Ardını oxu...
“Qazprom” investisiyaların həcminə görə ən böyük Rusiya şirkətlərinin “Forbes” reytinqində birinci yeri tutub.

Yeniavaz.com xəbər verir ki, şirkətin 2023-cü ildə investisiyası 2,5 trilyon rubl təşkil edib.
Siyahıda ikinci yeri “Rosneft” neft şirkəti (1,3 trilyon rubl) tutub. İlk üçlüyü Rusiya Dəmir Yolları tamamlayıb. Şirkət investisiya xərclərini 1,26 trilyon rubla qədər artırıb ki, bu da 2003-cü ildə holdinqin yaradılmasından bəri ən yüksək nəticədir.
Ən böyük investor şirkətlər onluğuna həmçinin, “Atomenerqoprom” (753,5 milyard rubl), “Rosseti” (468,9 milyard rubl), “Transneft” (271,8 milyard rubl), “Surqutnefteqaz” (265 milyard rubl), “Norilsk Nikel” (264,2 milyard rubl), “Tatneft” (263,3 milyard rubl) və “Moskva Metropoliteni” (239,1 milyard rubl) daxildir.
Nəşrin məlumatına görə, reytinqdə iştirak edən 70 şirkətin ümumi investisiyaları 2023-cü ildə 25% artaraq 12,06 trilyon rubla çatıb.
Reytinqdə yer alan şirkətlər 2023-cü il üçün investisiyaların həcminə görə sıralanıb ki, onların məbləğində əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması, nəzarət olunmayan payların geri alınması, birgə müəssisələrə və assosiasiyalı şirkətlərə investisiyalar, habelə yeni bizneslər nəzərə alınıb.
Məlumat mənbəyi kimi, nəşr şirkətlər tərəfindən dərc olunan maliyyə və ya mühasibat hesabatlarını, həmçinin Federal Vergi Xidməti və Rosstat məlumatlarını əsas götürüb.
 
Ardını oxu...
Almaniya işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün iş vizası tələblərini yüngülləşdirdi. 2024-cü ildə iş vizalarının sayı 10 faizdən çox artıb. Açıq iş yerlərinin sayı 1 milyonu keçsə də, ən azı 200 min daha çox insana iş vizası veriləcəyi gözlənilir. Mühacirlərin ölkəyə girişini asanlaşdırmaq üçün bal sistemi tətbiq edilir.
 
Ardını oxu...
  

Almaniya Federativ Respublikasının vitse-kansleri Robert Habek BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 18-də Azərbaycan Respublikasına səfərə gəlib.

Musavat.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Robert Habeki əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və digər rəsmi şəxslər qarşılayıblar.

 
 
 
Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
“O, təkcə peşəkar pilot yox, həm də əsl qəhrəmandır, məhz onun peşəkarlığı və qəhrəmanlığı sayəsində bizim təyyarəmiz fransız qırıcılarının hücumlarından xilas ola bildi...”
Bu Leonid İliç Brejnevin aviasiya marşalı Boris Buqayev haqqında dediyi fikirlərdir.
Bəli, Boris Buqayev son anda başda Leonid İliç Brejnev olmaqla SSRİ nümayəndə heyətinin olduğu təyyarəni fransızların qırıcı hücumundan xilas edə bilib.
9 fevral 1961-ci ildə sovet nümayəndə heyəti Qvineya Respudlikasına səfər edərkən saat 14.23-də Aralıq dənizi üzərində, həmin dövrdə müharibə vəziyyətində olan Əlcəzairin şimal hissəsindən 130 kilometr aralıda, 8250 metr yüksəklikdə Fransa hərbi-hava qüvvələrinin hücumuna məruz qalıblar.
Belə ki, Brejnevin də içərisində olduğu 75708 nömrəli “İl-18” təyyarəsinin yaxınlığında qırıcılar görünüb. Brejnev əvvəlcə elə düşünüb ki, fransızlar SSRİ nümayəndə heyətinin təhlükəsizliyi üçün onları müşayiət edirlər və bunu böyük bir hörmət kimi qəbul edib. (Qeyd edək ki, həmin ərəfədə müharibə vəziyyətində olan Əlcəzair Fransanın müstəmləkəsi olub və yalnız 1962-ci ildə müstəqil dövlət kimi tanınıb). Amma qırıcılardan açılan atəşlərdən sonra məlum olub ki, heç də Leonid İliçin düşündüyü kimi deyil.
Təyyarənin pilotu Boris Buqayev dərhal əlaqəyə girib, fransız və ingilis dillərində hadisə ilə bağlı dispetçerə məlumat verib. Pilot müəyyən olunmuş uçuş üzrə hava məkanında hərəkət istiqaməti ilə bağlı əvvəlcədən məlumat verildiyini də bildirib.
Üç dəqiqə ərzində qırıcılar müşayiətlərini davam etdirdikdən sonra Buqayev danışıqların mənasız olduğunu anlayaraq təyyarəni peşəkarlıqla təhlükəsiz istiqamətə çıxara bilib.
Sonralar həmin təhlükəli anları Boris Buqayev belə xatırlayıb:
“Bu gözlənilməz bir hadisə idi. Adətən, təyyarə hansı bir nöqtədən müşayiət olunacaqsa bu əvvəlcədən bildirilir.
Qırıcılar ətrafımızda görünəndə Brejnev dedi ki, burada heç bir pis məqsəd ola bilməz, bunu təhlükəsizliyimiz üçün edirlər. Mən onun bu fikirlərinə qarşı çıxmadım.
Amma dəqiq bilirdim ki, heç bir təhlükəsizlikdən söhbət gedə bilməz. Mən dərhal rabitəyə girdim, başa saldım ki, hava məkanındakı hərəkət istiqamətimiz əvvəlcədən qeydə alınıb, yəni biz heç bir qanun pozuntusuna yol verməmişik. İki dəfə “Okey” deməklə cavabı bitirdilər.
Daha üç dəqiqə keçdi, qırıcılar hələ də ətrafımızda dolaşırdılar və atəş açırdılar. Mən məcbur olub istiqamətin dəyişdirilməsi ilə bağlı dispetçerə məlumat verdim və təyyarəni qırıcıların arasından çıxararaq təhlükəsiz istiqamətə yönləndirdim...”
Bu hadisə sovet mətbuatında geniş işıqlandırılıb, yurnalistlər Fransanın hərbi-hava qüvvələrini “bandit uçuşlarının müəllifi” adlandırıblar. Xarici işlər naziri Andrey Qromıko nota imzalayıb. SSRİ rəhbərliyi Moskvadakı səfirlikləri hadisəyə reaksiya verməyə çağırıb.
Fransanın Xarici İşlər Nazirliyi hadisə ilə bağlı təəssüf hissi keçirdiklərini bildirib və öz ölkələrinin hərbi-hava qüvvələrində bu məsələnin ciddi şəkildə araşdıracaqlarını, gühahkarları cəzalandıracaqlarını bildiriblər.
Amma bütün bu qalmaqal, baş vermiş insident, gərginləşmiş münasibətlər Boris Buqayevin həyatına aydın, uğurlu, işıqlı bir yol açıb.
Boris Buqayev 1923-cü ildə Ukraynada, Çerkassk vilayətində müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra orta ixtisas pilot məktəbində oxuyub. 1941-ci ildə müharibə başlananda Buqayev Ukrayna partizan hərəkatının fəal üzvlərindən biri olub. Müharibədən sonra Ali Mülki Aviasiya məktəbində təhsil alıb.
1948-1957-ci illərdə Buqayev “Vnukovo” aeroportunda pilot-instruktor vəzifəsində işləyib. İlk dəfə olaraq ən uzun uçuşları həyata keçirib.
Boris Buqayev 1957-ci ildə mülki aviasiyanın xüsusi təyinatlı dəstəsinə komandir təyin edilib. Dövlət və hökumət nümayəndələrinin uçuşlarını məhz o həyata keçirib.
Qvineya səfərini unutmayan Brejnev hakimiyyətə gəldikdən sonra Boris Buqayevi 1966-cı ildə mülki aviasiya nazirinin müavini, bir ildən sonra isə birinci müavini təyin edib.
1970-ci ildə Boris Buqayev nazir kürsüsünə sahib olub. Baş katib peşəkar pilotu SSRİ Mülki Aviasiya Nazirliyinə rəhbər gətirib. Və həmçinin Buqayev Leonid İliç Brejnevin şəxsi pilotu olub.
Brejnevlə Buqayevin arasında dostluq münasibətləri hökm sürüb. Baş katib mütəmadi olaraq şəxsi pilotunun problemləri ilə maraqlanıb. Buqayev jurnalistlərə verdiyi müsahibələrdə bu müsələni xüsusilə vurğulayıb:
“Leonid İliç çox qayğıkeş insan idi. Həmişə məişət, sosial problemlərimizlə maraqlanardı.
Elə münasibət yaradırdı ki, mən istənilən vaxt sözümü ona deyə bilirdim. Səfərlərimiz də maraqlı keçirdi. Qeyri-rəsmi tədbirlərdə bizi də süfrəyə dəvət edirdi. Ziyafətlərdə isə deyirdi:
- İndi kimlərsə konyak içəcək, kimsə mineral su.
Mənə işarə edirdi və xatırladırdı ki, fransız qırıcılarından xilas olmaq üçün başın ayıq olması vacibdir...”
Boris Buqayevin qüsursuz xidmətləri də baş katibin diqqətindən yayınmayıb. Pilot iki dəfə Sosialist Əməyi Qəhrəmanı və bir çox yüksək dövlət mükafatları ilə təltif olunub.
Buqayev 1970-1989-cu illərdə 8-11-ci çağırışlarda Azərbaycandan SSRİ Ali Sovetinin deputatı seçilib. Marşal Buqayev 1987-ci ilə qədər, 17 il nazir vəzifəsində şalıçıb.
Boris Buqayev 2007-ci ildə 83 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu
 
Ardını oxu...
Gürcüstanın müxalifət partiyalarının nümayəndələri, onların tərəfdarları, eləcə də bir sıra fəallar Tbilisidə parlament seçkilərinin nəticələrinə qarşı yürüş təşkil edirlər.

Bu barədə TASS-ın müxbiri məlumat yayıb.

Müxalifətçilərin və onların tərəfdarlarının bir qismi metronun “Mərcanişvili” stansiyasının yaxınlığında, bir qismi “Vake” parkının, bir hissəsi isə Gürcüstan Futbol Federasiyasının binasının yaxınlığında toplaşıb.

Onların hamısı artıq seçkinin nəticələrinə qarşı mitinq elan olunduğu parlament binasına çatmağı planlaşdırır. Müxtəlif universitetlərdən bəzi tələbələr də etirazçılara qoşulmağı planlaşdırırlar.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Parlamentə daxil olan bütün müxalifət partiyaları seçkilərin nəticələrini saxta hesab etdikləri üçün nəticələri tanımaqdan imtina ediblər.

Noyabrın 4-dən müxalifət liderləri etiraz aksiyaları keçirir.
 
 
 
Ardını oxu...
ABŞ konqresmeni Frank Peloni yaxın saatlarda Bakını tərk etməyə hazırlaşır.

Qafqazinfo diplomatik mənbələrdən məlumatı dəqiqləşdirməyə çalışıb.

Məlum olub ki, Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Peloni “yaddan çıxdığını” zənn edib, Azərbaycanda bu səviyyədə ictimai qəzəblə qarşılaşacağını gözləmirmiş. Dünən Bakıya gələn, hava limanında və COP29-da Azərbaycan mediasının suallarından qaçmağa çalışan, ötən gün COP29-da ABŞ Konqresinin brifiqinə də çıxmağa razılaşmayan Frank Pelonini axşam qaldığı otelin qarşısında qəzəbli QHT fəalları qarşılayıb.

“Pellone, rədd ol! şüarları ilə otelə mühafizəçilərinin və yerli hüquq mühafizə orqanlarının köməkliyi ilə daxil ola bilən ABŞ konqresmeni bütün görüşlərini ləğv edib. Onun oteldə otağından çıxmadığı bildirilir. Frank Peloni Azərbaycan xalqının hiddətindən ehtiyat edir.

Bu gün növbəti dəfə Azərbaycan QHT təmsilçilərinin Peloninin qaldığı otelin qarşısında etiraz aksiyasından sonra onun Bakıya səfərini yarımçıq qoyaraq qaçmağa hazırlaşdığı bildirilir.

Qeyd edək ki, Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Pelonidən Azərbaycan xalqından üzr istəməsi, ölkəmizə qarşı iftira kampaniyalarına görə cavab verməsi, ölkəni dərhal tərk etməsi tələb olunur. O, ABŞ-də islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner konqresmen kimi ad çıxarıb, fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. F.Peloni ABŞ-də erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik edib.
Bu gün Azərbaycanın bir qrup QHT rəhbərləri və ictimai fəalları ötən gün ABŞ konqresmeninin göstərişi ilə onun mühafizəçiləri tərəfindən şiddətə məruz qaldıqlarına, xəsarətlər aldıqlarına dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət ediblər. Onlar həmin mühafizəçilərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.

QHT nümayəndələri Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Peloni barəsində də hüquqi tədbirlər görülməsini tələb ediblər.

Mənbə: qafqazinfo.az
 
Ardını oxu...
Heç kim Putini telefon zəngləri ilə dayandıra bilməyəcək.

Bunu Polşa Baş naziri Donald Tusk deyib.

“Bu müharibənin ən böyük hücumlarından biri olan bugünkü hücum sübut etdi ki, telefon diplomatiyası Qərbin Ukraynaya real dəstəyini əvəz edə bilməz. Növbəti həftələr təkcə müharibənin özü üçün deyil, həm də gələcəyimiz üçün həlledici olacaq”, - Tusk bildirib.
 
  
Ardını oxu...
2025-ci ildə təbii fəlakətlərin artacağı barədə proqnozlar narahatlıq doğurur. Elmi mənbələr və öncəki təcrübələr göstərir ki, qlobal istiləşmə və iqlim dəyişikliyi bu cür fəlakətlərin tezliyini və şiddətini artırır. Əsas narahatlıqlar arasında zəlzələlər, sunamilər, quraqlıqlar, daşqınlar və vulkan püskürmələri kimi hadisələr var.

Zəlzələlər və sunamilər əsasən Sakit Okean hövzəsində baş verə bilər, çünki bu region "Sakit okean atəş halqası" kimi tanınan yüksək seysmik və vulkanik aktivlik zonasında yerləşir. Keçmişdə bu ərazilərdə çox sayda fəlakətlər böyük dağıntılara səbəb olub. Geoloqlar yaxın illərdə də oxşar təbii hadisələrin baş verməsini proqnozlaşdırır.

2025-ci il üçün təbii fəlakət proqnozları əsasən iqlim dəyişikliyinin təsirlərinə və seysmik aktivliyə əsaslanır. 2025-ci ildə zəlzələlər əsasən yüksək seysmik aktivliyə malik bölgələrdə daha çox müşahidə olunacaq. Xüsusilə, Sakit okean "Atəş halqası": Bu bölgəyə Yaponiya, İndoneziya, Filippin, Kaliforniya və Çili daxildir. Bu ərazilərdə yüksək risk var, çünki yer qabığının tektonik plitələri burada toqquşur və sürüşür.

Hindistan altqitəsi: Hindistan və Nepal regionunda Himalay tektonik plitəsinin aktivliyi səbəbindən güclü zəlzələlər baş verə bilər.

Yaxın Şərq: İran və Türkiyə kimi ölkələrdə də yüksək seysmik risk var. Bu ərazilərdə güclü zəlzələlər tarixi olaraq tez-tez baş verir.

Asiya və Sakit okean ölkələrində şiddətli yağışlar daşqınlara səbəb ola bilər. Cənub-Şərqi Asiya ölkələri (Filippin, Banqladeş, Vyetnam) risk altındadır.
ABŞ və Karib hövzəsi, xüsusilə Atlantik qasırğa mövsümü zamanı güclü daşqınlar və küləklər gözlənilir.

Üçüncü yerdə sunamilər gəlir.

Sunamilər əsasən okean zəlzələləri ilə bağlıdır. Yaponiya, İndoneziya və Çili kimi sahil bölgələri yüksək risk altındadır. Sakit Okean və Hind Okeanı hövzələrində dənizaltı zəlzələlər dağıdıcı sunamilərə səbəb ola bilər.

Eləcə də, iqlim dəyişikliyi səbəbindən Cənubi Avropa, Şimali Afrika və Hindistan kimi regionlarda uzun müddətli quraqlıqlar və yüksək temperatur dalğaları proqnozlaşdırılır. Bu bölgələrdə su qıtlığı və ərzaq təminatında çətinliklər də ola bilər.

Ekspertlər bu təbii hadisələrin təsirlərini azaltmaq üçün bölgələrdə hazırlıq səviyyəsinin artırılması və qabaqlayıcı tədbirlərin görülməsini vacib sayır.\\Musavat.com
 
 
 
Ardını oxu...
Ukrayna 2022-ci ilin fevralından bəri ABŞ Konqresinin təsdiq etdiyi yardımın yarısını belə almayıb.

Belə bir açıqlama ilə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.

“Məndən soruşsanız ki, nəqədər yardım gəlib, təfərrüata varmayaraq sadəcə deyəcəm: yarısını belə almamışıq”, - dövlət başçısı Ukrayna radiosuna müsahibəsində o qeyd edib.
 
Ardını oxu...
Prezident Salome Zurabişvili Gürcüstanın işğal edilmiş bölgələri Abxaziya və Cənubi Osetiya ilə sərhədləri nişanlamağa başlaması ilə bağlı Rusiyanın Tiflisə qarşı irəli sürdüyü son tələbinə cavab verib.

Teleqraf.com xəbər verir ki, prezident Rusiyanın Gürcüstanın bu ərazilərini ilhaq etmək niyyətində olduğunu bildirib.

“Rusiya Gürcüstandan delimitasiyaya razılıq verməsini tələb edir, çünki ilhaq istiqamətində tələsir. Bu, ağlasığmazdır və Gürcüstan hökumətinin güzəştlərin Rusiya siyasətini dəyişə biləcəyi ilə bağlı məntiqinə uyğun gəlmir. Görünür, dəyişməyə yox, işi sürətləndirməyə çalışırlar”, - Zurabişvili söyləyib.

Rusiya Xarici İşlər Nazirliyi bundan öncə Tiflisin Moskvaya qarşı ikinci cəbhə açmaq niyyətində olmaması ilə bağlı bəyanatlarına reaksiya verib. Qurum Tiflisdən gələn barışıq siqnallarına cavab olaraq, Gürcüstan hökumətini separatçı bölgələrlə sərhədlərdə delimitasiyaya başlamağa çağırıb.
 

Dünyapress TV

Xəbər lenti