Ardını oxu...
 

Rusiya azərbaycanlı tələbələrin addımında ekstremizm əlaməti aşkarlamadı; Bakı və Moskva arasına hansı bədxahlar girmək istədi? - təfərrüat

Rusiyada Moskva Maliyyə və Hüquq Akademiyasının (MMHA) azərbaycanlı tələbələri universitetin növbəti tədbirindən sonra ölkəmizin dövlət bayrağına bürünərək, “Yaşasın Azərbaycan!” şüarını səsləndiriblər. 

Əvvəlcə, noyabrın 20-də belə məlumat yayıldı ki, Rusiya İstintaq Komitəsinin təmsil etdiyi Rusiya ədliyyəsi Azərbaycanın dövlət bayrağının və “Yaşasın Azərbaycan!” şüarının nümayişinə baxaraq tələbələrə qarşı cinayət işi açıb. Guya şüarda ekstremizmin təzahürü varmış... Lakin noyabrın 22-də İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verdi ki, Rusiya Federasiyası İstintaq Komitəsi Maliyyə-Hüquq Universitetinin azərbaycanlı tələbələrinin şüarlarında ekstremizm faktları aşkar etməyib. “Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin müstəntiqi tərcüməçi ilə birlikdə yuxarıda göstərilən hərəkətlərin əks olunduğu videoyazıları araşdırıb. Gənclərin sözlərində ekstremist xarakterli çağırışlar aşkar edilməyib. Gənclər qanunazidd hərəkətlər etmədikləri üçün istintaq müvafiq prosessual qərar qəbul edəcək”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Rusiya hökuməti yanında Moskva Maliyyə-Hüquq Universitetində “Mənim Vətənim: böyük və kiçik” adlı tələbə festivalı keçirilib. Tədbir çərçivəsində universitetin Azərbaycan klubunu dəstəkləmək məqsədilə digər universitetlərdən olan tələbələr - Azərbaycan diasporunun nümayəndələri də ona qoşulublar. Festivaldan sonra azərbaycanlı gənclər ana dilində “Yaşasın Azərbaycan!” şüarını səsləndirməyə başlayıblar. Ardınca da sosial şəbəkələrdə guya azərbaycanlı tələbələrin qanunazidd ekstremist şüarlar səsləndirdiyi təhrif olunmuş səsli videolar yayılmağa başlayıb. İstintaq Komitəsinin də açıqlamasından aydın olur ki, Rusiya qanunvericiliyinə zidd addım atılmayıb. 

Ardını oxu...

Rusiya Azərbaycanlıları Birliyinin vitse-prezidenti Elnur Hüseynov AYNA-ya deyib ki, tələbələr tərəfindən heç bir ekstremist ifadələr işlənməyib: “Bu tələbələr Azərbaycan əsilli Rusiya vətəndaşlarıdır, bir çoxu burada doğulub. Təəccüblənirəm ki, bu videonu yayan xəbər saytları tələbələrin əslində azərbaycanca nə qışqırdığını öyrənməyə belə əziyyət çəkməyiblər. Axı kadrlarda onların qışqırmasını aydın eşidirsən: Yaşasın Azərbaycan! Sözün əsl mənasında, universitetdən qovulma təhlükəsi ilə üzləşən tələbələr üçün bir problem yaratdılar. Onlar heç bir qanun pozuntusuna yol verməyiblər və biz burada Azərbaycan xalqını ləkələmək, millətlərarası nifaq salmaq üçün bu cür alçaq üsullardan istifadə etməkdən çəkinməyən Azərbaycanın bədxahlarının informasiya hücumunu açıq şəkildə görmək olar. Əgər cinayət işinin başlanması lazımdırsa, bu, tələbələrə qarşı deyil, təhrif olunmuş, təxribat xarakterli məlumatlar yayaraq onlara böhtan atanlara qarşı edilməlidir”.

Görünür ki, bəzi ermənipərəst dairələr ucuz sensasiya axtarışına çıxıblar və Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmağa cəhd ediblər. Bununla hesablayıblar ki, azərbaycanlı tələbələr cəzalandırılacaq, rəsmi Bakı dərhal reaksiya verəcək, istər-istəməz bir gərginlik, xoşagəlməz ab-hava yaranacaq. Ancaq Rusiya tərəfi hansısa məkrli ssenarinin ardınca düşmədi və İstintaq Komitəsi mövqeyini açıqladı. Çünki “Yaşasın Azərbaycan!” şüarında heç bir ekstremizm yoxdur. Ümumiyyətlə, Azərbaycanın Rusiya ilə Müttəfiqlik-Əməkdaşlıq Bəyannaməsi var və rəsmi Bakı da heç vaxt nümayişkaranə şəkildə anti-Rusiya addımlar atmayıb. Hazırda ikitərəfli əlaqələr ən yüksək səviyyədə inkişaf etməkdədir, liderlər arasında münasibətlər xüsusi xarakter daşımaqdadır. Moskva bəyannaməsinin müddəalarından biri də elə bu kontekstdədir: Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar. Ona görə də son prosesdə “erməni izi”nin olması istisna deyil. 

Ardını oxu...

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya İstintaq Komitəsi çevik araşdırma aparıb və obyektiv qərar çıxarıb. Hüquq müdafiəçisinin sözlərinə görə, bu qərarın veriləcəyini gözləyirdi: “Çünki Rusiya qanunlarına əsasən tələbələrin hərəkətində ekstremizm yoxdur. Hər kəs bunu edə bilər. Qarabağ müharibəsi zamanı qələbə xəbərləri gələndə Azərbaycan bayraqları ilə yanaşı, Türkiyə, Pakistan, bəzi hallarda Rusiya bayraqlarını avtoyürüşlərdə görə bilirdik. Bu məsələdə də Rusiya vətəndaşı olan azərbaycanlı tələbələr qanunsuz iş görməyiblər. Dünyanın hər yerində bunu etmək mümkündpür. İnsan öz ana vətəninin bayrağını qaldıra bilər”. 

Ç.Qənizadə bu məsələni şouya çevirmək istəyənlərin olduğunu istisna etmir və “erməni barmağı”nı da mümkün sayır: “Bu gün dövlətlərarası münasibətlər heç zaman olmadığı qədər yüksəlişdədir. Bu da erməniləri narahat edir. Xüsusən Rusiyadakı erməni diasporu Bakı-Moskva münasibətlərindən xoşhal deyil. Ona görə hansısa fürsətdə bundan istifadə etməyə çalışa bilərlər. Biz diaspor olaraq hər yerdə gücümüzü artırmalıyıq, xüsusən də ermənilərin fəal olduğu Rusiya, Fransa və Amerikada...”

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

 
 
 
Ardını oxu...
 

Berbokun Bakıda səsləndirdiyi iddialar Diplomatik etiketlərə ziddir

Musavat.com xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok növbəti dəfə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. “Frau Skandal” ləqəbi ilə tanınan nazir, COP29 sammiti çərçivəsində Bakıya səfəri zamanı iqlim dəyişikliyi ilə bağlı beynəlxalq əməkdaşlığın müzakirə edilməli olduğu halda, əsas diqqətini Azərbaycana tənqidlər ünvanlamağa yönəldib. Onun fikrincə, Azərbaycan “demokratik standartlara” riayət etmir və insan haqları sahəsində çatışmazlıqlara yol verir.

Ardını oxu...

Berbok eyni zamanda 76 deputatın, o cümlədən alman Bundestaqı üzvlərinin Azərbaycana girişinə qadağa qoyulmasını “tamamilə qəbuledilməz” adlandırıb. O, bildirib ki, “bu məhdudiyyətlər Avropa Şurası çərçivəsində Azərbaycanın götürdüyü öhdəliklərə ziddir və beynəlxalq hüquq prinsiplərinə uyğun deyil.”

Xarici işlər naziri Ceyhun Bayramov isə Berbokla görüş zamanı Azərbaycanın mövqeyini qəti şəkildə çatdırıb. O, vurğulayıb ki, ölkəmiz haqsız və qərəzli kampaniyaların hədəfinə çevrilib və bu məsələdə ədalət gözlənilməlidir. Lakin Berbokun hansı konkret “demokratik standartların” pozulduğunu iddia etdiyi yenə də sual doğurur. Azərbaycanda çoxpartiyalı siyasi sistem mövcuddur, müntəzəm seçkilər keçirilir, vətəndaş cəmiyyəti aktiv fəaliyyət göstərir.

Ardını oxu...

Berbokun bu cür iddiaları daha çox Avropa dövlətlərinin Azərbaycana qarşı siyasi təzyiq yaratmaq cəhdləri kimi görünür. Əslində, Azərbaycanda qərbyönümlü namizədlərin zəif nəticələri Qərbin prioritetlərini düzgün təyin edə bilməməsindən qaynaqlanır, ölkənin “demokratik problemləri” ilə deyil. Bundan başqa, hər bir dövlətin, o cümlədən Azərbaycanın, əcnəbilərin ölkəyə girişinə qadağa qoymaq hüququ var. Bu hüquq beynəlxalq hüququn qəbul etdiyi norma olmaqla yanaşı, Vyana Konvensiyası ilə də təsdiqlənib. Azərbaycanın bu addımının səbəbi də kifayət qədər aydındır: Avropa Şurası Parlament Assambleyasının deputatlarının Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini tanımamaq qərarıdır.

Ardını oxu...

Azərbaycanın belə bir qəti mövqe nümayiş etdirməsi məntiqə uyğundur. Çünki son illərdə ölkəmizə qarşı “insan haqları pozuntuları” ilə bağlı iddialar tez-tez səsləndirilir. Amma bu iddiaların əsl məqsədi başqadır: Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və öz suveren hüquqlarını müdafiə etməsi bəzilərini narahat edir. Bakı isə bu məsələlərdə güzəştə getmək niyyətində deyil və prinsipial mövqeyini davam etdirir.

Berbokun davranışları təkcə bu səfərlə məhdudlaşmır. Onun ötən il Azərbaycana səfəri zamanı verdiyi bəyanatlar da böyük narazılığa səbəb olmuşdu. Belə ki, xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Qarabağın şəhərlərini erməni adları ilə adlandırmışdı. Ceyhun Bayramov dərhal onun bu ifadələrini düzəldərək Azərbaycanın rəsmi mövqeyini ortaya qoymuşdu.

Ardını oxu...

Bundan əlavə, jurnalistlərin Berbokdan Qərbi Azərbaycan İcması ilə görüşüb-görüşmədiyini soruşması zamanı o, guya bu görüşün baş tutduğunu demişdi. Amma sonradan məlum olmuşdu ki, onun Bakıda görüşdüyü qrup Ermənistanın deportasiya etdiyi qaçqınlar deyil, ümumi vətəndaş cəmiyyəti nümayəndələri olub. Eyni zamanda, Berbok Ermənistan səfəri zamanı “Qarabağdan olan qaçqınlar”la görüşmüş və “binokl diplomatiyası” adlanan qalmaqallı bir hərəkətə də qatılmışdı. Bu hadisə o dövrdə ciddi etirazlarla qarşılanmışdı.

Ardını oxu...

Nəticə etibarilə, Annalena Berbokun səfərləri və bəyanatları Azərbaycan-Almaniya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, Almaniyanın diplomatik nüfuzuna da ziyan vurur. Azərbaycan isə öz mövqeyindən geri çəkilmədən beynəlxalq hüquq çərçivəsində hərəkət edir və öz haqqını qorumaqda davam edir.

Musavat.com

Ardını oxu...
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putinin dünən xalqa müraciətindən sonra Rusiyada aviabiletlər kəskin bahalaşıb. 2022-ci ildə məcburi səfərbərlikdən sonra da eyni hal yaşanmışdı.

İnsanlar müharibədə ölməmək üçün daha təhlükəsiz və əlçatmayan yerlərə qaçır. Ruslar Ukraynaya hücum etdiyinə görə Putini dəstəkləsələr də gedib bu savaşda ölmək istəmirlər. Ona görə də bu cür vəziyyətlərdə aradan çıxmağa üstünlük verirlər.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiyanın son günlər Ukraynanı kütləvi raket zərbələri ilə atəşə tutması, Dnepr şəhərini ballistik raketlərlə hədəfə alması müharibədə eskalasiyanı ciddi formada artırdı:

“Artıq savaş özünün ən yeni və qanlı mərhələsinə keçdi. Bu, Ukrayna, Rusiya və dünyada ciddi narahatlıqlar, təşviş, qorxu hissi yaratmaqdadır. Vladimir Putinin dünənki açıqlamaları da göstərdi ki, rəsmi Moskva hər hansı güzəştə getmək niyyətində deyil. Qərblə qarşıdurmaya hazır olduğunu göstərməyə çalışır. Putinin çıxışından aydın olur ki, Kreml NATO ilə açıq münaqişəyə girməyə hazırdır. Rusiya vətəndaşları arasında bu proses ciddi qorxu yaradır. Ona görə də savaşın başladığı ilk anlarda olduğu kimi əhali savaşın yeni mərhələsində qırğınların daha kütləvi olacağını, mülki obyektlərin də hədəfə alınacağını anlayır. Bu səbəbdən mümkün qədər təhlükəsiz yerlərə gedərək canlarını qurtarmağa çalışırlar. Rusiya daxilində Ukraynaya hədəf məsafəsində olan ərazilərdən insanların bu və ya digər formada köçü, yerdəyişməsi olacağı istisna deyil. Hazırda Rusiya sözügedən hadisələrə hazırlıqlıdır. Ona görə ölkədən çıxışlarla bağlı müəyyən məhdudiyyətlərdə gətirilə bilər”.

Politoloq bir müddət öncə Rusiyada yaşayan azərbaycanlı əmək miqrantlarının müharibənin qlobal hal alması fonunda məcburən Ukrayna ilə müharibəyə aparılacağı haqqında yayılan xəbərlərin hazırda real olub-olmayacağına da aydınlıq gətirib:

“Rusiya-Ukrayna müharibəsi başlayandan bir müddət sonra Rusiya Moskva, Peterburq daxil olmaqla iri şəhərlərdə yaşayan əhalini, əsgərlik yaşına çatmış gəncləri savaşa cəlb etməmək variantına üstünlük verirdi. Cəbhəyə aparılanlar daha çox Şimali Qafqaz ərazisindən müsəlman xalqları və ucqar ərazilərdən olan muzdlular idi. Lakin savaşda canlı qüvvə itkilərinin çox olmasından məcburən digər variantlara da əl atıldı.

Ukrayna müharibəsinin ilk vaxtlarında Rusiyanın o zamankı müdafiə naziri Sergey Şoyqu Putinə raport verərək bildirdi ki, Suriya, eləcə də Yaxın və Orta Şərqdən 16 min könüllü savaşa qatılmaq üçün müraciət edib. Onların müharibədə iştirakları təmin olunacaq. Bundan başqa Rusiya daxilindəki müxtəlif Federasiya subyektlərindən müdafiə batalyonları adı ilə toplanan pullu şəxslərin cəlb edilməsi ilə bərabər, orada yaşayan miqrantları maaşla savaşa aparırdılar. Sonradan prosesdə nisbətən ləngimələr baş verdiyindən və canlı qüvvə çatışmazlığından Şimali Koreyadan təxminən 12 minə yaxın hərbçi münaqişəyə qoşuldu. Kursk döyüşlərində də onlardan istifadə olunur”.

Oqtay Qasımov qeyd edib ki, son Krokus Holl təxribatından sonra Rusiyada miqrantlara olan mənfi münasibət daha da kəskinləşib:

“Onların sırasında xüsusilə də soydaşlarımıza qarşı aparılan müəyyən təzyiq kampaniyaları da diqqətdən qaçmır. Rusiyada yaşayan azərbaycanlıların savaşa cəlb olunması hallarının şahidi olmuşuq. Bundan sonra da gərginliyin artması, canlı itkilərin çoxalması fonunda Rusiya müxtəlif variantlara əl ata, o cümlədən miqrantların zorla savaşa göndərilməsi prosesini həyata keçirə bilər. Rusiyada yaşayan təxminən 3 milyona yaxın soydaşımızın əksəriyyəti özünü təhlükəsiz vəziyyətdə hiss etmir. Onların bir qisminin ölkəyə qayıdacağı ehtimalı da yüksəkdir. Birdən-birə yüz minlərlə insanın Azərbaycana qayıtması ciddi sosial, iqtisadi və psixoloji gərginliyə səbəb ola bilər. Bu arzuolunmazdır”.
 
 
 
Ardını oxu...
“Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır. Ona görə də Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv və həqiqəti əks etdirməyən qətnamə qəbul edib. Azərbaycan COP29 çərçivəsində iqlim dəyişikliklərə qarşı mübarizədə ada dövlətlərinə maliyyə yardımının göstərilməsi ilə bağlı məsələ qaldırıb və Fransanın neokolonial siyasətini tənqid edir”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, “Fransa özünün "züy tutan"larına tapşırıq verib və Azərbaycana qarşı qeyri-obyektiv qətnamələr qəbul etdirməklə ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışır. Lüksemburq əhalisinin 70%-dən çoxu katoliklərdir. Bu da Fransanın dayaq olduğu Ermənistana bir dəstək nümayiş göstərməsi üçün bir addım kimi dəyərləndirə bilərəm. Azərbaycan Fransanın Ermənistanla münasibətlərinin ədalətli nizamlanmasını tələb edir. Amma Fransa birətəfli şəkildə Ermənistanı silahlandırır və ədalətli sülhün yaranmasına mane olmağa çalışır.

“Lüksemburq Nümayəndələr palatasının ölkəmizə qarşı qəbul etdiyi qərəzli kağız parçası ilə ölkəmizin daxili işlərimizə burnunu soxmağa çalışır. Əslində Lüksemburqun özü heç kimin siyahısında olmayan cırtdan bir dövlətdir. Amma nə qədər cırtdan dövlət olsa da Fransanın "mahnısına oynamaq" və beynəlxalq hüququ ayaq altına ataraq ölkəmizin daxili işlərinə qarışması onlara heç də hörmət gətirmir.Təbii ki, Milli Məclis Lüksemburq Nümayəndələr palatasına çox ətraflı və tutarlı cavabı verib. Ölkəmizə qarşı kim qərəz nümayiş etdirərək çirkin niyyətlərini ifadə etməyə çalışsa, onların da cavabı dərhal veriləcəkdir”-deyən deputat vurğulayıb ki, biz bütün ölkələrlə ədalətli, qarşılıqlı hörmət və milli maraqlar əsasında münasibətlərin qurulmasının tərəfdarıyıq.
 
Ardını oxu...
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında məmurlrara qəzəblənib.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, hökumət başçısı əvvəlcə yeni təyin olunmuş ərazi idarəçiliyi və infrastruktur naziri Davit Xudatyana əsəbləşib.

Daha sonra üzünü hökumət üzvlərinə tutaraq onlara xəbərdarlıq edib: “Mən xəbərdarlıq edirəm ki, bundan sonra tikintilərdə müəyyən edilmiş müddət pozularsa, şəxsi məsuliyyət məsələsi qaldırılacaq”.

Buna səbəb Armavir vilayətinin Aygəvan icmasında tikilən və oktyabrda istifadəyə verilməli olan uşaq bağçası məsələsi olub. Nazir bildirib ki, bağça hələ də qaz təchizatında problem olduğundan fəaliyyət göstərmir.

Yeni təyin olunmuş ərazi idarəetmə naziri Armavirin keçmiş qubernatoru olub.

“Kameralar qarşısında oktyabrda isitfadəyə veriləcəyini dedin. Mən də yazmışdım ki, bağça oktyabrda açılır. İndi dediyim yalan çıxdı. Sizə xəbərdarlıq edirəm ki, mənə tarix, təsdiqlənməmiş bir məlumat parçası, hətta ən xırda bir şeyi belə deməyin. İndi o kəndin camaatı, respublika əhalisi deyə bilər ki, baş nazir yalan danışıb”, – deyə Paşinyan vurğulayıb.

Hökumətin son iclasında Paşinyan oxşar problem əsasında keçmiş ərazi idarəetmə naziri Qnel Sanosyandan şikayət etmişdi. Həmin iclasdan sonra Sanosyan istefaya göndərilib. Belə ki, hökumətin son iclasında Paşinyan Armavirdən Gümrüyə gedən yolun Bayandur hissəsinin tikintisindən danışıb. Baş nazir yolun artıq hazır olduğu barədə ona məlumat verildiyini və özünün “Facebook” səhifəsində yolun başqa hissəsindən foto yayımladığını, bundan sonra vətəndaşlar onu yalan danışmaqda ittiham etdiyini deyib. Bayandur yolu isə hələ də tikilməyib.
 
 
 
Ardını oxu...
Rusiyada insanların gözü qarşısında qızı saçlarından sürüyən, ona və kafenin müştərilərinə təhqiramiz sözlər deyən şəxsin görüntüləri yayılıb.

Oxu.Az-ın məlumatına görə, video sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.

Məlum olub ki, qalmaqallı hadisənin iştirakçısı erməni diasporunun lideri Petik Aspoyanın 25 yaşlı oğludur.

Kadrlardan onun qızın saçlarından tutaraq üstünə qışqırdığı və zalda sürüdüyü görünür. Həmçinin onun yoluna çıxan başqa bir qız da zərər çəkir.

Məlumata görə, Rusiya İstintaq Komitəsinin Saratov vilayəti üzrə İstintaq İdarəsi faktla bağlı cinayət işi açıb.
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin hərbi yardımı dayandırılacağı təqdirdə ölkəsinin münaqişədə məğlub olacağına əminliyini ifadə edib.

Gununsesi.info xəbər verir ki, o bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.

“Əgər yardım azaldılarsa, düşünürəm ki, biz məğlub olacağıq. Əlbəttə ki, biz yenə də döyüşəcəyik, öz istehsalımız var, lakin qalib gəlmək və sağ qalmaq üçün bu kifayət deyil”, – deyə dövlət başçısı qeyd edib.
 
Ardını oxu...
Avropa Parlamenti növbəti beş il üçün yeni Avropa Komissiyasının bütün 26 komissarını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşr qeyd edib ki, deputatlar Avropa Komissiyasının altı icraçı vitse-prezidentini, eləcə də Macarıstandan olan Avropa komissarı yoxlayanda çətinlik yaşayıb, amma sonda yeddisi də təsdiqlənib.
 
Ardını oxu...
Kaliforniya sahillərində nadir və sirli dərin su sakini olan “qiyamət balığı” bu il üçüncü dəfə qeydə alınıb. Bu növ balıq pis xəbərlərin əlaməti hesab edilir və son əsrdə yalnız 22 dəfə müşahidə olunub.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, uzunluğu təxminən üç metr olan bu balıq San Dieqo şəhərindəki Kaliforniya Universitetinin Skripps Okeanoqrafiya İnstitutundan Elison Laferrier tərəfindən Qrandv çimərliyində aşkarlanıb. Daha sonra ölmüş balıq nümunəsi Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin Balıqçılıq Xidməti tərəfindən çıxarılıb və Cənub-Qərb Balıqçılıq Elmi Mərkəzinə göndərilib.
“Biz nümunələr götürdük və balığı donduraraq daha ətraflı tədqiqat və dəniz onurğalılarının kolleksiyasında qorunması üçün saxladıq”, deyə Skripps Okeanoqrafiya İinstitutunun dəniz onurğalılarının kolleksiyası meneceri Ben Freybl bildirib.
Qeyd edilir ki, yapon mifologiyası dərin dəniz balıqlarının dayaz görünüşünü zəlzələlərin və sunamilərin xəbərçisi kimi xarakterizə edir. 2010-cu ildə bu balıqların ən azı 10-da çoxu 2011-ci ilin martında baş vermiş ən böyük zəlzələdən bir qədər əvvəl Yaponiya sahillərində aşkar edilmişdi.
Zəlzələlərdən əvvəl baş verən tektonik hərəkətin növləri öldürdüyü və zəlzələdən dərhal əvvəl sahilə çıxmağa məcbur etdiyi nəzəriyyələri ortaya çıxıb. Bununla belə, 2019-cu ildə aparılan bir araşdırma bu balıqların müşahidəsi ilə Yaponiyada zəlzələlərin baş verməsi arasında heç bir əlaqə tapmayıb.
“Qiyamət balığı” adlandırılan növ nadirdir və elm adamları tərəfindən hələ tam başa düşülməyib, çünki o, dənizin ən az öyrənilmiş ekosistemində – okeanın səthinin dərinliklərində yerləşən mezopelagik zonada inkişaf edir.
“Əvvəlki vəziyyətlərdə olduğu kimi, bu nümunə və ondan götürülmüş nümunələr bizə onların biologiyası, anatomiyası, genomikası və həyat tarixi haqqında çox şey söyləyə biləcək”, deyə Ben Freybl bildirib.
Qeyd edilir ki, ilk nümunə avqust ayında La Jolla körfəzində sahilə çıxıb. Təxminən 3,5 metrlik nümunə iki sualtı kanyonun yaxınlığında yerləşən San Dieqo çimərliyinin yaxınlığında kayakçılar və akvalanqçılar tərəfindən görülüb.
Balıq yaxşı vəziyyətdə tapılıb, tədqiq olunmaq və təşkilatın dəniz onurğalıları kolleksiyasının bir hissəsi olmaq üçün mühafizə edilmək üçün daşınıb.
Bu növ tez-tez “dəniz ilanları” adlanır və növün uzun “gümüş lentə bənzər bədəni” 9 metrə qədər böyüyə bilər. Balıq nadir hallarda canlı görünür, çünki adətən təbii yaşayış yerini yalnız fəlakət zamanı tərk edir.
Sentyabr ayında “Huntington Beach”də başqa bir növ tapılıb, lakin o olduqca pis vəziyyətdə olub. Bu balığın yaranması və ölüm səbəbi hələ də məlum deyil və bir çox dəyişiklərin nəticəsi ola bilər.
“Bu, okeanın vəziyyətinin dəyişməsi və sahilimizə yaxın qurşaq balıqlarının sayının artması ilə əlaqədar ola bilər. Bu yuyulma keçən həftə son qırmızı gelgit və Santa Ana küləkləri ilə üst-üstə düşdü, lakin bir çox dəyişənlər sahildə bu yuyulmalara səbəb ola bilərdi”, deyə Ben Freybl bildirib.
Uzun illər çimərliklərdə bu növün müşahidələri alimlərə sirli məxluq və onun sağ qalma taktikası haqqında daha çox məlumat əldə etmək imkanı verib.
“Bu balıq genomik analiz üçün təzə nümunələr əldə etmək üçün nadir bir fürsətdir ki, bu da bizə bu növün dərin dəniz mühitlərində inkişaf etməsinə imkan verən təkamül uyğunlaşmalarını öyrənməyə imkan verəcək”, deyə dəniz bioloqu və Skripps İnstitutunda dəniz onurğalıları kolleksiyasının kuratoru Dayana Arkila deyib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti