Ardını oxu...
Almaniya kansleri Olaf Şolz milyarder İlon Maskın onu axmaq adlandırdığı paylaşımına cavab verib.
Muskın mesajından hirslənib-hirslənməməyi ilə bağlı suala Almaniya kansleri belə cavab verib: “Bu, məni şərəfləndirir”.

O, həmçinin əlavə edib ki, o, texnoloji milyarderlərin fəaliyyəti ilə bağlı şərh verməyə özünü borclu hesab etmir. "O, dövlət başçısı deyil" - deyə Şolz bildirib.

Keçən həftə Şolz hökumətinin dağılması ilə bağlı xəbərləri şərh edən Mask X-də alman dilində yazıb: “Olaf ist ein Narr” (“Olaf axmaqdır”).
 
Ardını oxu...
Kolumbiyada artıq 46 mindən çox ailə daşqınlardan zərər çəkib.
Kolumbiya prezidenti Qustavo Petro yağışların səbəb olduğu daşqınlar səbəbindən ölkə boyu fövqəladə vəziyyət elan edib. AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.

Kolumbiyada yağışlı mövsümün dekabrın sonuna qədər davam edəcəyi təxmin edilir. Geniş yayılmış fəlakətin nəticələri ilə mübarizə üçün əsas səylər paytaxt Boqota və Quajira və Çoko departamentlərində cəmlənəcək.

Yerli "El Tiempo" qəzetinin məlumatına görə, indiyədək 46 mindən çox ailə daşqınlardan zərər çəkib. Bəzi ərazilərdə yağan yağışlar çayların məcrasından çıxmasına səbəb olub. Hələlik itkilər barədə məlumat verilmir.
 
Ardını oxu...
Oyuncaq şirkəti Mattel, filmin veb saytına keçidi çap etmək əvəzinə, yeni çıxan filmdən uyğunlaşdırılmış oyuncaq qutularının arxasında seksual məzmunlu saytın linkini çap edib.

“Sözcü” qəzeti xəbər verir ki, Mattel qalmaqaldan sonra üzr istəyib.

Oyuncaq şirkəti Mattel, qarşıdan gələn Wicked filmi ilə əlaqədar buraxılan kuklaların qablaşdırmasında səhvən pornoqrafik saytın ünvanını çap edib.

Qutunun arxasında yazılmış sayta daxil olan valideynlər və uşaqlar gözlərinə inanmayıblar. Çox qəzəbli valideynlər qutuların arxasına yazılan mesajı sosial mediada paylaşaraq Matteldən izahat gözlədiklərini bildiriblər.
Ardını oxu...
İtaliyanın Baş naziri Ciorcia Meloni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Bu barədə İtaliya Nazirlər Şurasının məlumatında bildirilir.

Məlumata görə, Baş nazir Ciorcia Meloninin rəhbərlik edəcəyi İtaliya nümayəndə heyəti noyabrın 13-də Bakıya gedəcək.

Qeyd edək ki, nümayəndə heyətində İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratin və digər rəsmi şəxslərin olması gözlənilir.
Ardını oxu...
Noyabrın 9-da Almaniya Kansleri Olaf Şoltz Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Almaniyada yaranmış siyasi vəziyyətə görə Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransının liderlər sammitində iştirak edə bilməyəcəyini bildirib.

Azərbaycan Prezidentinin mətbuat xidməti məlumatına görə, telefon danışığı zamanı Kansler Şoltz Almaniyanın COP29-da yeni maliyyə hədəfinin əldə edilməsi üçün lazımi dəstək göstərəcəyini bildirib.

Prezident Əliyevin COP29-un ev sahibi və sədr ölkə kimi Azərbaycanın tərəflər arasında körpülər qurmağa çalışdığını və nəticəyönümlü müzakirələrin aparılması üçün əlverişli platforma təmin etdiyini vurğuladığı qeyd edilir.

Məlumatda deyilir ki, Kansler Şoltz Almaniyanın Azərbaycan ilə Ermənistan arasında sülhün və mehriban qonşuluq münasibətlərinin qurulmasını dəstəklədiyini qeyd edib və bu xüsusda, ölkəsinin tərəfləri cəsarətli addımlar atmağa çağırdığını deyib.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüskarının Azərbaycan olduğunu, Ermənistanın konstitusional əsasda ölkəsinə qarşı ərazi iddialarının hələ də qalmaqda olduğunu bildirib. Dövlət başçısının Ermənistanın sənədin mətni üzrə təkliflərini xeyli gecikdirməsinin prosesə mənfi təsir etdiyini xatırlatdığı, amma buna baxmayaraq, tərəflərin sənədin mətni üzrə yekun razılaşma əldə etməyə yaxın olduğunu və COP başa çatdıqdan sonra danışıqların davam etdiriləcəyini vurğuladığı bildirilir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək.

COP-29-un rəsmi məlumatına görə, Bakı sammitində yüzdən çox dövlət və hökumət başçısının iştirakı gözlənilir.

Məlumatda qeydə edilən sülh müqaviləsi ilə bağlı Prezident Əliyevin dediklərinə gəlincə Ermənistan tərəfi hələ buna münasibət bildirməyib.

Tərəflər arasında sülh sazişi imzalanmayıb, sərhədlər demarkasiya olunmayıb. Son illər sülh danışıqları həm Qərbin, həm də Rusiyanın vasitəçiliyi ilə aparılıb.
 
Ardını oxu...
Müxtəlif şəhərlərdən alınan 4 mindən çox DNT nümunəsini araşdıran elm adamları bioloji cəhətdən türklərə ən çox bənzəyən ölkələrin siyahısını açıqlayıb.

TNS xəbər verir ki, Bilkent Universiteti Molekulyar Biologiya və Genetika Departamentinin rəhbərliyi ilə Koç Universiteti Suna İnan Kıraç Vəqfi, Sağlamlıq Elmləri, Rockefeller, Yale, Cardiff universitetləri və Sinay dağındakı İcahn Tibb Məktəbinin iştirakı ilə aparılan araşdırmada Türkiyənin 81 vilayətindən təxminən 4 min adamın DNT-si araşdırılıb.

Layihənin koordinatorlarından biri, Bilkent Universitetinin müəllimi, professor Tayfun Özçelik qeyd edib ki, araşdırmaların nəticələri Türkiyənin genetik bütövlüyə sahib olduğunu və yüksək səviyyədə genetik müxtəliflik ehtiva etdiyini ortaya çıxarıb.

“Türk toplumunun xüsusilə İtaliyanın Toskana bölgələrində yaşayan insanlarla yaxın münasibətdə olduğu müşahidə edilib. Bu yaxın münasibətdə ikinci ölkənin İspaniya olması müəyyənləşib”,- Özçelik bildirib.

Professorun sözlərinə görə, Türkiyənin coğrafi mövqeyi Şərqlə Qərb arasında genetik körpü yaradır. Məhz bu baxımdan, Türk cəmiyyəti ilə Balkan, Qafqaz və Yaxın Şərq cəmiyyətləri arasında ortaq genetik komponentlər var.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 noyabra özəl olaraq 9 ildən sonra ilk dəfə Nazirlər Kabinetini Çankaya Köşkündə toplayacaq.

Referans.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, həmin gün ölkə vəfatının 86-cı ildönümündə Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkü anacaq.

Rəsmi mərasimlərin ilk ünvanı Anıtkabir olacaq. Mərasimdən sonra Ərdoğan Atatürk Tarix Qurumunda anım tədbirinə qatılacaq. Həmçinin noyabrın 10-da Çankaya Köşkündə yeni Atatürk Muzeyi açılacaq. Muzey Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkün xatirələrini yaşadacaq xüsusi qəbulla ictimaiyyətə təqdim olunacaq.
 
Ardını oxu...
İran hökuməti 2024-cü ilin martına, fars təqvim ilinin sonuna kimi iki milyona yaxın qaçqını deportasiya etməyi planlaşdırır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, İranda 4 milyon, İran mənbələrinə görə isə 8 milyon əfqan qaçqın var.

Əfqan qaçqınlarının əksəriyyəti regiondakı münaqişələr və ya iqtisadi səbəblərdən qonşu İrana sığınıb. Ortaq dillərinə görə əfqanlara İranda ucuz işçi qüvvəsi mənbəyi kimi xüsusilə tikinti və kənd təsərrüfatı kimi aşağı maaşlı sektorlarda üstünlük verilir. Lakin onların bir çoxunun İranda rəsmi yaşayış icazəsi yoxdur və qeyri-leqal işləyirlər.

Məsələ ilə bağlı açıqlama verən İran hüquq-mühafizə orqanlarının komandiri Əhməd Rza Rada hökumətin əfqan qaçqınları deportasiya etmək qərarına gəldiyini və İran şirkətlərində iş icazəsi olmayan əcnəbilərin işə götürülməsinin qanunsuz olduğunu bildirib.

Tehran əfqan qaçqınlarını deportasiya etmək qərarına gəlməklə ictimai reaksiyalara cavab verib. Çünki ölkədəki Əfqanıstan vətəndaşlarının sayının çox olması İranda son vaxtlar artan işsizlik səviyyəsinə görə qismən məsuliyyət daşıyır. Digər tərəfdən, Taliban Əfqanıstanda hakimiyyəti bərpa etdikdən sonra ölkəni tərk edərək qonşu İrana qaçanların sayı daha da artmağa başlayıb. Bu vəziyyət onsuz da çox olan qaçqınların sayını artırır, ölkədə əfqanlara münasibəti xeyli pisləşdirir.

Bununla belə, İŞİD-in Əfqanıstanda genişlənməsi ilə İranda törədilən terror aktları da əfqanlara qarşı qəzəbi artırıb. Xüsusilə sosial mediada əfqan qaçqınlara qarşı nifrət dolu şərhlər artır. Bundan başqa, bir çox şəhərlərdə əfqanların deportasiyası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilərkən, bir çox əfqan mühacir də fiziki hücumlara məruz qalır.

Digər tərəfdən, İran parlamenti şəhər və əyalətlərdə immiqrantların sayını məhdudlaşdıracaq yeni əcnəbilər qanununu müzakirə edir. Qanun layihəsinə görə, şəhər və əyalətlərdə immiqrantların sayı əhalinin 3 faizindən çox ola bilməz. Qanun qəbul olunarsa, deportasiyanın daha çox mühacirə təsir edəcəyi gözlənilir. BMT-nin məlumatına görə, ötən il İran təxminən 600 min əfqanı ölkəni tərk etməyə məcbur edib.

İran silahlı qüvvələri də bir müddət əvvəl Əfqanıstanla sərhəddə 70 kilometr uzunluğunda divar tikiləcəyini açıqlamışdı. Demək olar ki, min kilometrə yaxın olan sərhədin 70 kilometrliyində tikiləcək divarın qeyri-qanuni sərhəd keçidlərinin sayını azaldıb-azalmayacağı müzakirə mövzusudur.
 
Ardını oxu...
Rusiya vətəndaşlığı alan, lakin andiçmə mərasimində iştirak etməyən şəxslər bu tələbi 22 noyabr 2024-cü ilə qədər yerinə yetirməlidirlər. Əks halda, 23 noyabrdan etibarən onların Rusiya vətəndaşlıq statusu ləğv ediləcək.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bu qaydalar 1 sentyabr 2017-ci ildən əvvəl Rusiya vətəndaşı olan şəxslərə şamil edilmir, çünki o vaxt and içmək tələbi mövcud deyildi.

Qeyd edək ki, Rusiyada əcnəbilərin and içməsi, Rusiya Federasiyasının vətəndaşlığını almaq istəyən əcnəbilərin xüsusi bir mərasimdə dövlətə sadiqlik andı içməsini nəzərdə tutur. Bu prosedur 2017-ci ildə qəbul edilib və Rusiya vətəndaşı olmaq istəyən şəxslər üçün məcburi hala gətirilib.

And mətnində əcnəbilər Rusiyaya, onun qanunlarına və Konstitusiyasına sadiq olacaqlarına, ölkənin suverenliyini və təhlükəsizliyini qoruyacaqlarına dair söz verirlər. Bu mərasim Rusiya dövləti ilə yeni vətəndaşlar arasında rəsmi bir bağlılıq yaratmaq məqsədi daşıyır.

Yeni qaydalara əsasən, 1 sentyabr 2017-ci ildən sonra Rusiya vətəndaşlığı alan şəxslər and içməlidir. 22 noyabr 2024-cü ilə qədər bu proseduru tamamlamayanlar, vətəndaşlıqdan məhrum edilə bilərlər.

Musavat.com
 

Bu gün, 00:08           
Ardını oxu...
Hakim koalisiyanın dağılmasından sonra səs çoxluğu olmayan Almaniya kansleri Olaf Şolts mümkün erkən seçkilərə qədər iki mühüm qanun layihəsini qəbul etmək niyyətində olduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, Şolts vətəndaşlar və müəssisələr üçün vergi güzəştlərini təsdiqləməyə çalışır. Onun fikrincə, bu, işçilərə və ailələrə kömək edəcək, sənaye sektorunu dəstəkləyəcək.

Birincisi, kansler gələn ildən vergi güzəştləri və uşaq müavinətlərinin artırılması haqqında qanun layihəsini təsdiq etməyi planlaşdırır. Belə bir qanun layihəsi çox güman ki, həm müxalifətə, həm də Azad Demokratik Partiyasından (FDP) keçmiş partnyorlar vətəndaşlara dəstək tədbirlərinə qarşı çıxsalar, onlara siyasi təzyiq göstərəcək.

İkincisi, daha mürəkkəb layihə sənayedə iş yerlərini dəstəkləmək üçün vergilərin azaldılması və biznes üçün bürokratik prosedurların sadələşdirilməsi olacaq. Bu təşəbbüsü inkişaf etdirmək üçün Şolts öz müşaviri Yörq Kukisi yeni maliyyə naziri təyin edib və ona yaxın həftələrdə layihəni təqdim etməyi tapşırıb.

Şoltsun ​​fikrincə, hökumətə etimad səsverməsi ilə bağlı erkən səsvermə bu qanun layihələri üzərində işi poza bilər. Kanslerin özü planlaşdırılan islahatları həyata keçirməyə vaxt tapması üçün bu məsələni dekabrın sonundan tez olmayan səsverməyə çıxarmağa hazırdır.
 

Dünyapress TV

Xəbər lenti