Ardını oxu...
Almaniya polisi bazar günü səyahət edənlərə davam edən girov vəziyyəti səbəbindən Hamburq hava limanından istifadə etməməyi tövsiyə edib.

Almaniyanın dpa xəbər agentliyinin məlumatına görə, silahlı şəxsin öz maşını ilə hava limanının darvazasını sındıraraq iki dəfə havaya atəş açdıqdan sonra hava limanı sərnişinlər üçün bağlanıb və uçuşlar təxirə salınıb.

Səlahiyyətlilər həmçinin bildiriblər ki, kişinin həyat yoldaşı daha əvvəl uşaq oğurluğu ilə bağlı onlarla əlaqə saxlayıb. Polisin dediyinə görə, 35 yaşlı kişinin 4 yaşlı qızı avtomobilin içində ola bilər, Belə ki, qəyyumluq döyüşü zamanıuşağı anasından zorla alıb.

Polisin bildirdiyinə görə, psixoloq saatlarla həmin adamla danışıqlar aparır və bütün sərnişinlər hava limanını evakuasiya etdiyindən başqa insanlar zərər çəkməyəcək.

"Hazırda onun canlı odlu silah və bəlkə də naməlum tipli partlayıcı qurğular olduğunu nəzərə almalıyıq. Bizim əsas prioritetimiz uşağı qorumaqdır. Hazırkı məlumatımıza görə, uşaq fiziki cəhətdən yaxşıdır"," - deyə, polis əvvəllər Twitter kimi tanınan X-də yazıb.

Vəziyyətə görə şənbə gecəsi uçuşu həyata keçirə bilməyən yüzlərlə insan yaxınlıqdakı otellərə yerləşdirilib. Gələn təyyarələrin istiqaməti istiqaməti dəyişdirilərəkAlmaniyanın digər hava limanlarına yönləndirilib, ya da ləğv edilib.
 
Ardını oxu...
Keçmiş rabitə naziri Siruz Abbasbəyli dayanma-durma qaydalarını pozduğuna görə cərimə olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Siruz Abbasbəyli özü məlumat yayıb.

“Yaşasın “YPX fotoqrafları”. Aptekdən 30 qəpiyə yod alırsan, çıxanda 20 manat 30 qəpiyə başa gəlir. Əla!” - sabiq nazir qeyd edib.

Xatırladaq ki, Siruz Abbasbəyli 1993-1997-ci illərdə rabitə naziri vəzifəsində çalışıb.
Ardını oxu...
 
Ardını oxu...
“Elm aləmində belə bir fikir var ki, zəlzələ və vulkan püskürməsi sivilizasiyanı irəli aparır”.
Teref.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının professoru, Yerin Fizikası İnstitutunun baş elmi işçisi Qriqori Steblov deyib.

“Baş verənlər zəlzələyə meyilli ərazilərdə yaşayan insanları zəlzələyə davamlı tikinti texnologiyaları yaratmağa və bu hadisələri proqnozlaşdırmağı öyrənməyə məcbur edir. Və ümumiyyətlə, bu təbii fəlakətlər olmasaydı, biz dünyada olmazdıq”, - alim bəyan edib./Oxu.az
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün türk dövlətləri üçün vahid əlifbanın yaradılması təşəbbüsü ilə çıxış edib. Ərdoğan bunu ötən gün TDT-nin Astanada keçirilən 10-cu liderlər sammitində deyib.

Rəcəb Tayyib Ərdoğanın bu çağırışı ilə bağlı türkoloq alim Firudin Cəlilov Redaktor.Az-a danışarkən dedi ki, türk dövlətlərinin birliyi müəyyən yolla getməlidir:

"O yolda birinci addım ortaq əlifbadı, ikinci addım ortaq dərslikdi, üçüncü addım ortaq ordudu, dördüncü addım isə vahid puldur. Amma birinci əlifba olmalıdır. Mən təəssüf edirəm ki, o boyda dövlət başçılarının yanında bir dənə ağlı başında mütəxəssis yoxdur ki, onlara desin ki, ortaq əlifba bəllidir. Azərbaycan artıq 30 ildir ortaq türk əlifbasını işlədir. Anadoludakı əlifba isə ortaq əlifba deyil, o Türkiyənin əlifbasıdır. Bizim ortaq türk əlifbasıdır, 30 il bundan qabaq qəbul etmişik və bu günə qədər də işlənir. Yeni Amerika açmağa ehtiyac yoxdur ki, ortada fakt var, keçdiyimiz tarix var. Ortaq türk əlifbası ilə bağlı o vaxt İstanbulda üç günlük elmi seminar oldu. Bütün türk ölkələrindən akademik adamlar gəldilər, bir yerdə yığışdıq qərara gəldik ki, bizim əlifbanı ortaq türk əlifbası kimi qəbul edək. Yəni mütəxəssislərin gəldiyi nəticədir. Mən də o vaxt Azərbaycanda parlamentdə o komissiyanın sədri idim, gətirdim burada parlamentdən keçirdim. Deməli, 30 ildir Azərbaycanda ortaq türk əlifbası işlənir. Bizlə paralel eyni vaxtda Tatarıstan da ortaq türk əlifbasına keçdi. Sonra arada Putin ləğv etdi, indi deyəsən təzədən yenə keçirlər. Ortaq o deməkdir ki, hamısı eyni əlifbadan, eyni hərflərdən istifadə etsin. Bu əlifba bayaq dediyim kimi, 30 il bundan qabaq qəbul olunub. Sadəcə o dövlət başçılarına demək lazımdır ki, bir dənə mütəxəssis çağırın bu prosesi izah etsin".

Humay İSGƏNDƏRLİ
 
 
 
Ardını oxu...
Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağında qəbul olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.
 
Ardını oxu...
Sabirabadın Moranlı-Sərxanbəyli-Salyan yolunun üzərindəki dəlik açılmış körpü insanların həyatı üçün təhlükə yaradıb.

Teref.az Qaynarinfo-ya istinadla xəbər verir ki, kənd sakinləri tərəfindən yayımlanan görüntüdə körpünün üstündə böyük deşik açıldığı görülür. Bununla bağlı kənd sakinləri şikayət edib.

Məsələni araşdırmaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirdi ki, məsələdən xəbəri var, lakin həmin körpü onların balansında deyil.

Bu səbəbdən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənova müraciət etdik. RİH rəsmisi bildirdi ki, məsələdən xəbərləri yoxdur, araşdırdıqdan sona məlumat verəcək. Daha sonra isə rayonun rəsmisi ilə əlaqə yarada bilmədik.

Qeyd edək ki, Sərxanbəyli Sabirabadın böyük kəndlərindən biridir və kənddə pambıq zavodu fəaliyyət göstərir.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisdə quru sərhədlərin açılması ilə bağlı müzakirələr baş tutub.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib ki, ümumilikdə sərhədlərin bağlanmasının büdcəyə xeyri proqnozdan azdır.

Mərkəzi Bankın sədri Taleh Kazımov isə sərhədlərin açılmasının iqtisadi aktivliyə, əmtəə və xidmətlərin idxal və ixracına təsirləri ilə bağlı qiymətləndirmələrin aparılmadığını bildirib.

Qeyd edək ki, artıq uzun müddətdir ki, quru yollardan istifadə edə bilməyən insanlar da kəskin şəkildə narazılıqlarını bildirirlər.

Maraqlıdır, gələcəkdə bu məsələ ilə bağlı hər hansı dəyişiklik gözlənilirmi?

Sərhədlərlə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov dedi ki, quru sərhədlərinin açılması ilə bağlı söz söhbət gedir:

“Milli Məclisdə də bu barədə mütəmadi fikirlər səsləndirilir. Mən də bu məsələyə toxunmuşam. Quru sərhədlərinin açılması bir sıra məsələlərlə əlaqədardır. Başa düşürəm, əhali üçün vacibdir, kənarda yaşayanlar kifayət qədərdir, hamının imkanı yoxdur ki, təyyarə ilə gəlib getsin. Onda mən təklif etdim ki, heç olmasa, Rusiya və Gürcüstanla sərhədi açaq, xüsusi rejim tətbiq edək ki, insanların gedib gəlmək imkanları olsun.

Amma hələlik indi müəyyən qədər hesab edirlər ki, sərhədi açmaq tezdir. Koronavirus faktiki olaraq yox səviyyəsindədir. Kifayət qədər gəlirli bir ciddi problem yoxdur. Amma indi bu məsələ açıq qalır. Əlbəttə, iqtisadiyyata təsiri var. Şimalda, cənubda, sonra Qazax, Ağstafa tərəfdən quru sərhədlə insanlar gedirlər, ərzaq və qeyri-ərzaq mübadiləsi olurdu və s. İndi müəyyən qədər bağlı olması həmin əhalinin həyat şəraitində müəyyən təsir edir. Mən dediyim variant yəni xüsusi rejimlə sərhədi açmaq yaxşı olardı. Amma indi hökumət baxır, fikirləşir. Yəqin başqa məsələlərdə var, elə məsələlər də var ki, biz bilə bilmərik”.
 
Ardını oxu...
Onlayn pərakəndə satış şirkəti olan Amazon təxminən 17 aylıq fəaliyyətdən sonra geyim mağazalarını bağlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, ötən ildən bəri çoxlu sayda kitab və digər mağazaları bağlayan şirkət bu dəfə də geyim mağazalarını bağlayacaq.

İlkin mərhələdə iki mağazanın noyabrın 9-da bağlanacağı bildirilib.
 
Ardını oxu...
“Hazırda Azərbaycanda bərpa olunan enerji ilə bağlı ikili diplomlu ixtisasın yaradılması üçün Elm və Təhsil Nazirliyi ilə müzakirələr aparılır”.

Bunu Təhsilin İnkişafı Forumu çərçivəsində keçirilən “Universitet - sənaye tərəfdaşlığı” panelində çıxışı zamanı bp şirkətinin Xəzər Bölgəsində Xarici Əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, ölkədə bərpa olunan enerji ilə bağlı təhsil imkanları yoxdur:

“Əgər enerji sənayesinin sabahı neft və qaz mühəndisliyi ilə bərabər, bərpa olunan enerji sahəsində fəaliyyət olacaqsa, biz indidən bu istiqamətdə kadrlar hazırlamalıyıq”.

O əlavə edib ki, sənaye çalışır ki, gələcəkdə qəbul edəcəyi kadrların hazırlığına öz töhfəsini versin”.
 
Ardını oxu...
Sabirabad rayon sakini, ictimai fəal Cabir Əliyev kanalımıza müraciət edərək bildirib ki, problemləri işıqlandırdığı üçün Sabirabad İcra Hakimiyyəti onu heç bir günahı olmadan hüquq-mühafizə orqanlarına şikayət edib və rayonda yaşamağına imkan vermirlər.
Vətəndaş isə rayonda ciddi problemlərin olduğunu və heç bir qurumun müraciətlərə baxmadığını əlavə edir.
O, kanalımız vasitəsi ilə ölkə başçısı və aidiyyatı qurumlara müraciət edərək həyatının təhlükədə olduğunu və ona yardım edilməsini xahiş edir

 

Dünyapress TV

Xəbər lenti