Ardını oxu...
İki gün əvvəl Lənkaranda restoranda kütləvi dava olub.
Redaksiyamıza verilən məlumata görə, hadisə Lənkaran rayon Parakənd kəndi ərazisində yerləşən Ceyranbulaq restoranında qeydə alınıb.Dava Lənkaran rayonundan olan 6 Qarabağ Qazisinin restoranda yemək yeyəndən sonra baş verib.
Verilən məlumata görə restoranda baş verən davada 10-dan yuxarı adam iştirak edib. Qazilərdən döyülərək xəsarət alanlar vardır.
Zərərçəkənlərdən xəstəxanaya yerləşdirilən olduğu bildirilir. Hadisə barədə polisə məlumat verilib.
Baş vermiş insidentlə bağlı Lənkaran rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.
 
Ardını oxu...
Zəlzələ baş verir və Xəzərin dibi öz quruluşunu dəyişir. Yarğanlar, çuxurlar, dərin çalalar əmələ gəlir ki, bu da, xüsusilə yay aylarında hər birimiz üçün təhlükə deməkdir. Ona görə də dənizə gedərkən diqqətli olmalıyıq.

Bəlkə də elə bunun nəticəsidir ki, son bir neçə ildə yayda dənizdə batanların sayı xeyli artıb. Çimdiyi ərazidən 1 metr kənarda batma təhlükəsi ilə üzləşənlər də az olmayıb.

Xəzər TV bildirir ki, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev deyir ki, hər dəfə zəlzələdən sonra Xəzərin dibinin quruluşu dəyişikliyə məruz qalır.
Onu sözlərinə görə, Xəzərin dibində çox sayda müxtəlif tektonik qırılmalar, mikro - meqa bloklar var. Yəni dənizin dibi mürəkkəb bir struktura malikdir.
Qulam Babayev bildirir ki, bloklardakı oyanmalar bu ildən başlayıb və 2024-cu ildə də müşahidə olunacaq.
 
Ardını oxu...
Əlavə ödəniş üçün funksionallıq təklif edən proqramlar ayrıca təhlükələr sinfi kimi təsnif edilir.

Bu barədə "Prime" agentliyinə T1 Integration informasiya təhlükəsizliyi kompetensiya mərkəzinin direktoru Viktor Quleviç məlumat verib.

Ekspertin fikrincə, ödənişli abunəliklər abunəçi məlumatlarını oğurlamadığı və danışıqlara qulaq asmadığı üçün “zərərli proqram” sayıla bilməz.

"Unikal imkanlar vəd edir, əslində onlar yalnız əlavə və həmişə əsaslandırılmayan xərclər gətirir", – Guleviç izah edib.

O qeyd edib ki, proqramlar tam funksionallıq üçün çox yüklənir, çünki onlar "sadə hərəkətlər" təklif edirlər. İstifadəçilər bir neçə "pulsuz gün" ilə cəlb olunur, bundan sonra kartdan müntəzəm pul debitləri başlayır, hətta proqramı silmək də dayanmağa kömək etmir.(Publika.az)
 
Ardını oxu...
Tanınmış pediatr Vaqif Qarayevin son paylaşımı müzakirələrə səbəb olub.

O, “Facebook” hesabında yazıb ki, ailədəki gərginliklə bağlı psixoloqa ehtiyacı olanar kişi psixoloqa getsin. Pediatr insanlara boşanmış və təhsilsiz qadın psixoloqa qətiyyən müraciət etməməyi tövsiyə edib. Onun bu sözləri birmənalı qarşılanmayıb və təpkilərə səbəb olub.

Məşhur psixoloq Gülnar Orucova “Cebhe.info”-ya açıqlamasında Vaqif Qarayevin fikri ilə qətiyyən razı olmadığını bildirib:

“Məgər sadəcə kişi psixoloq ola bilər? Psixoloq da boşana bilər. Psixoloqun da əsəbləri var, onun da anlayışlı ola bilməyəcəyi məqamlar olur. Ona görə də bu gün kimisə boşandığı üçün qınaya bilmərik. Hər sahənin insanı boşana bilər, psixoloq boşana bilməz? Məsələn, həyat yoldaşım mənə xəyanət etsə, Vaqif müəllim “boşanmış psixoloqun yanına getməyin” dediyi üçün ona hörmət etməliyəm? Yəni bu, doğru bir fikir deyil. Psixoloq xəyanət edən, ona qarşı sədaqətsiz olan kişidən ayrılmalıdır.

Mən hər zaman qadınlara deyirəm ki, xəyanət edən adamdan ayrılın. Psixoloq olsanız belə, xəyanət edən adamdan ayrılmaq lazımdır. Ümumiyyətlə, “boşanmış psixoloqun yanına getməyin” kimi bir fikir ola bilməz. Düzdür, mən evliyəm, amma həmkarlarım arasında boşananlar var. Psixoloq da insandır, onun hissləri və duyğuları var. Onun da həyatında problemlər ola bilər.

Nəzərə almaq lazımdır ki, biz 24 saat psixoloq olmuruq, ofisdə olduğumuz müddət ərzində psixoloquq. Bir psixoloq xanım boşanmış da ola bilər. Boşanmış olması onun təcrübəsiz olduğu demək deyil. Həmçinin, onun yanına gələn insanlara boşanmağı məsləhət görəcəyini düşünmək də yanlışdır”.

G.Orucova təhsilsiz psixoloq sözü ilə də razılaşmayıb:

“Nəzərə almaq lazımdır ki, nənələrimiz də təhsilsiz olub, amma görün necə gözəl uşaqlar yetişdiriblər. Təhsilsiz qadın gözəl tərbiyə verirsə, psixoloq da ola bilər”.

Həmsöhbətimiz qeyd edib ki, əslində son dövrlərdə “psixoloq”ların sayı çoxalıb:

“Hansı ki, 3 aylıq kursa gedir və ya onlayn yaşam mütəxəssi təlim alırlar. Əslində yaşam mütəxəssisi insanın öz həyatını qaydaya salmaq üçün olan təlimatçıdır. Amma həmin təlimə gedən insanlar özlərini “psixoloq” kimi təqdim edirlər. Həmçinin, öz peşəsini bacara bilməyənlər cəmiyyətdə nəyə tələbat olduğuna baxırlar. Bir neçə il əvvəl insanlar daha çox rus dili müəllimlərinin yanına gedirdilər. Sonra da ingilis dili müəllimlərinin yanına getməyə başladılar.

Hazırda da bu tendensiya psixoloqlarla davam edir. Yəni bəzi işbazlar bunun gəlir sahəsi olduğunu düşünərək, özlərini “psixoloq” adlandırmağa başlayır. Üstəlik, indi xəstəxənada və ya klinikada işləməyə də ehtiyac yoxdur. Hər hansısa bir yeri icarəyə götürmək mümkündür. Bəzən insanlar müxtəlif səbəblərə görə illərin psixoloqunu deyil, 3-5 ilin psixoloqunu seçə bilir.

Yəni 3-5 il təcrübəyə malik olmaq savadsız və ya təhsilsiz olmaq demək deyil. Ümumiyyətlə, hərbçilər və depressiya yaşayan kişilərin xanım psixoloqlara müraciət etməsinin tərəfdarıyam. Çünki xanımlar məsələlərə daha həssas yanaşırlar. Kişilər özləri də elə qadın psixoloqa müraciət etməyi üstün tuturlar. Bəzi qadınlar da kişi psixoloqları seçirlər. Biz bu seçimlərə qarışa bilmərik”.
 
Ardını oxu...
“BakuBus” sürücüsü gecəyarı sərnişinləri yolda qoyub.

Bununla bağlı Oxu.Az-a sərnişinlər məlumat veriblər.

Onların iddiasına görə, 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü gecə saat 00:00 olduqda avtobusu dayanacaqda saxlayıb, sərnişinləri düşürüb. Sürücü sərnişinlərə başqa bir avtobusun gələcəyini bildirib və ona minməyi tapşırıb.

Sürücünün bu əməlinə etiraz edən sərnişinlər avtobusu tərk etmək istəmədikdə, sürücü mühərriki söndürüb, avtobusun qapılarını açıq qoyaraq taksiyə əyləşib və gedib.
Sərnişinlərin çəkdiyi görüntüləri təqdim edirik:

Xəbər lenti