Ardını oxu...
Bakıda həbsdə olan separatçı Ruben Vardanyanın təsisçisi olduğu “Avrora” mükafatının təqdimetmə mərasimində onun məktubu oxunub.
TEREF Publika.az-a istinadla xəbər verir ki, Vardanyanın məktubunu həyat yoldaşı Veronika Zonabend oxuyub və bildirib ki, məktubu Ruben Bakı həbsxanasından göndərib.

Bakıda həbsdə olan separatçıların bütün hüquqları təmin edilir, həmçinin, ailə üzvləri ilə əlaqə saxlanılmasında heç bir problem yoxdur. Lakin Rubenin həbsxanada oturub “beynəlxalq müraciət” hazırlaması və Azərbaycanı ittiham etməsi ehtimalı azdır. İstisna deyil ki, məktubu Rubenin arvadı, yaxud “məsləhətçiləri” hazırlayıb. Məktubun mətni də bu versiyanı gücləndirir.

Ruben məktubunda “yazır” ki, “Avrora” qəhrəmanları sayəsində qondarma “artsax”a köçmək qərarına gəlib və bu, qərarından “qətiyyən peşman” deyil”. Bu o deməkdir ki, Ruben Qarabağa qeyri-qanuni şəkildə köçdüyünü və orada separatizmə dəstək verdiyini açıq şəkildə etiraf edir. Məhz bu detal məktubun Ruben tərəfindən hazırlanmadığını deməyə əsas verir, çünki separatizmə dəstək verdiyini etiraf etməsi azad olunmaq istəyi ilə ziddiyyətlidir.

Görünür, Rubenin əvəzinə məktub hazırlayanlar bütün əməllərinin etirafı ilə nəticələnən siyasi səhv buraxıblar.
 
Ardını oxu...
“Fransanın Ermənistana verdiyi öldürücü silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin”.

AzToday.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, Ermənistanda revanşist qüvvələr yenə baş qaldırsa və Fransanın bu ölkəyə verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin:

Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin.

Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar – Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik.

Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik.

İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm.
 
Ardını oxu...
Yepiskop Vazgen (Baqrat) Qalstanyan din xadimi geyimində siyasi proseslər yaratmaqla məşğuldur, bu yolverilməzdir. Konstitusiya din xadiminə belə bir səlahiyyət vermir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Andranik Köçəryan deyib.

Jurnalistin etirazçıların ölkədə baş verənlərə biganə qala bilməyəcəklərini deməsi ilə bağlı müşahidəsinə Köçəryan “Ölkədə nə baş verir?” deyə cavab verib.

“Sərhədlərin müəyyənləşdirilməsi qeyri-qanuni olsa da, olmasa da, parlamentdə bu məsələlərin müzakirə olunduğu siyasi platforma var ki, özləri bunu formalaşdıra bilmirlər, deyirlər: niyə o hissədə bu yoxdur, niyə bu hissə tam deyil və sair”, - deputat bildirib.

Köçəryanın fikrincə, Ermənistanın təhlükəsizliyi sərhədlərinin tam müəyyənləşdirilməsi ilə təmin olacaq.

Deputat onu da qeyd edib ki, din xadimləri Tavuşda olarkən ancaq delimitasiya ilə bağlı güc strukturlarından izahat tələb edirdilər, amma hansısa sehrli çubuq onları İrəvana atdıqdan sonra siyasi tələblər irəli sürməyə və siyasi mübarizə aparmağa başlayıblar.
 
 
 
Ardını oxu...
İngiltərə kralı III. Çarlz və Uels şahzadəsi Kate Middleton bir-birindən qısa müddət sonra xərçəng xəstəliyinə tutulduqlarını açıqladılar. Kral ailəsi ilə aralarında soyuq küləklər olan Susseks hersoqu Şahzadə Harri bu yaxınlarda Londona gedib. Məlum olub ki, ölkəsinə qayıtmasına baxmayaraq atası ilə görüşə bilməyən Harrinin böyük qardaşı Uels şahzadəsi Uilyam və xəstə həyat yoldaşı Keyt Middltonla görüşmək şansı olmayıb. Sherg.az təfərrüatları təqdim edir...
Keçən fevral ayında Bukingem Sarayı 75 yaşlı İngiltərə kralı III Çarlza xərçəng diaqnozu qoyulduğunu açıqlayıb. Müalicəsi və sağalma prosesi müsbət irəliləyən Kral bu yaxınlarda dövlət işlərinə qayıdıb.

Uels şahzadəsi Uilyamın həyat yoldaşı, Uels şahzadəsi Keyt Middlton da xərçəng xəstəliyinə tutulduğunu və kral Çarlzdan qısa müddət sonra müalicə almağa başladığını açıqlayıb.
Ardını oxu...
2020-ci ildə İngiltərəni və kral vəzifələrini tərk etməyə qərar verən və həyat yoldaşı Sussex hersoginyası Meqan Markl ilə birlikdə ABŞ-da məskunlaşan Susseks hersoqu Şahzadə Harri, İnvictus oyunlarının 10-cu ildönümünü qeyd etmək üçün Londona gedib.
Ardını oxu...
Ancaq Kral Çarlzın "tam" qrafiki səbəbindən Şahzadə atası ilə görüşə bilməyib. Üstəlik, Uels şahzadəsi də daxil olmaqla, kral ailəsinin qalan hissəsi Londona qısa səfəri zamanı Harri ilə görüşməyi planlaşdırmayıb.

"Kral: III Çarlzın həyatı" kitabını yazan kraliyyət yazıçısı Kristofer Andersen, Susseks hersoqunun uzun müddət arasının pis olduğu iddia edilən Kate Middletonun xərçəng diaqnozundan "çox təsirləndiyini" söyləyib.

Andersen, "Fox News"-a verdiyi açıqlamada; "Harri Kate ilə yenidən qovuşmağı çox istərdi" deyib.
Ardını oxu...
Bir vaxtlar onlar son dərəcə yaxın idilər və Harri Katenin şokedici videosu vasitəsilə öyrəndiyi xərçəng diaqnozu xəbərindən məyus oldu. Təəssüf ki, Uilliam qardaşını xəstə arvadının yanına buraxmaq niyyətində deyil.

"İki qardaş və onların həyat yoldaşları arasında çoxlu dram yaşanıb. Hər kəsin içində bir acılıq var. Beləliklə, Harri və kral ailəsinin qalan üzvlərinin görüşmək şansları, hətta barışmaq bir yana, çox zəif görünür."
 
Ardını oxu...
"Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat İrəvanda Respublika Meydanında keçirilən mitinqdə baş nazir Nikol Paşinyanın istefa verməsi üçün bir saat vaxt verdiyini bildirib.
Bu barədə "Report" Ermənistan KİV-ə istinadən xəbər verir.

"İlk dəfədir ki, onun adını çəkirəm. Nikol Paşinyan! Mən sizə istefa üçün bir saat vaxt verirəm. Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram", - o deyib.
 
Ardını oxu...
İyunun 1-dən Gürcüstanda turistlər üçün yeni qaydalar qüvvəyə minəcək.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Bildirilib ki, sözügedən tarixdən ölkəyə gələn bütün ziyarətçilərdən qaldıqları bütün müddət ərzində tibbi sığorta tələb olunacaq:

"Yaydan başlayaraq Gürcüstana gələn hər bir turist ölkədə qaldığı bütün müddət ərzində tibbi sığortaya sahib olmalıdır. Bu tələbi pozanlar təxminən 110 dollar məbləğində cərimə olunacaqlar".

Qeyd olunur ki, səyahətlərini və uçuşlarını təkbaşına planlaşdıran səyahətçilər bu tələbə xüsusi diqqət yetirməlidirlər.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiyanın iştirakı olmadan Ukraynada birtərəfli sülh təşəbbüslərinin uğur qazanma şansı azdır.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

“Ukrayna-Rusiya müharibəsində sülhün bərqərar olunmasında heç bir irəliləyiş yoxdur. Rusiyanın iştirakı olmadan birtərəfli sülh təşəbbüslərinin uğur şansı azdır”, - dövlət başçısı qeyd edib.
 
Ardını oxu...
Ukraynanın hətta NATO silahları ilə belə Rusiyanı məğlub edəcəyi bir ssenari mümkün deyil.

APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“NATO-nun yeni təklifi ondan ibarətdir ki, Ukrayna qalib gələnə qədər müharibəni davam etdirmək lazımdır. Həm Böyük Britaniya, həm də NATO müharibənin sonunu tamamilə qeyri-real olan hərbi nəticə ilə əlaqələndirirlər, onun həyata keçirilməsi ehtimalı son dərəcə kiçik, hətta qeyri-realdır. Ukrayna bu müharibədə qalib gələ bilməyəcək... Bu tip müharibələrdə nüvə dövlətini məğlub etmək demək olar ki, mümkün deyil”, - nazir vurğulayıb.

Onun sözlərinə görə, bu münaqişənin döyüş meydanında həlli yoxdur.
 
 
 
Ardını oxu...
Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.

“Almaniya kansleri O.Şolts bu gün Ukrayna Prezidenti V.Zelenski ilə telefon danışığı aparıb. Ukraynadakı hərbi və humanitar vəziyyəti müzakirə edib. Kansler və Ukrayna Prezidenti ölkədə sülhə nail olmaq üçün iyunun 15-16-da İsveçrədə keçirilməsi nəzərdə tutulan sammitlə bağlı fikir mübadiləsi aparıblar. Kansler konfransda öz iştirakını təsdiqləyib və Almaniyanın bu görüşü fəal dəstəklədiyini vurğulayıb”, - o qeyd edib.
 
Ardını oxu...
“Ermənistan apostol kilsəsi bu gün açıq-aşkar terorizmi və ekstremizmi dəstəkləyir. Daha əvvəl bu fəaliyyətlər qapalı şəkildə həyata keçirilsə də, Qazaxın işğal altında olan kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı proseslər başladıqdan sonra erməni apostol kilsəsi həm Ermənistana, həm də Azərbaycana qarşı fəaliyyətini maksimum artırıb”.

Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O, Ermənistanda separatizmi dəstəkləyən revanşistlərin bu işə cəlb edildiyini bildirib:
“Ermənistanda nə qədər narkobaronı, quldur, separatizmi dəstəkləyən revanşist, korrupsiyaya görə cəzalandırılan məmur varsa, hamısı kilsənin ətrafında birləşib. Onları da vaxtilə Ermənistan hakimiyyətində təmsil olunan Qarabağ klanının rəhbərləri dəstəkləyir. Xüsusilə dəRobert Köçəryanın daha çox canfəşanlıq göstərdiyini görürük. Rusiyadan və keçmiş MDB respublikalarında olan erməni ekstrimistlərin İrəvana axışması da bu hərakatı dəstəkləmək məqsədi daşıyır. Ermənistan hakimiyyəti qısa müddətdə erməni apostol kilsəsinin, xüsusilə də Baqrat Qalstyanı və onun tərəfdarlarını zərərsizləşdirməsə, o zaman bu ölkəni genişmiqyaslı etiraz aksiyaları bürüyə bilər”.
Qeyd edək ki, Ermənistanın ictimai televiziyası Rusiyadan ölkəyə “yüzlərlə cinayətkar elementin” gəldiyini elan edib.
 

Dünyapress TV

Xəbər lenti