Yaponiyada DAHA BİR FACİƏ: 5 nəfər öldü, 368 nəfər isə...Yaradılıb 03.01.2024 09:00 | Baxış sayı: 134 Yaponiya Sahil Mühafizəsinə aid "DHC-8" hərbi-nəqliyyat təyyarəsi Tokionun Haneda hava limanında "Japan Airlines"a (JAL) məxsus təyyarə ilə toqquşub.Bu barədə NHK telekanalı məlumat yayıb ."Tokio Metropoliten Polis Departamenti beş ekipaj üzvünün həlak olduğunu, pilotun isə ağır yaralandığını bildirir", - nəşr bildirib.Qeyd edilib ki, qəzadan sonra alovlanan JAL təyyarəsində olan sərnişinlərdən heç biri xəsarət almayıb. Məlumata görə, təyyarədə 367 sərnişin olub.Toqquşmadan sonra Yaponiya Sahil Mühafizəsi təyyarəsinin yalnız bir ekipaj üzvü təxliyə oluna bilib.Son məlumata görə, dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Niiqata şəhərinə uçmağa hazırlaşan təyyarənin göyərtəsində 6 nəfər olub.Hüseyn İbadlı