyyətlə üzləşirlər. Haqsız yerə əlillikləri ləğv edilir, yaxud, əlillik
dərəcələrini dəyişdirərək, aldıqları pulu azaldırlar, bu da heç yerdən əlavə gəliri olmayan
insanların maddi sıxıntılarının daha da artmasına səbəb olur.
***
Sözsüz ki, sərhəd bölgəsində yaşayan əhalinin əsas problemlərindən biri də örüş, əkin və biçin
yerlərinin məhdud olmasıdır. Örüş yerlərinin təmas xəttinə düşməsi, yaxud, şərti sərhəddən o
tərəfdə qalması da onların mal-qara saxlaması üçün əngəllər törədir.
Daha çox çətinlik yaradan isə mina təhlükəsidir. Nəzarətsiz qalan heyvanları tapdanmamış, yaşıl
ərazilər cəlb edir ki bu da onların canı, sahiblərinin isə malı bahasına başa gəlir. Görünən odur ki,
sülh sazişi imzalansa və sərhədlər konkretləşsə belə, bu minalar hələ çox tələfata səbəb olacaq.
Sərhəd kəndləri arasında ən az təmin olunmuş Koxanəbi kəndidir. Ayrıca icra nümayəndəliyi,
bələdiyyəsi olan bu kəndin ərazisində nə bir inzibati idarə binası, nə məktəb, nə tibb məntəqəsi
mövcuddur. Sanki yaddan çıxmış bir kəndi xatırladan ərazidə 3 böyük mobil operatordan heç biri
işləmir. Bu da kəndin boşalmasının səbəblərindən biridir. Koxanəbi sakinlər 2015-2016-cı ilə
kimi ara-sıra “bayraqlıların” (Beynəlxalq Qırmızı Xaç) gəlib onların güzəranı ilə maraqlandığını
deyirlər. Lakin artıq 7-8 ildir ki, onlarla bir nəfər belə maraqlanmır.

Qazax rayonun sərhəddə, həmçinin işğal altında olan kəndlərinin əhalisinin başqa bir ümumi
problemi də var. Burada yaşayan insanlar uzun müddət sayğac olmadan mavi yanacaqdan
istifadə ediblər. Heç bir qadağa haqda məlumatlandırılmayan sakinlər bir gün artıq hər ailənin
adına 3 min, 5 min, hətta 12 min manat qaz borcu yazıldığından xəbər tutublar. Sakinlərin
bildirdiyinə görə, bu borclanma heç bir qanunauyğunluq əsasında aparılmayıb. Hətta
bildirildiyinə görə, illərlə yaşayış, qaz istifadəsi olmayan evlər olub ki, onlara da 10-12 min manat
qaz borcu yazılıb. Düzdür, bu məbləği onlardan hələlik ciddi tələb olunmasa da, hər kəsin
üzərində daşıdığı öhdəlikdir.
***
Son 3 ildə – 44 günlük müharibədən bəri burada yaşayan insanların həyatı nisbətən sakit keçir.
Mina təhlükəsi, sosial problemlər qalsa da, Ermənistandan gözlənilən təhlükə azalıb. Əvvəllər
özlərini aqressiv aparan, ərazinin sahibi sayan erməni hərbçilərinin postlarından daha əvvəlki
kimi gur səs çıxmır. Əvvəllər istədikləri vaxt sərxoş vəziyyətdə əhalini narahat edirdilərsə, indi
belə hallara rast gəlinmir.
Artıq insanlar sakit həyata alışırlar. Minalanmış ərazilərin təmizlənməsini, kənddə sərbəst
hərəkət etmələrini arzulayırlar. Hətta son 30 ildən bəri ilk dəfədir, gələcəklə bağlı planlar da
qururlar.
Düzdür, söhbət etdiyimiz insanlardan heç biri ermənilərlə münasibətlərin yenidən əvvəlki
səviyyədə olacağına inanmırlar. Bu da başadüşüləndir. Çünki bu illər ərzində övladını, qardaşını,
dostunu itirən insanların bu tələfatlara səbəb olmuş qarşı tərəfin insanı ilə münasibət quracağı
real görünmür. Bu insanların 30 illik həyatı məşəqqətdə keçib. Onlar sağ qalmaq üçün sərf
etdikləri enerjini daha yaxşı, xeyirli işlərə sərf edə bilərdilər. Özlərinin də dediyi kimi, hansı insan
“yaralıdır”, hansı insanın itkisi olub, o insanların qayıdıb əvvəli münasibətdə yaşaması azı 1-2
nəsil mümkün görünmür. Sərhəddən kənarda, heç bir acısı olmayan, daim güllə qorxusu altında
yaşamayan insanlar üçün barışıq o qədər də çətin görünməz. Bu yöndə söhbətlərdə, ümumi
olaraq, qadınlarla kişilərin də fikirləri fərqlənir. Kişilər qəti olaraq bu münasibətin əleyhinədirilər.
Qadınlar isə nə formada olur-olsun, bu münaqişənin, müharibənin dayanmasını istəyirlər. Hətta
övladları düşmən gülləsindən həyatını itirən qadınlar belə əmin-amanlıq olmasını arzulayırlar.
İndiyə kimi itirdikləri ilə kifayətlənmək, bundan belə yanlarında qalan yaxınları, əzizləri ilə əminamanlıqda həyatlarını davam etmək istəyirlər.

Əlbəttə, bu kəndlərdə olan problemlər bu və digər formada ölkənin digər ərazilərində də
mövcuddur. Lakin ətrafı minalarla əhatələnmiş, illərlə hər an ölümlə yanaşı addımlamış bu
insanlar zamanla cəmiyyətin həssas təbəqəsinə çevriliblər. Ən azı örüş yerlərinin qayıtması,
minaya düşən heyvanların əvəzinin ödənməsi, hər hansı sosial proqram, yaxud layihənin
işlənməsi sərhəd bölgəsində yaşayan insanların da güzəranlarına müsbət təsir göstərə bilər.
Bunları edə bilsək, sərhəddən başlayan vətən torpağı da boşalmaz, yaşlı sakinlərin ümidinə
qalmaz…
İlham Mustafa
pressklub
 
Ardını oxu...
Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub. Bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.

Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.

Bu yenilik əmlak bazarına ciddi təsir edəcəyi gözlənilir.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bu qaydanın tətbiqi əmlak bazarında bir çox problemləri aradan qaldıracaq:

“Oktyabrın 1-dən sonra ölkədə bütün fərdi və qeyri-yaşayış evlərinin tikintisi Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazə sənədi əsasında aparılacaq. Tikintiyə icazə verildikdən sonra onlar kommunal xidmətləri ilə təmin oluna bilərlər. Yəni bu qərar, oktyabr ayından əvvəl tikilmiş sənədsiz fərdi və qeyri-yaşayış evlərinə aid deyil. Bundan sonra vətəndaş ilk növbədə torpağın çıxarışını əldə etməlidir. Daha sonra Şəhərsalma və Arxitektura Komitəsinə və Rayon İcra Hakimiyyətinə tikinti üçün layihə təqdim olunmalıdır. Layihə təsdiqləndikdən sonra tikintiyə başlanıla bilər”.

R. Qasımzadə hesab edir ki, indiyə qədər sənədsiz evlərlə bağlı vətəndaşlar çoxlu sayda problemlərlə üzləşiblər: “Məsələn, su, qaz və elektrik enerjisi xətləri elə bir yerdə idi ki, fərdi evlərin təchizatını çətinləşdirirdi. Təbii ki, hər bir vətəndaş fərdi yaşayış evi tikərkən bilməlidir ki, onun tikdiyi ərazi dövlət tərəfindən yaşayış fondu kimi tanınır, ya yox”.

Ekspertin sözlərinə görə, yeni qayda əmlak bazarındakı qiymətlərə təsir etməyəcək: “Hesab edirəm ki, qiymətlərə hər hansı bir ciddi təsiri olmayacaq. Çünki, onsuz da gecəqondu kimi tikilən evlərdən vətəndaşlar uzaq dururlar. İndiyə qədər onsuz da kifayət qədər sənədsiz evlər tikilib. Bundan sonra isə bunun mümkün olmadığı üçün evlərin tikilməsi və satışı əmlak bazarına müsbət təsir göstərə bilər”.

“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov bildirib ki, bu qaydanın tətbiqindən sonra sənədsiz evlərin qiyməti enəcək:

“Sözsüz ki, bu kimi tədbirlərin görülməsi, islahatların aparılması bazara təsirsiz ötüşməyəcək. O evlərin ki, artıq kommunal xidmətləri ilə bağlı müvafiq sənədləri mövcuddur və ya onların təchizatı artıq təmin olunubsa, qiyməti artacaq. Problemlər bələdiyyə torpaqlarında (bələdiyyənin sənədi əsasında) və yaxud kənd təsərrüfatı təyinatlı torpaqlarında fərdi qaydada tikiləcək evlərlə bağlı ola bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarında ümumiyyətlə inşa işləri aparmaq qanuna ziddir. Lakin bir çox ərazilərdə tikinti işləri aparılır və həmin inşa edilmiş və yaxud inşa ediləcək evlərə layihə sənədlərinin təsdiqi qanunla yol verilmir. Bu kimi evlərin qiyməti digərlərindən aşağı olacaq”.

Ekspert Elnur Fərzəliyev hesab edir ki, vətəndaşların mənzillərinin çıxarışlarla təmin olunması nəticəsində dövlət büdcəsinin gəlirlərini (torpaq və əmlak vergisindən) artıracaq.

“Hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarışı olmayan fərdi evlər mövcuddur və çox sayda torpaq sahələri var ki, bələdiyyələrin verdiyi sərəncamlar əsasında əldə edilib ki, onların özəlləşmələrində ciddi problemlər var. Düşünürəm ki, yeni qaydanın tətbiqi bu problemlərin qarşısını ala bilər”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Fərmanı ilə Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə cəza tədbirləri nəzərdə tutulub. Belə ki, oktyabrın 1-dən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması – 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
aktualinfo
Ardını oxu...
Naxçıvan tərəfindəki rüşvət və süründürməçiliyə etiraz edən yüzlərlə türkiyəli TIR sürücüsü dünən axşam Sədərk gömrüyünə yürüşü edib.
Teref.az yazır ki, bu barədə Gündəlik Naxçıvan səhifəsi xəbər verir.
Sürücülər bildirir ki, Türkiyəyə qayıtmaq istəyərkən, heç bir səbəb olmadan, onları gömrüyün qarşısında günlərlə gözləməyə məcbur edirlər. Lakin, 100-150 avro rüşvət verənlər sırada gözləmədən, dərhal gömrüyü keçə bilir. Sürücülər bildirir ki, lazımsız növbəni yaratmaqda məqsəd, onları rüşvər verməyə məcbur etməkdir.
Aksiyaya polisin müdaxilə etdiyi bildirilir.
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

 
Ardını oxu...
Quba rayonunun İkinci Nügədi kəndi ərazisində yerləşən Çənlibel gölünün ətrafı hasarlanıb.

Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.

Ərazidən video paylaşan vətəndaş bildirib ki, bu süni gölün ətrafı 3 il əvvələ qədər açıq olub:

“Çox gözəl mənzərəsi olan yerdir. Düz meşənin içində yerləşir. Bura rahat gəlib piknik edirdik. İndi isə istirahət mərkəzinin təhlükəsizlik xidmətinin əməkdaşları buranı bağlayıblar. İnsanlara icazə verilmir ki, bura gəlib istirahət etsinlər. Əvvəllər belə deyildi. Hər kəs sərbəst şəkildə dincəlirdi. Mənə elə gəlir ki, bu, qanunsuzdur. Heç vaxt buna icazə verilə bilməz”.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən İkinci Nügədi kəndinin bələdiyyə sədri Alim Mütəllimov bildirib ki, Çənlibel gölünün ərazisi istirahət mərkəzinin rəhbərliyi tərəfindən icarəyə götürülüb:

“Düzdür, əvvəllər ora dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdı. Hazırda isə bu istirahət mərkəzi ərazini icarəyə alıb və bununla əlaqədar yanlarını hasarlayıb. Buna səbəb əraziyə kənar şəxslərin daxil olmaması və göldə batma hallarının qarşısının alınmasıdır. Çünki bir neçə il əvvəl yay aylarında buradan çimərlik adı ilə istifadə edən üç nəfər təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün batıb. Artıq təxminən 4-5 ildir ki, gölün ətrafı hasarlanıb”.

 
 
 
Ardını oxu...
Bu ilin may ayının 2-də hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, AB Yaşayış sahəsi (Yeni Günəşli qəs.) ev 149, m. 10-da yerləşən “Araf Corp Company” MMC (VÖEN – 1905612471) adlı şirkət dövlət qeydiyyatına alınıb.

Yeniavaz.com xəbər verir ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əfkari Eldar Məhərrəm oğludur.

MMC dövlət qeydiyyatına alındıqdan 2 gün sonra – 4 may tarixində ölkə mətbuatında Nizami rayonu, Keşlə qəsəbəsi, K.Əfkari küçəsi, ev 23-də yaşayan Əfkari Eldar Məhərrəm oğlunun yaşadığı evdə asılı vəziyyətdə meyitinin aşkarlanması barədə məlumat yayılıb.

Əfkari Eldar Məhərrəm oğlunun meyitinin aşkarlanması xəbərindən 4 gün sonra – 8 may tarixində hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Məşədi Hilal Kazımov ev 40, m. 40-da yerləşən daha 3 MMC dövlət qeydiyyatına alınıb.
Qeyd olunan ünvanda qeydiyyata alınan “Perarina Trade” MMC (VÖEN – 1605124811), “Toranera Servis” MMC (VÖEN – 1605124941) və “Pakonme One” MMC-lərin (VÖEN – 1605124791) qanuni təmsilçiləri də Əfkari Eldar Məhərrəm oğlu olub.
Məlumat üçün qeyd edək ki, adları qeyd olunan MMC-lərin hüquqi ünvanlarında yaxın zamanlarda yüzlərlə şirkət qeydiyyata alınıb.

Daha əvvəl eyni ünvanda qeydiyyatda olan şirkətlərin müxtəlif tender müsabiqələrində qalib olduqları və daha sonra böyük həcmdə vergi borclarının yarandığı barədə məlumat vermişdik.

Eyni zamanda bu cür şirkətlərin qanuni təmsilçilərinin qeydiyyata alınan şirkətlər barədə məlumatsız olduqlarını da qeyd etmişdik.
 
Ardını oxu...
DİA.AZ: - Deputat Kəmaləddin Qafarovla bağlı ilginc informasiyalar yayılıb. Möəbər mənbə iddia edir ki, adı müxtəlif qaranlıq işlərdə hallanan Qafarovla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıb.

DİA.AZ-ın xəbərinə görə, mənbə iddia edir ki, Kamaləddin Qafarov qanunsuzz dərman alveriində və ölkəyə saxta yollarla dərman preparatlarının gəirilməsində ittiham olunur.

Əlavə bilgilərimiz olacaq.

Bizi izləməyə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Bayrağımızı düşmənə təslim etməyən şəhid Natiq Qasımovun qardaşı onun sonuncu döyüş yeri barədə məlumat verib.

O qeyd edib ki, erməni əsirliyinə Azərbaycan bayrağı ilə gedən və əlindəki bayrağı düşmənə təslim etməyən qardaşını axtardığı 31 ildə onun döyüş yolu barədə çox şeylər öyrənib.

Qardaşının sözlərinə görə, Natiq sözügedən bayrağı Xocalının Pirlər kəndində yerləşən məktəbin üstündən alıb.
“Natiq bu kənddəki yüksəklikdə yerləşən kilsə uğrunda döyüşlərdə iştirak edib. O, sözügedən məktəbi qərargah kimi istifadə edirdi. Natiq bayrağı buradan götürərək döyüşə yollanıb”.

Ətraflı İTV-nin süjetində:

 
 
 
Ardını oxu...
Fərhad adlı Sumqayıt sakini 2016-cı ildə pul müqavilində "Toyota Prado” markalı avtomobilini yandıran şəxslərlə bağlı mülki iddia qaldırıb.

Teref.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, hadisələr 2016-cı ilin 17-23 mart tarixlərində Sumqayıt şəhəri, BTZ klubu adlanan ərazidə yerləşən həyət evlərinin birində baş verib.

Aparılan araşdırma zamanı məlum olub ki, Fərhadın avtomobili keçmiş xanımı Cəlalənin (ad şərti) İngiltərədə yaşayan Elvin İmanlı adlı qardaşının sifarişi ilə yanıdırılıb. Belə ki, Elvin Bakıya gəlib, bacısının boşandığını eşitdikdən sonra Fərhada qəzəblənib. O, bacısının razılığı ilə Fərhadı izləməyə başlayıb. Elvin Fərhadı Zərinə (şərti) adlı bir qadınla restoranda yaxalayıb. Bundan sonra Elvin İmanlı Fərhaddan bacısına xəyanət etdiyinə görə qisas almaq qərarına gəlib.

O, Fərhadın avtomobilini yandıracağı təqdirdə 1989-cı il təvəllüdlü Qadir adlı şəxsə 2000 manat pul verəcəyini deyib. O, 1990-cı il təvəllüdlü Rəvan adlı şəxslə bu işi görəcəkləri razılaşdırıb.

2016-ci ilin 17 mart tarixində hər iki şəxs Fərhadın yaşadığı ünvana gedərək həyətdəki "Toyota Prado” markalı avtomobili verilən tapşırığa uyğun olaraq yandırıblar. Lakin avtomobil tam yanmadığından Elvin İmanlı onların işindən razı qalmayıb. İkinci tapşırıq 23 mart 2016-cı ildə icra edilib. Bu dəfə isə avtomobil tam yandırılıb.

Hadisədən sonra cinayəti törədən şəxslər saxlanılsa da, sifarişçinin yeri məlum olmadığından hələ də istintaqa cəlb edilməsi mümkün olmayıb.

Buna baxmayaraq, Elvin İmanlının BMT-nin Livandakı sülh misiyasında mütəxəssis işləyən Davud (şərti) adlı atası istintaqda dindirilib. Davud izahatında yanız onu deyib ki, Fərhad qızından səbəbsiz yerə ayrılıb və üstəlik oğlu Elvin İmanlıya 10500 dollar borcu olub.

Fərhad isə mülki iddi qaldıraraq, həmin ilin mart ayının 11-də itən itinə və yandırılan avtomobilinə görə 50 min manat təzminat tələb edib. Ekspertiza isə ona dəyən zərəri 21955 manat manat hesablayıb.

Məhkəmənin qərarı ilə Rəvanla bağlı polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, Qadir 8 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Fərhadın mülki iddia ərizəsi isə baxılmamış saxlanılıb.
 
Ardını oxu...
Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə məxsus “Muğan Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) lisenziyasının ləğv edilməsi ilə bağlı müxtəlif mülahizələr səsləndirilir.

DİA.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, “Muğan Bank”ın lisenziyasının ləğv edilməsi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin bankda payının olması ilə izah edilir.

Məlumat üçün deyək ki, “Muğan Bank” ASC-nin səhmdarları Mehtiyev Elmir Maqbet oğlu (67,74 %), Mehtiyev Maqbet Rəhim oğlu (11,58 %), Vəliyeva Vəfa Əhməd qızı (10,65 %) və Mehtiyeva Fəridə Cahandar qızı (10.03 %) olub. Maqbet Mehtiyevlə Fəridə Mehtiyeva Əhməd Vəliyevin qudaları, Elmir Mehtiyev kürəkəni, Vəfa Vəliyeva isə qızıdır. Bu ilin iyun ayında bankın səhmdarları dəyişib. Əhməd Vəliyevin oğlanları Munir və Samir vəliyevlər ayrı-ayrılıqda 40 faiz pay əldə ediblər. Bununla da Elmir Mehtiyevi payı 0,7818 faizə, Vəfa Vəliyevanın payı 8,3254 faizə, Fəridə Mehtiyevanın payı 10, 8928 faizə enib.

Mediada gedən məlumatlarda Maqbet Mehtiyev Ramiz Mehdiyevin yaxın qohumu kimi təqdim edilir. Əhməd Vəliyevin qudası ötən ilin noyabrında dünyasını dəyişib. Mərhum Maqbet Mehtiyev Azərbaycan Dövlət Tibb Universitetinin Gistalogiya kafedrasının dosenti, tibb elmlər namizədi olub.

Maqbet Mehtiyevin Ramiz Mehtiyevlə yaxın qohum olduğuna dair tutarlı bir fakt yoxdur. Onların soyadının eyni olması isə ciddi fakt kimi qəbul edilə bilməz.

Əhməd Vəliyevin daha çox keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxs olduğu bildirilir. Bu barədə mediada da kifayət qədər məlumat gedib. Hətta “Muğan Bank” ASC bəzi məlumatlarda Eldar Mahmudovun bankı kimi təqdim edilir.

Bundan əlavə, iddia olunur ki, bankın idarəetməsini əslində Eldar Mahmudovun qardaşı oğlu Vüqar Mahmudov həyata keçirib. Əhməd Vəliyevin Odlar Yurdu Universitetində Eldar Mahmudovun atası, mərhum akademik Əhməd Mahmudovla bağlı tədbirlər keçirməsi, onun adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaratması rektorun keçmiş nazirlə yaxınlığını təsdiqləyən fakt kimi təqdim olunur.

Hətta onun deputat olmasında da Eldar Mahmudovun rolunun olduğu deyilir. “MTN işi”ndən sonra Əhməd Vəliyevin parlamentdən kənarda saxlanılması da təsadüfi sayılmır. Bəzi mülahizələrə görə, hazırda Əhməd Vəliyevlə bağlı baş verənlər də Eldar Mahmudova görə ola bilər.

Əhməd Vəliyevin biznesinin çökməsi – “Muğan Bank”ın lisenziyasının ləğvi, ona məxsus digər biznes subyektlərinin məhkəməyə cəlb edilməsinin arxasında hələlik konkret olaraq nələrin dayandığı bəlli deyil. Amma proses göstərir ki, baş verənlər kifayət qədər ciddi səbəblər üzündəndir.


Ardını oxu...
25 ilə yaxındır ki, Rusiya paytaxtı Moskva şəhərində yaşayan və orda iş adamı kimi tanınan Verdiyev Eldəniz Nəriman oğlu olduca çətin vəziyyətlə üzləşib. Bu barədə o, Azərbaycanın hüquq-mühafizə orqanlarına, eləcə də Moskvadakı “Food City” meyvə və tərəvəzin topdan satış bazarının sahibi, tanınmış iş adamı, əslən Azərbaycandan olan Qod Semyonoviç Nisanova müraciətində bildirib.

Ardını oxu...

Eldəniz Verdiyev müraciətində olduqca dəhşətli məqamlara toxunub və araşdırılması vacib olan məsələlər barədə danışıb. Onun çıxışından məlum olub ki, “Food City” bazarında onun timsalında azərbaycanlı iş adamlarının bizneslərini mənimsəyən, onlara bilərəkdən problem yaradan kriminal ünsürlər fəaliyyət göstərirlər. Bu kriminal ünsürlərin fəaliyyətini dayandırmaq üçün azərbaycanlı iş adamlarının ümid yerlərindən birinə çevrilmiş, onlara iş imkanı yaratmış, bizneslərinin inkişafı üçün əlverişli şərtlər təqdim etmiş Qod Nisanovdan kömək istəyən Eldəniz Verdiyev bildirib ki, sözügedən bazarda Ramin Niyazov, Mahir Babayev kimi şəxslər cinayətkar əməllərinə müxtəlif don geyindirərək məhz Qod Nisanovun adından istifadə edirlər.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Belə ki, 2020-ci ildə bu şəxslər Moskvada Eldəniz Verdiyevə böyük problemlər yaradıb, özünün və ailəsinin həyatı ciddi təhlükə ilə üzləşib. İş adamı 2 ildən artıqdır ki, Ramin Niyazovun adamlarının təhdidi və təqib altında yaşayır. Onunla düşmənçilik aparan Niyazov Ramin Mübariz oğlunun atası Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkən və “gəncəli qanuni oğru Mübariz” ləqəbi ilə tanınan Mübariz Niyazovdur:

Ardını oxu...
Ardını oxu...

“Ramin Niyazov mənim biznesimi qohumlarımın əli ilə oğurlayıb, indi isə hər vasitədən istifadə edərək məni məhv etməyə çalışır. Onun bu işdə əlaltısı isə sabiq polis əməkdaşı, polis orqanlarından xaric edilən Etibar adlı şəxsdir. Etibar polisdən qovulduqdan sonra Mokvaya gedərək Ramin Niyazovun kriminal dəstəsinə qoşulub. Dəfələrlə onun təhdidlərinə məruz qalmışam, məni hətta öldürməklə hədələyib. Onunla olan telefon danışıqlarımızı təqdim etməyə hazıram. Sifarişçi isə Ramin Niyazovdur. Məhz o, Etibarın əli ilə mənim meyvə bazasına girişimə qadağa qoydurub, ancaq bununla da kifayətlənməyərək daha sonra məni çay içmək adı ilə çağırıb bazanın zirzəmisinə saldırıb. 2 saata yaxın davam edən söhbətdən sonra bazanın zirzəmisindən məni tanınmış iş adamı İlham Rəhimovun kürəkəni olan Araz müəllim sərbəst buraxdırıb. Ramin Niyazov zirzəmidə saxlandığım müddətdə pasportumun surətini çıxartdıraraq Azərbaycana göndərib və hansısa vasitə ilə ölkəyə girişimə qadağa qoydurub. Bundan sonra isə həmin şəkli böyütdürərək bazanın ərazisində “Cinayətkarı axtarırıq” adı altında nümayiş etdirib”.
Beləliklə Eldəniz Verdiyevin həm həyatı təhlükə altına düşüb, həm də işgüzar nüfuzuna ciddi ziyan dəyib.
O, baş verənlərin bütün təfərrüatı ilə danışaraq iş adamlarına öz dəstəyini heç bir zaman əsirgəməyən, onların problemlərinin həllinə daim yardımçı olan Qod Nisanovdan kömək istəyib:
“Siz ədalətli rəhbərsiniz, sahibi olduğunuz meyvə-tərəvəz bazasında iş adamı kimi çalışdığım müddətdə bunun dəfələrlə şahidi olmuşam. Müraciətimin bir ünvanı olaraq Sizi seçməyim də təsadüfi deyil. Çünki mənim başıma gətirilən çirkin oyunlar, oğurluq sizin yaratdığınız, rəhbəri olduğunuz meyvə-tərəvəz bazasında baş verir, bu insanlar həm də Sizin böyük zəhmət hesabına qoruduğunuz nüfuzunuza ciddi ziyan vurmağa çalışırlar. Bu cinayətkar dəstə hazırda da Sizin rəhbəri olduğunuz ticarət bazasında məskunlaşıb və iyrənc əməllərlə məşğuldur. Onlar Sizin adınızdan sui-istifadə edərək iş adamlarını qorxudur, biznesini əlindən alır və ya təhdid yolu ilə bizneslərinə şərik olurlar. Bütün bunlardan xəbərdar olduğunuz təqdirdə iş adamlarının qəniminə çevrilmiş bu mütəşəkkil dəstəyə qarşı qanun çərçivəsində bütün zəruri tədbirləri görəcəyinizə tam əminəm.
Ramin Niyazov hər yerdə Sizin, Oleq Yusifobun adından istifadə edir və hətta Bakıda nüfuzlu bir orqanda mənimlə üzləşmədə də Sizinlə yaxın olduğunu iddia edib. Ramin Niyazov hətta “Pulum çoxdur, əlim hər yerə çatır” deyərək qanunsuz əməllərini vurğulamaqdan çəkinməyib.
Açıq şəkildə “Mənim arxamda Qod Nisanov dayanır, mənimlə heç kəs bacara bilməz” deyə iddia etdi. Başıma gələn bütün çirkin əməllər məhz onun əli ilə baş verib. Bu cinayətkar dəstə Sizin sahibi olduğunuz bazada qanunsuz əməllərlə məşğuldur, mənə çatacaq 3 milyon dolları açıq şəkildə mənimsəyir. Mən illərlə zəhmət hesabına əldə etdiyim vəsaiti onlardan ala bilmirəm”.

Ardını oxu...

İş adamı bütün bu proseslərdə öz qohumu olan şəxslərin də iştirakçı olduğunu bildirib:
“2002-ci ildə öz qohumlarım Bəhram və Bəhruz Verdiyev qardaşlarını valideynlərinin xahişi ilə Moskvaya öz yanımda işləməyə aparmışam. Bu qardaşlar 17 il mənimlə birgə işləyiblər. 10 il maaş alaraq fəaliyyət göstəriblər, son 7 il Moskvada “Food Sity” açılanda onları öz biznesimə şərik etmişəm. Bu qardaşlar mənim onlara olan inamımdan sui-sitfadə edərək icarədən toplanan 2 milyon dollar pulu mənimsəyiblər. Özlərini sığortalamaq üçün Ramin Niyazovla əlaqə saxlayıblar. Ona isə tapşırıq Gəncə şəhərindən gedib. Belə ki, sabiq icra başçısı Elmar Vəliyevin baş mühasibi işləmiş Vəfa Məlikova Ramin Niyazova zəng edərək öz kürəkəni, mənim isə əmim oğlu olan Bəhman Verdiyevi “tapşırıb”, onu himayə etməsini istəyib. Bu zəngdən sonra Ramin Niyazov mənim əmim oğlu olan bu qardaşları yanına çağırıb və mənim müsibətli günlərim bundan sonra başlayıb. Mənə məxsus olan vəsaitin mənimsənildiyini, oğurlandığını bildikdən sonra qardaşlarla məsələni müzakirə etmək istədim. Onlardan topladıqları və mənə məxsus olan vəsaitin aqibətini soruşanda “meydana” Ramin Niyazov gəldi. Məlum oldu ki, Ramin Niyazov mənim öz şərikimə çevirdiyim əmim oğullarının əli ilə mənə çirkin plan qurub. Ramin Niyazov mənə güc tətbiq edərək 17 ilə qurduğum 3 milyon dollar dövriyyəsi olan biznesimi mənimsədi, oğurladı, mənə arxa çevirmiş və biznesimin oğurlanmasında Ramin Niyazova dəstək vermiş əmim oğullarını özünə məxsus olan 2/33 nömrəli anbara yerləşdirərək şərik etdi.

Ardını oxu...

Mən, Ramin Niyazov və Oleq Yusufovun üçlükdə keçirilən 3-cü görüşündə də mən zirzəmiyə kimin göstərişi ilə salındığımı öyərnmək istədim. Oleq bu işdən qətiyyən xəbərdar olmadığına dair and içdi. O görüşdə Oleq mənim biznesimin məhz Ramin Niyazov tərəfindən mənimsənildiyini bildirdi”.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Eldəniz Verdiyev Moskvada “Food Sity”də iş adamlarına qənim kəsilən bu cinayətkar dəstəni durdurmağı xahiş edib. O, ümid etdiyini bildirib ki, Qod Nisanov bütün həyatı boyu böyük əziyyət hesabına əldə edilən vəsaitin oğurlanmasına, cinayətkar dəstə tərəfindən mənimsənilməsinə, beləliklə bütöv bir ailənin həm həyatı, həm də yaşayışının təhdid altına düşməsinə imkan verməyəcək:
“Ramin Niyazov mənim işlətdiyim anbarı məndən zor gücünə olaraq qatı dindar kimi tanınan Emin Cahangirova verib. Emin Cahangirov hazırda “vətən xaini” kimi həbs olunub. (Söhbət bu ilin yanvarında Azərbaycan mətbuatında barəsində “İranı təbliğ edən daha 2 nəfər həbs edildi – CASUS ŞƏBƏKƏSİ” başlığı ilə dərc olunan xəbərdə həbs edildiyi yazılan Emin Cahangirovdan gedir-red.)
O, Ramin Niyazovun ən yaxın adamıdır, indi Ramin etdiyi bütün cinayətkar əməlləri Emin Cahangirovun üstünə yıxmağa cəhd edir. Eminə və Mahirə aid səs yazılarında mənim biznesimi oğurlayan şəxsin məhz Ramin Niyazov oduğu deyilir. Bunu deyənlər Raminin ən yaxın adamlarıdır, İranda fəaliyyət göstərən “Hüseyniyyun” qatı dini qruplaşmaya mütəmadi olaraq maddi yardım edirlər, (Söhbət 2016-cı ilin əvvəlində Tohid İbrahimbəyli adlı azərbaycanlı radikal şəxsin İranın Qum şəhərində yaratdığı “Hüseyniyyun” qruplaşmasından gedir-red.), general Qasım Süleymani öldürüləndə bir il ona yas saxlayıblar. Bu pul köçürmələr də Əliyev Amid Musa oğlu vasitəsilə həyata keçirilib. Bütün bu cinayət əməllər məhz həmin meyvə-tərəvəz bazasında baş verir. Amid Əliyev hazırda həmin bazadakı 2/22 nömrəli anbarda oturur. Anbar qatı kriminal ünsür kimi tanınan Mahir Babayevə məxsusdur. Emin və Amid Ramin Nəzərova arxayın olaraq mənim anbarda qalan 100 min dollar dəyərindəki malımı sataraq mənimsəyiblər. Bu vəsaiti, anbara çəkdiyim 125 min dollar xərci də onlardan ala bilmirəm. Onu da xatırladım ki, Ramin Niyazov 7 il ərzində mənim istifadəmdə olan 2/22 nömrəli anbarı məhz sizin adınızdan istifadə edilərək yerin sahibi, kriminal ünsür Mahir Babayevdən hədə -qorxu yolu ilə alıb. İddia etdilər ki, əgər anbar hazırda həbsdə olan Emin Cahangirova verilməsə, yeri əlindən alacaqlar. Dediklərimi sübut edəcək səs yazıları var. Həmin səs yazılarında bu faktları məzh həmin şəxslər özləri təsdiqləyirlər. Mahir Babayev 90-cı illərdən qalan azsaylı kriminallardan biridir. Hazırda bazadakı 2/22 saylı anbar ona məxsusdur. Bu anbara çəkdiyim 125 min dollar xərci də ondan ala bilmirəm. Öz haqqımı istəyəndə məni güllələməklə hədələyir. Mahir Babayevin də öz kriminal dəstəsi var. Törətdiyi cinayət əməlləri barədə öz dili ilə etiraflara dair səs yazısı mövcuddur. Hətta bir danışığımızda Mahir Babayev mənə “Mənim çörəyimi oğurlasalar, mən “limonka”nı götürüb Oleq və Raminin başına ataram, onları da, özümü də öldürərəm” deyə “məsləhət” verir, məni cinayətə sövq edir. Mahir Babayev “vətən xaini” kimi hazırda həbsd olan Emin Cahangirovla çox yaxın münasibətdə olub, dəfələrlə İrana, Suriyaya, İraqa gediblər. Bu kriminallar Sizin bazanızdan bəhrələnərək “Hüseyniyyun” kimi radikal birləşmələrə maddi yardım göstərirlər”.
İş adamı əmindir ki, hüquq -mühafizə orqanları bu şəxslərin bu qədər silah-sursatı harda əldə edilməsini araşdırsa, ortaya bir çox dəhşətli faktlar çıxacaq.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Eldəniz Verdiyev bildirib ki, başına gətirilən bütün bu dəhşətli oyunlar Qod Nisanovun adından istifadə edən cinayətkar dəstənin əslində öz cinayətkar fəaliyyətinə başqa don geyindirməyə çalışmasıdır:
“Hörmətli Qod Nisanov!
Mən əminəm ki, uzun illər Rusiyadakı azərbaycanlı iş adamlarına hər cür dəstək verən, onların iqtisadi cəhətdən daha da möhkəmlənməsinə yardımını əsirgəməyən, daha yaxşı iş şəraiti yaratmaq üçün bütün imkanlarını səfərbər edən bir şəxs kimi Sizin adınızdan istifadə edilərək mənə qarşı törədilən çirkin əməllərin sahibləri qanun qarşısında cavab verəcəklər. Çünki söhbət təkcə mənim şəxsimdən getmir, mənim 17 illik əziyyətim bir qrup şəxs tərəfindən mənimsənildiyi kimi, işgüzar nüfuzum da ciddi zədə alıb. Hər şeydən əvvəl isə ailəm ciddi təhdid altındadır və mən əminəm ki, ailə dəyərlərinə hörmət edən biri kimi Siz bir insanın öz ailəsi ilə təhdid olunmasına imkan verməyəcəksiniz”.

Xəbəral.az
 

Dünyapress TV

Xəbər lenti