Metrodan istifadə edənlərə şad xəbər - Video
Bundan sonra metroda “Bakıkart”la yanaşı, QR biletlərdən də istifadə etmək mümkün olacaq.

Bakı metropoliteni QR ödəniş üsulunun tətbiqinə başlayıb.

QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, ilin sonuna kimi tətbiq metro stansiyalarının 90%-də istifadədə olacaq. Sərnişin “Bakıkart” mobil tətbiqində QR bileti yaratmalı və turniketə yaxınlaşdırmalıdır. Bu üsulla da gediş haqqı 40 qəpikdir.

Bəxtiyar Məmmədovun sözlərinə görə, hazırda bu sistem 2 stansiyada fəaliyyət göstərir. Bunlar "Xocəsən" və "8 Noyabr"dır. Digər stansiyalarda isə bəzi turniketlərdə lazımi avadanlıqlar quraşdırılıb və texniki məsələlər tamamlanmaq üzrədir.

QR bilet yalnız bir gediş üçün etibarlı olacaq. Sərnişinlər qarşılaşdıqları çətinliklərlə bağlı *4343 və ya 141 çağrı mərkəzlərinə müraciət edə bilərlər.

 

      
Ardını oxu...
Salyanda dəm qazından boğularaq ölən iki nəfər hərbçi imiş.

Belə ki, onlar rayon ərazisindəki hərbi hissələrin birində xidmət edibmiş.

Dünyasını dəyişənlər eyni evdə kirayədə yaşayıb.

Qonşunun sözlərinə görə, onlar yaşadıqları evə yeni köçübmüş.

Ardını oxu...
 
 


 

Ardını oxu...
"Yay uzunu yatan "Azəriqaz" qış vaxtı axır ki oyanıb təmirə başlayıb...

Ardını oxu...

Qışın bu soyuq vaxtı Tovuz rayonunda hər gün təmir işləri gedir.

104-ü - "Qaynar xətt"i yığırsan ki, deyəsən "evdə körpə uşaq var, xəstə var..." deyir, "neynəyim... get hara istiyirsən şikayət elə..."


Şikyətçi: Elşad Nazimoğlu - Mənbə: "Şikayətim Var" SQ
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
 
Ardını oxu...
Filippində baş verən 2 güclü zəlzələdən sonra Yaponiya sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Sunami təhlükəsi və sahilyanı evakuasiya ilə bağlı xəbərdarlıqlara Okinava prefekturasındakı Miyako adalarıŞikoku Sakit okean sahili və Yaponiyanın əsas adası Honsyu (Tokionun şərqindəki Çiba prefekturasına qədər) daxildir.

Departamentin məlumatına görə, dekabrın 3-də Honsyu adasının Sakit okean sahillərini vura biləcək dalğanın hündürlüyü bir metr olacaq.
 
Ardını oxu...
Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşü keçirildi. İndiki məqamda əsas aktual sual görüşün nəticəsinin necə olması və sülh prosesinə təsiridir.

Maraqlıdır, keçirilən görüş sülhün əldə edilməsinə təkan verəcək?

Mövzunu Globalinfo.az-a şərh edən Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, iki ölkənin şərti dövlət sərhədində baş tutan görüş delimitasiya və demarkasiya komissiyalarının görüşü kimi xarakterizə olunur:

İqbal Ağazadə

“Delimitasiya və demarkasiya məsələləri ölkələr arasında sürətlə həll edilən bir məsələ deyil. Misal üçün, Gürcüstan ilə Azərbaycan arasında bu məsələ hələ də tam həll edilməyib. Bu istiqamətdə işlər davam edir.

Buna görə də sərhəddə baş tutan sayca beşinci görüşdən böyük nə isə gözləmək sadəlövhlük olardı. Lakin proses başlaması müsbət məqamdır. Belə ki, bu, yeni bir platformadır və tərəflər faktiki olaraq ikili danışıqlar aparır. Həm də münasibətlərin yeni mərhələyə qədəm qoyması deməkdir. Çünki ikili danışıqlar problemlərin həll edilməsi və dialoqun qurulmasına səbəb olacaq. Lakin sülh müqaviləsindən danışmaq üçün hələ çox tezdir.

Sülh müqaviləsi imzalanmadan kommunikasiyalar açıla, münasibətlər qurula bilər. Hətta tərəflər bir-biri ilə fərqli sahələrdə ilkin münasibətlər qura bilər. Misal üçün, hava şəraiti ilə bağlı hazırda Ermənistandan Gürcüstana gedən quru yolu işləmir. Azərbaycan alternativ yol təklif edə bilər. Ermənistan da yaxşı olardı buna cavab kimi Zəngəzurdan Naxçıvana nəqliyyat vasitələrinin keçidinə icazə versin.

Yəni tərəflər sülh müqaviləsindən öncə bu prosesə hazırlaşmalı, qarşılıqlı etimad mühiti yaratmalıdır. Təcrübə göstərir ki, sülh müqaviləsi imzalansa belə ölkələr arasında müharibələr baş verir”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə deyib ki, heç bir vasitəçi olmadan Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiya komissiyasının birbaşa görüşünün keçirilməsi özlüyündə müsbət addımdır:

Hikmət Babaoğlu

“Bütün hallarda vasitəçilik ilə keçirilən görüşlərin qarşılıqlı etimad və etibarlılıq dərəcəsi az olur. Ermənistan bu gün həqiqətən də sülh istəyirsə, birbaşa görüşləri ənənə halına çevirməlidir.

Azərbaycan bu təşəbbüsü özü irəli sürüb və dəstəkləyir. Ermənistanın da buna dəstək verməsi vacibdir. Təkcə delimitasiya komissiyalarının deyil, həm də həmin rəsmilərin görüşünün keçirilməsi lazımdır. Yalnız bu halda sülh və yekun nəticə əldə edilə bilər”.

Politoloq Elçin Mirzəbəyli isə deyib ki, delimitasiya prosesi ilə sülh prosesini əlaqələndirmək bir qədər doğru deyil:

Elçin Mirzəbəyli

“Çünki delimitasiya prosesi uzunmüddətli bir prosesdir. Yəni sülh müqaviləsi imzalanandan sonrakı dövrdə belə delimitasiya prosesi aylarla, illərlə davam etməsi mümkündür.

SSRİ süqut edəndən sonra keçmiş sərhədlər istisna olmaqla respublikaların sərhədlərində problemlər tam öz həllini tapmayıb. Bu gün İranla Azərbaycan arasında sərhəd problemi olmasa da Rusiya ilə delimitasiya prosesinin uzun zaman ərzində həll edildiyinin şahidi olduq. Gürcüstanla münasibətlərimizin yüksək səviyyədə olmasına baxmayaraq hələ də sərhədlərin delimitasiya prosesi tam şəkildə başa çatdırılmayıb. Yəni bu misal belə özlüyündə prosesin nə qədər uzun müddət çəkdiyini izah edir.

Azərbaycan sərhədləri uzun illər Ermənistanın işğalında olub. Məhz bu fakt özlüyündə iki ölkə arasında delimitasya və demarkasiya prosesinin uzun müddət çəkəcəyini deməyə əsas verir. Digər tərəfdən, biz görüş öncəsi parlamentin spikeri Alen Simonyanın verdiyi açıqlamaları da nəzərə almalıyıq. Çünki o, faktiki olaraq hansısa mifə, əfsanəyə söykənərək Azərbaycanın nəzarətində olduğunu iddia etdi. Göründüyü kimi, Ermənistan tərəfi bu prosesin konstruktiv keçməsinə mane olur.

Sülh prosesinə gəldikdə isə rəsmi İrəvanın sərgilədiyi son mövqe Mirzoyan və Simonyanın açıqlamalarından bəllidir. Xüsusilə Mirzoyan son olaraq Azərbaycanı təcavüzdə, etnik təmizləmədə ittiham etdi. Bu, normallaşma prosesinin qısa zamanda baş tutmayacağını deməyə əsas verir. Ermənistan bundan başqa müstəqil xarici siyasət yeritmir və Qərbdən gələn tezisləri icra edir”.
 
Ardını oxu...
Yasamal rayonu ərazisində piyada səkilərinin zəbt edilməsi davam edir. Müvafiq qaydalarda əsasən malların bilavasitə səkilərə, torpağın, yaşıllıqların, ağacların, yeşiklərin və s. üzərinə qoyularaq satışı qadağan olsa da, Yasamal rayonu ərazisində bu qayda gözlənilmir və ya müvafiq qurumlar bu qanunpozuntusuna şərait yaradır.
Tribunainfo.az xəbər verir ki, məhz rayon icra hakimiyyətlərinin verdiyi icazəyə əsasən mağazalar səkiləri asanlıqla zəbt edib, gediş-gəlişi çətinləşdirirlər.
Yasamal rayon sakinləri bildirib ki, Həsən bəy Zərdabi küçəsində (“20 Yanvar” metrostansiyasının yaxınlığı) malların səkiyə qoyularaq satılması və piyadaların hərəkətinə çətinlik yaradılması barədə dəfələrlə aidiyyəti qurumlara bildiriblər.
Bir müddət bununla bağlı tədbir görülür, ancaq sonra vəziyyət yenə əvvəlki kimi olur.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə keçirilən görüşü vacib idi. Bu, artıq 5-ci görüş oldu. Sonuncu görüş bu ilin iyulunda baş tutmuşdu. Həmin vaxtdan sonra erməni tərəfinin bu görüşlərdən imtina etməsi nəticəsində prosesdə fasilə yaranmışdı. Buna baxmayaraq tərəflər arasında təmasların olması yaxşı əlamətdir.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

“Ermənistan tərəfi bu görüşə gəlibsə, bunun özü də bir reallıqdır. Çünki bu kimi görüşlərdən qaçmağın perspektivi yoxdur. Əvvəl-axır bu görüş baş tutmalı idi. Ümid edək ki, bu görüşlərin davamı olacaq. Beləliklə də, Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi prosesi daha intensiv şəkildə davam edəcək. Ötən gün Qazaxda baş tutan görüşdə reqlament, görüşlərin təşkili, texniki məsələlərlə bağlı razılıq əldə edilib. Hər bir halda bu təqdirəlayiq haldır”, – deyə o qeyd edib.

Millət vəkilinə görə, Cənubi Qafqazda sülhün olması üçün Ermənistanla Azərbaycan bir araya gəlməlidir:

“Sülh məsələsində Azərbaycan mövqeyini ortaya qoyub. Ermənistana dəfələrlə çağırış edilib. Erməni tərəfi də anlamalıdır ki, ona havadarlıq edənlər prosesə öz mənafeyi naminə yanaşır. Kənar maraqlar isə regionda sülhə, təhlükəsizliyə xidmət etmir”.

Ziyafət Əsgərov Ermənistan parlamentinin spikeri Alen Simonyanın sülhü manipuliyasiya edən açıqlamalarına da münasibət bildirib:

“Ərazi iddiasına qalsa, Simonyan başa düşməlidir ki, onların hazırda yaşadığı ərazi Qərbi Azərbaycandır. 30 il Azərbaycan torpaqlarının 20 faizini Ermənistan işğalda saxlayıb. Erməni tərəfinin indiki halda ərazi iddiası ilə çıxış etməsi gülünc görünür. Faktiki olaraq Ermənistan qədim Azərbaycan torpaqlarında formalaşıb. Amma bütün bunlara baxmayaraq Azərbaycan Ermənistana qarşı ərazi iddiası irəli sürmür. Tarixi xəritələri, sənədləri ortaya qoyub ermənilərin bu ərazilərə gəlmə olduğunu sübut edə bilərik. Ona görə də, Simonyanın sülhdən danışıb, ərazi iddiası ilə çıxış etməsi həyasızlıqdan başqa bir şey deyil”.
 
 
 
Ardını oxu...
Acarıstan Ali Şurasında Vahid Milli Hərəkat partiyası ilə iqtidar partiyasından olan deputatlar arasında münaqişə yaşanıb.

Bu barədə “Georgia News” məlumat yayıb. Münaqişə nəticəsində deputatlar əlbəyaxa olublar.

Müxalifətçilər muxtariyyətin təqdim olunan büdcə layihəsinə yenidən baxılmasını tələb ediblər, “Gürcü arzusu” bunu ideal hesab edib və heç nəyi dəyişmək istəməyib.

Nəticədə Vahid Milli Hərəkat Partiyasının nümayəndələri parlamenti tərk ediblər və layihə onlarsız qəbul edilib.

“Mənim həmrəyliyim komanda yoldaşlarım və qardaşlarımladır. “Rusiya arzusu”nun sonu yaxınlaşır, isteriya güclənir”, – Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvili toqquşmadan sonra “Facebook”da yazıb.
publika
 
Ardını oxu...
İsmayıllı və Ağdaşda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş tədbirlərlə İsmayıllı rayonunun Şəbiyan, Ağdaş rayonunun isə Pirəyir kəndi ərazisində yaş halda olan ağacları kəsən şəxslər müəyyən edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar qərar qəbul edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinə göndərilib.
Həmçinin, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Gürcüva kəndi ərazisində sanəye və məişət tullantılarının qalaqlanması aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün obyekt sahibi barəsində protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti