![]() |
![]() ![]() ![]() |
|
İlk yayın vaxtı 00:41
Ermənistan hərbçiləri Basarkeçər rayonunun Yuxarı Şorca kəndində genişmiqyaslı yeraltı tunel sistemləri inşa etmək qərarına gəliblər.
Musavat.com xəbər verir ki, bu addım, əsasən, bölgədəki hərbi birləşmələrin açıq hədəfə çevrilməsinin qarşısını almaq məqsədi daşıyır. Tunel sistemi hərbçilərin gizli şəkildə hərəkət etməsini təmin edəcək və müasir münaqişələrdə artan müşahidə və atəş riskini minimuma endirəcək.
Layihə çərçivəsində bir-birilə əlaqələndirilmiş tunellərin yaradılması nəzərdə tutulur. Qazıntı işlərində xüsusi texnika və texnologiyalardan istifadə edilməsinə başlanıldığı bildirilir.
Azərbaycanın mövqelərinə yaxın ərazilərdə baş verən bu cür hərbi fəaliyyətlər, bölgədə gərginliyin yenidən yüksəlməsinə səbəb ola bilər.
Ekspertlər qeyd edirlər ki, Ermənistanın bu təşəbbüsü bölgədəki hərbi balansı dəyişdirmək niyyətini əks etdirir.
Musavat.com
Suriya müxalifəti terrorçu Kürdüstan Fəhlə Partiyasının qərargahına nəzarəti ələ keçirib.
Musavat.com xəbər verir ki, bu barədə müxaliflətə məxsus telegram kanallarında məlumat və görüntülər paylaşlıb.
Görüntülərdə terrorçu təşkilat mənsublarının yerdə uzadıldığı əks olubub.
Müxalif döyüşçülər üzərində Abdullah Öcalanın fotosu olan əski parçasını ayaqları altına alaraq əziblər.
Həmin görüntüləri təqdim edirik.
Musavat.com
"Tiflisdə parlament binası yaxınlığında keçirilən aksiyanın bəzi iştirakçıları bir neçə saatdır ki, polis əməkdaşlarına qarşı zorakılıq aksiyalarını davam etdirirlər ".
Musavat.com xənər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilir ki, Gürcüstan DİN- in müvafiq idarəsinin əməkdaşları aqressiv qruplaşmanın üzvlərini su şırnaqlarının köməyi ilə dəf etməyə çalışsalar da, bu, etirazçıların zorakılıq hərəkətlərinə mane olmur.
Tiflis polisi parlament binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı yandırma yolu ilə əşyalara ziyan vurmaq və ya məhv etmək ittihamı ilə siyasi partiyalardan birinin üzvünü saxlayıb.
İstintaq müəyyən edib ki, həmin şəxs bu il noyabrın 29-da Rustaveli prospektində mitinq zamanı 112 İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə məxsus elektrik naqillərini və parlament binasının yaxınlığındakı dirəyə quraşdırılmış müşahidə kameralarının enerji təchizatını yandırıb.
Şahanə Rəhimli
Musavat.com