Ardını oxu...
"İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunda iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa ziyan vurur". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Diplomat qeyd edib ki, Rusiya Federasiyasının “BMC formasındakı bu fikrə (Putinin həbsi fikri ) münasibəti hamıya məlumdur”: BMC-yə, eləcə də Ermənistanın bu qondarma quruma daxil olmasına münasibət, o cümlədən bizim erməni həmkarlarımız arasında yaxşı məlumdur. Biz bir daha bəyan etmək məcburiyyətindəyik ki, İrəvanın Roma Statutunda iştirakı əleyhinədir. Haaqada yazılanların fonunda bir sıra rusiyalı məmurların həbsinə dair kvazi orderlər Rusiya-Ermənistan münasibətlərinə birbaşa ziyan vurur”. Diplomat əlavə edib ki, bu zərər təkcə simvolik deyil, həm də kifayət qədər praktikdir. “Əgər Ermənistanın BCM ilə əməkdaşlığı həqiqətən də müəyyən beynəlxalq hüquq normalarının möhkəmlənməsinə töhfə verə bilsəydi, bunu bir növ başa düşmək və alqışlamaq olardı, lakin bu psevdoməhkəmənin iyirmi illik iş təcrübəsi bunun əksini deməyə əsas verir”.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Maria Zaxarova brifinqdə Ermənistanı Beynəlxalq Cinayət Məhkəməsinin qanunlarını icra etməsinə görə qınayıb və bu addımın doğrudan da zərərli praktika olduğunu deyib: “Ermənistan Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıqlarını bir daha təsdiq etdi və onlar bildirdilər ki, biz bu qanunları icra edəcəyik. Təsəvvür edin ki, Putin Ermənistana gəlsə, Ermənistan onu həbs etməlidir. Əslində bu da absurd bir məsələdir. İkili standartlar məsələsidir. Elə bu yaxınlarda Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Qalantın həbs edilməsi ilə bağlı order verdilər. Order verən şəxslərə qarşı İsrail cinayət işi qaldırdı, Bayden şəxsən bu məsələni tənqid etdi və onlar haqqında düzgün qərar verilmədiyini dedi”.

Politoloqun fikrincə, dünyada böyük güclərin maraqlarına toxunanda Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi qərarı düzgün saymırlar. Elşad Həsənov hesab edir ki, Putinin həbsi ilə bağlı qərar Ermənistandan yerinə yetirilə bilməz.

“Rusiyanın Ermənistanda hərbi bazası var. Ermənistan belə bir addım atarsa, elə həmin an "məsələ"ni həll edərlər”-deyə politoloq bildirib.
 
Ardını oxu...
Rusiya televiziyaları və “z” təbliğatçıları “ayaqqabılarını tez bir zamanda dəyişdilər”.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, yerli analitiklərin Suriya ilə bağlı yaranan pərtliyi ört basdır etmək üçün dəridən qabıqdan çıxması sosial şəbəkələrdə belə bir lağedici ifadə ilə təsvir olunub.

İndi Kremlə yaxın mətbu orqanlarda Suriyada hakimiyyəti ələ keçirən silahlılar artıq terrorçu adlandırılmır, Bəşər Əsəd və Suriya ordusu sərt şəkildə tənqid edilir.

Halbuki dekabrın 7-ə qədər “Birinci Kanal” Suriya üsyançılarını "terrorçular" adlandırdı, lakin artıq bazar günü bu söz təbliğatçıların leksikonundan itdi, “Rusiya dəfələrlə Əsəd rejiminə xəbərdarlıq etdi, lakin onun ordusu birdən-birə gücünü itirməyə başladı”-indi kanallarda belə bir təbliğat gedir.

Birinci Kanalın ekspertləri isə yaranan vəziyyəti “Suriya ordusunun çürüməsi” ilə izah etməyə çalışıblar.

Solovyov bütün məsuliyyəti adi suriyalıların üzərinə atlıb. "Bu məsuliyyəti öz üzərinə götürmək istəməyən bir xalqın həyatı üçün məsuliyyət daşımaq qəribədir", - deyə qara təbliğatçı "Rossiya 1" kanalında deyib.

Z-kanallarında Rusiyanın Suriyadakı siyasətinin uğursuzluğu şiddətlə müzakirə olunur. Əksər müəlliflər birbaşa günahkarların adını çəkməkdən və sadələşdirilmiş formalarda yazmaqdan qorxurlar, Lakin yazılarda kinayəli eyhamlar da az deyil. Budur onlardan bəziləri:

“Rusiya hərbçilərinin Suriyadan çıxarılması üçün əmrlər alınıb. Müdrik siyasətçinin alçalmasının növbəti zəfəri”.

“Suriyada on illik kampaniyamızın əsas nəticəsi yalnız Əsəd və ailəsinin Moskvaya təxliyə olunmasıdırsa, çox üzücü olacaq. Digər tərəfdən, mənfi təcrübə də təcrübədir”.

“Deyəsən, biz Suriyadakı bazalarımızı itirəcəyik. Olsun. Saçımızı yolası deyilik ki. Bu o deməkdir ki, əsas cəbhədə daha çox insan və təyyarə olacaq. Aydındır ki, Suriyadakı bazaların itirilməsi ilə biz Afrikanı da itirəcəyik”.
 
 
 

Ardını oxu...
   

İlk yayımlanma zamanı: 02:31

Bəşər Əsədin həyatı siyasi irs və şəxsi faciələrlə formalaşıb. Onun Londondakı göz həkimliyindən avtoritar bir liderliyə yüksəlişi həm şəxsi ailə dramlarının, həm də Suriyanın mürəkkəb siyasi mənzərəsinin nəticəsi oldu.

Musavat.com-un təqdim etdiyi bu yazıda Bəşər Əsədin həyatının detallı xronikasını araşdıraraq, onu hakimiyyətə gətirən səbəbləri və onun dövründə Suriyanın keçdiyi çətinlikləri özət şəklində nəzərdən keçirəcəyik.

Bəşər Əsədin erkən həyatı və təhsili

Bəşər Əsəd 11 sentyabr 1965-ci ildə Dəməşqdə dünyaya gəlib. Atası Hafiz Əsəd 1971-ci ildən başlayaraq Suriyanı idarə edən avtoritar lider idi. Əsəd ailəsi Ələvi məzhəbinə mənsubdur və bu məzhəb Suriya əhalisinin azlıq təşkil edən hissəsini təmsil edirdi. Buna baxmayaraq, Hafiz Əsəd ölkənin hərbi və siyasi strukturlarında Ələvilərin rolunu gücləndirərək ailəsinin hakimiyyətini möhkəmləndirdi.  

Ardını oxu...

Ailə fotosu 

Bəşər ailənin ikinci oğluydu və ilk vaxtlar siyasətə heç maraq göstərmirdi. Ailənin böyük oğlu Basil Əsəd atalarının varisi kimi yetişdirilir, siyasi idarəçilikdə təlim alırdı. Bəşər isə daha çox akademik və elmi istiqamətə yönəlmişdi. O, Dəməşq Universitetinin tibb fakültəsini bitirdi və daha sonra oftalmologiya sahəsində ixtisaslaşmaq üçün Londona yollandı.

Qardaşının ölümü: Həyatın dönüş nöqtəsi

1994-cü ildə Basil Əsəd avtomobil qəzasında həlak oldu. Onun ölümü Əsəd ailəsi üçün böyük bir faciə idi. Lakin bu hadisə eyni zamanda Suriyanın siyasi gələcəyini dəyişdi. Hafiz Əsəd artıq başqa bir varis yetişdirmək məcburiyyətində qaldı və bu rola yalnız Bəşər uyğun idi. 

Ardını oxu... 

Basil Əsəd

Bəşər həmin vaxt Londonda göz xəstəlikləri üzrə təhsilini davam etdirirdi. Lakin Basilin ölümü ilə onun həyatı tamamilə dəyişdi. O, Suriyaya qayıtdı və qısa müddət ərzində hərbi və siyasi təlimlər almağa başladı. Atası Hafiz Əsədin ciddi nəzarəti altında Bəşər Suriya ordusunda yüksək rütbə qazandı və siyasət dünyasında özünə yer etdi.

Hakimiyyətə yüksəlişi

2000-ci ildə Hafiz Əsədin ölümündən sonra Suriya parlamenti konstitusiyada dəyişiklik edərək prezidentlik üçün tələb olunan minimum yaş həddini aşağı saldı. Bu, 34 yaşlı Bəşər Əsədin prezident seçilməsini mümkün etdi. Onun prezidentliyi Suriyada yeni bir dövr kimi təqdim edildi. Qərb liderləri gənc və Avropa təhsilli bir lider olaraq, Bəşərdən daha açıq və islahat yönümlü idarəçilik gözləyirdilər. 

Ardını oxu...

Atası Hafiz Əsəd

Əsəd hakimiyyətinin ilk illərində internetin istifadəsini genişləndirmək, iqtisadi islahatlara başlamaq və bəzi siyasi məhbusları azad etmək kimi bir sıra müsbət addımlar atdı. Lakin bu dəyişikliklər uzun sürmədi. Qısa müddət sonra, o, atasının sərt idarəçilik metodlarını mənimsəyərək, siyasi disidentlərə qarşı təzyiqləri artırdı.

Bəşər Əsədin və Əsma Əsədin həyatı

2000-ci ildə prezidentliyə yüksəldikdən qısa müddət sonra, Bəşər Əsəd Londonda böyüyən və maliyyə sahəsində ixtisaslaşmış Əsma Əxrasla evləndi. Əsma Əsəd Suriyada “modern liderin simvolu” kimi təqdim edildi.

Ardını oxu...

Əsma Əsəd

Onun Qərb təhsilli olması və ictimai fəaliyyətləri Suriyada daha müasir bir lider imici yaratmağa kömək etdi. Cütlük bir çox beynəlxalq tədbirlərdə iştirak edərək ölkəni daha müsbət işıqda tanıtmağa çalışırdı. Əsma həmçinin xeyriyyəçilik fəaliyyətlərində fəal idi və sosial layihələrə rəhbərlik edirdi. 

Ardını oxu...

Bəşər Əsədin və Əsma Əsəd

Lakin Suriyada vətəndaş müharibəsinin başlanğıcından sonra Əsma Əsədin rolu beynəlxalq arenada mübahisə mövzusuna çevrildi. Onun lüks həyat tərzi və rejimə olan açıq dəstəyi ciddi tənqidlərə səbəb oldu. Bir çox beynəlxalq təşkilat Əsmanı hökumətin təbliğatının mühüm bir hissəsi kimi dəyərləndirərək ona sanksiyalar tətbiq etdi.

Ərəb Baharı və vətəndaş müharibəsinin başlanğıcı

2011-ci ildə başlayan Ərəb Baharı hərəkatı Suriyaya da çatdı. Suriyanın müxtəlif bölgələrində insanlar korrupsiyaya, işsizliyə və siyasi azadlıqların olmamasına qarşı küçələrə çıxdılar. Əvvəlcə dinc xarakter daşıyan bu etirazlar hökumətin güc tətbiq etməsi ilə daha da şiddətləndi. Etirazlar qısa zamanda qanlı bir vətəndaş müharibəsinə çevrildi. 

Ardını oxu...

Bəşər Əsəd və hökuməti etirazçılara qarşı sərt tədbirlər gördü. Ordu və təhlükəsizlik qüvvələri müxalifləri yatırmaq üçün genişmiqyaslı əməliyyatlara başladı. Hökumətin mülki əhaliyə qarşı hücumları beynəlxalq miqyasda ciddi tənqidlərə səbəb oldu. Xüsusilə kimyəvi silahların istifadə edilməsi Əsəd rejimini qınamağa gətirib çıxardı. ABŞ və Qərb ölkələri Əsəd rejiminə qarşı sanksiyalar tətbiq etdi və onu müharibə cinayətlərində ittiham etdi.

Suriya müharibəsinin nəticələri

Vətəndaş müharibəsi Suriyanın infrastrukturunu tamamilə məhv etdi. Yüz minlərlə insan öldü, milyonlarla insan ölkədən qaçmağa məcbur oldu. Suriyanın böyük bir hissəsi xarabalığa çevrildi. Eyni zamanda, ölkə müxtəlif xarici güclərin maraqlarının mübarizə meydanına çevrildi.

İran və Hizbullah rejimə güclü dəstək verirdi. 2015-ci ildə isə Rusiya münaqişəyə müdaxilə edərək Əsəd hökumətinə hərbi dəstək göstərdi. Rusiya aviasiyası müxalifət qüvvələrinə qarşı hücumlar təşkil edərək hökumət qüvvələrinin üstünlük qazanmasına kömək etdi. İranın hərbi dəstəyi də Əsəd rejiminin ayaqda qalmasına şərait yaratdı.

Beynəlxalq arenada mövqeyi

Bəşər Əsəd beynəlxalq səhnədə geniş şəkildə tənqid olunur. ABŞ və Avropa İttifaqı onun hökumətinə qarşı sərt sanksiyalar tətbiq edib. Lakin Rusiya və İranın güclü dəstəyi Əsədin hakimiyyətdə qalmasını təmin edir. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Əsədi “legitim lider” kimi təqdim edib və Suriyanın gələcəyinin yalnız onun rəhbərliyi altında mümkün olduğunu vurğulayıb.

Əsədin idarəçilik fəlsəfəsi

Bəşər Əsəd atasının idarəçilik üslubunu mənimsəyərək avtoritar bir rejim qurdu. Onun idarəçiliyində hərbi güc və təhlükəsizlik aparatları mühüm rol oynayır. Müharibə dövründə tətbiq olunan sərt metodlar Suriyanın siyasi və sosial toxumasını daha da zəiflətdi.

Son nəticə: Əsədsiz Suriyanın gələcəyi varmı?

Bəşər Əsədin hakimiyyəti şəxsən və siyasi olaraq çətinliklər və faciələrlə dolu idi. Onun həyat yolu qardaşının faciəvi ölümü ilə dəyişdi, lakin atasının başladığı irsi davam etdirməkdə qərarlı idi. Ailəsi ilə birlikdə Suriyanın siyasi və sosial həyatına təsir göstərən Əsəd hakimiyyəti illər boyu müxalifəti yatırmağa, beynəlxalq təzyiqlərə qarşı müqavimət göstərməyə çalışdı. Lakin ümumilikdə 54 il davam edən Əsəd ailəsinin rejimi son nəticədə xalqın narazılığı, daxili parçalanma və xarici müdaxilələr nəticəsində çökdü. Bəşər Əsəd və ailəsi Suriyanı və topladığı milyardları arxasında buraxaraq, Rusiyaya qaçdı, Putinə sığındı. 

Musavat.com xatırladır ki, Suriyanın 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsi ölkənin tarixinə ən böyük fəlakət və humanitar böhranlardan biri kimi daxil oldu. Bu müharibə həm insan itkiləri, həm də iqtisadi, sosial və infrastruktur baxımından böyük dağıntılara səbəb oldu. Aşağıda Suriyanın vətəndaş müharibəsinin təsirlərini və itkilərini geniş şəkildə nəzərdən keçirək. 

Ardını oxu...

İnsan itkiləri

1. Həlak olanlar:

• BMT-nin hesablamalarına görə, müharibə dövründə 500,000-dən çox insan həlak olub. Bunların arasında həm silahlı döyüşçülər, həm də mülki vətəndaşlar var.

• Ölənlərin böyük bir hissəsi müharibə əməliyyatlarının təsiri ilə dağılan şəhərlərdə, hava zərbələrində və ya kimyəvi silah hücumlarında həyatını itirib.

• Uşaqlar və qadınlar müharibənin ən həssas qurbanları olub. UNICEF-in məlumatına görə, on minlərlə uşaq münaqişədə həyatını itirib və ya ağır yaralanıb.

2. Yaralananlar:

• Müharibə nəticəsində yüz minlərlə insan müxtəlif dərəcəli fiziki xəsarətlər alıb. Onların bir çoxu müharibədən sonra uzunmüddətli tibbi yardıma ehtiyac duyur.

Qaçqınlar və daxili köçkünlər

1. Qaçqınlar:

• Suriyanın əhalisinin böyük bir hissəsi münaqişədən qaçaraq ölkəni tərk etmək məcburiyyətində qalıb. Təxminən 6,8 milyon suriyalı beynəlxalq səviyyədə qaçqın statusu alıb.

• Qaçqınların böyük hissəsi qonşu ölkələrdə – Türkiyə (3,6 milyon), Livan (1,5 milyon), İordaniya (1 milyon) və Avropada yerləşib. Bu, dünyada ən böyük qaçqın böhranlarından birinə səbəb olub.

2. Daxili köçkünlər:

• Ölkə daxilində isə 6,9 milyon insan evlərini tərk edərək təhlükəsiz yerlərə köçmək məcburiyyətində qalıb. Bu, Suriyanın demək olar ki, yarıdan çox əhalisinin öz evlərini tərk etdiyini göstərir. 

Ardını oxu...

İndi də Suriyanın gələcəyi qeyri-müəyyənliklərlə doludur. Baxmayaraq ki, Əsəd ailəsinin hakimiyyətinin sona çatması ölkədə yeni bir dövrün başlanğıcı deməkdir.

Lakin böyük acılar və fəlakətlər yaşamış Suriyanın gələcək taleyinin daha yaxşı olacağına dair hazırda heç bir təminat yoxdur.

 

Musavat.com

 
 
 

Ardını oxu...
Suriyada hakimiyyət dəyişikliyindən sonra keçid dövrü 18 ay olacaq.

"Report" xəbər verir ki, bu barədə Suriya müxalifətinin lideri Hadi əl-Bəhrə "Middle East Eye" portalına deyib.

“Suriya müxalifətinin rəhbərlik etdiyi idarəetmə orqanı yeni konstitusiyanın hazırlanması üçün altı ay da daxil olmaqla 18 aylıq keçid dövrü üçün nəzərdə tutulub”, - o bildirib.

"Middle East Eye" məlumat yayıb ki, onun rəhbərlik etdiyi müxalifət koalisiyası daha da genişləndiriləcək və yeni konstitusiya ratifikasiya olunana qədər ölkəni keçid hökuməti idarə edəcək.

Əl-Bəhra həmçinin hesab edir ki, keçid dövrü BMT Təhlükəsizlik Şurasının 2015-ci il dekabrın 18-də qəbul edilmiş və ümummilli atəşkəs, azad və ədalətli seçkilər daxil olmaqla, Suriyada siyasi keçid üçün yol xəritəsini müəyyən edən 2254 saylı qətnaməsinə uyğun olaraq həyata keçirilməlidir.
Ardını oxu...
Deputatların fikrincə, belə tədbirlər həm də uşaqlara hücum riskini azaltmağa kömək edəcək.
Sputnik. Rusiyada miqrantların məktəb və uşaq bağçaları yaxınlığında yaşamasını qadağan edən qanunun hazırlanması üzərində iş aparılır. Qanunun işlənməsi ilə Liberal demokrat partiyasının (LDPR) təmsilçiləri məşğuldur.
Bir qrup LDPR deputatı miqrantların məktəb və uşaq bağçası kimi təhsil müəssisələrindən 200 metrdən az məsafədə yaşamasını qadağan edən qanun layihəsi təklif edib.
Bu təşəbbüs uşaqların təhlükəsizliyini təmin etmək və təhsil müəssisələrinin yaxınlığında yaşayan əcnəbi vətəndaşlarla bağlı mümkün təhlükələrin qarşısını almaq məqsədi daşıyır.
Dövlət Dumasında üzərində işlənən qanun layihəsi məktəbliləri və uşaq bağçası şagirdlərini miqrantların mümkün zərərli təsirindən və antisosial davranışlarından qorumaq məqsədi daşıyır.
Deputatların fikrincə, belə tədbirlər həm də uşaqlara hücum riskini azaltmağa kömək edəcək.
LDPR sədri Leonid Slutski qeyd edib ki, yerli sakinlərdən əcnəbi işçilərin birbaşa təhsil müəssisələrinin ərazisində yaşaması ilə bağlı çoxlu şikayətlər var. Bəzi hallarda fəhlələrin məktəblərdə və uşaq bağçalarında təmir işləri zamanı yaşaması, gündüzlər təmir işləri aparması, gecələr isə eyni binada yatması problemi daha da ağırlaşdırır.
“Gündüz suvaq vururlar, rəngləyirlər, gecələr orada yatırlar. Bütün bunlar uşaqlarımız üçün potensial təhlükə yaradır. Miqrantlara uşaq bağçaları və məktəblərin yanında yer yoxdur!” - deyə LDPR sədri Leonid Slutski bildirib.
Qanun layihəsi əməkçi miqrantların təhsil müəssisələrindən 200 metrdən az məsafədə yaşamasına qadağa qoyur. Bu, həm daimi yaşayış, həm də uşaqların yerləşdiyi məktəb binalarında, uşaq bağçalarında və digər müəssisələrdə müvəqqəti qeydiyyata aiddir.
Bundan əlavə, qanun layihəsində miqrantların təhsil müəssisələrinin ərazisində müvəqqəti həll variantı kimi qeydiyyata alınmasının belə qadağan edilməsi təklif olunur. Buna misal olaraq Permdə uşaq bağçasının binasının miqrantlar üçün yataqxanaya çevrilməsini göstərmək olar. Sənədlərə görə hələ uşaq müəssisəsi olmasına baxmayaraq, orada işçilər yaşamağa başlayıb. Bu təcrübə, deputatların fikrincə, qəbuledilməzdir.
 
Ardını oxu...
Suriya müxalifətinin liderləri Rusiyanın Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.
Silahlı Suriya müxalifətinin liderləri Rusiyanın Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.
Bu barədə RİA Novosti Kremldəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, 2000-ci ildən Suriya prezidenti olan Bəşər Əsəd dekabrın 7-də silahlı müxalifət tərəfindən devrilib. Əsəd dekabrın 8-də prezident postunu və Suriyanı tərk edib. Onun təyyarə qəzasında həlak olduğuna dair müxtəlif məlumatlar yayılıb.
Lakin axşam saatlarında Rİa Novosti Kremldəki mənbələrə istinadla Rusiyanın Əsədə sığınacaq verdiyini və Bəşər Əsədin ailəsi ilə birlildə Moskvada olduğu haqqında məlumat yayıb.
 
Ardını oxu...
Bəşər Əsəd və ailə üzvləri hazırda Moskvadadır.

Bu barədə TASS-a Kremldəki mənbə bildirib.

Mənbə qeyd edib ki, Rusiya Əsədə sığınacaq verib.

Qeyd olunur ki, Suriya silahlı müxalifətinin liderləri Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.
 
Ardını oxu...
Bəşər Əsədin əmisi oğlu İhab Maxluf Dəməşqdən Beyruta qaçmaq istəyərkən öldürülüb.

Bu barədə xarici KİV yazıb.

Mənbə qeyd edir ki, Əsədin digər əmisi oğlu Eyad Maxluf isə yaralanıb.

Xatırladaq ki, paytaxt Dəməşq müxalifətin əlinə keçib, Bəşər Əsəd yük təyyarəsi ilə ölkəni tərk edib. Onun hazırda harada olduğu barədə informasiya yoxdur.
Ardını oxu...
Böyük Britaniyada “Darragh” qasırğasının yaratdığı güclü küləklər səbəbindən iki nəfər həyatını itirib.

Lankaşir qraflığının Lonqton şəhəri yaxınlığında, A59 magistral yolunda hərəkətdə olan mikroavtobusun üzərinə ağac aşaraq 40 yaşlı sürücünün ölümünə səbəb olub. Bənzər hadisə Birminqemin Erdinqton bölgəsində baş verib. Burada da ağacın avtomobilin üzərinə düşməsi nəticəsində bir nəfər həlak olub.

Qasırğa zamanı bəzi bölgələrdə küləyin sürəti saatda 100 milə (təxminən 160 km/saata) çatıb. Nəticədə İngiltərənin qərb bölgələri və Uelsdə 250 mindən çox insan elektrik enerjisiz qalıb. Həmçinin, idman tədbirləri təxirə salınıb, bəzi uçuş reysləri ləğv edilib.

Hazırda İngiltərə, Uels və Şotlandiyanın cənub bölgələrində güclü küləklərlə bağlı sarı hava xəbərdarlığı qüvvədədir. Şimal-şərqi İngiltərədə isə yağışla bağlı ayrıca xəbərdarlıq edilib. Ətraf Mühit Agentliyi tərəfindən 65 daşqın xəbərdarlığı və 152 daşqın ehtimalı elan edilib. Bu səbəbdən əhali səyahət planlarını diqqətlə nəzərdən keçirməyə və hava proqnozlarını izləməyə çağırılıb.

Qasırğanın təsirləri nəticəsində bəzi bölgələrdə evlərin dam örtükləri zədələnib, ağaclar kökündən çıxıb və yollar bağlanıb. Mütəxəssislər belə hava şəraitində ehtiyatlı olmağı və zəruri olmadıqca evdən çıxmamağı tövsiyə edirlər.
 
Ardını oxu...
Dəməşqdə yerli vaxtla saat 16:00-dan 05:00-a qədər komendant saatı tətbiq edilir.

Bu barədə “Al Watan” nəşri məlumat yayıb.

Məlumata görə, bu barədə qərarı hərbi administrasiya verib.

Xatırladaq ki, dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu başa çatdıraraq Dəməşqi ələ keçiriblər.
 
 
 

Dünyapress TV

Xəbər lenti