Sabirabad rayon sakini, ictimai fəal Cabir Əliyev kanalımıza müraciət edərək bildirib ki, problemləri işıqlandırdığı üçün Sabirabad İcra Hakimiyyəti onu heç bir günahı olmadan hüquq-mühafizə orqanlarına şikayət edib və rayonda yaşamağına imkan vermirlər. Vətəndaş isə rayonda ciddi problemlərin olduğunu və heç bir qurumun müraciətlərə baxmadığını əlavə edir. O, kanalımız vasitəsi ilə ölkə başçısı və aidiyyatı qurumlara müraciət edərək həyatının təhlükədə olduğunu və ona yardım edilməsini xahiş edir