"ABŞ və Çin arasında münasibətlərdə status-kvo əldə olunub" - BaydenYaradılıb 29.11.2024 09:10 | Baxış sayı: 28ABŞ Prezidenti Cozef Bayden Çinlə münasibətlərdə status-kvonun əldə olunduğunu açıqlayıb.Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.Baydenin sözlərinə görə, iki ölkənin hərbçiləri ilə yanaşı, liderləri arasında birbaşa əlaqə xətti qurulub."Əminəm ki, Si Cinpin səhv etmək istəmir", - Amerika lideri qeyd edib.ABŞ Prezidenti iki ölkə arasında əsir mübadiləsi nəticəsində azad edilmiş 3 vətəndaşla söhbət apardığını vurğulayıb.Xatırladaq ki, noyabrın 27-də Vaşinqton və Pekin "üçün üçə" formulu üzrə məhbus mübadiləsi həyata keçirib. Facebook-da paylaş