Tbilisidə parlamentin yaxınlığında xarici agentlər haqqında qanun layihəsinə etiraz edənlərlə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları arasında toqquşmalar baş verib. Gununsesi.info-nun məlumatına görə, polis nümayişçilərə qarşı bibər qazından istifadə edib.
Polis və çevik qüvvələr etirazçıları parlament binasının arxasından uzaqlaşdırmağa çalışıblar və bu, iğtişaşlarla nəticələnib.
Həmçinin etirazçılara qarşı su şırnaqlarından da istifadə olunub. Onlar tədricən dağılışıblar.
Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, regional nəqliyyat əlaqələrinin bərpası ölkələrin iqtisadi tərəqqisinə xidmət edəcək.
“Biz regional kommunikasiyaların açılmasında maraqlıyıq. Buna görə də “Sülh kəsişməsi” adlı təşəbbüs irəli sürmüşük. Bu layihə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirəcək. Layihənin reallaşması körfəz ölkələri ilə Qara dəniz iqtisadi regionu arasında səmərəli əlaqələrin yaranmasına xidmət edəcək”, - erməni nazir əlavə edib.
Nyu-York məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampı prosesin bütün tərəflərinə porno aktrisa Stormi Danielsə (əsl adı Stefani Klifford) ödəmə ilə bağlı iş üzrə şərhlər dərc etməyi qadağan edən əmrini pozduğuna görə 9 min dollar cərimələyib.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Tramp “Truth Social” sosial şəbəkəsindəki yazılarına görə cərimələnib. Qeyd edilib ki, Tramp qadağanı doqquz dəfə pozub və tələb olunur ki, bu “təhqiredici nəşrlər” Truth sosial şəbəkəsindən və seçki kampaniyasının internet səhifəsindən silinsin.
Agentliyin məlumatına görə, Tramp məhkəməyə hörmətsizlik etdiyinə görə də 2000 dollar cərimə olunub.
Nyu York məhkəməsi Trampa qarşı biznes sənədlərinin saxtalaşdırılması ilə bağlı işə baxır. ABŞ-nin keçmiş prezidentinə qarşı istintaqa səbəb 2018-ci ilin yanvarında “The Wall Street Journal”ın nəşri olub. Onun sözlərinə görə, respublikaçı 2016-cı ildə prezident seçkilərində qalib gəlməzdən bir ay əvvəl onun vəkili Maykl Koen porno aktrisa Stormi Danielsə təxminən 10 il əvvəl Trampla münasibətləri barədə məlumat yaymaması üçün 130 min dollar ödəyib.
Ukrayna yalnız Rusiya ilə hərbi münaqişədə qələbə qazandıqdan sonra NATO-ya üzv ola bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski alyansın baş katibi ilə NATO standartları üzrə peşəkar hərbi təhsil kursları keçən zabitlərlə görüşü zamanı bildirib.
“NATO məsələsi çoxluğun işidir, əksəriyyət isə siyasi məsələdir. Və Ukraynanın siyasi olaraq Alyansa qəbul olunması üçün qələbə lazımdır.
Mən hesab edirəm ki, müharibənin səbəblərindən biri bizim əvvəllər Alyansda olmamağımızdır”, – Zelenski deyyib.
Müxalifət əhalinin dəstəyini itirib və buna görə də ölkədə inqilab təşkil etmək üçün resursları yoxdur.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Koxabidze qeyd edib ki, hazırda müxalifətin ümumi reytinqi 2021-ci ildə yerli hakimiyyət orqanlarına seçkilər zamanı olduğundan iki dəfə aşağıdır, hakim Gürcü Arzusu Partiyasını isə ölkə əhalisinin 60 faizindən çoxu dəstəkləyir.
“İflas olan siyasi azlığın bütün gürcü xalqı adından danışmaq hüququ yoxdur”, - deyə o bildirib.
“Sərhədin yeni təsviri hüquqi qüvvəyə malik olan xəritə əsasında tərtib edilib”.
Globalinfo.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından olan deputat Arsen Torosyan deyib.
O bildirib ki, sənəddə sütunlar arasındakı sərhədin trayektoriyası da təsvir olunub.
“Bu, Almatı bəyannaməsinin dövlətlərarası müqaviləsidir. Hər iki dövlət bəyannaməni tanıdıqlarını elanyan ediblər. İndi biz yeni sərhəd çəkmirik. Bu, sadəcə olaraq iki dövlət arasında mövcud sərhədin möhkəmləndirilməsidir. Yəni hüquqi qüvvəyə malik olan xəritə əsasında sərhədin yeni təsviri tərtib edilir”, – deyə Torosyan vurğulayıb.
Torosyan Tavuşdakı etirazların Blinkenlə Paşinyan arasındakı telefon danışığında müzakirə mövzusu olmadığını bildirib. Onun sözlərinə görə, Ermənistan bu cür məsələləri digər ölkələrin rəsmiləri ilə müzakirə nəticəsində həll etmək niyyətində deyil.
Paşinyan dedi ki, sərhəd hətta kəndin ortasından da keçə bilər. Paşinyanın sözlərini təkrar edirəm: dedi ki, orada sərhədçi dayana bilər, 7 gün təhlükəsiz olacaq, amma 8-ci gün təhlükəsiz olmayacaq, mən haradan bilim?
Axar.az erməni mediasına istinadla xəbər verir ki, bu sözləri müxalif “Hayastan” fraksiyasından olan deputat Geqam Nazaryan Kirants kənd sakinlərinin Baş nazir Nikol Paşinyanla görüşü haqda deyib.
O bildirib ki, kirantslılar indi şokdadırlar, qapını açıb Azərbaycan əsgərini görə bilərlər.
Onun iddiasına görə, sərhəd sovet dövründə olduğu kimi deyil, “yeni xətlə” çəkilir.
Qeyd edək ki, Tavuş rayonunun erməni sakinləri Qazaxın işğalda olan 7 kəndindən anklav olmayan 4 kəndinin qaytarılmasına etiraz edirlər. 1990-92-ci illərdə işğal olunan bu kəndlərin Ermənistan ərazisinə heç bir aidiyyəti olmamasına baxmayaraq, müxalifətin qızışdırdığı yerli sakinlər işğalı davam etdirməyə təhrik edirlər.
Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub.
Tribunainfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stolteneberq Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Biz həmçinin iyulda Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlığı müzakirə etdik. Cənab Prezident, mən sizi həmin görüşdə qarşılamağı səbirsizliklə gözləyirəm”, – Stoltenberq bildirib.
Baş katib qeyd edib ki, NATO müttəfiqləri Ukraynaya yardımın sürətləndirilməsi və artırılması barədə razılığa gəlib. Baş katib ABŞ, Böyük Britaniya, Almaniya və Niderlandın Ukraynaya hərbi yardımla bağlı elanlarını xatırladıb.
“Mən ümid edirəm ki, daha çox ölkə bu yardımlara qoşulacaq və bu mənada tezliklə yeni yardım bəyanatları gözləyirəm. Biz Ukraynanın təcili ehtiyaclarını qarşılamaq üçün çalışırıq. Mənim mövqeyim hər zaman aydın olub. Mən bildirmişəm ki, əgər müttəfiq ölkələr NATO-nun hərbi büdcəsi üzrə tələbləri qarşılamaq, yoxsa Ukraynaya dəstək verməklə bağlı seçim qarşısında qalsalar, onlar Ukraynaya dəstək verməlidirlər. Boşalan hərbi anbarları doldurmaq olar, ancaq itirilən həyatları geri qaytarmaq mümkün deyil”, – Stoltenberq vurğulayıb.
Baş katib əlavə edib ki, Ukraynanın haqlı yeri NATO-dadır, Ukrayna NATO-nun üzvü olacaq: “Bu gün bizim qət etdiyimiz yol onu NATO üzvlüyünə yaxınlaşdırır. Vaxtı çatan kimi Ukrayna dərhal üzv olacaq. NATO-nun mənzil-qərargahında Ukraynanın bayrağının dalğalanacağı günü səbirsizliklə gözləyirəm.
NATO Ukraynanın və özünün təhülkəsizliyi üçün bu ölkənin yanında dayanır”.
Baş katib onu da bildirib ki, Ukraynanın NATO-ya üzv olması üçün 32 müttəfiq buna razılıq verməli, bunun reallaşması üçün konsensus olmalıdır. Yens Stoltenberq deyib ki, iyulda keçiriləcək sammitə qədər bu konsensusun olacağını gözləmir.
ABŞ-ın KFC restoranlar şəbəkəsi İsrailin Qəzzaya hücumlarına reaksiya vermək və Fələstin xalqını dəstəkləmək üçün başlatdığı boykotdan sonra Malayziyadakı 108 filialını müvəqqəti olaraq bağlayıb.
Tribunainfo.az Sözçü-yə istinadən xəbər verir ki, Strait Times qəzetinin məlumatına görə, KFC Malayziyadakı fəaliyyətinin əhəmiyyətli hissəsini dayandırıb.
Çinin Nanyang Siang Pau qəzetinin Google Maps-ə əsaslanaraq dərc etdiyi məlumata görə, Malayziyada KFC-nin sahibi və fəaliyyət göstərən QSR Brands ölkə daxilində 108 filialında fəaliyyətini müvəqqəti dayandırıb.
Paytaxt Kuala Lumpurun Jalan İpoh, Jalan Sultan və TÜM Melavati bölgələrində KFC filialları bağlanıb. Əməkdaşlar qeyd ediblər ki, son bir həftədir filiallar müştəri çatışmazlığı səbəbindən bağlanıb.
Türkiyə və Yunanıstan Meriç çayı ərazisində iki ölkənin nəzarət-buraxılış məntəqələrini birləşdirən yeni körpünün tikintisi ilə bağlı razılığa gəliblər.
Yeni 811 metrlik dörd zolaqlı körpünün inşasına bu il başlanacaq. Konstruksiya, 1958-ci ildə tikilmiş köhnə iki zolaqlı körpü ilə yanaşı fəaliyyət göstərəcək.
Türkiyənin Yunanıstan ilə həmsərhəd olan Ədirnə əyalətinin qubernatoru Yunus Sezer bildirib ki, mövcud körpü artıq Türkiyənin artan beynəlxalq ticarət həcminin öhdəsindən gələ bilmir və bununla əlaqədar iki ölkənin hakimiyyət orqanları tərəfindən yeni nəqliyyat layihəsinin həyata keçirilməsi barədə qərar qəbul edilib.
İnşaat işləri hər iki tərəfindən maliyyələşdiriləcək ki, bu da Türkiyə ilə Avropa İttifaqı (Aİ) ölkələri arasında yük və sərnişin axınını sürətləndirəcək.