Ardını oxu...
Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən daha iki nəfər tutulub.
TEREF.AZ APA-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları Əliyeva Fidan Teymur qızı və Abbasov Tərlan Mirbəşir oğlu dövlətə xəyanət etməkdə təqsirləndirilir.Onların hər ikisinə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib. Lakin onlara verilən ittihamın mahiyyəti açıqlanmayıb.

Hər iki şəxs barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Fidan Əliyevanın cinayət işinə hakim Eldar İsmayılov, Tərlan Abbasovun işinə isə hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq.
 
Ardını oxu...
“Fikrimcə, ofşorlar xüsusi xidmət orqanları tərəfindən yaradılır”.
Haqqın.az xəbər verir ki, bu sözləri tanınmış maliyyəçi, Azərbaycan
Beynəlxalq Bankının səs-küylü işi üzrə təqsirləndirilən şəxslərdən biri,
Lüksemburqdakı “VES Consultancy” MMC-nin rəhbəri Xaqani Bəşirov
azərbaycanlı jurnalist Eynulla Fətullayevə müsahibəsində deyib.
Uzun illər Qərb və Azərbaycan mətbuatı Xaqani Bəşirovu Azərbaycanın əsas
bankının aktivlərini ofşora yerləşdirməkdə və milyardların talanmasında əli olmaqda
ittiham edirdi.
Lakin Xaqani Bəşirov bütün ittihamları sükutla qarşılayırdı. Nəhayət, maliyyəçi
azərbaycanlı jurnalist Eynulla Fətullayevin suallarını cavablandırmağa və Azərbaycan
maliyyə sisteminin tarixindəki bilinməyən məqamlara işıq salmağa razılıq verib.
Bəşirovun öz etirafına görə, bu, onun ilk və sonuncu müsahibəsidir.
Xaqani Bəşirov ofşorların onun üçün maraqlı olmadığını bildirib. “Mən həmişə
ofşorlara qarşı olmuşam, bu mənim subyektiv fikrimdir. Çünki zənnimcə, ofşorlar
xüsusi xidmət orqanları tərəfindən yaradılır ki, bütün sadəlövh insanlar ora öz
pullarını köçürsünlər, onların hamısına eyni zamanda nəzarət etmək mümkün olsun
və hamısını birlikdə ələ keçirə bilsinlər. Ofşorlar mənim üçün elə də maraqlı mövzu
deyil”, - deyə o qeyd edib.
Xaqani Bəşirov təqsirləndirildiyi məsələ ilə bağlı təəssüf hissi keçirdiyini də deyib.
“Gərək Beynəlxalq bankla əməkdaşlıq etməzdim, bütün bu məsuliyyəti üzərimə
götüməzdim, amma çox maraqlı idi, gözəl imkanlar var idi və bunlar maddi anlamda
deyil, məhz peşəkar anlamda gözəl imkanlar idi. Tamam başqa bir səviyyə idi,
olduqca maraqlı idi”, - deyə o vurğulayıb.
Daha ətraflı videosüjetdə:

 
Ardını oxu...
Həmdulla əfəndi Əfəndizadə ermənilərin 1918-ci ildə Azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı zamanı daşnakların vəhşiliklərinin qarşısını almaqda xüsusi xidmətlər göstərən şəxslərdən olub.
O Quba qəza komissarı Əli Bəy Zizikskinin komandanlığı altında ermənilərə qarşı təşkil olunan mübarizə dəstələrində vuruşub. 1918-ci ilin aprelində Dəvəçi nahiyəsinə soxulmuş erməni daşnakları dinc azərbaycanlılara qarşı soyqırımına başladıqda, Həmdulla əfəndi "sağ əli" və müttəfiqi Qaçaq Mayılla birlikdə xalqı ayağa qaldıraraq ermənilərə qarşı vuruşmuşdur.
1920-ci il aprelin 27-də bolşeviklərin zirehli qatarı Azərbaycana soxulduqda, Əfəndizadə öz tərəfdarları ilə birlikdə onun qarşısını kəsməyə cəhd göstərmiş, lakin qüvvələr qeyri-bərabər olduğundan geri çəkilməyə məcbur olmuşdur.
Ümumiyyətlə Həmdulla əfəndi, 18-ci illərdə David Gelovaninin, Amazapsın, Martıkyanın, Çurayevin, Abraab Velnutsun, 20-ci illərdə isə İ. Miluninin, Moravskinin, Şalomovun, Molonovun, Moyerin orduları ilə dəfələrlə üz-üzə gəlmiş, Şamaxıda qırğın törədən Lalayanı şəxsən öldürmüşdür.
 
Ardını oxu...
“AQ” MTK barəsində idarəçilik qaydaları əleyhinə olan (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.

DİA.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın icraatındadır.

Məhkəmə ilə əlaqəli baxış iclası 05.07.2023, saat 11:20-yə təyin edilib.
Ardını oxu...
Zəngəzur (Sünik) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan 46 yaşlı vulkanizasiya işçisini güllələyib.

TEREF.AZ erməni mediasına istinadla xəbər verir ki, ötən gün T.Xaçatryan əvvəlcə şəhərin mərkəzində polislərdən birinin arvadını təhqir edib, daha sonra tərəvəz satıcısını döyüb. Axşam saatlarında isə Gorus rayon sakini olan vulkanizasiya işçisini güllələyib. Güllə onun əlinə dəyib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Tiqran Xaçatryan axtarışa verilib.

İnsidentin səbəbi kimi isə T.Xaçatryanın qardaşının həbsi göstərilir. Bildirilir ki, 29 iyunda Ermənistan DİN Tavuşda əməliyyat keçirib və xeyli sayda vətəndaşı saxlayıb. Saxlanılanlardan biri də Zəngəzurun keçmiş qubernatoru Surik Xaçatryanın oğludur.

Axar.az
 
Ardını oxu...
Bakının Qaradağ rayonunda yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki “Qobu park 2” yaşayış kompleksindəki 18-ci binada qeydə alınıb.

Belə ki, 10-cu mərtəbədə yerləşən 50-ci mənzilin sahibi Coşqun Mehdiyev ailəsi ilə birgə yaşadığı mənzili yandıraraq dama çıxıb.

Qonşular alovun qarşısına almağa çalışsa da onların köməyinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları çatıb.

Alovun qarşısı qısa zamanda alınıb.

Qonşular bildirir ki, Coşqun ruhi əsəb xəstəsidir. O, birgə yaşadığı ailə üzvlərini də döyərək evdən qovub.

Hadisə yerinə polislər gəlib.

Ev sahibi Coşqun Mehdiyev bölməyə dəvət edilib.

Hadisə araşdırılır.

21:23
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 55 kvadratmetr olan 2 otaqlı evin 1 otağının qapısı və divar üzlüyü 2 kvadratmetr sahədə yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

21:08

Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park-2” yaşayış kompleksində yanğın olub.

Oxu.Az-ın məlumatına görə, hadisə yaşayış kompleksindəki 18-ci binanın 10-cu mərtəbəsində baş verib.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Ardını oxu...
 
 


 
Ardını oxu...
Şahzadə Harri və Meqan Markl Frogmore kottecinin kral evindən qovulublar.

Publika.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Bildirilib ki, Kral tərəfindən qovulan cütlük açarları da geri təhvil veriblər.

"Privy Purse"nin gözətçisi ser Maykl Stevens təsdiq edib ki, hazırda Kaliforniyada yaşayan Sussex hersoqu və hersoginyası, yürüş əmri verildikdən altı ay sonra "Windsor" əmlakındakı beş otaqlı mülkü tərk edib.
 
Ardını oxu...
Cəlilabad şəhərinin Qurtuluş prospektində 80 yaşlı kişini minik avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə zamanı 1943-cü il təvəllüdlü Yaqub Əliyev xəsarət alıb.

Y.Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıya açıq kəllə küt travması, sağ təpə gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ baldırın orta aşağı açıq-qapalı və çoxsaylı sınıqları diaqnozu qoyulub.


Y.Əliyev həkimlərin səyinə baxmayaraq, xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.
 

Dünyapress TV

Xəbər lenti