Ardını oxu...
Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyinin arabir güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın olacağı, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-34 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-35 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-30 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 25-27 mm).

Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-32 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-48 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu gecə 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, dağlarda gecə 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 6 dərəcəyədək isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 45-106 mm).


Ardını oxu...
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC arasında maliyyə sanksiyaları və cərimələr üzrə mübahisə yaranıb.

Qaynarinfo-nun məlumatına görə, iş o yerə çatıb ki, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri Ramik Əşrəfov məhkəməyə müraciət etməli olub. Ayrıca ASC-nin özü də “Azərsu” barəsində iddia qaldırıb.

Hər iki iddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Leyla Əliyevanin icraatındadır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
Məhkəmə çəkişməsinin təfərrüatları məlum olmasa da, ehtimal olunur ki, mübahisə su pulu ilə bağlıdır.

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC 13 iyun 2008-ci ildə təsis edilib. ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
 
Ardını oxu...
İstanbulun Silivri bölgəsi güclü yağışlardan sonra dənizin daşması nəticəsində suyun altında qalıb.

Türkiyənin Meteorologiya İdarəsi bir müddət öncə fırtına və mümkün daşqınlar barədə əhaliyə xəbərdarlıq edib.

Bildirilib ki, yağan leysan ölkə vətəndaşlarına, o cümlədən də İstanbul sakinlərinə çətin anlar yaşayıb. Şəhərdə dirəyin aşması nəticəsində bir nəfər həyatını itirib.

Bununla yanaşı, İstanbulun müəyyən rayonlarında torpaq sürüşməsi qeydə alınıb.

 
Ardını oxu...
Məktəblərdə artan xoşagəlməz hallar zaman-zaman gündəm mövzusuna çevrilir. Şagirdlərin davası, müəllimlərin şiddəti, uşaqların dərsdən qaçması kimi hadisələr valideynləri təşvişə salıb.

Maraqlıdır, narazılığın artdığı bir vəziyyətdə məktəb kameralarına valideynlərin nəzarət etməsinə icazə verilə bilərmi?

Mövzu ilə bağlı fikirlərini Lent.az-la bölüşən təhsil eksperti Kamran Əsədov bildirib ki, valideynlərin kameraları izləməsi özəl məktəb və bağçalarda mümkündür:

“Onu qeyd edim ki, özəl məktəb və uşaq bağçalarında müşahidə kameraları quraşdırılıb. Valideynlər bu kameralar vasitəsilə istənilən an uşağın nə etdiyini və müəllimin onunla necə davrandığını izləyə bilirlər. Dövlət təhsil müəssisələrinin çoxunda isə buna rast gəlinmir. Olanlarda da həmin kameraların geniş yaddaşı və kənardan müşahidə olunma imkanları yoxdur”.

Ekspert iddia edir ki, kamera görüntülərinin izlənməsi olsaydı direktorlarının əməkdaşlarına qarşı əxlaqsız hərəkətlərinə də son qoyulardı:

“Əminliklə deyə bilərəm ki, orta məktəblərdə, bütün dövlət təhsil müəssisələrində onlayn kamera görüntülərini izləmə funksiyası olsaydı, təhsil və nizam-intizamla bağlı problemlər aradan qalxardı. Həm də bəzi məktəb direktorlarının əməkdaşlarına qarşı əxlaqsız hərəkətlərinə də son qoyulardı. Çox təəssüflər olsun ki, bəzi hallarda məktəb direktorları özləri məktəblərində bu tipli kameranın quraşdırılmasında maraqlı olmurlar. Ona görə də onların rəhbərlik etdiyi təhsil ocağında kameralaşdırılma aparılmır. Əgər dövlət hesablı orta məktəblərdə yaddaş həcmi geniş və kənardan müşahidə olunma imkanları olan kameralar quraşdırılsa, valideynlər istənilən an kamera vasitəsilə müəllimlərin necə dərs keçdiyini, uşaqları ilə necə rəftar edildiyini görə bilərlər.

Təhsil müəssisələrində kameraların quraşdırılması dərslərin yüksək səviyyədə keçirilməsi, ciddi qayda-qanun, nizam-intizamın gözlənilməsi üçün əvəzsiz vasitədir. Bir var, müdiriyyət ara-sıra gedib dərslərdə oturub, dərsin gedişatına nəzarət edir, biri də var ki, həm müdiriyyət, həm də valideynlər bunu həmişə izləyə bilirlər”.

Onun sözlərinə görə, hər il dövlət büdcəsindən ayrılan vəsaitlə kameralaşmanı həyata keçirmək mümkün olacaq:

“Əlbəttə ki, təhsil ocaqlarının kameralaşdırılması böyük məbləğdə vəsait tələb etsə də, hər il təhsilin, infrastrukturun inkişafına ciddi şəkildə dövlət büdcəsindən vəsaiti ayrılır və bütün bu məsələlər məhz dövlət hesabına həyata keçirilir. Vacib bir məsələni də qeyd etmək istəyirəm ki, Bakıda və şəhər, rayon mərkəzində yerləşən təhsil müəssisələri buna tam hazır olsa da, kəndlərdə bunu tətbiq etmək hələ mümkün deyil. Bunu isə kənd yerlərində yerləşən müəssisələrin diqqətdən kənar qalması ilə əlaqələndirmək olar.
Bununla yanaşı, kənd yerlərində valideynlər buna o qədər də maraqlı deyillər. Kənd yerlərində xüsusi maarifləndirmə tədbirləri də həyata keçirmək lazımdır ki, valideynlər bu xidməti başa düşsünlər.

Birmənalı olaraq deyə bilərəm ki, kamera quraşdırılan təhsil müəssisəsində müəllim və tərbiyəçilər özlərini daha məsuliyyətli hiss edirlər. Bu, bütün dünyada qəbul olunmuş uğurlu sistemdir. Şagirdlərin təhlükəsizlik məsələsi də bu yolla həll olur.

Son illər ərzində orta məktəblərdə ciddi problemlər və xoşagəlməz hadisələr baş verir. Əgər kameralar quraşdırılsa, valideynlər kamerada baxar ki, şagirdlər nə edir. Məktəbdə yaranan hansısa məsələ ilə bağlı valideyn narazılıq edə bilər. Narazılıqlar olanda valideynlə əlaqə yaradılar və nöqsanları aradan qaldırmaq, başa salmaq kamera görüntüləri ilə daha asan olar.

Son illər Bakıdakı orta məktəblərin təhlükəsizlik kameraları ilə təchiz olunması layihəsi həyata keçirilib. Əksər orta məktəblərdə həyata keçirilən kameralaşdırma prosesi artıq başa çatıb. Məqsəd təhlükəsizliyin təmin edilməsindən ibarət olub. Bundan sonra vahid platformaya bu kameraları daxil etmək və valideynlərə izləmək üçün daxil olma imkanı vermək lazımdır”.

Məktəblərin kameralaşdırma prosesini yalnız Elm və Təhsil Nazirliyi həyata keçirə bilər. Elə buna görə də məsul quruma sorğu ünvanladıq. Gün ərzində sorğumuza cavab ala bilmədiyimiz üçün materialı yayımlayırıq. Ümid edirik ki, tezliklə sorğumuza cavab alıb sizləri də məlumatlandıracağıq.
 
Ardını oxu...
“TikTok”da qanunazidd hərəkətlərə yol verən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri ilə iki nəfərin kart hesablarından 920 manat və 1200 avro oğurlamaqda şübhəli bilinən Raul Rəşad oğlu Əmrahov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı onun “TikTok”da “@gizlikamerasatisi” adlı səhifə yaradaraq sosial şəbəkə istifadəçilərinə qarşı qanunazidd hərəkətlərə yol verdiyi məlum olub.

R.Əmrahovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polis orqanlarına müraciət edə bilərlər:

"Bir daha vətəndaşları internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağa tanımadığınız şəxslərə, etibar etmədiyiniz səhifələrə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşdiyiniz təqdirdə isə bu barədə polisə məlumat verə bilərsiniz".
 
Ardını oxu...
“Azər Türk Bank”la heç nə sifariş verməyin.

Tribunainfo.az yazır ki, bu barədə şikayətçi Mürsəl Mürsəlli bildirib. O qeyd edib ki, malı geri qaytarandan 30 gün sonra pulunuzu verirlər:
Ardını oxu...
““Azər Türk Bank” kartıyla ödəniş edib “Trendyol”dan sifariş vermişəm. Sifariş iptal olanda digər banklardan fərqli olaraq “Azər Türk Bank” ödənişi 30 günə geri qaytarır. 2023-cü ildə bu hansı mərhələdir?
Eyni problem digər banklarda olanda anında ödəniş karta geri qayıdır. Sadəcə biabrçılıqdır”.

Mənbə: Tribunainfo.az
 

Ardını oxu...
Un bazarında əsas oyunçulardan olan “Karmen” MMC cərimələnə bilər.

Qaynarinfo xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə iş başlanıb.

İşə Abşeron Rayon Məhkəməsində baxılacaq. Cəmilə Səfiyeva iş üzrə hakim təyin edilib.

271-ci maddəyə əsasən, fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək, hüquqi şəxslər 6500 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

“Karmen” MMC 12 iyun 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 43 138 AZN-dir. Şirkətin qanuni təmsilçisi Xəlilov İlham Şəmil oğludur.

“Karmen” MMC keçmiş deputat Əsabil Qasımovun şirkəti kimi tanınır. Mediada gedən məlumatrdan aydın olur ki, şirkət Əsabil Qasımova məxsus “Karat Holding”ə daxildir.

Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindın IV çağırış Milli Məclisin deputatı olub.


Ardını oxu...
Xəbər verdiyimiz kimi, Neftçalada şəhid Telman Kəlbiyevin 72 yaşlı anasının yaşadığı evə bıçaqlı hücum olub. 

"DogruXeber.az"ın məlumatına görə, şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu şəhidin xanımı ilə əlaqə saxlayıb. 

"Biraz əvvəl şəhid Telman Kəlbiyevin həyat yoldaşı ilə əlaqə saxladım, baş vermiş hadisənin detallarını öyrəndim. Ailə çox pərişan və məyusdur. Hadisə gecə olub. Şəhid anasının 72 yaşı var.

Şəhidimizin xanımı da hərbçidir, iki övladı ilə birlikdə Bakıda yaşayır. Anaya nə qədər israr etsələr də, Bakıya gəlməyib, rayondakı evdə oğlunun xatirələri ilə yaşayacağını, orada qalanda oğlunun məzarını da tez-tez ziyarət edə bildiyini deyib", - deyə E.İslamoğlu bildirib. 

Şəhidin xanımının sözlərinə görə, Telman Kəlbiyevin anası şəhid üçün verilən təqaüdü toplayaraq şəhidin ildönümünə hazırlaşıb:

"Onun sağlığında qapımıza heç kim pis niyyətlə yaxınlaşa bilməzdi. İndi bizi sahibsiz görüblər, dünən gecə evə maskalı şəxs girib, şəhidin anasına bıçaq çəkib evdəki pulu aparıblar. Anam şəhid üçün verilən təqaüdü toplayaraq Telmanın ildönümünə hazırlaşırdı. Heç olmasa, qapımızdakı bayraqdan utanardılar. Telman anasını, bacılarını, həyat yoldaşını, övladlarını gözüyaşlı qoydu, bizi Azərbaycan xalqına əmanət edib döyüşə getdi".
Ardını oxu...
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti Sabunçu rayonunun Balaxanı qəsəbəsində qum fırtınasına səbəb olub.

Bu barədə kadrlar İTV-də yayımlanıb.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti ilə əlaqədar vətəndaşlara xəbərdarlıq edilib.
Sözügedən görüntüləri təqdim edirik:

 

Ardını oxu...
Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün tikilən yaşayış komplkesinə istilik verilmir.

Bu barədə Qaynarinfo-ya yaşayış kompleksinin sakinləri bildirib. Onların sözlərinə görə, kompleksə 15 bina daxildir.

"Bu binalarda ümumi olaraq 810 ailə yaşayır. Elə yaşayış kompleksinin adı da "810 yeni yaşayış kompleksi” adlanır. İndi bu 810 ailə istiliyə həsrət qalıb”, deyə sakinlər bildirib.

Sakinlər əlavə edib ki, kompleks 2019-cu ildə təhvil verilib. Həmin ildən istilik problemi həll olunmamış qalıb:

"Hər dəfə sakinlər aksiya keçirir, yolu bağlayır. Ondan sonra istilik verirlər. Noyabrın 15-dən istilik verilməlidir. Amma biz hər dəfə dava-qırğınla dekabr ayında istiliyin verilməsinə nail oluruq".
Ətraflı

Onların sözlərinə görə, problemin kökündə istilik sisteminin düzgün quraşdırlmaması dayanır:

"Bu binalar "Qaçqınkom”un sifarişi ilə inşa edilib. "Azəristiliktəchizat”dan deyirlər ki, binalarda istilik sistemi düzgün quraşdırılmayıb. Ona görə də "Azəristiliktəchizat” binaları təhvil almır. İstilik verilməməsini də bu problemlə izah edirlər. Amma sakinlər etiraza qalxanda dərhal istiliyi verirlər”.

Sakinlər məsələ ilə bağlı Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də müraciət ediblər.

"Qaçqınkom” deyir bizlik heç nə yoxdur. "Azəristiliktəchizat” isə binaların istilik sistemində problem olduğunu deyir. Beləcə qalmışıq iki qurumun arasında. Bu binalara üçün iki qazanxana tikilib. Biri 7, digəri isə 8 bina üçün nəzərdə tutulub. Göz dağı kimi saxlayıblar. Təsəvvür edin, yaşayış komplkesinə məktəb və bağça da daxildir. Orada da istilik yoxdur. Camaat soyuğa görə uşaqlarını bağçaya göndərmir. Bilmirik hara, kimə müraciət edək?!”, deyə sakinlər bildirib.


Dünyapress TV

Xəbər lenti