Ardını oxu...
Çərşənbə axşamı ABŞ Rusiya aktivlərini müsadirə etmək və Ukraynanın bərpasına yönəltmək üçün Avropadakı və digər müttəfiqləri ilə əməkdaşlığa ümid etdiyini bildirib.

“Dövlət katibi açıq şəkildə bildirib ki, bu, həyata keçiriləcək”, deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə Turan-ın ABŞ Konqresinin Rusiya aktivlərini müsadirə etməyə və onları Ukraynaya verməyə icazə verən qanun layihəsini təsdiq etmək çağırışı haqqında sualına cavabda bildirib.

“Rusiyanın dondurulmuş aktivlərinin əksəriyyəti Birləşmiş Ştatlarda saxlanılmır, onlar Avropadadır. Buna görə biz müttəfiqlərimizlə birlikdə hərəkət etməliyik”, deyə o, sözünə davam edib.

Bu həftənin əvvəllərində ABŞ Konqresinin xarici işlər komitəsinin rəhbərləri Blinkenə və maliyyə naziri Canet Yellenə qeyd edilən qanunun tezliklə və tam həyata keçirilməsi çağırışı ilə məktub göndəriblər.

“Biz bu addımı ataraq, ABŞ hökumətinin Putinin öz təcavüzü ilə Ukraynaya vurduğu ziyanı qarşılamaq üçün Rusiyanın pul vəsaitlərindən istifadə edərək, Amerikanın vergi ödəyicilərinin maraqlarını qoruduğuna zəmanət veririk”, deyə konqresmenlərin prezident Baydenə məktubunda bildirilir.
 
Ardını oxu...
   

ABŞ-ın Pensilvaniya ştatında yaşayan FETÖ lideri Fəthullah Gülənin qaçırıldığı və hətta öldüyünə dair iddialar ortaya atılıb.

Musavat.com Axar.az -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Gülənin yaxın qohumu Əbusələmə Gülənin iddiasına görə, FETÖ rəhbəri Pensilvaniyadakı evindən qaçırılıb. Onun sözlərinə görə, Gülən təşkilatın liderliyini ələ keçirmək istəyən Barbaros Kucakurt, Mustafa Özcan və Cövdət Türkyolu tərəfindən qaçırılıb.

FETÖ-yə bağlı “Herkul” səhifəsi yayılan iddiaları təkzib edib və məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda Gülənin səhhətinin yerində olduğu bildirilib.


Ardını oxu...
 

Hindistanda keçirilən ümumi parlament seçkisində 642 milyon seçici səs verib ki, bu da ümumi parlament seçkiləri üzrə dünya rekordudur.

Bu barədə ölkənin Seçki Komissiyasının rəhbəri Raciv Kumar məlumat verib.

"Hindistanda bu il dünya rekordu qeydə alındı. "Lok Sabha"ya (parlamentin aşağı palatası) seçkidə 312 milyon qadın daxil olmaqla, 642 milyon seçici iştirak etdi", - deyə Kumar bildirib.

"642 milyon seçici apatiya əvəzinə hərəkət etməyə, ədəbsizlik əvəzinə inama üstünlük verdi. Biz bu demokratiya bayramında iştirak edən hər kəsə təşəkkür edirik", - deyə Seçki Komissiyasının rəhbəri qeyd edib.

Onun sözlərinə görə, dünyanın ən böyük seçki kampaniyasına seçki komissiyalarının və təhlükəsizlik xidmətlərinin 15 milyon işçisi cəlb edilib.

Raciv Kumarın sözlərinə görə, respublikada seçkidə "Böyük yeddilik" ölkələri ilə müqayisədə 1,5 dəfə, Aİ-nin bütün 27 ölkəsindən isə 2,5 dəfə çox insan səs verib.

"Hindistan seçicilərinin inanılmaz gücü də məhz bundadır", - deyə o əlavə edib.//Oxu.az

 

Ardını oxu...
  

Rusiyanın Krım yarımadasını işğal və ilhaq etməsinin 10-cu ili tamam olub, ancaq bu torpaqların hüquqən kimə məxsus olduğu barədə mübahisələr bitməyib.

Tarixi məxəzlərdə göstərilir ki, Krım lap qədimlərdə müxtəlif xalqların, Bizans imperiyasının idarəçiliyində olub. Eramızın 5-ci əsrində Krıma türklər (xəzərlər) sahib olub, xaqanlıq yaradıblar. 13-cü əsrdə bu yarımadanı monqollar işğal edib, Qızıl Orda xanlığı təsis etsələr də, türk xalqları yenə də Krımda söz sahibi olublar. 15-ci əsrdə yarımadada Krım xanlığı yaranıb, tatar-türk sülaləsi Gəraylar bu torpaqları 3,5 əsr boyunca idarə edib.

Yarımadada başqa xalqlar da yaşayıb: italyanlar, yunanlar, karaimlər, qıpçaqlar, bulqarlar və s. Hətta Vikipediyada bu barədə rusca məqalələr yazan ermənilər özlərini də Krımın əsas aborigen xalqlarından biri kimi göstərirlər. Krım xanlığı 1783-cü ilə qədər Osmanlı imperiyasının vassalı olub. 300 illik monqol-tatar əsarətindən qurtularaq dirçələn Rusiya həmin il yarımadanı Osmanlıdan qoparıblar. 1787-1791-ci illər arasında gedən rus-türk müharibəsindən sonra tərəflər arasında sülh müqaviləsi imzalanıb və Krım Rusiyaya qalıb.

Beləcə, 1441-ci ildən 1783-cü ilə qədər, 342 il boyunca Gəraylar sülaləsindən olan 67 hökmdarın idarə etdiyi Krım “rus torpağı” olub.

Ardını oxu...

                                      Krımda 7-ci əsrə aid Bizans məbədi

1917-1920-ci illərdə bütün Rusiya ərazisində tüğyan edən vətəndaş müharibəsi Krımdan da yan ötməyib. Yarımadada növbə ilə "ağlar" və "qırmızılar" bir neçə dəfə bir-birini əvəz edərək “dövlət” qurublar. Əvvəlcə Tavriya Sovet Sosialist Respublikası təsis edilib, onu Krım Sovet Sosialist Respublikası əvəz edib, sonra Krım Xalq Respublikası yaradılıb, daha sonra bolşeviklər yenidən Krımı “fəth” ediblər.

1920-1921-ci illərdə Krımda “qırmızı terror” adlandırılan cəzalandırma kampaniyası aparılıb və yarımadada, necə deyərlər, başıpapaqlı qalmayıb.

Həmin il Krımla bağlı daha bir mühüm hadisə baş verib.

Ardını oxu...

                                       Feodosiya qəsri

Bu barədə bir il əvvəl rusiyalı jurnalist Andrey Karaulov ukraynlı həmkarı Dmitri Qordonla müsahibəlsində danışıb. O, Krımın Rusiya Federasiyasının olduğunu əsaslandıraraq deyib ki, Leninin hakimiyyəti dövründə Krım amerikalılardan alınmış texnikaya görə məşhur maliyyəçi Rokfellerə girov qoyulub.

Bir çox mənbələr isə yəhudi icmasının rəhbəri olan rejissor Solomon Mixoelsin ölümünün, Krım tatarlarının müharibədən sonra deportasiyasının, Uzaq Şərqdə muxtar yəhudi milli regionunun elan edilməsinin və Krımın Ukraynaya verilməsinin bir-biri ilə bağlı olduğunu iddia edirlər.

100 il əvvəl gənc sovet dövləti yoxsulluq içində olanda Qərb dövlətləri ona kredit verməkdən qəti şəkildə imtina edib. Bu məsələdə əsas rolu ideoloji ziddiyyətlər oynamayıb, çar hökuməti Qərbə o qədər borclu olub ki, onları geri qaytarmadan Rusiyaya yenidən borc vermək axmaqlıq hesab edilib. Belə olanda Lenin onlara böyük bir ərazi təklif etmək qərarına gəlib.

1914-cü ildə xaricdəki varlı yəhudilərin I dünya müharibəsindən əziyyət çəkən yəhudilərə kömək etmək üçün yaratdıqları “Joint” (“Birlik”) adlı təşkilatın maliyyə potensialı haqqında yaxşı təsəvvürə malik olan Lenin bolşevik dövlətinə lazım olan pulu onlardan qoparmağı düşünür. Bundan ötrü o, “Joint”un liderlərindən olan hüquqşünas Ceyms Rozenberqin yanına Nikolay Buxarinin qayınatası Mixail Luryeni göndərir. Lurye Rozenberqə Qara dəniz sahilindəki Krımdan, onun "Rusiya Kaliforniyası" olmasında bəlağətlə danışır, burada gələcəkdə müstəqil yəhudi dövlətinə çevrilmək perspektivi ilə RSFSR-in yəhudi vətəndaşları üçün muxtariyyət yaratmağın mümkün olacağını bildirir. O vaxt İsraildən əsər-əlamət yox idi, ancaq yəhudilərin öz milli dövlətlərini qurmaq üçün böyük istəkləri vardı. Bu cazibədar təklif varlı yəhudiləri maraqlandırır və onlar gələcək yəhudi dövləti üçün yatırım qoyurlar.

Ardını oxu...

1923-cü ildə Xalq Komissarları Sovetinin sədr müavini Aleksandr Tsyurupanın (o, əslən Krımdan olub) rəhbərliyi ilə Krımı yəhudi muxtariyyətinə çevirmək üçün komissiya təşkil edilir. Muxtariyyat RSFSR-in tərkibində olacaqdı. Məsələnin maddi tərəfi ilə iqamətgahı Simferopolda yerləşən və yəhudilərə məxsus “Agro-Joint” korporasiyası məşğul olub. “Rusiya Kaliforniyası” hökumətinə rus əsilli amerikalı və “Joint”un nüfuzlu əməkdaşı İosif Rozen başçılıq etməli idi. Sovet tərəfdən jurnalist Abram Bragin, iş adamı Mixail Lurye və milli işlər üzrə xalq komissarının müavini Qriqori Broydo yəhudi Krım hökumətinə dəvət edilib. Lenin pul ayrılmasını görə bilməsə də, artıq 1924-cü ilin dekabrında sovet hökuməti və “Aqro-Joint” illik 5%-lə nağd pul yardımının göstərilməsi haqqında ilk sazişi imzalayıb. “Joint” 10 il ərzində hər il Moskvaya 900 min dollar ayırmağı öhdəsinə götürüb. Əsas şərt bu olub ki, sovet Rusiyası 1954-cü ilə qədər 9 milyon dollarlıq krediti qaytarmasa, Krım avtomatik olaraq “Joint”un mülkiyyətinə keçbəlidir. Tərəflər razılaşıb.

“Agro-Joint” kreditlərinin köməyi ilə 1925-ci ilin sonuna qədər yarımadada 180 yəhudi kənd təsərrüfatı arteli (bugünkü kibbutsların prototipləri) yaradılıb. Həmin il Krıma Ukrayna və Belarusdan on minlərlə miqrant gəlib. 1932-ci ilə qədər Krımda 20 min nəfərdən çox əhalisi olan 86 etnik kənd formalaşıb. 1934-cü ildə müqaviləyə uyğun olaraq RSFSR Krımda yəhudilərə milli muxtariyyət statusu verməli idi. Ancaq Stalin başqa bir hiyləgər plan düşünüb.

1930-cu ilin avqustunda Stalin Uzaq Şərqdəki Birobican diyarı ərazisində milli bölgə yaradılması haqqında qanunvericilik sənədi hazırlatdırır. 1934-cü ilin mayında yəhudilərə Krımda yox, Birobican milli bölgəsində muxtariyyat verilir.

Xaricdəki yəhudilər narazı qalır. İndiyədək heç bir borclu onlara belə kələk gəlməmişdi. Stalinin şəxsən aldatdığı adamların sırasında Simferopol “Agro-Joint”un veksellərinə sərmayə qoyan 200 səhmdar vardı. Onlardan məşhurları ABŞ-ın sabiq prezidenti Herbert Huver və o zamankı prezident Franklin Ruzveltin, eləcə də milyonçu Luis Marşalın ailələri olub. İndi onlar kreditin ödəniləcəyi son tarixi - 1954-cü ili gözləməli idilər.

Ardını oxu...

                                İzik Fefer, Albert Eynişteyn və Solomon Mixoels

 II dünya müharibəsi başlananda və SSRİ-yə kömək lazım olanda ABŞ-ın SSRİ-yə “Lend-liz” şərtləri ilə tədarüklərə başlamazdan əvvəl Ruzvelt Stalindən əvvəlki müqavilələrə sadiqliyini təsdiqləməyi tələb edir. Stalin Ruzveltə söz verir. Bu dəfə amerikalılar müharibənin bitməsini gözləmədən qətiyyətli davranmağa qərar verirlər. Yəhudi Antifaşist Komitəsinə (JAC) başçılıq edən sovet rejissoru Solomon Mixoels ABŞ-a uçub və Vaşinqtondan Krımda müstəqil yəhudi dövləti yaradılması ideyasına dəstək alıb. O zaman almanlar hələ də Krıma nəzarət edirdilər. Krım hökumətinə sovet ictimai xadimi İzik Fefer, qanunvericilər şurasına isə Şaxno Epşteynin başçılıq edəcəyi güman edilirdi. 1944-cü ilin fevralında Mixoels, Fefer və Epşteyn Stalinə "Krımda yəhudi dövlətinin təşkili haqqında sirkulyar" veriblər. Bu sənəddə istisnasız olaraq bütün Krım tatarlarını yarımadadan deportasiya etmək tələbi olub. Beləliklə, Krım tatarlarının deportasiyası məsələsi əslində təkcə alman nasistləri ilə işbirliyinə görə həll olunmayıb. Stalin yenidən bütün tələblərlə razılaşıb.

Ardını oxu...

                     Tehran konfransı: Stalin, Ruzvelt və Çörçill

Amma artıq Tehran konfransı zamanı Ruzveltin Krımın nə vaxt yəhudilərə veriləcəyi ilə bağlı birbaşa sualına cavab olaraq sovet lideri cavab verib ki, heç bir təhvil verilmə olmayacaq. Belə olduqda Mixoelsin başçılıq etdiyi YAK aktivləşib, dünyanın hər yerindən elm və mədəniyyət xadimləri Stalinə məktublar yazmağa və ona tənə etməyə başlayıblar: “Söz vermisiz, sözünüzü tutun!”

Dünyanın nüfuzlu yəhudilərinə arxalanan Mixoelsin çox fəallıq etməsi, hansı ölkədə, kimin rəhbərliyi altında yaşamasını unutması, reallıq hissini itirməsi ona baha başa gəlib. 1948-ci ilin yanvarında o, Minskdə ezamiyyətdə olarkən avtomobil qəzasında ölüb.

Ardını oxu...

          Mixoelsin qatilləri - generaılar Oqoltsov və Sanava, polkovnik Şubnyakov

Stalinin ölümündən sonra Beriyanın təşəbbüsü ilə aparılan araşdırmada məlum olub ki, Mixoels Stalinin şəxsi göstərişi ilə öldürülüb: onun qətlini təhlükəsizlik nazirinin müavinləri, generallar Sergey Oqoltsov və Lavrenti Sanava təşkil edib, cinayətin birbaşa icraçısı isə polkovnik Fyodor Şubnyakov olub. Beləcə, Mixoels Krımın yəhudilərə verilməsində çox israrlı və ardıcıl olmasının güdazına gedib.

Sovet hakimiyyəti heç vaxt “Joint”un kreditini qaytarmaq fikrində olmadığından, 1954-cü ildə Krım bu və ya digər şəkildə amerikalıların mülkiyyətinə keçməli idi. Bu isə mümkün olası iş deyildi. Ancaq hər halda formallığa riayət olunub – SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Voroşilovun təşəbbüsü. Nikita Xruşovun və bütün Siyasi Büro üzvlərini təqdiri ilə, müəyyən edilmiş prosedurdan yan keçilərək Krım Ukraynaya verilib.

Ardını oxu...

                                  Siyasi Bürö üzvləri Krımı Ukraynaya verərkən

Sovet təbliğatı bu transferi "sıx iqtisadi əlaqələr"lə və Ukraynanın Rusiya ilə birləşməsinin 300 illiyi ilə bağlayaraq xalq təqdim edib. O zaman Ukrayna (və Belarus) BMT-də müstəqil ölkə kimi qeyd olunduğundan, “Joint” isə RSFSR ilə müqavilə bağladığından Krımı Ukraynaya verən Rusiya özünün formal öhdəliklərindən xilas olmuş kimi görünüb. Ancaq yarımada bu və ya digər şəkildə yenə də SSRİ-nin tərkibində və Moskvanın əlində qalırdı. “Joint”un məhkəməyə üz tuta bilməməsi üçün onun fəaliyyəti Sovet İttifaqında qadağan edilib, rəsmi olaraq "SSRİ-nin rəhbər şəxslərini məhv etmək" niyyəti güdməkdə ittiham olunub. Krımın amerikalılara verilməsinə nail olmağa çalışan sonuncu şəxs “Joint”un sədr müavini Çarlz Jordan 1967-ci ildə Praqda müəmmalı şəkildə həlak olub.

Ardını oxu...

Hazırda Ukrayna tərəfi rusların bu arqumentlərini rədd edir və bildirirlər ki, bütün bunlar Rusiyanın Krımı ilhaq etməsinə haqq qazandırmaq üçün uydurulub, mifdir. Ancaq rejissor Mixoelsin Fefer və Epşteynlə birlikdə Krımın yəhudilərə verilməsi tələbi ilə Stalinin zəhləsini tökməsi və birinicinin məhz buna görə öldürülməsi, Krım türklərinin köçürülməsi faktdır.

Görəsən, Ukrayna ABŞ-ın köməyi ilə Krımı özünə qaytarsa, Vaşinqton onu “Joint”un sərəncamına keçməsinə çalşacaqmı? Ortada 100 illik saziş var.

Araz Altaylı, Musavat.com

Ardını oxu...
Hindistanda ümumi seçkilərin son mərhələsində 33 seçki məmuru həddindən artıq istilər səbəbindən ölüb.

Bu barədə Hindistanın NDTV kanalına istinadən xəbər verir.

Məlumata görə, ölənlərin ailələrinə 1,5 milyon rupi (təxminən 18 min dollar) təzminat ödəniləcək.

İstilərin təsirli olduğu Hindistanda ötən həftə 40 nəfər həyatını itirib. Ən yüksək temperatur isə paytaxt Yeni Dehlidə 52,9 dərəcə ilə qeydə alınıb.
 
Ardını oxu...
ABŞ-nin Pensilvaniya ştatında atışma olub.

Azerforum xəbər verir ki, hadisə barlardan birində qeydə alınıb. Hadisə nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Vedibasar mahalına səfər edib. O, ölkədə təxribat törətməyə cəhd edən radikal qruplaşmalara yeni mesajlar göndərib və bildirib ki, hakimiyyətdən qətiyyən getmək fikrində deyil.

“Ölkədə anarxiya, xaos yaratmaq, sabitliyi pozmaq istəyənlərin bütün cəhdləri hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınır.” -, deyə Paşinyan bildirib.

Baş nazir revanşist keşiş Baqrat Qalstanyana da yeni mesajlar göndərib.

“Onun-bunun əlaltısı, meydanlarda şoumenlik edən hansısa bir keşiş ətrafına özükimiləri də toplayaraq Erm’nistanın xarici işlər naziri ilə görüş tələb edir, onu istefaya çağırır. Bu arsız, sırtıq özünü nə hesab edir?” – , deyə o, vurğulayıb.
Ardını oxu...
Nyu-Yorkun məşhur Tayms meydanının reklam panellərindən birində Ermənistanın baş naziri Nikol Paşinyanın ad günü münasibətilə türkcə təbrik yer alıb.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.

Elektron lövhədə öncə türk dilində təbrik cümlələri və daha sonra baş nazirin fotosu əks olunub.

Təbrikin təşkilatçılarının kim olduğu barədə məlumat yoxdur.
 
Ardını oxu...
Yəmənin husi üsyançılarının idarə etdiyi məhkəmə şənbə günü 44 nəfəri, o cümlədən yardım qrupları ilə işləyən iş adamını casusluq ittihamları ilə edama məhkum edib. Bu barədə müdafiə vəkili məlumat verib.

Vəkil Abdel-Məcid Sabra bildirib ki, bu 44 nəfər İranın dəstəklədiyi üsyançılar tərəfindən ələ keçirilərək, 2015-ci ildən bəri husilərlə müharibə aparan Səudiyyə Ərəbistanının başçlıq etdiyi koalisiyaya istinadən “düşmənlə əməkdaşlıq etmək”də ittiham edilən 49 nəfər arasındadır. Dörd nəfərə həbs cəzası verilib.

Sbra deyil ki, on altı nəfər qiyabi olaraq ölüm cəzasına məhkum edilib, 28 nəfər isə paytaxt Sənada İxtisaslaşdırılmış Cinayət Məhkəməsinə çıxarılıb.

Ölüm cəzasına məhum edilənlər arasında humanitar qrupların müharibədən əziyyət çəkən ölkədə ehtiyacı olanlara yardımın paylanmasını qeydiyyata almaq və yoxlamaq üçün sistemlər hazırlayan Səna şəhərində fəaliyət göstərən Prodigy Systems şirkətinin baş icraçı direktoru Adnan Əl-Hərazi var.

Husilər Əl-Hərazini ötən ilin mart ayında şirkətini daşlayandan sonra ələ keçiriblər. Sabranın dediyinə görə, şənbə günü məhkəmə həmçinin Əl-Hərazinin əmlakına əl qoyulmasına dair hökm çıxarıb.

Sabra husiləri şübhəlilərə “fiziki və psixoloji” işgəncə veməkdə günahlandıraraq əlavə edib ki, onlar doqquz ay boyunca təkadamlıq kamerada saxlanılıb.

O bildirib ki, hakimlər müdafiə vəkillərinə işlə bağlı sənədlərin nüsxəsini verməkdən imtina edəndən sonra onlar məhkəməni tərk edərək, prosesi “ədalətsiz” adlandırıblar.

Husilər sözçüsü şər istəyinə dərhal cavab verməyib.

Yəmənin vətəndaş müharibəsi zamanı husilər tərəfindən minlərlə insan həbs edilib. AP-nin araşdırmasında bəzi məhbusların turşu ilə yandırdıldığı, həftələrlə biləklərindən asılmağa məcbur edildikləri və ya dəyənəklərlə döyüldükləri aşkar olunub.

Səna və Yəmənin husilərin nəzarət etdiyi başqa hissələrində məhkəmələr Səudiyyə Ərəbistanının başçlıq etdiyi koalisiya ilə əməkdaşlıq etməkdə ittiham olunanlara ağır cəzalar verir. 2021-ci ilin sentyabrında üsyançılar Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın 2018-ci ilin aprelində həyata keçirdiyi hava hücumunda husilərin yüksək səviyyəli rəsmisi Salih Əl-Səmədin ölümündə əli olmaqda təqsirli bilinən döqquz nəfəri edam ediblər.

Yəməndə husilər 2014-cü ildə ölkənin şimalındakı istinadaghalarından çıxaraq, Səna və ölkənin şimalında böyük bir hissəni ələ keçirərək, hökuməti sürgünə getməyə məcbur e sonra dağıdıcı münaqişə başlayıb.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, 2015-ci ildə müdaxilə edərək, beynəlxalq səviyyədə tanıan hökuməti bərpa etməyə çalışıb. Münaqişə son illərdə Səudiyyə Ərəbistanı ilə İran arasınd proksi müharibəsinə çevrilib.

Müharibə döyüşçülər və mülki cətəndaşlar daxil olmaqla 150 mindən çox insanın ölümünə və dünyanın ən pis humanitar faciələrindən birinə səbəb olub.
 

Dünyapress TV

Xəbər lenti