Ardını oxu...
Avropa Ukraynanı silahla dəstəkləməyə davam etməlidir.

Bunu Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi sessiyasında çıxış edən Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib.

Cozep Borrel deyib ki, avropalılar Donbas uğrunda ölməyə getməyəcək: “Ancaq biz ukraynalıların uzun müddət ərzində Donbas uğrunda ölməməsinə nail ola bilərik. Bunun üçün də müqavimət göstərdiyi müddətdə Ukraynanı dəstəkləməliyik. İnsanlar soruşurlar ki, nə zamana qədər Ukrayna üçün pul xərcləyəcəyik. Ancaq biz Ukraynanı dəstəkləməyə söz vermişik. Avropa İttifaqı nə qədər ehtiyac var, Kiyevə o qədər kömək etmək niyyətindədir”.

Qeyd edək ki, Cozep Borrel bu il martın 21-də Aİ-nin sammitində də anoloji bəyanatla çıxış edib.
Ardını oxu...
İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub.

Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (“Eurocontrol”) 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib.

Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyata keçirib. İstanbul hava limanını gündə 1314 uçuşla Amsterdamın Şipol, 1306 reyslə Londonun Hitrou hava limanı izləyib.
Ardını oxu...
Gələn həftə Rusiyada inauqurasiyaya hazırlıq finişə çatacaq. Vladimir Putin may ayında prezident vəzifəsinin icrasına başlayacaq.

“Cebhe.info” xəbər verir ki, həmin gün ona prezident avtomobili “Aurus”un yenilənmiş versiyası təqdim olunacaq.
Ardını oxu...
 
Ardını oxu...
Prezident Həsən Ruhaninin Təbrizdə vəd etdiyi Türk Dil Qurumu yerinə rəsmilər tərəfindən 2015-ci ilin ilk aylarında təsis edildiyi açıqlanan “Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Fondu”-nun 9 il keçdikdən sonra hələ fəaliyyətə başlamadığı bildirilir.

Təbrizə fəaliyyət göstərən Nasr News internet portalının yazdığına görə, “Azərbaycan Fondu etinasızlıq və laqeydlik səbəbilə həm fəaliyyətsiz qalıb, həm də fond üçün nazirlikdən gözlənilən 32 milyon tümənlik büdcənin ayrılıb-ayrılmayacağı bəlli deyil.”

İran prezidenti Həsən Ruhani 2013-cü il seçki kampaniyalarında Təbrizdə Türk Dil Qurumu təsis ediləcəyinə dair söz vermişdi. Bu və digər vədlərini yerinə yetirməyən Ruhani daha sonra Təbriz və Urmiyə kimi şəhərlərə səfərlərində “Ruhani Ruhani, vədlərin bəs hanı?” kimi şüarlar ilə qarşılaşmışdı.

2014-cü ilin son aylarında etnik qruplar və dini azlıqlar üzrə prezident yardımçısı Əli Yunesi Türk Dil Qurumu vədinin gündəmə çıxmasının başdan yanlış olduğunu, Şərqi Azərbaycan valisi isə dil qurumu yerinə Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Fondunun gündəmə alındığını ifadə etmişdilər.

Nasr News saytı “Azərbaycan Mədəniyyət, Sənət və Ədəbiyyat Fondunun qeyri-müəyyən taleyi” başlığı altında yayımladığı reportajda keçən il fondun müdiri olaraq təyin edilib fəqət sonra istefa edən Ruhullah Rəşidinin açıqlamalarına yer verib.
 
Ardını oxu...
“Biz öz torpaqlarımızı kiməsə təhvil vermirik. Hər kəsin beynəlxalq tanınmış sərhədləri var, hər kəs öz sərhədlərində yaşamalı, inkişafına baxmalıdır”.

Gununsesi.info “News.am”a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Vətəndaş Günü münasibətilə Qavar şəhərində gənclərlə keçirilən görüşü zamanı deyib:

“Real olmayan sərhədlərdən imtina etməliyik. Xəyali Ermənistandan real Ermənistana keçid etməliyik. Əks halda həmin xəyali Ermənistan ucbatından real Ermənistanı da itirə bilərik”.

O qeyd edib ki, indi real Ermənistan naminə xəyali Ermənistandan imtina etmək zamanıdır:

“Bu övladlarımızı qoruyacaq, Ermənistanı isə nəhayət suveren, demokratik və azad bir dövlət edəcəyik”.
 
Ardını oxu...
“Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” qanuna yeni əlavələr edilməsi təklif edilir.

Deportasiya ediləcək əcnəbi vətəndaşlara daşınmaz əmlak, avtonəqliyyat vasitələri, özüyeriyən avtomobillər və digər növ avadanlıqların alınmasının, habelə həmin nəqliyyat vasitələrinin qeydiyyata alınmasının qadağan edilməsi təklif edilir.

Həmçinin sənəddə onların nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması və sürücülük vəsiqəsi imtahanlarına buraxılmaması da yer alıb. Qanun layihəsinə əsasən, bu rejim Rusiya Federasiyasında qanuni olaraq qalmaq hüququ olmayan xarici vətəndaşlara münasibətdə qurulacaq.

Bu, Rusiya Federasiyasında müvəqqəti olma müddətinin başa çatması və ya miqrasiya sənədləri, müvəqqəti yaşayış icazəsinin, yaşayış icazəsinin ləğvi və ya qanunsuz hərəkətin edilməsi ilə əlaqədar ola bilər. Eyni zamanda miqrasiyanın deportasiya siyahısına düşən şəxslər Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına yeri və ya olduğu yerin dəyişdirilməsi, habelə ölkədən planlaşdırılan gediş tarixi və yeri barədə məlumat vermələri tələb olunacaq. Bu normaların pozulması deportasiya ilə nəticələnəcək.

Rusiyadan çıxarılmalı olan əcnəbilər daşınmaz əmlak almağa, bank hesabları açmağa və nikaha girməyə qadağa da daxil olmaqla məhdudlaşdırıcı tədbirlərlə üzləşəcəklər. Təklif olunan digər yenilik əcnəbilərin Rusiyada qanuni qalma müddəti ilə bağlıdır.



Qanunun qəbulu sayəsində müddət ildə 90 günə enəcək. Hazırda miqrantın Rusiya Federasiyasında müvəqqəti qalma müddəti (viza almadan) hər 180 gün ərzində ümumilikdə 90 gündən çox ola bilməz./report
 
Ardını oxu...
Haaqa Beynəlxalq Ədalət Məhkəməsində (Niderland) Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia çərçivəsində irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı açıq dinləmələr başa çatıb.

Oxu.Az bildirir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin saytında məlumat verilib.

Məlumata görə, məhkəmənin ilkin etirazlarla bağlı qərarı açıq iclasda çıxarılacaq və onun vaxtı müəyyənləşdikdən sonra elan ediləcək.
Azərbaycan öz arqumentlərində məhkəməyə müraciət edərək Ermənistanın 24 aprel 2024-cü il tarixli yekun təqdimatında irəli sürdüyü ilkin etirazların hər birinin məhkəmənin yurisdiksiyasına və ya Azərbaycan tələblərinin məqbul olmasına əsaslı etiraz olmadığı əsasda rədd edilməsini xahiş edib.

Alternativ olaraq, Azərbaycan məhkəmədən bu ilkin etirazların hər birinin işin mahiyyətinə uyğun olan məsələləri qaldırdığını əsas gətirərək rədd etməyi xahiş edib.
 
 
 
Ardını oxu...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-yə planlaşdırılan səfərini proqramında dəyişikliklərlə əlaqədar təxirə salıb.

xəbər verir ki, bu barədə "Haber Global" telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

Hökumətyönlü "Hürriyyət" qəzeti aprelin 26-da Ərdoğanın Vaşinqton səfərinə hazırlıqların davam etdiyini və hazırlıqların ləğvi ilə bağlı heç bir əmr verilmədiyini yazıb. Nəşr həftənin əvvəlində ABŞ-dəki bəzi siyasi qrupların Türkiyə liderinin səfərini ləğv etməyə çalışdığını yazıb. Onlar hesab edirlər ki, Ərdoğanın HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə bu yaxınlarda keçirdiyi görüşdən sonra onun prezident Co Baydenlə danışıqları Ağ Evin hazırkı rəhbərinə seçicilərin dəstəyinin azalmasına səbəb ola bilər. Türkiyə mediasının bir gün əvvəl yazdığı kimi, Ağ Ev Baydenin proqramında Ərdoğanla görüşün olmadığını bildirib.

Həmçinin Ərdoğan administrasiyası tərəfindən ABŞ-yə səfərlə bağlı rəsmi açıqlama verilməyib.
 
Ardını oxu...
Bu ilin iyul ayında Dubay daha bir ilkə imza atacaq.

“Medicina” xəbər verir ki, Abu-Dabidə yeni müaicəvi-sanator ada tikiləcək.
İmkan daşınmaz əmlak şirkəti və SHA klinikasının birgə layihəsi dünyada yenilikdir.

Bu özəl adada klinika və müalicə mərkəzləri tikiləcək.

SHA dünyanın ən yaxşı, ən bahalı müalicə mərkəzi kimi məşhurdur.
O dəfələrlə World Spa Awards mükafatının qalibi olub.

Adanın ərazisində villalar, apartment kompleksləri olacaq. İstirahət edənlər adaya vertolyotla gətiriləcək.

Burda sutka boyu həkimlər, reabiotoloqlar, trener, yoqa ustaları, aşpazlar çalışacaq.

Adada tarixi saraylardan biri də yerləşir.

Dünyada hələ ki, müalicəvi belə bir yer yoxdur.

Bura mərhum şeyx Zaid ibn Sultan siyasi görüşlər üçün gəlirdi.
 
Ardını oxu...
Çinin rəhbəri Si Cinpin Hərbi Tibb Universitetinə səfəri zamanı tələbələri və hərbçiləri mümkün müharibəyə hazır olmağa və döyüş meydanında ayıq olmağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Çin lideri Hərbi Tibb Universitetin hərbi tibb sahəsində akademik işini öyrənmək və döyüş meydanında təcili tibbi yardım üçün avadanlıqları yoxlamaq üçün Çuntsin şəhərindəki ali təhsil müəssisəsinə baş çəkib.

O, qoşunların maddi-texniki təminatının gücləndirilməsinə, ordunun döyüş effektivliyinin artırılmasına, həmçinin zabit və əsgərlərin fiziki və mənəvi rifahına nəzarət etməyə çağırıb. Si Cinpin vurğulayıb ki, Çinin yeni nəsil qırmızı hərbi həkimlərə ehtiyacı var.

2023-cü ilin aprelində Si Cinpin Çin Xalq Azadlıq Ordusunu real döyüş əməliyyatları üçün hazırlığı gücləndirməyə çağırıb. Çin liderinin bəyanatı Çinin hərbi gəmilərinin Tayvan adası yaxınlığındakı manevrləri fonunda səslənib.
 

Dünyapress TV

Xəbər lenti