Ardını oxu...
Sumqayıtda 21 yaşlı gənc döyülüb.

Teref.az xəbər verir ki, şəhər sakini Səlcuq Bayramov gecəqondu məhəlləsində avtomobil təmiri mərkəzinin qarşısında döyülüb.

Mübahisənin səbəbi avtomobilin düzgün park edilməməsi olub. Hadisə nəticəsində S.Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, Səlcuq Bayramov Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun qardaşıdır.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Son günlər Bakıda bir neçə yerdə avtomobil yanıb.

Bir avtomobil hərəkətdə olanda, digəri isə yol kənarında dayanmış vəziyyətdə qəfil alışıb.

Hər iki hadisə son bir neçə gündə paytaxda yaşanıb. Xəsarət alan olmasa da, minik avtomobillərinə ciddi ziyan dəyib.

Bu faktlar avtomobillərin hansı səbəbdən alışdığını gündəmə gətirir.
"Əsas səbəb nəqliyyat vasitələrinin elektrik naqillərində və yanacaq sistemində baş verən nasazlıqlardır".

 
Ardını oxu...
Bakının Suraxanı rayonunda yol qəzası zamanı yaralanan qadın təcili yardım avtomobilində ölüb.

Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

1952-ci il təvəllüdlü Rəhmanova Hilda Cavad qızı yolu keçərkən onu Nurlan Həşimovun idarə etdiyi “Opel” markalı avtomobil vurub. Qadın xəsarətlər aldığından 11 saylı Təcili Tibbi Yardım Stansiyası Hövsan filialının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzinə gətirilib.

Hadisəni törətdiyi deyilən sürücü və H.Rəhmanovanın qohumları APA-ya bildiriblər ki, təcili yardım xidmətinin əməkdaşları yaralını xərəklə rentgen otağına apararkən xərək nasaz olduğundan qadın orada yerə düşüb və ağır xəsarət alaraq ölüb. Yaxınları onu da qeyd edirlər ki, hadisə zamanı xəsarət alan Hilda Rəhmanovanın huşu özündə olub.

Hazırda faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Ardını oxu...
Ankaraya yağan güclü yağış nəticəsində bəzi ərazilərdə daşqınlar baş verib.

Türkiyə paytaxtında evlər, iş yerləri su altında qalıb, küçələr göllərə çevrilib.

Bu səbəbdən şəhərdəki bir sıra nəqliyyat vasitələri suda qalıb.

Avtomobillərində bəzi vətəndaşlar, o cümlədən uşaqlar yanğınsöndürənlər tərəfindən xilas edilib.
Keçiören bölgəsinin Etlik məhəlləsində torpaq sürüşməsi nəticəsində binanın istinad divarı uçub.

Kazımkarabekir, Qazi və Ankara Vağzalının yeraltı keçidləri isə nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.

 
 
 
Ardını oxu...
Abşeron rayonunda meyit tapılıb.

APA xəbər verir ki, Qobu qəsəbə qəbiristanlığında 30-35 yaşlarında naməlum kişi meyiti aşkarlanıb.

Meyitə baxış zamanı hər iki qolunda və boynunda narkotik vasitələrin istifadəsinə xas olan iynə izləri aşkar edilib.
Araşdırma aparılır.
 
Ardını oxu...
Dərs ilinin sona çatmasına sayılı günlər qalıb.

Xezerxeber.az xəbər verir ki, ancaq məktəblərin böyük əksəriyyətində artıq kitablar yığılıb, şagirdlər isə indidən tətilə buraxılıb.

Hələ ayın 9-u olmasına baxmayaraq, məktəblərin əksəriyyətində eyni hal yaşanmaqdadır.

Dərs ilinin bitməsinə sayılı günlər qalmış şagirdlərin əksəriyyəti məktəbə getmir.

Elə şagirdlər kimi, valideynlər də məktəblərdə dərs ilinin indidən bitdiyini təsdiqləyirlər.

Məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyindən bildirildi ki, dərs ili vaxtından əvvəl yekunlaşa bilməz. Kitabların yığılması və davamiyyətlə bağlı məsələlər üçünsə xüsusi monitorinqlər aparılır.

Qeyd edək ki, bu il respublika üzrə XI sinifləri 84 076 nəfər şagirdin bitirməsi proqnozlaşdırılır.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Sosial şəbəkələrdə Gədəbəy rayonu ərazisində yerləşən qızıl mədənində istismar prosesində ətraf mühitin çirkləndirilməsi ilə bağlı yayılan məlumatlar yerində araşdırılıb.

Bu barədə AZƏRTAC-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Qurumun rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Xidmətin əməkdaşları tərəfindən Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən Gədəbəy qızıl mədənində istehsal zamanı əmələ gələn sianid tərkibli suların çökdürülməsi üçün nəzərdə tutulan gölə baxış keçirilib.
Baxış zamanı qızıl mədənindən çıxan çirkab suların membranlanmış borular vasitəsilə xüsusi örtüklə izolyasiya olunmuş anbara ötürüldüyü, orada çökdürüldükdən sonra təkrar istifadəyə qaytarıldığı müəyyənləşdirilib. Vizual müşahidələr, monitorinqlər və araşdırmalar göstərib ki, anbardan ətraf ərazilərə və yaxınlıqdakı çaya sianid tərkibli çirkab su axıdılmır. Atmosfer havasında da hər hansı iy və qoxu müşahidə olunmayıb.
 
Ardını oxu...
Toplumun Nəbzi verilişinin bugünkü qonaqları hüquq müdafiəçiləri Mirvari Qəhrəmanlı, Arif Yunus , "Vətəndaş" İB sədri Günel Səfərovadır. Onlarla 2014-cü ildən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı açıq qalmış cinayət işinə xitam verilməsindən danışacağıq.
Baş Prokurorluğun İstintaq İdarəsində 2014-cü ildən bir sıra qeyri-hökumət təşkilatları ilə (QHT) bağlı açıq qalmış cinayət işinə xitam verilib. Bu barədə AzadlıqRadiosuna prokurorluqdan verilən məlumatda bildirilir ki, bu proses may ayından başlayıb.
Məlumata görə, QHT-lərlə bağlı cinayət işində adı keçən təşkilatların rəhbərləri bugünlərdə İstintaq İdarəsinə çağırılıb. Onlar da artıq cinayət işinə xitam verilməsi haqda məlumatlandırılıb.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (bu qurumun adı sonradan dəyişib sadəcə İstintaq İdarəsi oldu-red.) 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə qarşı cinayət işi başlanmışdı.
Həmin il bir sıra hüquq müdafiəçiləri – Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev və başqaları bu cinayət işi çərçivəsində həbs olunmuşdu. Onlar dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınma və başqa əməllərdə ittiham olunsalar da, özləri ittihamları qəbul etmirdilər. Avropa İnsan Hüquqları Məhkəməsi də bu şəxslərin konkret cinayət əməlinə görə yox, siyasi motivlərlə cəzalandırıldığı qənaətinə gəlmişdi.

 
Ardını oxu...
Ceyranları ev sahibindən müsadirə etdilər
Həyətdəki bağçasında ceyran bəsləyən adam məsuliyyətə cəlb edilib.
İstanbulun Silivri səmtində evinin bağçasında vəhşi heyvanlar saxlayan şəxs haqqında polisə verilən məlumat əsasında əməliyyat keçirilib. Əraziyə gələn polis əməkdaşları axtarış zamanı verilən informasiyanın doğru olduğunu təsbit edib. Ev sahibinin bağçada 12 ceyran – xallı və ağ ceyranlar, eləcə də 6 tovuz quşu bəslədiyi müəyyənləşib. Qeyd edilir ki, xallı və ağ ceyranlar da, tovuz quşu da nəsli kəsilməkdə olan heyvan növlərinə aiddir və onları ovlamaq, satmaq və satın almaq, onlara sahiblənmək də yasaqdır. Təbiətdən qoparılan heyvanlar “Nəsli Tükənməkdə olan Növlərin Ticarətinə qarşı Sözləşmə” sənədinin tələblərinə uyğun olaraq ev sahibindən müsadirə edilərək Təbiəti Qoruma və Milli Parklar Müdirliyinə təslim edilib. Qanunu pozan şəxs isə polis tərəfindən saxlanılaraq şöbəyə gətirilib. \\Sherg.az
 

Ardını oxu...
“Ali məktəblərə qəbul zamanı abuturiyentlərin yüksək bal toplanılmamasının əsas səbəbi məntiqdən olan sualların çoxluğudur”.

DİA.AZ bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov deyib.

O bildirib ki, Sovet dönəmində məntiq, fəlsəfə və iqtisadiyyat ayrıcı fənn kimi tədris olunurdu:

“Çox təəssüf ki, bu gün bunların heç biri tədris edilmir. Amma bir məsələ var ki, bu gün bütün imtahan sualları məntiq üzərində qurulub. Hətta bir ara baxçaya qəbul zamanı da məntiqdən sual salırdılar.

Hazırda DİM keçirdiyi bütün imtahanlarda məntiqdən çoxlu sayda sual salınır. Məntiqlə yanaşanda orta məktəbdə şagirdə nə öyrədilibsə, ondan da o soruşulmalıdır. Halbuki, məntiq heç yerdə tədris olunmur. Məntiq keçirilmirsə şagirdə, abuturiyentə niyə məntiqdən sual verilir? Bax, bunu anlamaq olmur”.

Nadir İsrafilov məntiqə yanaşmanın özündə də fərqlilik və ziddiyyət olduğunu qeyd edib:

“Məsələn, Albert Eynşteyn deyirdi ki, məntiq elm deyil. Məntiq bizi A nöqtəsindən B nöqtəsinə aparır. Lakin təxayülümüz V nöqtəsindədir. Dində də bu var ki, nəyin 100 faiz düz və yaxud səhv olduğunu kiməsə sübut eləmək mümkün deyil. Çünki, hər kəsin öz həqiqəti var. Hər kəsin öz yanaşması var.

Kimsə hesab edir bu doğrudur, kimsə hesab edir ki, bu yanlışdır. Adi misal çəkim. Bu gün təhsilimizdə nə qədər yeniliklər olur. Amma bu yeniliyi də hamı eyni cür qarşılamır. Hərənin məsələyə öz yanaşması və fikrinin sübutu üçün öz arqumenti olur. Bilik Günü, məktəbli forması və digər məsələlərlə bağlı cəmiyyətdə nə qədər fikir ayrılığı var?! Yəni hər kəs istənilən məsələ barədə öz məntiqi ilə şıxış edir”.

Ekspert hesab edir ki, tələb olunan istənilən məsələnin bazası olmalıdır:

“Əgər, orta məktəbdə riyaziyyat keçiriksə, kimya keçiriksə, ali məktəbə qəbul zamanı da bunu tələb edə bilərik. Amma biz orta məktəbdə məntiq keçmirik axı?! Di gəl ki, qəbul imtahanlarında sualların çoxu məntiqə əsaslanır. Ona görə də məntiq ya bir fənn kimi tədris olunmalıdır, ya da imtahanlardakı məntiq sualları ləğv olunmalıdır. Belə olarsa, qəbul zamanı yüksək bal toplayanların da sayı artar və sağlam rəqabət yaranar”.

Dünyapress TV

Xəbər lenti