Azərbaycanda sənədsiz evlərlə bağlı YENİ QAYDA əmlak bazarına necə təsir edəcək?
Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub. Bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.

Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.

Bu yenilik əmlak bazarına ciddi təsir edəcəyi gözlənilir.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bu qaydanın tətbiqi əmlak bazarında bir çox problemləri aradan qaldıracaq:

“Oktyabrın 1-dən sonra ölkədə bütün fərdi və qeyri-yaşayış evlərinin tikintisi Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazə sənədi əsasında aparılacaq. Tikintiyə icazə verildikdən sonra onlar kommunal xidmətləri ilə təmin oluna bilərlər. Yəni bu qərar, oktyabr ayından əvvəl tikilmiş sənədsiz fərdi və qeyri-yaşayış evlərinə aid deyil. Bundan sonra vətəndaş ilk növbədə torpağın çıxarışını əldə etməlidir. Daha sonra Şəhərsalma və Arxitektura Komitəsinə və Rayon İcra Hakimiyyətinə tikinti üçün layihə təqdim olunmalıdır. Layihə təsdiqləndikdən sonra tikintiyə başlanıla bilər”.

R. Qasımzadə hesab edir ki, indiyə qədər sənədsiz evlərlə bağlı vətəndaşlar çoxlu sayda problemlərlə üzləşiblər: “Məsələn, su, qaz və elektrik enerjisi xətləri elə bir yerdə idi ki, fərdi evlərin təchizatını çətinləşdirirdi. Təbii ki, hər bir vətəndaş fərdi yaşayış evi tikərkən bilməlidir ki, onun tikdiyi ərazi dövlət tərəfindən yaşayış fondu kimi tanınır, ya yox”.

Ekspertin sözlərinə görə, yeni qayda əmlak bazarındakı qiymətlərə təsir etməyəcək: “Hesab edirəm ki, qiymətlərə hər hansı bir ciddi təsiri olmayacaq. Çünki, onsuz da gecəqondu kimi tikilən evlərdən vətəndaşlar uzaq dururlar. İndiyə qədər onsuz da kifayət qədər sənədsiz evlər tikilib. Bundan sonra isə bunun mümkün olmadığı üçün evlərin tikilməsi və satışı əmlak bazarına müsbət təsir göstərə bilər”.

“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov bildirib ki, bu qaydanın tətbiqindən sonra sənədsiz evlərin qiyməti enəcək:

“Sözsüz ki, bu kimi tədbirlərin görülməsi, islahatların aparılması bazara təsirsiz ötüşməyəcək. O evlərin ki, artıq kommunal xidmətləri ilə bağlı müvafiq sənədləri mövcuddur və ya onların təchizatı artıq təmin olunubsa, qiyməti artacaq. Problemlər bələdiyyə torpaqlarında (bələdiyyənin sənədi əsasında) və yaxud kənd təsərrüfatı təyinatlı torpaqlarında fərdi qaydada tikiləcək evlərlə bağlı ola bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarında ümumiyyətlə inşa işləri aparmaq qanuna ziddir. Lakin bir çox ərazilərdə tikinti işləri aparılır və həmin inşa edilmiş və yaxud inşa ediləcək evlərə layihə sənədlərinin təsdiqi qanunla yol verilmir. Bu kimi evlərin qiyməti digərlərindən aşağı olacaq”.

Ekspert Elnur Fərzəliyev hesab edir ki, vətəndaşların mənzillərinin çıxarışlarla təmin olunması nəticəsində dövlət büdcəsinin gəlirlərini (torpaq və əmlak vergisindən) artıracaq.

“Hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarışı olmayan fərdi evlər mövcuddur və çox sayda torpaq sahələri var ki, bələdiyyələrin verdiyi sərəncamlar əsasında əldə edilib ki, onların özəlləşmələrində ciddi problemlər var. Düşünürəm ki, yeni qaydanın tətbiqi bu problemlərin qarşısını ala bilər”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Fərmanı ilə Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə cəza tədbirləri nəzərdə tutulub. Belə ki, oktyabrın 1-dən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması – 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
aktualinfo

Bölmənin digər xəbərləri

22 Aprel 2025 “Pilot-16” qalmaqalı böyüyür – Prorab məhkəmə zalında həbs edildi
22 Aprel 2025 Azəriqazda mütəxəsis qıtlığı ,yoxsa SOCAR-çoxvəzifəlilik siyasəti davam edir
22 Aprel 2025 Şərurlu İsfəndiyarın oğlunun həbsi ilə bağlı ŞOK İDDİA – Türkiyədən…
21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?

Dünyapress TV

Xəbər lenti