Ardını oxu...
Ermənistan Azərbaycan ərazilərini mina ilə çirkləndirdiyinə görə təzminat ödəməlidir.

Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev mətbuatın sorğusuna cavab olaraq bildirib.

BMTM sədri vurğulayıb ki, mina problemi Ermənistan və Azərbaycan arasındakı normallaşma prosesində vacib hissəni təşkil edir:

"Mina probleminin miqyası çox böyükdür və bu məsələ ilə mübarizədə Azərbaycana kifayət qədər beynəlxalq dəstək verilmir. Xüsusən də mövzu Ermənistan olduqda humanitar şou yaradan dövlətlər bu barədə qərəzli mövqe sərgiləyirlər”.

O bildirib ki, Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişə Azərbaycan ərazisində baş verib:

“Dağıntılar, mina ilə çirklənmə məhz Azərbaycan torpaqlarında həyata keçirilsə də, buna baxmayaraq, ölkəmizə müvafiq həcmdə yardım göstərilmədi. Azərbaycan ərazilərinin mina ilə çirkləndirilməsi Ermənistanın təcavüzkar və işğalçı siyasətinin mahiyyətini ortaya qoyur. Qeyd edə bilərik ki, həmin minaların böyük qismi Ermənistanda istehsal olunub”.
Ardını oxu...
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Ermənistanın baş naziri Nikol Paşinyanı tərifləyib.

Moderator.az xəbər verir ki, bunu Ermənistanın tert.am saytı sabiq səfirin musavat.com-a açıqlamasına istinadla yaydığı “Erməni xalqı Paşinyanın ətrafında birləşməli və öz gələcəyini bu gündən hazırlamalıdır. Türkiyənin Azərbaycandakı keçmiş səfiri” başlıqlı xəbərində bildirib.

Daha sonra erməni nəşri belə yazıb:

“Bugünkü reallığı görən və qəbul edən, erməni xalqının gələcəyini düşünən və problemləri gələcək nəsillərin öhdəsinə buraxmaq istəməyən lider olduğunu göstərən Ermənistanın baş naziri Nikol Paşinyanı təbrik etmək istəyirəm”, - deyə türk diplomat bildirib. Kılıçın sözlərinə görə, Paşinyan tarixi erməni torpaqları ideyasının “yanlış” olduğunu görüb (sitatlar: tert.am) və “reallığı” qəbul edib (sitatlar: tert.am).

“Paşinyan başa düşürdü ki, Azərbaycanla sülh Türkiyə ilə münasibətlərin normallaşmasına əsaslanır. O, başa düşür ki, sülh əldə olunarsa, erməni xalqı regionun sərvətlərindən faydalanacaq və çiçəklənəcək. Bu prosesin tezliklə başa çatacağını gözləyirik. Sülh prosesi və münasibətlərin tənzimlənməsi regionun inkişafına töhfə verəcək və region xalqlarının dostluğuna xidmət edəcəkdir. Düşünürəm ki, erməni xalqı Paşinyanın ətrafında birləşməli və onu dəstəkləməli, bununla da öz gələcəyini bu gündən hazırlamalıdır”, - deyə Türkiyənin Azərbaycandakı keçmiş səfiri bildirib.
 
Ardını oxu...
Avropa Parlamentində növbəti rüşvət qalmaqalı yaşanır.
Belçika polisi Avropa Parlamentinin ofisində “Russiagate” işi ilə bağlı axtarış aparır. Avropa Parlamentinin deputatlarına Rusiya təbliğatının “Avropanın səsi” saytı vasitəsilə irəlilədilməsinə görə rüşvət verildiyi hesab edilir.
"Avropa Parlamentinin müvafiq əməkdaşının bunda mühüm rol oynadığına dair əlamətlər var”, - deyə Belçika hüquq-mühafizə orqanları bildirib.
Avropa Parlamentinin sözçüsü davam edən təhqiqatla bağlı şərh verməkdən imtina edib.

Xatırladaq ki, 2022-ci ildə Avropa Parlamentinin vitse-prezidenti, yunan deputat Eva Kayli və daha 3 nəfərin Qətərdən rüşvət almaları faktı məlum olmuşdu. Bu qalmaqallarda erməni lobbisi, xüsusən Brüsseldə yaşayan erməni iş adamı Kaspar Karapetyanın aktiv rol oynadığı da məlumdur.

Politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, son zamanlar Avropa Parlamentində korrupsiya qalmaqalları ilə tez-tez rastlaşırıq:
"Bir müddət əvvəl Avropa Parlamentinin vitse-spikeri yunan deputat Yeva Kali və digər deputatlar vasitəsilə Qətərin maraqlarının genişləndirilməsi ilə bağlı korrupsiya qalmaqalı yayıldı. Bu böyük rezonansa səbəb oldu və Avropa Parlamentinin qərar, qətnamələrinin legitimliyi şübhə altına alındı. Bu məsələlər səngiməmiş Rusiya təbliğatı istiqamətində Avropa Parlamentində rüşvət alan deputatlar haqqında iddialar qalxır. Hadisələr onu göstərir ki, ayrı ayrı dövlətlər öz gücündən, resurslarından istifadə edərək Avropa Parlamentinin deputatlarını əla ala, qərar və qətnamələrə təsir edə bilirlər. Əlbəttəki belə hallar Avropa Parlamenti haqqında mənfi düşüncələr yaradır".

Ekspert əlavə edib ki, Avropa Parlamentinin qeyri-şəffaflığı onların Azərbaycana hücumlarının pərdə arxasını bizə göstərir:
"Bu cür qalmaqallarda erməni lobbisi, xüsusən Brüsseldə yaşayan erməni iş adamı Kaspar Karapetyanın aktiv rol oynamağı bizim şübhələrimizə əsas verir. Bir vaxtlar nüfuzu ilə, imici ilə seçilən Avropa Parlamentinin deputatları bu gün ayrı-ayrı maliyyə qurumlarıın əlaltısına çevriliblər".
 
Ardını oxu...
Britaniya kralı III Çarlz iyunun 15-də Londonun mərkəzində keçiriləcək hərbi paradda iştirak edəcək.

Hazırkı səhhətinə görə monarx paradda vaqonda iştirak edəcək.

Ənənəyə görə, padşah paradı at üstündə oturarkən qəbul etməli idi. Lakin III Çarlz bu yaxınlarda xərçəngdən müalicə aldığı üçün prosedur dəyişib.

Bildirilir ki, monarx və onun həyat yoldaşı Kraliça Kamilla Ascot landauda keçiriləcək tədbirdə iştirak edəcəklər. Bu avtomobil irəli və arxaya qatlanan damı olan yüngül dörd nəfərlik vaqondur.

Eyni zamanda jurnalistlər Uels şahzadəsi Keyt Middltonun da hərbi paradda iştirak etməyəcəyini bildirib.

Bildirilir ki, Britaniya taxt-tacının varisinin həyat yoldaşı Şahzadə Uilyam 2024-cü ilin əvvəlindən xərçəng xəstəliyinə tutulduğunu açıqladıqdan sonra ictimaiyyət qarşısına çıxmayıb.

Qeyd edək ki, fevralın 5-də Bukingem sarayı Britaniya kralına xərçəng diaqnozu qoyulduğunu elan edib.

Çarlz III dərhal müalicəyə başlayıb. Bu müddət ərzində həkimlər ona ictimai tədbirlərdə iştirakdan imtina etməyi tövsiyə edib.
 
Ardını oxu...
Mayın 28-də Gürcüstan parlamenti ölkə Prezidenti Salome Zurabişvilinin “xarici agent” qanunu ilə bağlı vetosunu ləğv edərək qanunu qəbul edib.

Zurabişvili bu gün axşam saatlarında Gürcüstan xalqına etdiyi müraciətində deyib ki, referendum Gürcüstanın gələcək taleyini müəyyənləşdirə bilər:

“Bu referendum müəyyən etməlidir ki, Gürcüstan xalqı öz gələcəyini Avropada görür, yoxsa Rusiyanın əsarətinə düşməkdə”.

“Biz real referenduma hazırlaşmalıyıq. Bu gün enerjimiz imza toplamağa sərf edilməlidir. Referendumun keçirilməsi ilə bağlı qərarı imzalayacağam ki, aydınlaşdıraq: biz gələcəyimizi Avropanın yanında, yoxsa Rusiyanın əsarətində görmək istəyirik. 84 nəfər buna qərar verə bilməz”, – deyə Prezident çıxışında bildirib.
 
Ardını oxu...
Ermənistanda kilsə ilə hökumət arasında çəkişmə artıq açıq müstəvidədir. Hökumət kilsəni siyasətə qoşulması səbəbindən ciddi şəkildə cəzalandırmaq planları qurur, xüsusilə erməni cəmiyyətində dini lideri nüfuzdan salmağa və onun toxunulmaz olmadığını göstərmətə çalışır. Dünən erməni katolikosu II Qaragenin önünün polislər tərəfindən kəsilməsi də buna sübutdur.

Reyting.az xəbər verir ki, ötən gün Sərdarabad kompleksinə gəlmək istəyən II Qaragen və onu müşayiət edənlərin önünü polis kəsib, onlardan dəvət olunmadıqları təqdirdə tədbirə gəlmələrinin səbəbi soruşulub. Qaragüruh dindarlar səs-küy saldıqdan sonra polis onları kompleksə buraxıb. Bundan sonra tərəflərin qarşılıqlı ittihamları başlayıb.

“Dünən Sərdarabadda bütün ermənilərin katolikosuna və onu müşayiət edən din xadimlərinə qarşı polisin pislənən hərəkətləri ilə əlaqədar qeyd etmək istərdim ki, Ermənistan hökuməti və dövlət orqanlarının rəhbərinin bir-birinə zidd olan hökmləri böhtandır və əsassızdır”,- bunu Erməni Apostol Kilsəsinin mətbuat katibi, keşiş Yesai Artenyan deyib.

Onun sözlərinə görə, bütün ermənilərin katolikosu Erməni Apostol Kilsəsinin rəhbəridir, ona qrşı hərəkət insanları çaşdırmaq, kilsəni hədəfə almaq və digər çirkin məqsədlər üçün edilir.

Y. Artenyan əlavə edib ki, Erməni Apostol Kilsəsinin xarici əlaqələr və protokol şöbəsinin müdiri, arxiyepiskop Natan Hovhannisyan dövlət protokoluna cavabdeh olan şəxsə bütün ermənilərin katolikosunun Sərdarabad kompleksinə səfərinin vaxtı barədə məlumat verib. “Ona görə də Sərdarabadda baş verənlər hakimiyyətin təxribatdır”, - deyə Artenyan bildirib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan və müxtəlif dövlət qurumlarının nümayəndələri Sərdarabad memorial kompleksində polisin bütün ermənilərin katolikosuna və ruhanilərə qarşı hərəkətləri ilə bağlı açıqlamalar veriblər. O cümlədən Paşinyan deyib: “Bütün ermənilərin katolikosunun rəhbərlik etdiyi siyasi hərəkat həm əvvəllər, həm də dünən dövlət mərasimlərinin keçirilməsinin qarşısını almaq məqsədi daşıyan addımlar atıb. Dünən bütün ermənilərin katolikosu dövlət mərasiminin keçirildiyi yerə yaxınlaşanda və heç bir dəvət olmadığından polis sadəcə olaraq onun və siyasi tərəfarlarının niyə gəldiyini öyrənməyə çalışıb”.

Baş Nazirlik Aparatı rəhbərinin müavini Taron Çaxoyan isə sosial media hesabında yazıb ki, dövlət əleyhinə siyasətlə məşğul olan, kilsəni siyasi platformaya çevirən və dini ibadəti siyasətlə əvəz edən bu din xadimlərinin kimdənsə üstün olması kimi bir anlayış yoxdur. Onlar dövlət əleyhinə siyasətlərinin bütün nəticələrini çəkəcəklər.

Bundan əvvəl Paşinyanın lideri olduğu “Mülki Müqavilə” partiyasından deputat Qaqik Melkonyan bildirib ki, kilsənin başlatdığı etiraz aksiyalarının arxasında Rusiya dayanır.

Onu da xatırladaq ki, kilsənin təşkilatçılığı ilə bir qrup erməni mayın 4-də Tavuş və Şirak bölgələrindən paytaxta yürüşə başlayıb, daha sonra isə paytaxt İrəvan başda olmaqla, bütün ölkə boyu etiraz aksiyaları keçirilib. Beləcə, məlum olub ki, kilsənin xeyir-duası ilə “Vətən naminə” hərəkat yaranıb və onun lideri də arxiyepiskop Baqrat Qalstanyandır.

Baş nazir Nikol Paşinyan isə bəyan edib ki, hökumətə qarşı başlayan bu prosesin lideri bütün ermənilərin katolikosudur
Ardını oxu...
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan isə bildirib ki, aksiyaların arxasında onun dayanması ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Ermənistanda aksiyalar səngimək bilmir. Baqrat Qalstanyanın " Tavuş -Vətən uğrunda" hərəkatının liderlik etdiyi aksiyalar hələlik sadəca etirazçıların saxlanmasına müvəffəq ola bilib. Ermənistan polisinin yaydığı məlumata görə, etimadsızlıq aksiyasının magistral yolları bağlamağa cəhd edən iştirakçılarının 200-dən çox nümyəndəsi polis tərəfindən saxlanılıb. Ermənistanda saxlanılanlar arasında keçmiş separatçı "mer"lər də var.
Paşinyan hakimiyyətinə qarşı iğtişaşları genişləndirmək istəyən qüvvələr özbaşına deyil. Ermənistan xalqının qarşısna çıxmağa üzü olmayan Koçaryan və Sarqsyan klanı adıçəkilən keşişin arxasına sığınıb Paşinyan hakimiyyətinə devirmək xəyalını gerçəkləşdirmək istəyir.
Ermənistan cəmiyyətində baş verənlərə bir-birindən fərqli yanaşmalar sərgilənir. Məsələn mayın 26-da Qaltsyan İrəvanda mahnı oxuyub, çalıb-oynayanda Ermənistan baş naziri Nikol Paşinyan sel və daşqınların ziyan vurduğu bölgəyə səfər etmişdi. Bu isə Ermənistan sosial şəbəkələr seqmentində ciddi tənqidlərlə qarşılandı.
Baqrat Qalstanyanın arxiyepiskop mənsəbindən siyasi müstəvidə istifadə etməsi də Ermənistanda birmənalı qarşılanmır. Qalstanyan Ermənistana rəhbər olmaq xəyalına düşsə də, reallıqlar bu xəyalların gerçəkləşməsinə imkan vermir. Görünən odur ki, Ermənistan müxalifət hərəkatı erməni cəmiyyətini ətrafında səfərbər edə bilmir.
Millət vəkilİ Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a bildirir ki, Ermənistanda etirazçıların sayı müəyyən bir həddə çatması ciddi dəyişikliyə gətirib çıxara bilər.
Onun sözlərinə görə, hazırda Baqrat Qalstanyanın başçılıq etdiyi aksiyalar genişlənməkdədir:
"Bu aksiyalar Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər. Məsələnin digər tərəfi bunun regiona təsiri ilə bağlıdır. İlk növbədə Ermənistanda da yaxşı anlayırlar ki, Azərbaycanın güc mövqeyi maraqlarımızı qorumağa imkan verir. Ölkəmizə qarşı onsuzda qərəzli yanaşmaların sərgilənməsi üçün sistemli cəhdlər göstərilir. Azərbaycana qarşı qərəzli müzakirələr təşkil edilib. Bütün bunları Azərbaycan öz gücü və ölkə başçısı İlham Əliyev strateji məharəti ilə fiaskoya uğradıb".
Millət vəkili deyir ki, Cənubi Qafqazda baş verən proseslər Azərbaycanın birbaşa təsiri və nəzarəti altında baş verir və belə də olacaqdır
Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü təmin edib, əsas reallıq da budur. Bunu hər hansı proses və güc dəyişə bilməz. Azərbaycan güc mövqeyini getdikcə möhkəmləndirməkdədir.
"Azərbaycanın güclü mövqeyi təhlükəsizliyə və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasına xidmət etməkdədir.Ermənistandakı siyasi dairələr də çox aydın dərk edirlər ki, Azərbaycana qarşı revanş hisləri Ermənistan üçün daha da acınacaqlı nəticələrə səbəb ola bilər. Paşinyanı bu vəziyyətə salan da biz olduq. Ermənistan baş naziri 2018-ci ildə hakimiyyətə gələndə olduqca sərt mövqe tutmuşdu. Amma biz Paşinyanı reallıqlara boyun əyməyə məcbur etdik. Paşinyan Qərbdəki himayədarları ilə reallıqları dəyişməyə cəhdlər göstərdi, ancaq bütün cəhdlər nəticəsiz qaldı. Ermənistanda hansı proseslərin getməsindən asılı olmayaraq biz Cənubi Qafqazdakı proseslərin lokomativ ölkəsiyik", - millət vəkili vurğulayıb.

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan isə bildirib ki, aksiyaların arxasında onun dayanması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Bununla belə Sarqsyan "Tavuş - Vətən uğrunda" hərəkatını dəstəklədiyini bildirir.
Görünən odur ki, Sarqsyan mövcud Ermənistan hakimiyyətinin yürütdüyü siyasətin Qarabağ klanını yenidən hakimiyyətə qaytaracağını düşünür. Amma ekspert çevrələri Paşinyan hakimiyyətinə qarşı yönəlmiş bu etirazlar dalğasının da müvəffəqiyyətsiz olacağını qeyd edirlər. İnformasiya məkanında Paşinyana qarşı aparılan kampaniyalara baxmayaraq Ermənistan baş naziri xalqın qarşısına çıxmaqdan çəkinmir.
Baqrat Qalstanyan isə Paşinyanı istefaya çağırmaqla ən sivil yolu təklif etdiyini bildirir. Ermənistanda vəziyyəti qarışdıran arxiyepiskop mayın 26-da keçirilmiş mitinqdə özünü baş nazir səlahiyyətlərini icraçısı vəzifəsinə layiq görüb. O, bir il bu vəzifədə işləməyi, daha sonra isə parlament seçkiləri keçirib postu tərk etməyi planlaşdırdığını da açıqlayıb. Din xadimi deyib ki, katolikos II Qaregin ona siyasətə qarışmağa icazə verib.
Görünən odur ki, Ermənistanda etirazçılar Paşinyan hakimiyyətini yıxacaq qədər kütləviləşə bilmir. Bir çox ekspertlər bunu müxalifətin sosial bazasının olmaması, insanları etirazlara təşviq edən qruplara inamsızlıqla əlaqələndirirlər. Xüsusən də keçmiş Qarabağ klanının proseslərə daxil olması etiraz etmək istəyənləri çəkindirir. Qeyd edək ki, keçmiş Qarabağ klanının adı Ermənistanda korrupsiya və hərc-mərclik, dövlət büdcəsinin mənimsənilməsi kimi cinayət işlərində da hallanır.
Ardını oxu...
ABŞ və Almaniya Prezident Vladimir Zelenskidən alyansın sammitində Ukraynanın NATO-ya qəbulu üçün dəqiq tarix təyin etməyi istəməməyi xahiş ediblər.

“Teleqraf” nəşri bu iddia ilə çıxış edib.

Onlar həmçinin xəbərdarlıq ediblər ki, Zelenski alyansdan mümkün olmayanı tələb etməməlidir.

"Onlar Ukraynanın bu il NATO-ya tam üzvlük yolu ilə irəliləməsinə çox skeptik yanaşırlar. ABŞ Almaniya qədər narahat olmaya bilər, lakin Rusiyanın alyansın qalan üzvləri üçün təhlükəsindən narahatdır", - deyə bildirilib./Axar.az
Ardını oxu...
Avropa İttifaqı Gürcüstan Parlamentinin Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv etməsindən dərin təəssüf hissi keçirir və bu qərara cavab vermək üçün bütün variantları nəzərdən keçirir.

Bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell və Avropa Komissiyasının birgə bəyanatında deyilir.

Avropa İttifaqı bu qanunun təşkilatın əsas prinsip və dəyərlərinə zidd olduğunu, Gürcüstanın Aİ-yə gedən yoluna mənfi təsir göstərəcəyini vurğulayıb.

“Biz Gürcüstan hakimiyyətini bu tendensiyanın qarşısını almağa və Aİ yoluna qətiyyətlə qayıtmağa çağırırıq. Dinamikanı dəyişdirmək üçün hələ vaxt var, lakin idarəetmə orqanlarından güclü öhdəlik tələb olunur. Aİ və ona üzv dövlətləri bu hadisələrə cavab vermək üçün bütün variantları nəzərdən keçirir”.

Qeyd edək ki, bu gün Gürcüstan Parlamenti Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib.
 
Ardını oxu...
Donald Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə “Wikileaks” portalının təsisçisi Culian Assanjı əfv etmək barəsində ciddi şəkildə düşünəcək.

Modern.az xəbər verir ki, Donald Tramp bu barədə podkaster Tim Poula müsahibəsi zamanı bildirib. O, prezident seçiləcəyi təqdirdə Assanjı əfv edib-etməyəcəyi ilə bağlı suala cavab verib:

“Biz bunu çox ciddi nəzərdən keçirəcəyik”, - deyə Tramp qeyd edib.

Qeyd edək ki, Culian Assanj hazırda Britaniyanın Belmarş həbsxanasında saxlanılır. Mayın 20-də Britaniyalı hakimlər Culian Assanja ABŞ-a ekstradisiyasına etiraz etmək hüququ verib.
 

Dünyapress TV

Xəbər lenti