Ardını oxu...
Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında yerləşən fərdi yaşayış evlərinin birində 14 yaşlı yeniyetmə ehtiyatsızlıq nəticəsində ikinci mərtəbədən yıxılıb.

Hadisə şahidinin sözlərinə görə, təcili tibbi yardımla əlaqə saxlasa da, köməyə gələn olmayıb:

“Uşağın vəziyyəti pis idi, ayaqları sınmışdı, qanın içində idi. Təcili yardımla əlaqə saxladım. Təəssüf ki, heç kim gəlmədi. Heç kim bizim zənglərimizə cavab vermədi. Uşaq ağrı içində idi, qan itirirdi. Ona görə də məcbur qalıb taxtanın üzərinə qoyduq, qonşuların köməyi ilə yaralını xəstəxanaya çatdırdıq”.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək.

 
Ardını oxu...
İranda general Qasım Süleymaninin anım mərasimində partlayış zamanı 103 adam ölüb.

Partlayış onun türbəsi yaxınlığında törədilib. Partlayış nəticəsində türbəyə zərər dəymədiyi bildirilir.

Bu gün Süleymaninin qətlə yetirilməsinin dördüncü ili tamam olur.

İran dövlət televiziyası İrib bildirib ki, Kirman şəhərində, Gülzar Şahadai-yə gedən yolda Sahib əl-Zaman məscidi yaxınlığında mərasim zamanı törədilən digər bir partlayış nəticəsində 211 nəfər yaralanıb.
Kirman qubernatorunun müavini hadisələri "terror aktı" adlandırıb.

Bəzi görüntülərdə yerdə bədənlər var və Təcili Yardım maşınlarının hadisə yerinə tələsdiyi bildirilir.

İranın Qızıl Aypara Cəmiyyəti açıqlayıb ki, birinci partlayış yerinə yardıma göndərilən və ikinci partlayış nəticəsində azı bir tibb işçisi ölüb.

Partlayışı kimi törətdiyi bəlli deyil və heç bir qruplaşma indiyədək bununla bağlı açıqlama verməyib, BBC News yazır.

Lakin ərəb separatçıları, İslam Dövləti (İD) və digər bəzi sünni cihadçı qruplar İranın təhlükəsizlik qüvvələrinə qarşı və şiə ziyarətgahlarına son illərdə "ölümcül hücumlar" həyata keçirdiklərini açıqlayıblar.

İnternetdə partlayışların törədildiyi yerdən videolar yayılır.

BBC Farsca xəbər verir ki, Kirman meri Səid Şerbaf partlayışların 10 dəqiqə ara ilə baş verdiyini deyib.

"Biz qəbiristanlıq istiqamətində addımlayarkən qəfildən arxada bir maşın saxladı və içində zibil yeşiyinin içinə yerləşdirilmiş bomba partladı", - İranın İsna agentliyi bir şahidin dediklərini yazıb.

"Biz sadəcə partlayışın səsini eşitdik və insanların yıxıldığını gördük", - o əlavə edib.
Ardını oxu...
Ardını oxu...
"Tasnim"-in məlumatına görə, bombalar iki çantaya yerləşdirilib və uzaqdan işə salınıb.

Rəsmilər dərhal partlayışın baş verdiyi ərazidə olan şəxslərdən mərasim yerini tez bir zamanda tərk etməyi xahiş ediblər.

Qızıl Aypara Cəmiyyətinin baş direktoru mərasimdə izdiham yaşandığını bildirib.

Qasım Süleymani 2020-ci il yanvarın 3-də Bağdadda Amerika pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb.

Bu gün yüzlərlə şəxs General Süleymaninin anım mərasimi üçün onun türbəsinə doğru yürüş edib.

Süleymaninin 2020-ci ildə qətlinə fərmanı o zamankı ABŞ Prezidenti Donald Trump vermişdi. O, Süleymanini dünyanın "bir nömrəli terrorçusu" adlandırmışdı.

General Süleymani Ali lider Ayətulla Əli Xameneyidən sonra İranda ən güclü fiqur hesab olunurdu.

Çərşənbə günü baş vermis “ekiz partlayış”ın İranın dəstəklədiyi fələstinli Həmas liderinin müavininin İsrail PUA-sının zərbəsi ilə Livanda öldürülməsindən sonra bölgədə gərginliyin artması fonunda baş verdiyi bildirilir.
Qasım Süleymani İnqilab Keşikçiləri ordusunun xarici əməliyyatlar qolu olan Qüds Qüvvələrinə nəzarət edirdi.

Süleymani bu qüvvələr vasitəsilə müttəfiq hökumət və silahlı qrupların, o cümlədən Həmas və Hizbullahın maliyyəsi, silahlar, kəşfiyyat və logistik təminatına məsul şəxs idi.

Ətraflı burada oxuyun: Qasım Süleymani kim idi?
Ardını oxu...
bbc
 
Ardını oxu...
“Yeni ilin ilk günü Vəkil Zaur Məmmədovun intihar etməsi xəbəri bütün vəkillər kimi məni də üzdü. İlk növbədə, onun ailəsinə və əzizlərinə dərin hüznlə başsağlığı verirəm. ALLAH rəhmət eləsin!

İlk dəqiqələrdən hadisəni diqqətlə izləyirəm və bu intiharın Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association , yaxud mərhum Zaurun sağlıq durumu ilə əlaqələndirilməsi qətiyyən yolverilməzdir”.

Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış vəkil Aslan İsmayılov vəkil Zaur Məmmədovun intihar etməsi faktını şərh edərkən deyib.
Aslan İsmayılovun sözlərinə görə, son dövrlər Azərbaycanda Vəkilliyin nüfuzunun artması rüşvətxor məmur tayfası üçün ölümə bərabərdir:

“Ona görə də baş vermiş faciədən öz çirkin niyyətləri üçün istifadə etmək istəyənlər də var.Bu hadisə geci-tezi olmalı idi, çünki normal, vicdanlı, əxlaqlı insan üçün artıq vəkillik dözülməz bir peşəyə çevrilirdi. Vəkil bir tərəfdən qanunla problemi olan insanlar, digər tərəfdən isə bütün inzibati resurslara sahib hüquq-mühafizə və məhkəmə orqanları arasında qalır. Vətəndaş nəyin bahasına olursa olsun problemi onun xeyrinə həll etməyi tələb edir, digər tərəfdə isə məmur tayfası malik olduğu səlahiyyəti vəzifə borcu yox, qazanc üçün vasitə sayır. Vətəndaş da əksər hallarda tək pozulmuş hüquqlarının qorunmasını yox, həm də yol verdiyi qanun pozuntusundan boyun qaçırmaq istəyir. Xüsusilə, son vaxtlar qanunun keşiyində durmalı olan insanlar yol verdikləri qanun pozuntusunun ictimailəşməsindən belə çəkinmir və rüşvəti açıq şəkildə tələb edirlər. Ən ağrılı olan isə odur ki, bir çoxları murdar həddə çatmış rüşvətxorluğu Qarabağda gedən quruculuq işləri ilə əlaqələndirirlər”.

Aslan İsmayılov xatırladır ki, sosial şəbəkə hesabında bir neçə artıq vicdanla vəkillik etməyin qeyri-mümkün olduğunu yazıb:“22 noyabr 2023-cü il tarixli statusumda yazmışdım: Əgər 30 ildən artıq Respublika Prokurorluğunda, Prezident Administrasiyasında işləmiş bir vəkil bu cür saymamazlıqla qarşılaşırsa onda Siz yeni işə başlamış gənc vəkilin vəziyyətini təsəvvür edin. Məhz buna görə də vəkillərin bəziləri vəkilliklə yox, dəllallıqla məşğul olmağa məcbur olurlar, çünki qanuni yolla heç nə etmək mümkün olmur”. Tam məsuliyyətimlə bildirirəm ki, bu gün Azərbaycanda ən çox qazanan heç də ən savadlı, təcrübəli, zəhmətkeş vəkil deyil. Ən çox qazanan dəllalığı yaxşı bacaran, rüşvətxor məmur tayfası ilə yaxşı münasibətlərdə olan, vicdanın, əxlaqın nə olduğunu bilməyənlərdir. Bu gün mənim 1 ildə qazandığımı 1 həftədə, 1 ayda qazanan belə “bacarıqlı” vəkillər var. Vəkilə müraciət edən müştərilərin mütləq əksəriyyətinin ilk sualı problemin kimlərlə, hansı miqdarla həll ediləcəyi olur. “Qanunla bacardığımızı edəcəyik” cavabı isə demək olar ki, heç kimi qane etmir, çünki artıq vətəndaşlar da bilir ki, əksər hallarda rüşvət olmasa qanun da öz yerini tapmır. Xüsusilə, gənc vəkillər baş verənləri görürlər və bir çoxları da daha asan yolu seçməyə üstünlük verirlər.

Hazırki iş üzrə istintaq gedir və bu prosesin obyektiv araşdırılmasında Vəkillər Kollegiyası rəhbərliyinin maraqlı olmasında heç bir şübhəm yoxdur. Ancaq istintaqın obyektiv gedəcəyinə isə ciddi şübhələrim var, çünki o işin obyektiv, hərtərfli araşdırılması tək rüşvət alıb qaytarmayan müstəntiqlə yekunlşmayıb daha yuxarı mərtəbələrə gedəcəyinə əsla şübhə etmirəm. Əgər ciddi ictimai nəzarət olmasa bu hadisənin ört-basdır ediləcəyinə də şübhə etmirəm. Yox, əgər bu iş üzrə hərtərəfli, ədalətli araşdırma aparılsa bu ölkədə korrupsiyanın qarşısının alınmasında ciddi bir hadisə olacaq”.
 
Ardını oxu...
ABŞ Geoloji Xidməti Nyu-Yorkun mərkəzindəki Ruzvelt adası yaxınlığında yerli sakinlərin partlayış səslərindən şikayətləndiyi vaxta təsadüf edən zəlzələni qeydə alıb.

Amerikalı seysmoloqların məlumatına görə, adanın yaxınlığında yerləşən Kuins bölgəsində 1,7 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib. Nyu-York Yanğınsöndürmə İdarəsinin mətbuat xidmətinin məlumatına görə, cəmi səkkiz dəqiqə sonra onlara yerli sakinlərdən binada “bir sıra partlayışlar və silkələnmə” barədə zənglər gəlib. Nyu-Yorkda kommunal xidmət göstərən “Con Edison” şirkətinin məlumatına görə, hadisə yerinə yaxın yerlərdə elektrik enerjisinin kəsilməsi ilə bağlı bir şikayət qeydə alınıb.

Mənbə: TASS
 Mənbə: Freepressjournal.in
Ardını oxu...
Bu yaxında bir məclisdə bir neçə xanımla masa arxasında bir yerdə əyləşmişdik.
Bu xanımlar mənə dedilər ki,Sima xanım,bəlkə də heç fikir verməmisiniz,biz sizi facebookda,başqa sosial şəbəkələrdə əngəlləmişik.
Yəni blok etmişik.
Dedim,əcəb etmisiniz.
Amma səbəbini bilmək olarmı?
Bəlkə hansısa sözüm,hərəkətim xətrinizə dəyib,bilməmişəm.
Dedilər,yox,şəxsi mənada heç nə olmayıb.
Sadəcə biz mübarizçiyik.
Bir az da aydınlıq gətirəndən sonra məlum oldu ki,bunlar iş adamı Mübariz Mənsimovun tərəfdarlarıdır.
Mən də bu milyarder haqqında məqalələrlə çıxış etdiyimə görə yan-yörəsinə göstəriş verib,məni hər yerdə blokladıb.
Yəni özünə kişi deyən birinin qadınla mübarizə üsulu.
Bu cür "mübariz" Mübariz də var.Bu cəhətini də bilin.
Görkəmli şəxslərin,şəhidlərin adını gəmilərinə yazmaqla deyil.
Bu gəmilərlə üzüb okeanın o tayında erməni kommersantlarla iş quracaq qədər dayaz adamdır sizin tərəfini saxladığınız bu adam.
Bu Mübariz Mənsimov elə bil pusquda durub,neqativ bir şey görən kimi peyda olur.
Məsələn,şəhid Səbuhi Əhmədovun qardaşı Sənanla bağlı bir müddət qalmaqal,narazılıq yaranmışdı.
Dərhal Mübariz Mənsimov ortaya çıxıb Sənana iş təklifi etdi,şəhid qardaşının da adını gəmiyə yazdı.
Sonradan həmin Sənan instaqramda gileylənirmiş ki,Mübariz Mənsimovla görüşə bilmirəm.
Deyirlər bu yazıdan sonra şəhid qardaşının səhifəsi bağlanıbmış.
Mübariz bəyin nəzərinə onu çatdırmaq istəyirəm ki,şəhid adlarını gəmilərinə qoymaqla özünü reklam etmək spekulyasiyası artıq o qədər də keçərli deyil.
Azərbaycan dövləti,həmçinin Türkiyə dövləti nəyin nə,kimin kim olduğunu yaxşı bilir.
Elə ona görə də bir müddət qardaş ölkədə zindanı görüb gəldiniz.
Pul çox şeyi həll etsə də hər şeyi həll etmir.
Palmalı şirkətinin xeyriyyəçilik adı ilə İstanbul və sair yerlərdəki Azərbaycan məktəblərinin işinə dolayısı ilə müdaxiləsi,cəmiyyətdə ikitirəlik yaratması nəzərdən qaçmır.
Bir gün bütün əməllərin cavabı,cəzası veriləcək.
Sima Babayeva
Teref: Xocanın Blogu
Səhifəmiz hamının üzünə açıqdır!
 
         
Ardını oxu...
Yaponiya Sahil Mühafizəsinə aid "DHC-8" hərbi-nəqliyyat təyyarəsi Tokionun Haneda hava limanında "Japan Airlines"a (JAL) məxsus təyyarə ilə toqquşub.

Bu barədə NHK telekanalı məlumat yayıb .

"Tokio Metropoliten Polis Departamenti beş ekipaj üzvünün həlak olduğunu, pilotun isə ağır yaralandığını bildirir", - nəşr bildirib.

Qeyd edilib ki, qəzadan sonra alovlanan JAL təyyarəsində olan sərnişinlərdən heç biri xəsarət almayıb. Məlumata görə, təyyarədə 367 sərnişin olub.

Toqquşmadan sonra Yaponiya Sahil Mühafizəsi təyyarəsinin yalnız bir ekipaj üzvü təxliyə oluna bilib.

Son məlumata görə, dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Niiqata şəhərinə uçmağa hazırlaşan təyyarənin göyərtəsində 6 nəfər olub.

Hüseyn İbadlı
Ardını oxu...
Vəkil Zaur Məmmədovun qardaşı onun intihar etməsi üçün bir səbəbin olmadığını bildirib.

Vəkillər kollegiyasının yanında özünü yandıraraq intihar edən Salyan vəkil bürosunun vəkili Zaur İsa oğlu Məmmədov Hacıqabul şəhər sakinidir. 36 yaşlı (1987-ci il təvəllüdlü) Z.Məmmədov subay olub. Ailənin kiçik övladı olan Zaur ailədə 2 qardaş, bir bacıdılar. Hacıqabul şəhəri M.F.Axundov küçəsi, ev 78 ünvanında qeydiyyatda idi.

Qardaşı Seymur Məmmədov APA-ya bunları deyib: “Dünən atam onunla telefonla danışıb. Atam dedi ki, bayramdı gəl bir yerdə keçirək. Zaur da cavabında deyib ki, bu gün (31 dekabr) yox, sabah gələcəyəm. Yəni, bu gün onu gözləyirdik. Bu gün də eşitdik ki, bu hadisə baş verib. Heç bir problemi yox idi”.

İntihar etməyə bir səbəbin olmadığını bildirən qardaşı onun nə borcunun olduğunu, nə də bir istəklisinin olmadığını qeyd etdi.
 
Ardını oxu...
Vəkil Zaur Məmmədov intihar edib.

“Qafqazinfo”nun məlumatına görə, Z.Məmmədov hələlik bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Vəkillər Kollegiyasının qarşısında qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb ediliblər.
Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərirdi.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Təbii ki, bütün görüşlər zamanı bu məsələ gündəmdə olur, qaldırılır. Delimitasiya prosesi kifayət qədər spesifik və texniki prosesdir. Bununla bağlı ayrı bir komissiya mövcuddur və o fəaliyyət göstərir. Sərhədlə bağlı olan məsələlər delimitasiya prosesinin tərkib hissəsi olaraq öz həllini tapmalıdır.

Gununsesi.info xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair keçirilən mətbuat konfransı zamanı işğal altında olan 8 kəndimizlə bağlı sualı cavablandıran nazir Ceyhun Bayramov deyib.

Nazir 8 kəndin geri qaytarılması ilə bağlı məsələyə delimitasiya prosesi çərçivəsində baxılacağını qeyd edib:

“Sülh müqaviləsi kontekstində bu məsələlərin ümumi prinsipləri əks edilə bilər. Çünki hətta ərazi münaqişəsi, problemli keçmişi olmayan ölkələr arasında belə delimitasiya prosesi uzun illər çəkə bilər. Biz sülh müqaviləsinin daha qısa zamanda başa çatdırılmasında maraqlıyıqsa, bu iki prosesi bir-birinə bağlamağımız düzgün olmaz. Delimitasiya komissiyasının növbəti toplantıları zamanı bu məsələlərə baxılacaq. Məsələ gündəmdədir və hər zaman qaldırılır. Eyni zamanda onu da qeyd edə bilərəm ki, 8 kəndin özünün də ayrı-ayrı spesifik xüsusiyyətləri var. Bu kəndlərdən dördü anklavdır, geri qalanı isə anklav deyil və bizim digər kəndlərə bitişik formadadır. Bizim yanaşmamız hər zaman ondan ibarətdir ki, burda da bəlli bir ardıcıllıq ola bilər. İlk növbədə qeyd-şərtsiz həll olunan məsələlər ola, digər məsələlərin müzakirəsi isə qarşılıqlı formada davam etdirilə bilər. Ermənistanın da bir sıra iddialarının olması sirr deyil. Yəni onların sərhədlərlə bağlı öz baxışları var. Ancaq biz hesab edirik, bu, bir qədər fərqli qəbildən olan məsələdir. Çünki digər mübahisəli məsələlərdən fərqli olaraq biz konkret yaşayış məntəqələrindən danışırıq. Bu yaşayış məntəqələrinin kimə məxsus olması heç zaman mübahisə predmeti olmayıb. Orada minlərlə insan yaşayıb. Hamı hələ SSRİ dövründə bu kəndlərin kimə aid olduğunu bilir. Ona görə də gözləntilərimizin və tələbələrimizin ədalətli olduğunu hesab edirik. Proseslərin gedişatı zamanı bu məsələlər hər zaman gündəmdədir və düşünürəm ki, həllini tapacaq”.
 

Dünyapress TV

Xəbər lenti