Ardını oxu...
Qəhramanmaraşda mikroavtobusda halı pisləşən, daha sonra ürəyi dayanan və bədəni soyumağa başlayan sərnişin 54 yaşlı Hüseyn Açıkgözün "öldüyü" düşünülsə də, xəstəxanaya aparılıb.

Həkimlərin səyi nəticəsində 20 dəqiqədən sonra həyata qaytarılan xəstənin verdiyi sual hər kəsi şoka salıb.

Belə ki, xəstə "Özümə gələndə deyirdim ki, kosmosdayam, yoxsa evdəyəm?" deyə soruşduğunu qeyd edib.

Həkim isə "Bura gələndə ürəyi dayanmışdı. 5 damarını dəyişdik. Çox şükür ki, tez hərəkət etdiyimiz üçün beyninə təsir etmədi" deyib. \\32gun.az
 
Ardını oxu...
Keçmiş deputat Mahir Aslanov barəsində inzibati iş başlanıb.

Qaynarinfo xəbər verir ki, deputat İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə ittiham edilir.

Bu maddədə qeyd edilir ki, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Anar İbadzadə iş üzrə hakim təyin edilib.

Mahir Aslanov 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisin dördüncü çağırış deputatı olub.
 
Ardını oxu...
Zığda yerləşən köhnə həyət evləri və 5 mərtəbəli binalar sökülərək, yerində hündür mərtəbəli binalar tikiləcək.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, buna səbəb yeni təqdim olunan Bakının Baş palanına əsasən Bakı bulvarının cənub istiqamətində uzadılmasıdır.

Yeni layihəyə əsasən, bulvarın keçdiyi ərazilərdə söküntü işləri aparılacaq. Bulvarın keçdiyi ətraf ərazilərdə isə müasir tələblərə cavab verən binalar tikiləcək.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən bulvar cənub istiqamətində uzadılacaq. Bu da uzunluğu təqribən 5,7 km olan 10,7 ha əlavə ictimai yaşıllığın təmin edilməsinə imkan verəcək.

Qeyd edək ki, Bakı bulvarının “Ağ şəhər”dən Zığa doğru uzadılması uzunluğu təqribən 8 km, sahəsi isə 247,8 ha olan əlavə bulvar sahəsinin yaradılmasına imkan verəcək.
 
Ardını oxu...
Ötən gün “Bravo” supermarketində çalışan əməkdaşlardan birinin lazımsız məhsulları zibil qabına atmasını əks etdirən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri məsələyə birmənalı yanaşmayıblar. Yaranan suallardan biri: “Niyə supermarketlərdə bu məhsullar atılır, onları zibil qutularının yanına ayrıca qoymaq olmazmı ki, ehtiyacı olan götürsün?” - olub. Bəziləri isə bildiriblər ki, zibil qabına atılması nəzərdə tutulan məhsullar istifadə üçün təhlükəlidir. Həmçinin zibil qabından kənara qoyulan istənilən tullantılar isə ilk növbədə ətrafın çirklənməsi, zibillərin ətrafa yayılması deməkdir. Atılan məhsullar yararsız olduğu üçün onu başqasına vermək heç bir halda doğru deyil.

Məsələ ilə bağlı yaranan sualları “Bravo” supermarketlər şəbəkəsinə ünvanladıq. Şəbəkənin PR meneceri Pərvanə Mədətli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, şəbəkə fəaliyyətə başladığı ilk gündən qida təhlükəsizliyi qaydalarına ciddi şəkildə riayət edir:

“Qida təhlükəsizliyi qaydaları, məhsulların saxlanma şəraiti ilə bağlı mütəmadi olaraq əməkdaşlarımıza təlimlər keçirilir.

Qeyd olunan məsələ ilə bağlı bildirmək istəyirik ki, şəbəkəmizə aid mağazalarda gün ərzində bütün kateqoriyalara baxış keçirilir. Təbii ki, istehsal müddəti bitmiş, istifadəyə yararsız məhsullar rəflərdən mütəmadi olaraq yığışdırılır.

Meyvə-tərəvəzin yoxlanılması zamanı çürümə, kiflənmə, qurdlanma və s. kimi problemlər varsa, onlar istehlaka yararsız olduğundan tullantı olaraq dəyərləndirilir.

İnsanların sağlamlığı bizim şəbəkə üçün prioritetdir. İstehlaka yararsız məhsulların insanlar tərəfindən istifadəsinə icazə verilməsi isə birbaşa qanun pozuntusudur. “Bravo” bu məsuliyyəti anlayır və bu kimi halların qarşısını almaq üçün əlindən gələni edir.

Əlavə olaraq onu da qeyd edək ki, şəbəkəmiz müxtəlif KSM (korporativ sosial məsuliyyət) layihələrinin birbaşa təşkilatçısı və əsas dəstəkçisidir. Marketlər şəbəkəsi bu kimi layihələrdə həm təşkilatçı, həm də dəstək göstərən qurum kimi iştirak edəndə ümumi strategiya ənənəsini saxlayır - daim keyfiyyətli, təzə məhsulların təqdimatını əsas götürür”.

 
Ardını oxu...
Bakıda “Şamaxinka” körpüsü qəzalı vəziyyətdədir.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər İTV-nin efirində yayımlanıb.

Belə ki, daş parçası körpüdən qoparaq hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin üzərinə düşüb.

Zərərçəkən Asiman Nuriyev bildirib ki, hadisə nəticəsində maşının arxa şüşəsi tamamilə sınıb.
Həmçinin, daşın onun çiyninə düşdüyünü də qeyd edib.

Ətraflı süjetdə:


 
Ardını oxu...
Sumqayıt şəhər Yəhya Məmmədov küçəsində yerləşən yataqxanada baş verən partlayışın bəzi təfərrüatları məlum olub.

Partlayış baş verən evin sahibinin qonşusu Zenfira Həziyeva “Report”a məlumat verib ki, qonşusu Ceyhun Paşayev həyətdə kanalizasiya çəkirmiş. Nəticədə sızan qaz kanalizasiya xətti ilə evə dolub və partlayış baş verib:

“Qapı qonşumuzdur. Elə partlayış olan kimi qapı üstümə gəldi. Evə qaçmaq istəyəndə gördüm ki, pəncərə də oradan qırıldı”.

Mətanət Qazıyeva isə hadisəni belə xatırlayır:

“Evdə oturmuşdum. Uşaqlar nənəsi ilə hadisə baş verən tərəfdə idilər. Birdən partlayış səsi gəldi və elə bildim zəlzələdir. Hamımız qışqıra-qışqıra çölə qaçdıq. Dedilər ki, partlayışdır. Evində partlayış olanlar da qışqıraraq evdən çıxdılar. Deyirlər qaz sızması olub”.

Qeyd edək ki, bina sakinlərinin sözlərinə görə, sözügedən yataqxanaya qaz xətti çəkilməyib. Partlayış zamanı bir ailənin dörd üzvü xəsarət alıb.1986-cı il təvəllüdlü Ceyhun Paşayevin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.


15.01.2024, 22:24

Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş vermiş partlayışla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Hadisə nəticəsində ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir.

İlkin ehtimala əsasən hadisə qazsızma nəticəsində baş verib.


15.01.2024, 22:00

Sumqayıtda partlayışda xəsarət alan dörd nəfərdən üçünün vəziyyəti orta ağırdır.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış nəticəsində dörd nəfər (ikisi böyük, ikisi uşaq olmaqla) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə yerləşdirilib.

1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslər Təcili Tibbi Yardım Xəstəxanasına, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslər isə Uşaq Xəstəxanasına yerləşdiriliblər.
Müxtəlif növ yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. 1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.

15.01.2024, 21:40

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, dörd nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Ardını oxu...
Kiberdələduzlar tərəfindən “Telegram” tətbiqində “Kapital Bank” ASC-nin adından saxta dələduzluq səhifəsi yaradılıb.
TEREF Trend-ə istinadla xəbər verir ki, Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.
Qeyd olunub ki, dələduzlar səhifədə saxta kampaniyalar paylaşırlar: "Kampaniyada iştirak etmək üçün vətəndaşlardan paylaşımlarda qeyd olunan saxta keçidə daxil olmaq tələb edilir. İlk baxışda qeyd olunan keçidlər bankın rəsmi domen ünvanı ilə oxşar olsa da daxil olduqdan sonra vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün saxta veb-sayta yönləndirilir".
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.
 
Ardını oxu...
Biləsuvarda yol qəzası olub, üç nəfər yaralanıb.

Hadisə rayon ərazisində qeydə alınıb.

Avtoqəza nəticəsində İmişli rayon sakinləri, 1994-cü il təvəllüdlü T.Sonverdiyeva, 2017-ci il təvəllüdlü N. Məmmədova və Biləsuvar rayon sakini, 1998-ci il təvəllüdlü İ.Ağazadə xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.// Report
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, 4 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

APA bildirir ki, partlayış zamanı 1 ailənin 4 üzvü xəsarət alıb.

Belə ki, 1986-cı il təvəllüdlü Paşayev Ceyhun Eldar oğlu üzün və əllərin yanıqları, onun həyat yoldaşı Paşayeva Vüsalə Gündüz qızı üzün və əllərin 1-2-ci dərəcəli yanığı xəsarətləri alıb.

Bundan başqa onların uşaqları – 2008-ci il təvəllüdlü Paşayeva Nəzakət üzün 2-ci dərəcəli termik yanığı, 2013-cü il təvəllüdlü Paşayev Yusif üzün 1 ci dərəcəli, əlin 2-ci dərəcəli yanığı xəsarətləri alıblar.

Dünyapress TV

Xəbər lenti