Ardını oxu...
Avropa İttifaqının "bağ", dünyanın qalan hissəsinin isə "cəngəllik" kimi təsvir edilməsi son dərəcə təəssüf doğurur. Bu bəyanat müstəmləkə dövrünün "biz və barbarlar" narrativindən başqa bir şey deyil.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin bəyanatlarına cavab olaraq “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
 
Ardını oxu...
Argentinalı nümayəndə heyətinin geri çəkilməsinə səbəb isə bu ölkənin hökumətindən gələn qərarla bağlıdır.

Argentinanın ətraf mühit üzrə müşaviri Ana Lamas “Guardian”-a deyib ki, onların COP29 danışıqlarında iştirakdan çəkilməsinə səbəb Prezident Javier Milei-nin qərarı ilə əlaqəlidir.

Ölkənin ifrat sağçı lideri Milei prezidentlik kampaniyası zamanı iqlim dəyişikliyini insan fəaliyyətinin təsiri ilə əlaqələndirən siyasətlərin “yalan” olduğunu söyləyib və iqlimşünasları “tənbəl sosialist” olmaqda ittiham edib.

O, keçən il Argentinanın “Paris razılaşması”ndan çıxaçağını demişdi.

Milei ötən gün ABŞ-ın yeni prezidenti Donald Trump-la danışıb, bundan sonra Milei-nin sözçüsü deyib ki, Trump argentinalı həmkarına onun “sevimli prezident” olduğunu söyləyib.
pressklub
 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti Filemon Yanq ilə görüşüb. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə keçirilməsi müxtəlif ölkələri təmsil edən qonaqlar, rəsmi şəxslər, media nümayəndələri və ekspertlərlə yanaşı, dünya liderləri tərəfindən də qiymətləndirilir, tədbirlərin səviyyəsindən məmnunluq ifadə olunur. Yüksəksəviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir edir, COP29 danışıqlarının uğurla nəticələnəcəyinə ümidvarlıqlarını bildirirlər.

COP29-un plenar iclasında çıxış edən Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Bakıda iqlim sammitinin uğurla keçirilməsi münasibətilə Əziz Qardaşım adlandırdığı Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Pakistan hökumətinin başçısı əminliklə bildirib ki, COP29 mütləq tarixə düşəcək. Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkür edib və uğurlar arzulayıb. Hökumət başçısı iqlim maliyyələşməsinin vacibliyini vurğulayaraq ölkəsinin bu istiqamətdə gördüyü işlərdən danışıb.

İtaliyanın Baş naziri xanım Ciorcia Meloni Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un Prezidenti kimi görməkdən çox məmnun olduğunu bildirib və COP29-un təşkilinə görə ölkəmizə təşəkkürünü ifadə edib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də yüksək təşkilatçılıq səviyyəsinə görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirib. COP-un Qafqazda ilk dəfə ölkəmizdə keçirildiyini xüsusi vurğulayan Baş nazir bu mötəbər beynəlxalq tədbirə peşəkarlıqla ev sahibliyi edən Azərbaycana uğurlar arzulayıb.

Konqo Demokratik Respublikasının Baş naziri Cudit Suminva Tuluka Bakının bütün bəşəriyyət üçün belə mühüm tədbirə ev sahibliyi etdiyinə görə Azərbaycana və şəxsən dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib. "Ola bilsin ki, yalnız gələcək nəsillər bu gün burada etdiklərimizin və müzakirə etdiyimiz məsələlərin tam mənasını anlayacaqlar. Amma, ilk növbədə, biz nəticələr əldə etməliyik", - deyə Baş nazir COP29-un mühüm əhəmiyyətini bir daha vurğulayıb. Moldovanın Prezidenti Maya Sandu da çıxışında COP29-un Bakıda keçirilməsinə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.

Dünya liderlərinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edən rəhbər şəxslər də COP29-un təşkilinə görə Azərbaycana minnətdarlıq ifadə edib, iqlim dəyişmələrinin böyük fəlakətlərə səbəb olduğu bu ölkələr üçün iqlim maliyyələşməsinin və uğurlu danışıqların əhəmiyyətini vurğulayıblar. Onlar COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemlərinin müzakirə olunduğu yüksəksəviyyəli tədbirin təşkilinin önəmini xüsusilə qeyd ediblər.

Sakit Okean Adaları Forumunun sədri, Tonqa Krallığının Baş naziri Siaosi Sovaleni sammitdəki çıxışında səmimi qonaqpərvərliyə və kiçik Okeaniya ölkələrinin problemlərini və mövqeyini dünya ictimaiyyətinə çatdırmaq imkanına görə Azərbaycan Prezidentinə və xalqına minnətdarlıq edib.

Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend Azərbaycan hökumətinin və "Azərkosmos"un təmsil etdiyi təşkilatla imzaladığı iki memoranduma görə təşəkkürünü bildirib. Qrenadanın Baş naziri, Karib Ölkələri Birliyinin (CARICOM) sədri Dikon Mitçell COP29-un "Yaxşı COP" kimi yadda qalacağına əminliyini ifadə edib.

Yaşıl İqlim Fondunun (Green Climate Fund) icraçı direktoru Mafalda Duarte rəhbərlik etdiyi fonda əlçatanlığın təmin olunması istiqamətində ciddi tədbirlər gördüklərini diqqətə çatdırıb. İtki və Zərərlərə Cavab Fondunun icraçı direktoru İbrahima Şeyx Dionq Fondun fəaliyyətə başlamasında Azərbaycanın liderliyini vurğulayıb və ölkələr tərəfindən yeni maliyyə öhdəliklərinin götürüldüyünü diqqətə çatdırıb.

TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Elşad Paşasoyla COP29 gündəmini dəyərləndirir.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

 
 
 

Ardını oxu...


Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ağ Evə köçəndən sonra qəzəbindən “təcili xilas yolu” tapmaq üçün Portuqaliyada ev alıblar.

Bu barədə "New York Post" yazır.

Nəşrin yazdığına görə, onlar Lissabondan cənubda yerləşən "CostaTerra Golf and Okean Club" ərazisində aldıqları mənzilə 4,7 milyon dollardan çox vəsait xərcləyiblər.

Problemlə yaxından tanış olan mənbənin nəşrə açıqladığına görə, Trampın şahzadə Sasseks hersoqluğuna dərin nifrətinin olmasıdır. "Məhz ona görə də şahzadə Harri və həyat yoldaşı vəziyyətdən alternativ çıxış variantı kimi bu addımı atıblar. Çünki Tramp Ağ Evə köçəndən sonra Harri və Meqanın vətəndaşlıq alma məsələsi ilə məşğul olarsa, o zaman cütlük ciddi problem yaşaya bilər. Onlar da B planı kimi belə bir addım atıblar", mənbə qeyd edib.

Qeyd edək ki, Donald Tramp ilk dəfə fevral ayında Merilend ştatında Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında çıxış edərkən hersoqları ölkədən qovmaqla hədələyib.

"Mən onu müdafiə etməzdim. O, kraliçaya xəyanət etdi. Bu bağışlanmazdır", - Tramp qeyd edib.

Tramp hətta Sassekslərə ABŞ-də yaşamasına imkanı verdiyi üçün prezident Co Baydeni də kəskin tənqid edib.

Bu gün, 11:38           
Ardını oxu...
Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qondarma rejimi necə soyduğu barədə dəhşətli faktlar üzə çıxıb. Ermənistanın DOK Partiyasının təsisçisi, bloqer Vardan Qukasyanın açıqlamasına görə, "Fleş" şirkətinin rəhbəri Barseq Beqlaryan keçmiş qondarma rejimdən 600 milyon dram, təxminən 2,6 milyon manat təzminat alıb.

B.Beqlaryan iddia edib ki, 44 günlük müharibə dövründə guya Füzuli rayonunda ona məxsus yanacaqdoldurma məntəqəsi olub və həmin məntəqə Azərbaycan Ordusu tərəfindən məhv edilib. Buna görə də, özünə dəymiş zərərə görə Araikdən nə az, nə çox, düz 600 milyon dram qopara bilib. Partiya lideri bildirib ki, həmin yerdə, ümumiyyətlə, yanacaqdoldurma məntəqəsi olmayıb və o bunu sübut edəcək faktlar ortaya qoyur.

Müharibədən sonra separatçı rejimdə ciddi sosial böhran yaranmışdı. Faktiki olaraq çöküş ərəfəsində olan, insanların ən adi tibb və yemək ehtiyaclarını qarşılamaq imkanından məhrum olan bir rejimin iş adamının uydurma iddiası əsasında bu qədər vəsait verməsi məsələnin məğzinin tamamilə başqa cür olduğunu göstərir. Əvvəla, Barseq Beqlaryan müstəqil iş adamı deyil. Onun idarə etdiyi biznes, xüsusilə də "Fleş" şirkəti ölkənin keçmiş prezidenti Serj Sarqsyan və ailə üzvlərinə məxsusdur.

Hansı ki, B.Beqlaryan pul qoparmaq üçün bəhanə etdiyi yanacaqdoldurma məntəqəsinin məhz bu şirkətə aid olduğunu iddia edirdi. "Fleş"in Ermənistanda yanacaqdoldurma məntəqələri var və sadə ermənilər belə onların, əslində, S.Sarqsyana məxsus olduğunu bilir. Arxasında Nikol Paşinyanın dayandığı Araik Arutyunyan heç vaxt Barseq Beqlaryana bu pulu özbaşına verməz. Demək ki, onu buna kimsə məcbur edib. Şübhəsiz ki, bu şəxs Serj Sarqsyandır.

Serj Ermənistanın müdafiə naziri olduğu dövrdə separatçı rejimdəki qanunsuz silahlı dəstəyə edilən kadr təyinatları birbaşa onun iradəsi əsasında formalaşmışdı. B.Beqlaryanın rəhbərlik etdiyi "Fleş" şirkəti təkcə qondarma rejim daxilində deyil, həm də Ermənistanın özündə də kifayət qədər maliyyə cinayətlərinə yol verib. S.Sarqsyan hakimiyyətdə olduğu müddətdə həyata keçirilən dövlət tenderləri onun sifarişi ilə "Fleş" şirkətinə verilib və bu şirkət tender əməliyyatlarından milyonlar qazanıb. Nəticədə B.Beqlaryan ölkənin ən zəngin iş adamı ünvanını qazanıb.

Bu kimi faktlarla bağlı Ermənistan Xüsusi İstintaq Xidməti Serj Sarqsyan və Barseq Beqlaryanın əmlakına həbs qoyub. Keçmiş prezident və iş adamı 2013-cü ildə bir qrup vəzifəli şəxslə birlikdə dövlətə məxsus 489 milyon 160 min 310 dram pulu mənimsəməkdə ittiham ediliblər.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Fransa və Avropa İttifaqı Azərbaycanda COP29-un diplomatik boykotunu birgə təşkil etməyə çalışıb.

Bu barədə Caliber.Az məlumat yayıb.

"COP29-u boykot" əməliyyatı Paris və Brüssel tərəfindən eyni vaxtda iki istiqamətdə həyata keçirilib: Birbaşa Avropanın özündə, eləcə də Afrika ölkələrində (burada fransızlar tək işləyiblər).

Fransa və Avropa bürokratlarının göstərdiyi diplomatik səylərə baxmayaraq, bir çox aparıcı Avropa ölkələri - İtaliya, İspaniya, Danimarka, Çexiya, Slovakiya, Polşa, Macarıstan və hətta Belçika Bakıda dövlət və hökumət başçıları səviyyəsində təmsil olunublar. Onların arasında bölgədə həmişə praqmatik və müstəqil siyasət yürüdən Böyük Britaniya da var.

Məlumata görə, Paris Nigeriya və Toqoya diplomatik təzyiqlər edib ki, onların rəhbərliyini Bakıya səfərdən imtina etməyə məcbur etsin. Lakin Afrika ölkələri Parisin və Aİ-nin geosiyasi ambisiyalarına məhəl qoymadan Bakıda keçirilən iqlim konfransında geniş şəkildə təmsil olunub.
 
Ardını oxu...
Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Bakıdan yeni paylaşım edib.

Siyasətçi sosial şəbəkə hesablarında Azərbaycan bayrağı qarşısında çəkildiyi fotosunu paylaşıb.

İmamoğlu paylaşımına bunları yazıb:

"Can Azərbaycandan İstanbul və Türkiyə üçün gözəl istəklər və işbirliyi görüşü sonrası Zəfər meydanından".
Ardını oxu...
 

        
Ardını oxu...
“İqlim mövzusu qlobal gündəmin ən kritik mövzularından biridir. Türkiyə ekoloji problemlərə müharibə, münaqişə və miqrasiya qədər ciddi yanaşır”.

TEREF xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.

Türkiyə lideri COP29 sessiyası çərçivəsində göstərdiyi səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə bir daha minnətdarlığını ifadə edib.

O, COP29-un əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, Azərbaycanda iqlim müzakirələri bu sahədə BMT-nin dialoqu üçün əsas platformadır.

Türkiyə Prezidenti xatırladıb ki, COP29 Liderlər Sammiti 80 ölkənin dövlət və hökumət başçılarını bir araya toplayıb. “Azərbaycanda keçirilən iqlim sammitinin əsas məsələsi “iqlim maliyyələşməsi” olub. İqlim dəyişikliyinin mənfi nəticələri ilə üzləşən inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün maliyyə mənbələrinin tapılması yolları müzakirə edilir”, – deyə Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Liderlər Sammitinin iştirakçıları 2009-cu ildə Danimarkada keçirilən görüşdə elan edilmiş iqlim məqsədləri üçün 100 milyard dolların ayrılmasını müzakirə ediblər. “2025-ci ildən sonrakı dövr üçün planlar və yeni dəstək mexanizmlərinin formalaşdırılması imkanı da nəzərdən keçirilib”, – deyə Türkiyə Prezidenti davam edib.

Dövlət başçısı Bakıda keçirilən COP29 iştirakçılarına iqlim dəyişikliyi ilə mübarizədə Türkiyənin prioritetlərini təqdim etdiyini bildirib. “Ölkəmiz qlobal ekoloji səylərə öz töhfəsini verməyə davam edəcək”, – deyə o əmin edib.

Siyasətçi xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı” layihəsinə də diqqət çəkib. “Beynəlxalq səviyyədə geniş dəstək alan bu layihə haqqında COP29 iştirakçılarına məlumat vermişəm. Həmçinin bərpaolunan enerji mənbələri hesabına ağac əkilməsi, su ehtiyatlarının tənzimlənməsi və enerjinin inkişafı üzrə illik ümummilli kampaniya haqqında danışmışam”, – deyə Türkiyə dövlətinin başçısı söyləyib.

O qeyd edib ki, bu gün Türkiyə bərpaolunan enerji mənbələrindən istifadə etməklə enerji istehsal gücünə görə Avropada beşinci, dünyada isə 11-ci yerdədir.

İqlim gündəminin mövzusuna qayıdan Ərdoğan qeyd edib ki, hökumət ekoloji məsələlərə xüsusi diqqət yetirir. “Biz ölkənin davamlı artımını qorumaq üçün tədbirlər görməyə davam edəcəyik. Bununla belə, iqlim məsələsi bir və ya bir qrup dövlətin səylərindən çox-çox kənara çıxan bir mövzudur. Uzunmüddətli həllər yalnız birgə səylərlə mümkündür. Bəzi dövlətlər bunu edir, bəziləri isə daha böyük fayda əldə etmək üçün ətraf mühitə məhəl qoymurlar”, – deyə Ərdoğan bildirib.

Türkiyə lideri COP29 çərçivəsində keçirilən ikitərəfli görüşlərdən də danışıb:

“Böyük Britaniyanın baş naziri, Azərbaycan, Qazaxıstan, Moldova və Monteneqro prezidentləri ilə danışıqlar aparılıb”. (Axar.az)
 
Ardını oxu...
ABŞ və Avropa İttifaqı Cənubi Qafqaz regionuna nəzarəti ələ keçirmək, Rusiya, İran və Türkiyəni oradan sıxışdırıb çıxarmaq və daha bir gərginlik mənbəyi yaratmaq istəyir.

TEREF Azərtac-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin atəşkəs haqqında 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatı çox böyük əhəmiyyət daşıyır.

Bu Bəyanat əsasında tərəflər geniş spektrli məsələlər üzrə real nəticələr əldə edə biliblər.

“Məsələn, 2023-cü ildə üçtərəfli işçi qrupu çərçivəsində biz regionda nəqliyyat marşrutlarını bərpa etməyə yaxın idik. Lakin Qərbin təzyiqi ilə İrəvan qrupda, sonra isə bütün üçtərəfli formatlarda iştirakını dondurdu”, - deyə diplomat əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Moskvanın Cənubi Qafqazda öz tarixi, təbii maraqları var. Vasitəçi rolunu öz üzərinə götürməyə çalışan ABŞ və Avropa İttifaqı regiona nəzarəti ələ keçirmək, İran və Türkiyə ilə birlikdə Rusiyanı da oradan sıxışdırıb çıxarmaq, daha bir gərginlik mənbəyi yaratmaq istəyir. “Qərblilərdən fərqli olaraq, biz təhlükəsiz, firavan, sabit Cənubi Qafqazda maraqlıyıq”, - deyə M.Zaxarova bildirib.
 
Ardını oxu...
Ermənistan Azərbaycanda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün rəsmi ərizə təqdim etməyib.

Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün heç bir Ermənistan rəsmisi müraciət etməyib və qeydiyyatdan keçməyib”, - Mirzoyan bildirib.

O, COP29-da iştirak üçün vətəndaş cəmiyyəti təşkilatlarının ərizə ilə müraciət edə biləcəyini istisna etməyib:

“Yayılan məlumatda bu nəzərdə tuturlarsa, mümkündür. Bilirsiniz ki, Ermənistan azad, demokratik ölkədir. Ermənistan hökumətinin isə vətəndaş cəmiyyəti təşkilatlarını istiqamətləndirmək və idarə etmək üçün nə istəyi, nə də rıçaqları var”.

Qeyd edək ki, COP29-da iştirak etmək üçün Ermənistan nümayəndə heyətinin qeydiyyatdan keçdiyi haqda məlumat yayılmışdı.
 

Dünyapress TV

Xəbər lenti