“Halal”a haram qatanlar...
Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru İlham Bayramov sahibkarların “halal brend”, “orqanik məhsul” adlarından sui-istifadə etdiklərini bildirib:

“Bu sahədə problemlər var. Bu məsələlərə inamsızlıq, etibarsızlıq da hökm sürür. Çünki sahibkarlarımız “halal brend”, “orqanik məhsul” adlarından sui-istifadə edir və çaşqınlıq yaradırlar. Biz elə bir iş görməliyik ki, istehlakçılarımız “halal” sertifikat almış məhsula tam inansınlar. Maraqlıdır ki, Yaponiya, Almaniya, Koreya kimi ölkələrdə halal məhsula tələbat artıb, nəinki bizim kimi müsəlman ölkələrdə. Buna görə də biz çalışmalıyıq və elə bir mexanizm işləməliyik ki, halal məhsul istehlak etmək istəyən vətəndaşımız məhsuldan rahat şəkildə, əminliklə istifadə edə bilsin”.

Bəs kimlər bu cür sui-istifadə hallarına yol verirlər?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“Halal” sertifikatı ilə bağlı standartlar olmalıdır”

Deputat Ceyhun Məmmədovun sözlərinə görə, bunun üçün öncə standartlar hazırlanmalıdır:

“Bu standartlar dünyada var. Məhsulun üzərinə saxta “halal” adı yazılmamalıdır. Bu gün Azərbaycanda kim istəyir, bunu yazır. Bəzən hansısa şəxslər buna “halallıq” verir. Əksər müsəlman ölkələrində bununla bağlı qaydalar var və hesab edirəm ki, həmin qaydaların ölkəmizdə dəqiq tətbiqi ilə biz müəyyən işləri görə bilərik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də bu məsələdə böyük məsuliyyət daşıyır. Qurum bu cür problemlərin yaranmamasına çalışmalıdır. “Halal” sertifikatına müəyyən normalar, standartlar əsasında icazə verilməlidir”.

“Məhsulun istehsala çatdırılmasına qədər izləmə olmalıdır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Dünya Halal Konqresində iştirak etdiyi zaman şahidi olub ki, 53 ölkədən nümayəndələr halal məhsulun hazırlanması üçün qida əlavələri barədə vahid qərara gələ bilməyiblər:

“Bəzi müəssisələr məhsulun üzərinə “halal” adı yazmaqla müştəri cəlb edir. Əslində, “halal” sertifikatı yalnız halal standartları əsasında məhsul istehsal edilən müəssisələrə verilə bilər. Dünyada il ərzində halal məhsullara 30 trilyon pul xərclənir. Halal məhsullar həm də ekoloji təmiz məhsullar hesab olunur. Amma bu gün ölkəmizdə saxta “halal” adı altında məhsullar istehsal edilir. Azərbaycanın əmtəə bazarında “halal” adıyla satılan məhsulların 90 faizə qədəri halal deyil. Keçən ilin sonunda Azərbaycan Standartlaşdırma İnstitutuna bununla bağlı təkliflər verildi. Təəssüf ki, bizim təkliflər qəbul olunmadı. Hazırda sadə, standartları tam olmayan “halal” standart mövcuddur. Əgər bir müəssisə fəaliyyətini kreditlə davam etdirirsə, ona “halal” sertifikatı vermək düzgün deyil. Biz tələb qoyduq ki, müəssisələrdə onlayn izləmə sistemi varsa, belə yerlərə “halal” sertifikatı verilsin. Məhsulun istehsala çatdırılmasına qədər izləmə olmalıdır”.

Ekspert deyir ki, halal məhsullarla bağlı çağırışlara diqqət yetirilməlidir: “Halal” sertifikatın verilməsi pulsuz və şəffaf olsun. Saxta “halal” adı ilə ölkəyə məhsul gətirən və istehsal edən şəxslər də ifşa olunmalıdırlar”.

“Bu, daha çox vicdan məsələsidir”

“Heydər məscidi”nin imamı Rüfət Qarayevin sözlərinə görə, bu məsələ sertifikatdan və lisenziyadan əvvəl vicdan məsələsidir:

“Əgər bir insanın vicdanı, imanı yoxdursa, istər-istəməz müəyyən biznes gəlirlərini, öz şəxsi mənfəətini düşünərək müəyyən bir zamandan sonra insanları hansısa formada aldadacaq. Allah Rəsulunun dövründə bir şəxs buğda satırdı. Bu zaman nəm buğdaların üzərinə quru buğdalar yığılmışdı. Allahın Rəsulu gəlir həmin buğdanın altındakı nəm buğdaları üzə çıxarır və deyir ki, bizim ümmətimizi, insanlarımızı aldadan bizdən deyil. Yəni, insanları aldatmaq olmaz. Dediyim kimi, bu, bir vicdan məsələsidir. İnsanlıq sadəcə qidanın təmizliyində deyil. Allahını, Rəsulunu tanıyan, onu özünə örnək seçən insan bir müsəlman kimi həyatına davam edər. Gördüyü, etdiyi işlərdə, əməllərdə heç vaxt aldatmaz. Baxmayaraq ki, hansısa bir qurumdan, təşkilatdan bir insan gedib lisenziya ala bilər. Ola bilsin, həmin vaxt təşkilat, qurum o işin halallığını təsbit etsin. Amma sonrakı mərhələdə o insanlar müxtəlif yollarla bu qaydaları poza bilərlər”.

Axund qeyd edib ki, məhsul üzərində “halal” sözü yazmaq məsələnin həlli deyil:

“Ola bilsin ki, həqiqətən də vicdanlı, imanlı insanlar var. Heç halal yazmadan belə işlərini halal görürlər. Yaxud da üzərinə halal yazır, halallığı da tam olaraq qoruyub saxlayırlar. Onun üçün də məsələ tam vicdan məsələsidir. Bir müsəlman mömindirsə, çalışacaq özünə rəva bilmədiyi şeyi digər insanlara da rəva görməsin”.
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti