Ardını oxu...
"İslama Slovakiyada yer yoxdur" - Robert Fitso ölümlə-həyat arasındadır

"Aljazeera.com" yazır ki, Slovakiyanın baş naziri Robert Fitso (1964) ölümlə həyat arasındadır. Yaxın 1-2 saat həlledici olacaq...
Ardını oxu...
Robert Fitso 2023-cü ilin oktyabrından Baş nazir vəzifəsindədir. O, 2006—2010 və 2012—2018-ci illərdə də Baş nazir olub. 1992-ci ildə isə Çexslovakiya parlamentinə deputat seçilib. Ölkəni Avropa Şurasında təmsil edib.

O, ardıcıl anti-Qərb mövqeyindən çıxış edir. Rusiyaya simpatiyası var. Eyni cinsdən olan şəxslərin evlənməsinə qarşı açıq mübarizə aparır...

Müsəlman mühacirlərin Avropaya axınına qəti etiraz edib: "İndi nəsə desəm, bəlkə də qəribə görünəcək, amma üzr istəyirəm, ancaq İslama Slovakiyada yer yoxdur. Düşünürəm ki, siyasətçilərin vəzifəsi bu barədə çox aydın və açıq danışmaqdır. İstəməzdim ki, on minlərlə müsəlman buralarda yaşasın”.

O, HƏMAS-ın İsrailə hücumunu da qınayıb. Avropa İttifaqını bu məsələdə tərəddüd etdiyinə görə ittiham edib. Gürcüstan-Rusiya müharibəsində Gürcüstanı Rusiyaya qarşı provokativ davranışda suçlayıb. Avropa İttifaqının Rusiyaya sanksiya tətbiq etməsinə qarşı açıq çıxış edib. Ukrayna məsələsində də Qərbin mövqeyinə dəstək verməyib. Tam əksinə, Ukraynanın NATO-ya daxil olmasına imkan verməyəcəyini bildirib...

Ermənistan-Azərbaycan münaqişəsində miyanə mövqedə olub. Elə bugünlərdə Bakıda rəsmi səfərdə olmuşdu.

1988-ci ildə evlənib. Bir oğlu var. Ateistdir. Ancaq "siz katoliksiz, yoxsa ateist" kimi suallara heç vaxt cavab verməyib...

2013-cü ilin avqustunda jurnalistlər onu yeni katibəsini öpərkən yaxalayıb. Həmin foto uzun müddət müzakirələrə səbəb olub. O, katibəsini şəxsi zəmində restorana aparırmış.

2020-ci ildə isə yerli mətbuat onun yeni sevgilisi haqqında geniş məlumat verib. Katarína Szalayová adlı həmin xanım 600 avro maaş alsa da 40 min avroluq maşın sürürmüş. Sonra Katarína Szalayová Robert Fitsonun partiyasında yaxşı vəzifə aldı.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen siyasətçiyə qarşı silahlı hücumu kəskin şəkildə pisləyib.

Hazırda isə o, ölümlə-həyat arasındadır. Həkimlər onu xilas edə biləcəkmi?
 
Ardını oxu...
Rusiya hələ Ukraynaya təcavüzünün ilk günündən Kiyevi və Xarkovu ələ keçirməyi qarşıya məqsəd qoysa da, rus generallarının planı baş tutmamışdı. Lakin buna baxmayaraq, Rusiya mövcud şərtlərə uyğun davranaraq tədricən uzunmüddətli və üzücü müharibə taktikasını seçməyə məcbur oldu.

İndi görünən odur ki, Vladimir Putin müharibəni qələbə ilə başa vurmaq üçün Rusiyanın “sıxıb suyunu çıxarmağa” hazırdır və o, buna doğru gedir. Bəs “qələbə” deyəndə, ruslar nəyi nəzərdə tuturlar - Ukraynanın siyasi xəritədən tamamilə silinməsinimi? Onlar məmnuniyyətlə bunu istəyərlər, amma başa düşürlər ki, Ukraynanı bütövlükdə işğal etməyə Qərb imkan verməz. Ona görə də Moskva müharibədə elə strateji mövqe üstünlüyü qazanmaq niyyətindədir ki, hamı sülhü yalnız onun şərtləri daxilində qəbul etməyə məcbur olsun. Yəni, Rusiya düşünür ki, Dnepr çayına kimi əraziləri işğal edib, hər yanı viran qoyduqdan sonra, dayanıb, sülh təkliflərini irəli sürə bilər və əgər Ukrayna buna razılaşmasa, o zaman sadəcə, işğal etdiyi yerlərdə möhkəmlənməlidir. Kreml rəhbəri bunun həyata keçirilməsi üçün vaxt və resursa ehtiyac olduğunu dərk etməmiş deyil. Yeri gəlmişkən, ABŞ və Avropanın ikibaşlı davranışları da Vladimir Putinə geniş manevr imkanları yaradır.

Hazırda rusların Xarkov ətrafında başlatdıqları hücum əməliyyatı sözügedən strateji planın tərkib hissəsidir. Artıq xeyli müddətdir ki, hərbi ekspertlərin əksəriyyəti Rusiyanın Xarkova doğru hücuma keçəcəyi barədə xəbərdarlıq edirdilər. Bununla yanaşı, hələ də bu hücumun strateji əhəmiyyət kəsb etmədiyini söyləyənlər var və onların arqumentinə görə, Xarkovun alınması üçün Rusiyaya ən azından 300 min əsgər lazımdır. Lakin əgər Rusiya qarşısına uzunmüddətli müharibə aparmağı məqsəd qoyubsa, onda zamanla 300 min, hətta 500 min əsgər yığacaq. İndiki hücumlar da məhz həmin dönəmə hazırlıq mərhələsidir.

Rusiya Xarkov ilə sərhəd rayonuna təxminən 50 min nəfərlik hərbi birləşmə cəmləyib. Hələlik döyüşlərdə bunun yarısı iştirak edir. Təbii ki, bu qüvvə Xarkov şəhərinin alınması üçün yetərli deyil, lakin rusların bu hücumlarını ilkin sınaq və kəşfiyyat döyüşləri də hesab etmək olar. Rusiya ordusu Xarkova artilleriya atəş məsafəsinə kimi yaxınlaşmağa çalışır.

KİV-lərin məlumatına görə, hazırda Rusiyanın bütün cəbhə boyu aktiv döyüşlərdə iştirak edə biləcək 650 min əsgəri var və bunun da 150 mini ehtiyat qüvvədir. Ola bilər ki, Rusiya hərbi komandanlığı rotasiya yoluyla daha yüksək döyüş qabiliyyətinə malik 50 min əsgəri digər cəbhələrdən Xarkov istiqamətinə yollayıb.

Xarkovun əhəmiyyəti

Xarkov strateji əhəmiyyətli şəhərdir. Onu işğal etmək üçün Rusiya həqiqətən də böyük itkilər verməlidir. Kreml rəhbərliyi nə qədər itki verəcəklərini hesablayaraq Xarkova iri miqyaslı hücuma başlaya bilər. Onlar hər şeyi nəzərə almağa çalışacaqlar. Zirehli texnika, artilleriya qurğuları, Yaylım Atəş Sistemləri və əsasən də 1-1,5 tonluq ağır “KAB” aviasya bombaları ata bilən “Su-34”, ”Su-35” təyyarələrinin hansı sayda itiriləcəyi də təxmini hesablanacaq.

Rusiya ordusu üçün paytaxt Kiyev çox uzaqdır, əlçatmazdır, oranı almaq üçün bir dəfə uğursuz cəhd edilib. Kiyevə yalnız Belarusdan hücum etmək olar. Belarus ilə Ukrayna arasındakı sərhədyanı sahə isə meşəlik və bataqlıq ərazilərdən ibarətdir. Digər tərəfdən, bu, Belarusun müharibəyə qoşulması deməkdir. Ukraynanın ikinci ən böyük şəhəri Xarkova hücum coğrafı baxımdan Rusiya ordusu üçün əksər parametrlərinə görə daha əlverişlıdir. Ruslar operativ-taktiki vəziyyətdən asılı olaraq ukraynalıları yayındırmaq məqsədilə də Xarkova hücum edə bilərlər.

Avdeyevkanın işğalı zamanı Rusiya 30 min əsgər itirib, bunu Xarkovla müqayisə etsək, gərək Rusiya ordusu 200-250 min itki versin. Əlbəttə, istənilən müqayisə və anologiya qüsurludur, ancaq məgər ruslar bunu bilmirlər və ya buna getməzlər? Rusiya böyük itkilərə hazırdır, çünki orada cəmiyyət institutu yoxdur, onu ortadan qaldırıblar. Rusiyada yalnız əhali kütləsi var və onunla da hələlik mülayim rəftar edirlər və bu rəftarı müharibənin gedişində getdikcə sərtləşdirirlər.

Rusiyada böyük pulların “qırıntıları”ndan əhalinin yalnız 20-25 faizi yararlanır, yerdə qalan hissə isə çətinlik və yoxsulluq içərisində yaşayır. Bu adamları pulla şirnikləndirib müharibənin ən qaynar alovuna atmaq Rusiya hakimiyyəti üçün müşkül iş deyil. Bu, praktikada da sübuta yetirilir.

Rusiya Xarkovu ələ keçirərsə, bunu ümumi məqsədə gedən yolda strateji nailiyyət adlandırmaq olar. Ona görə ki, bu, ən azından böyük mənəvi-psixolji üstünlük deməkdir. Həm də ki, ölkənin ikinci şəhərinin yıxılması mental olaraq Ukrayna əhalisini ciddi sarsıdacaq.

Ukraynanın səhvləri

İndidən yekun nəticə çıxarmaq hələ çox tezdir, ancaq hər halda maraqlıdır, görəsən, ukraynalılar Rusiya sərhədi boyunca yerləşən ərazilərdə iki il ərzində nəyə görə möhkəmləndirlmiş istehkamlar qurmayıblar və ya bu iş hansı səbəb üzündən bu cür zəif aparılıb? Nə üçün “boz zona” deyilən sahələr minalanmayıb? 2022-ci ilin fevralın 24-də rus qoşunları Krım ilə sərhədi heç bir maneə ilə rastlaşmadan keçib Xerson şəhərinə qədər yürümüşdülər. Bundan nəticə çıxarmaq lazım deyildimi? Axı, müharibə gedir. Məsələn, Volçansk şəhəri hərbi administrasiyasının rəhbəri deyir ki, biz şəhərin müdafiəsi üçün keyfiyyətli müdafiə istehkamları tikirik. Bəs bu vaxta kimi nə işlə məşgul idiniz? Onlar bu iki il ərzində istekamlar qurmaq əvəzinə Volçanskdan Xarkova yeni asfalt yol çəkiblər.

Bunun iki səbəbi var. Birincisi, səhlənkarlıq, məsuliyyətsizlik, büdcənin talanması və səriştəsizlikdirsə, ikincisi sabotajdır.

Ümumiyyətlə, Rusiya ordusunun indiyədk həyata keçirdiyi taktiki əməliyyatlardan düzgün nəticə çıxarılmalıdır.

Birincisi, Rusiya müharibənin hələ bir neçə il davam etməsi ssenarisini hazırlayır. Ona görə də müharibədəki bütün hərbi əməliyyatlar bu paradiqmaya söykənəcək.

İkincisi, ruslar Baxmut və Avdeyevka variantlarını özləri üçün səmərəli hesab edirlər. Rusiya Ukraynanı ərazilərdən tədricən, qarış-qarış sıxışdırıb çıxarmaq taktikasından istifdadə etməyi düşünür.

Üçüncüsü, Rusiya gələcək illər üçün silah-sursat ehtiyatı toplayır və əlavə canlı qüvvə cəlb etmək planını işə salıb. Rusiya böyük sayda əsgər itkisindən çəkinməyəcək.

Ukrayna anlamalıdır ki, Rusiya uzunmüddətli müharibəyə hazırlaşır. Ona görə də rusların əsas strateji xətti Ukraynanı taqətdən salmaq, hücum üstünlüyünü əldən verməmək və qarış-qarış ərazi qamarlamaqdan ibarət olacaq. Ukrayna onu da bilməlidir ki, Vladimir Putin üçün qalib gəlmək Dneprə qədər irəliləməkdir və o, bu yolda əlavə 1 milyon və bəlkə də daha çox əsgər itirməyə hazırdır. Sadəcə, bunu tədricən, zamana yaymaqla etmək istəyir, əks halda çox pis vəziyyətə düşər.

Bundan sonra Ukrayna təlaşa qapılmadan bütün sərhəd və cəbhə xətti boyunca böyük və keyfiyyətli istehkam xətləri yaratmalı, dərin müdafiəyə hazırlaşmalıdır.

Vaqif Nəsibov

“AzPolitika.info”
 

  
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qalmaqallı qanun layihəsini üçüncü və sonuncu oxunuşunu qəbul edib.

Qanun layihəsini qəti şəkildə rədd edən Gürcüstan xalqının etirazları 3 həftəyə yaxındır ki, davam edir.

Hazırda sözügedən qanun layihəsi prezident Salome Zurabişvilinin təsdiqini gözləyir. Zurabişvili isə açıq şəkildə qanun layihəsinə veto qoyacağını bildirib. Lakin onun qərarı hakim “Gürcü arzusu” partiyası və onun müttəfiqlərinin nəzarətində olan parlamentdə növbəti səsvermə ilə ləğv edilə bilər.

Beləliklə, 150 deputatdan 84-nün lehinə səs verdiyi qanun layihəsi qəbul edilib. Qanun layihəsinin qəbuluna az qalmış parlamentdə olan müxalif “Vahid Milli Hərəkat” və hakim “Gürcü Arzusu” partiyalarından olan deputatlar arasında qarşıdurma yaranıb.

Etirazçılar isə Tbilisi küçələrində həftələrdir davam edən aksiyalarda “Xarici agentlər haqqında” qanun layihəsinin Rusiya qanunu olduğunu bildiriblər. Onlar bununla ölkənin NATO və Avropa İttifaqına namizədliyini riskə atdığını iddia edirlər. \\BakuPost
 
Ardını oxu...
Slovakiya hökumətinin səyyar iclasının keçirildiyi binanın qarşısında atışma olub.

APA xəbər verir ki, bu barədə Slovakiya mediası məlumat yayıb.

Hadisə Handlovej şəhərində baş verib.

İlkin məlumatlara görə, Baş nazir Robert Fitso yaralanıb, o, xəstəxanaya aparılır.

Məlumata görə, atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb. Onu xəstəxanaya aparıblar.

Bildirilir ki, hücum edən şəxs saxlanılıb və onun hərəkətinin motivləri məlum deyil.

Hadisəni törədən şəxs saxlanılıb.

Ardını oxu...
Moskvanın Basman Məhkəməsi Rusiya Müdafiə Nazirliyinin kadrlar idarəsinin rəisi Yuri Kuznetsovun (o, dünən həbs edilib) cinayət işi üzrə hədə-qorxu ilə tələb etdiyi iddia edilən Lyova Martirosyanı istintaq təcridxanasına göndərib.

Modern.az-ın məlumatına görə, Rusiya KİV-i məhkəmənin mətbuat xidmətinə istinadən bildirib ki, Kuznetsov Martirosyanla Rusiya Silahlı Qüvvələri Baş Qərargahının 8-ci İdarəsində xidmət etdiyi müddətdə şəxsən tanış olub.

Məhkəmənin qərarına əsasən, ibtidai istintaq orqanlarının vəsatəti təmin edilib, Martirosyan barəsində iyulun 12-dək həbs qətimkan tədbiri seçilib.

İstintaqın məlumatına görə, Martirosyan Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə (xüsusilə külli miqdarda rüşvət verməkdə) ittiham olunur.
 

Ardını oxu...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı xəbərdarlıq aldıqdan sonra kəşfiyyat və ədliyyə rəhbərləri ilə təcili toplantı keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, gözlənilən çevrilişlə bağlı Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Ərdoğana xəbərdarlıq edib.

Qəzetin yazdığına görə, artıq Ankara Polis İdarəsindən olan polislərin kütləvi şəkildə işdən çıxarılmasına başlanılıb. Daha əvvəl də cinayətkar təşkilatla əlaqədə olmaq ittihamı ilə Ankara Təhlükəsizlik Müdirliyində polis məmurları işdən çıxarılıb və saxlanılıb. Onların evlərində axtarış aparılıb. Baxçalı Ərdoğana bildirib ki, polislər tərəfindən hakimiyyətə qarşı sui-qəsd ola bilər və məsələ heç də bir neçə polisi işdən çıxarmaqla bitə bilməz. Ərdoğanın çərşənbə günü hakim partiyanın parlamentdəki toplantısında mövzu ilə bağlı çıxış edəcəyi gözlənilir.

"Hürriyet" qəzeti yazıb ki, Ankara Baş Prokurorluğu mümkün çevriliş cəhdini araşdırır. Qəzetin məlumatına görə, Cinayət Məcəlləsinin "Türkiyə Respublikası hökumətinə qarşı üsyan", "dövlət sirrlərini yaymaq", "məhkəmə məmuruna təsir etməyə cəhd, cinayət törətməyə cəhd" maddələri ilə iş açılıb.

Xatırladaq ki, 2016-cı ilin iyulunda Türkiyədə artıq dövlət çevrilişinə cəhd olub. Həmin çevrilişə cəhd zamanı 248 nəfər öldürülüb, 2,7 mindən çox insan yaralanıb. Bundan sonra ölkədə 50 minə yaxın insan həbs edilib.

2018-ci ildə Ərdoğan ölkədə çevrilişlər dövrünün başa çatdığını elan edib. Türkiyə lideri qeyd edib ki, türk millətinin dincliyini pozmağa çalışanlar ölkə ordusu, polisi və təhlükəsizliyin keşikçiləri ilə qarşılaşmalı olacaqlar.
Ardını oxu...
Voronej vilayətinin sakinləri dəmir yolunda təxribat cəhdində şübhəli bilinirlər.

32gun.az bildirir ki, bu barədə Rusiyanın Qərb MSUT İK rəsmi Telegram kanalında məlumat verilib .

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, 19 yaşlı gənc və iki azyaşlı Somovo-Otrojka zolağına gedərək estafet kabinetini yandırıblar. Bu zaman hadisə şahidləri onlara diqqət çəkdiyindən planlarını tamamlaya bilməyiblər. Hər üçü hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onu tez bir zamanda saxlayıblar. Onlar müəyyən ediblər ki, şübhəlilər messencerdə naməlum şəxslə əlaqə saxladıqdan sonra bu hərəkəti etmək qərarına gəliblər. Məlumdur ki, həmsöhbət Ukrayna Silahlı Qüvvələrini fəal şəkildə dəstəkləyib . Şübhəlilərin hər hansı mükafat alıb-almadığı məlum deyil.

“Məhkəmədə müstəntiqin tələbi ilə hər üçü barəsində həbs-qətimkan tədbiri seçilib”, - idarədən bildiriblər.

Hazırda hadisənin bütün hallarının müəyyən edilməsi üçün bütün lazımi tədbirlər görülür.
 
 
Ardını oxu...
ABŞ Prezidenti Co Bayden Rusiya uranının idxalını qadağan edən qanunu imzalayıb. ABŞ Konqresi bir müddət əvvəl bu barədə qanun layihəsi qəbul etmişdi.

Sənəd imzalandıqdan 90 gün sonra qüvvəyə minəcək. 2028-ci ilin yanvar ayına kimi ABŞ Energetika Nazirliyi başqa tədarük mənbələri olmadıqda Rusiyada istehsal edilən, radiasiya olunmayan az zənginləşdirilmiş uranın idxalına icazə verə biləcək. Məhdudiyyət 2040-cı ilə qədər qüvvədə qalacaq.

ABŞ-nin milli təhlükəsizlik müşaviri Cek Sallivan qanunu şərh edərkən deyib ki, bu, ABŞ-nin enerji və iqtisadi təhlükəsizliyini gücləndirəcək və mülki nüvə enerjisi üçün Rusiyadan asılılığı aradan qaldıracaq tarixi qanunvericilik aktıdır.

Bayden administrasiyasına görə, "yeni qanun Amerikanın nüvə sektorunda liderliyini bərpa edir” və ABŞ-nin enerji sektorunun gələcək nəsillər üçün təhlükəsizliyini təmin etməyə kömək edəcək.

Ağ Ev həmçinin ümid edir ki, ABŞ Konqresinin bu yaxınlarda ayırdığı təqribən 3 milyard dollarlıq federal maliyyə hesabına ölkədə uranın zənginləşdirilməsi üzrə yeni imkanlar işə salınacaq.

Bundan əlavə, ABŞ ötən ilin dekabrında Kanada, Fransa, Yaponiya və Böyük Britaniya ilə öz ölkələrində zənginləşdirmə və konversiya imkanlarını genişləndirmək üçün dörd milyard dollardan çox sərmayə yatırmaq barədə razılığa gəlib.

Amerika şirkətləri kommersiya nüvə reaktorları üçün əsas yanacaq olan zənginləşdirilmiş urana görə Rusiyaya ildə təxminən 1 milyard dollar ödəyiblər. Rosatom ABŞ-dəki 93 nüvə reaktorunda istifadə edilən zənginləşdirilmiş uranın təxminən 20 faizini təmin edib.

Ötən il ABŞ-yə uran satışı Rusiyaya 1,2 milyard dollar gəlir gətirib ki, bu da əvvəlki illə müqayisədə 43 faiz çoxdur. Son bir ildə uranın dünya bazarında qiyməti 70 faiz artıb. Rusiya ABŞ-yə əsas uran ixracatçısıdır.
 

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Azərbaycana səfər edəcək.
Bu barədə ATƏT sədri Ermənistanda xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Cənubi Qafqaz regionuna səfəri çərçivəsində mayın 14-də Bakıda görüşlər keçirəcək.

"Mən tərəfdaşlarımla Bakıda keçirəcəyim görüşlərdə dayanıqlı və hərtərəfli sülh üçün danışıqların aparılmasına sadiqliyin vacibliyini vurğulayacam", - ATƏT sədri deyib.

Qeyd edək ki, ATƏT sədri İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasını dəstəklədiyini açıqlayıb.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə "Sherg.az"a açıqlamasında deyib ki, ATƏT sədrinin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasını dəstəkləməsi müsbət haldır:

"Hazırda Rəsmi Bakı və İrəvan münasibətləri inkişaf edir və iki hər iki tərəf sülhə hazırlaşır. 10-11 may tarixlərində Qazaxıstanın Almatı şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən danışıqlarda bunun göstəricisidir. ATƏT sədrinin bu prosesləri dəstəkləməsi müsbət haldır. Lakin onu da qeyd edək ki, ATƏT-in nə delimitasiya proseslərində, nə də, sülhün bərqərar olmasında əhəmiyyətli rolu olub".

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, bu səfər ATƏT nümayəndələrinin Cənubi Qafqaza ilk gəlişi deyil.

"ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsi ilə bağlı 30 ilə yaxın fəaliyyət göstərsələr də, ortaya bir nəticə qoya bilmədilər. Görünən odur ki, hazırda ATƏT proseslərdə iştirak etmir. Bu səbəbdən ATƏT sədrinin prosesə vasitəçi və ya dəstəkçi niyyəti ilə Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfərinin gedişata təsiri yoxdur. Çünki rəsmi Bakı və İrəvan arasındakı əsirlərin mübadiləsi, sülh sazişinin mətninin müzakirə edilməsi, Qazaxın 4 kəndinin qaytarılması, sərhədlərin delimitasiyası prosesləri ATƏT-in iştirakı olmadan həyata keçirilib. Bu səbəbdən ATƏT-in delimitasiya proseslərini dəstəkləməsi ilə Cənubi Şərqi Asiyada hansısa təşkilatın delimitasiya prosesini dəstəkləməsi arasında bir fərq yoxdur. Halbuki, ATƏT bu prosesdə moderator rolunu öz üzərine götürmüşdü və münaqişənin həllində əhəmiyyətli rol oynaya bilərdi".

Dünyapress TV

Xəbər lenti