Ardını oxu...
Böyük Britaniya İrana qarşı sanksiyalar siyahısını genişləndirərək, iki şəxsə və pilotsuz uçuş aparatları və raketlərin istehsalı ilə məşğul olan dörd şirkətə məhdudlaşdırıcı tədbirlər görüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Sanksiyalara Seyid Mohsen Vahabzadeh Mokadam və Abbas Abdi Asgerd daxildir. Xarici İşlər Nazirliyinin məlumatına görə, onlar dron istehsalı ilə məşğul olan İran şirkətləri şəbəkəsinə rəhbərlik edirlər. Bəyanatda qeyd edilir ki, qara siyahıya salınan iranlılar hələ 2022-ci ildə Londonun məhdudiyyətlərinə məruz qalan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Abdulla Mehrabi ilə əlaqəlidirlər.

Alvand Motorbuilding, Bonyan Danesh Shargh, Industries Company, Moj Gostar Aseman Parvaz Company və Pishro Sanat Aseman Sharif Company şirkətlərinə də məhdudiyyətlər qoyulub.
 
Ardını oxu...
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

Bu barədə nazirliyin məlumatında deyilir.

Belə ki, daha səkkiz fiziki şəxs və 15 şirkət siyahıya daxil edilib.

Məhdudiyyətlər beş gəmi və bir təyyarəyə də təsir edib.
 
Ardını oxu...
ABŞ dövlət katibi Antoni Blinken Çinə səfər edib. Ancaq onun qarşılanma mərasimi üçün qırmızı xalının sərilməməsi diqqət çəkib. Bundan başqa Blinkenlə görüşən ən yüksəkvəzifəli şəxs Şanxay Partiya Komitəsinin rəhbəri və Siyasi Büro üzvü Çen Tszinin olub.

Bildirilir ki, aprelin 25-də amerikalı diplomat Şanxayda Kommunist Partiyasının rəsmiləri ilə danışıqlar aparacaq. Onun Çin lideri Si Cinpinlə danışıqlar aparacağı da ehtimal edilir.

Mediada yayılan məlumata görə, gündəmdə Rusiyaya dəstək kimi məsələlərdə Pekinə təzyiq və Tayvan məsələsidir.
Qeyd edək ki, Blinken Çinə ABŞ Senatının Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım paketini qəbul etməsindən bir neçə saat sonra yollanıb. Pekin bildirib ki, Tayvana yardımın təsdiqlənməsi “yanlış siqnal”ı ehtiva edir.

 
Ardını oxu...
Son zamanlar Çeçenistan başçısı Ramzan Kadırovun sağlıq durumu ətrafında müxtəlif ziddiyyətli məlumatlar dolaşmaqdadır. Onun xarici görünüşündəki dəyişikliklər, şişkinliyi, ağır nəfəs alması və s. kimi aşkar əlamətlər bu söz-söhbətlərin əsassız olmadığına dair qənaət yaradır.

“AzPolitika” xəbər verir ki, Rusiyanın “Novaya qazeta” nəşri mötəbər mənbələrə istinadla və apardığı jurnalist araşdırması əsasında Ramzan Kadırovun sağalmaz xəstəlikdən əziyyət çəkdiyini yazıb. Qəzet qeyd edir ki, Çeçenistan liderinin səhhəti sürətlə pisləşir.

Qəzetin Rusiya səhiyyəsindəki mənbələrinə istinadla verdiyi məlumata görə, hələ 2019-cu ilin yanvarında Çeçenistan rəhbərinə “pankreas nekrozu” diaqnozu qoyulub. Həmin vaxt o, bunu yüngül soyuqdəymə kimi izah edərək məcburi məzuniyyətə çıxmışdı. Ancaq adi soyuqdəyməni müalicə etmək üçün nədən bir neçə ağır müalicə kursunun lazım olduğu aydın deyildi.

Yazıda qeyd olunur ki, “pankreas nekrozu” son dərəcə ciddi, ağır və demək olar ki, sağalmaz bir xəstəlikdir. Onun ölümlə nəticələnmək ehtimalı və nisbəti isə yüksəkdir. Buna görə 2019-cu ildən başlayaraq Kadırov ildə ən azı iki dəfə müvafiq prosedurlardan keçməyə məcburdur. Üstəgəl, 2020-ci ilin yayında “Covid”-ə yoluxduqdan sonra “pankreas nekrozu”na endokrin sistemlə bağlı ciddi problemlər də əlavə olunub.

2022-ci ilin yazından etibarən Kadırovun səhhəti o qədər pisləşib ki, bunu ətrafındakı hər kəs hiss etməyə başlayıb: “Böyrək çatışmazlığı və ağciyərlərdə maye durğunluğu səbəbindən Kadırov sadəcə olaraq şişirdi. Bundan sonra ağır nəfəs almağa, çətinliklə danışmağa, yavaş-yavaş yeriməyə və Çeçenistan iqlimi üçün çox isti geyinməyə başladı”.

Yazıda bildirilir ki, hamı Çeçenistan liderinin Putinin 2023-cü ilin fevralında federal müraciətində iştirak etməməsinə və iyunda Putinin Şimali Qafqaz regionlarının rəhbərləri ilə turizmlə bağlı görüşünə qatılmamasına diqqət yetirib.

Kadırovun səhhətindəki ciddi problemlərin nəhayət, ötən ilin sentyabrında özünü qabarıq şəkildə büruzə verdiyi qüyd olunur. Belə ki, həmin vaxt Kadırov kəskin ağciyər çatışmazlığı ilə Rusiya Federasiyası Prezident Administrasiyası Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər hesab edirlər ki, bu vəziyyət xəstənin şiddətli ağrı, yuxusuzluq və artan narahatlıqla mübarizə üçün istifadə etdiyi trankvilizator – “Dormicum”un dozasının həddindən artıq yüksək olması ilə əlaqədar olub.

“Novaya Qazeta” sonda 47 yaşlı Kadırovun səhhətinin gertdikcə daha sürətlə pisləşdiyini qeyd edərək, Çeşenistan liderinin ətrafının bədbin gözləntilərini ifadə edib: “Çeçenistan rəhbərinin ətrafındakı insanlar ekspertiza zamanı Kadırovun beyninə dair MRT məlumatlarından xüsusilə narahatdırlar”.

Qəzet Kadırovun səhhətindən və tibbi müayinələrindən xəbərdar olan yüksək vəzifəli çeçen məmurlarından birinin sözlərini sitat gətirir: “Əvvəlki lider artıq olmayacaq, xəstəlik ciddi təsir göstərəcək. Hətta indi o, özünə gəlsə belə, nə diri, nə də ölü olacaq...”
 
 
 
Ardını oxu...
Ermənistan Baş naziri Nikol Paşinyanın qondarma soyqırımı abidəsinə ziyarəti canlı yayımla işıqlandırılmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Bir müddət əvvəl baş nazirin dəftərxanası açıqlamışdı ki, “erməni soyqırımı”nın 109-cu ildönümü ilə əlaqədar Ermənistan rəhbərliyi tərəfindən anma mərasimi təntənəli olacaq, “İctimai” TV canlı yayımlayacaq.

Ermənistan Baş Naziri Aparatı tədbiri işıqlandırmaq üçün yalnız fotoqrafları akkreditasiya edəcək. “Tsitsernakaberd” memorialına media nümayəndələrinin girişi saat 09:30-dan açıq olacaq.

Yəni jurnalistlərin nə Paşinyan, nə də hansısa digər yüksək vəzifəli məmura yaxınlaşıb sual vermək imkanı olacaq”, - məlumatda deyilir.

Nikol Paşinyan qondarma olayla bağlı son çıxışında “soyqırımı” yerinə “böyük fəlakət” ifadəsinə yer vermişdi. Onun bu davranışı ölkəsində qızğın müzakirələrə səbəb olub.

Qondarma soyqırımının ildönümü aprelin 24-dədir.
Ardını oxu...
“İrəvan və Bakı sərhədlərin delimitasiyası ilə bağlı praktiki prosesə başlayıb və bu, çox vacibdir”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyası tərəfindən nümayiş etdirilən britaniyalı jurnalistlərə müsahibəsində deyib.

“Biz Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə praktiki prosesə başlamışıq ki, bu da təhlükəsizlik risklərinin azaldılması da daxil olmaqla, inanılmaz dərəcədə vacibdir”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri bərpa etmək lazımdır.

“Ermənistanla Azərbaycan arasında yeni sərhədlər çəkməyə ehtiyac yoxdur, lakin biz SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri yerlərdə bərpa etməliyik”, - Paşinyan qeyd edib.
 
Ardını oxu...
Norveçin 87 yaşlı kralı V Harald xəstəlikdən sonra işə qayıdıb.

Redaktor.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Fevral ayında dünyanın ən yaşlı monarxı hesab edilən Harald Malayziyaya səfəri zamanı xəstəxanaya yerləşdirilmişdi. İlkin olaraq xəstəxanaya yerləşdirilməsinə səbəb kimi bir növ infeksiya olduğu bildirilib. Bundan sonra padşah təxminən iki aya yaxın ictimaiyyət qarşısına çıxmayıb.

Harald bildirib ki, yaşına və səhhətinə baxmayaraq, taxt-tacdan əl çəkməyi və təqaüdə çıxmağı planlaşdırmır. O, bunu ömrünün sonunadək padşahlıq edəcəyinə and içməsi ilə izah edib.
 
Ardını oxu...
"Aprelin 16-da general-mayor Apti Alaudinov Putinin fərmanı ilə Rusiya Müdafiə Nazirliyi Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini təyin edilib, bu, onun gələcək möhtəşəm karyerasında tramplindir..."

Kreml, ehtimal ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun varisini müəyyən edib. Bu, "Ahmat" çeçen xüsusi təyinatlılarının komandiri Apti Alaudinov olacaq.

Moderator.az xəbər verir ki, bunu "Novaya qazeta Yevropa" nəşrinin apardığı geniş araşdırmanın nəticələri göstərib.

Dekabrın 18-də Moskvada "Vahid Rusiya" partiyasının 21-ci qurultayı keçirilib və qurultay nümayəndələri Vladimir Putinin beşinci prezidentlik müddətinə namizədliyinə dəstək verib.

"Bu tədbir əvvəlkilərindən bir məqamdan başqa heç nə ilə fərqlənməyib. Az qala ilk dəfə olaraq qurultayın mərkəzi spikerlərindən biri milliyyətcə çeçen olub.

Bu, Ramzan Kadırov deyil,
çeçen xüsusi təyinatlılarının "Ahmat" könüllü birliyinin komandiri, Ukrayna səngərlərində hərbi rütbə və Rusiya Qəhrəmanı ulduzunu alan general-mayor Apti Alaudinov olub", - nəşr qeyd edir.

Yanvar ayında Alaudinovun Putinin prezident seçkilərində etibarlı şəxsi olacağı barədə xəbər yayılıb. Mart ayında Alaudinov "Vaqner qrupu" özəl hərbi şirkətinin 3 min döyüşçüsünün özünün rəhbərlik etdiyi "Ahmat" xüsusi bölməsinə keçməsi barədə danışıqları uğurla başa çatdırıb.

Aprelin 16-da Putin Alaudinovun Rusiya Müdafiə Nazirliyi Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilməsi barədə fərman imzalayıb. Nəşrin tədqiqatçıları bu təyinatı "Apti Alaudinovun gələcək möhtəşəm karyerasında" tramplin adlandırıb.

Redaksiya güman edir ki, ötən ilin sentyabr ayından Rusiya prezidenti administrasiyasında Çeçenistanda məcburi hakimiyyət dəyişikliyi üçün ssenari işləyib hazırlanmağa başlanılıb.

Bu arada isə nəşrin iddiasına görə Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir, həkimlər ona mədəaltı vəzin nekrozu diaqnozu qoyub.

Həmçinin məlumat verilir ki, 2023-cü ildə Kadırov güclü ağrılar və yuxusuzluq üçün qəbul etdiyi trankvilizatorun artıq dozası səbəbindən medikamentoz komaya salınıb.

Nəşrin mənbələri iddia edir ki, o zaman həkimlər Kadırovun vəziyyətini sabitləşdirməyə nail olub, lakin onun beyninin müayinəsinin nəticələri "Kadırovun yaxınlarını məyus edib".

Pankreonekroz cərrahi patologiyadır, kəskin pankreatitin fəsadıdır, bu zaman mədəaltı vəzin toxumaları məhv olur, bu da həyatı əhəmiyyətli orqanların fəaliyyətinin pozulmasına gətirib çıxarır.

Nəticədə pasiyentin vəziyyəti tez bir zamanda və xeyli dərəcədə pisləşir, həyatı üçün təhlükə yaranır və təxirəsalınmaz intensiv terapiya, sonradan cərrahi müdaxilə tələb olunur.

Rusiyada Çeçenistan rəhbərinin sağlamlığı ilə bağlı problemlər barədə məlumat rəsmən təsdiq edilməyib.
Ardını oxu...
Ukrayna İkinci dünya müharibəsində ən çox dağıntılara məruz qalan və canlı itki verən ərazilərdən biri olub. Çerniqov vilayətində isə faşistlər əhaliyə qarşı daha amansız rəftar ediblər. 1941-ci ilin sentyabr ayından 1943-cü ilin sentyabr ayına qədər alman və macar qoşunlarının işğalı altında qalan vilayətdə faşist qoşunları 103 min 600 nəfər dinc əhalini və 25 minə yaxın hərbi əsiri vəhşicəsinə qətlə yetiriblər. Şəhər, qəsəbə və kəndlər qarət edilib. Nisbətən cavan olan şəxslər qul kimi işlədilmək üçün Almaniyaya göndərilib.

Bu amansız qətliamla bağlı müharibədən sonra, 1947-ci ilin 17-25 noyabr tarixlərində Çerniqovda məhkəmə prosesi keçirilib. Məhkəmənin müttəhimlər kürsüsündə 13 nəfər yüksək rütbəli macar hərbçisi və 3 nəfər yüksək vəzifəli alman zabiti əyləşib. Məhkəmə prosesində ittiham olunanların cinayət əməlləri tam sübuta yetirilib. Proses zamanı o da aydın olub ki, bu şəxslər təkcə Ukrayna ərazisində deyil, həmçinin Belarusiya və Rusiya ərazilərində də bir çox hərbi cinayətlərə başçılıq ediblər.
Ardını oxu...
Müttəhimlər kürsüsündə əyləşən əsas simalardan biri Macarıstan generalı Zoltan Pap prosesdəki ifadələri ilə özünü müdafiə etməyə çalışmayıb, “biz Hitlerin başkəsən dəstəsi idik” deyə törətdiyi cinayətləri bütün təfərrüatları ilə danışıb:

“Əvvəlcə onu qeyd etmək istəyirəm ki, mən müharibə zamanı öz vəzifəmi yerinə yetirmişəm. Bununla bağlı mənə rəsmi sənəd də təqdim olunmuşdu. Macarıstan silahlı qüvvələrinin baş qərargahı tərəfindən mənə, 105-ci diviziyanın komandiri kimi 10 saylı direktiv göndərilmişdi. Həmin direktivdə alman və macar qoşunlarının ərazidə maneəsiz və rahat dislokasiya olunması üçün istənilən yolla, istənilən vasitə ilə yerli əhalinin, o cümlədən partizan dəstələrinin, girov və əsirlərin məhv edilməsi tapşırığı verilmişdi. Mən bir general kimi əmri müzakirəsiz yerinə yetirməli idim. Vaxta və silah sursata qənaət etmək üçün mən ən optimal variantı seçdim. Yerli sakinləri, əsirləri, girovları taxta evlərə doldurub yandırdım, xəndəklər qazdırıb onları diri-diri basdırdım...”

Məhkəmədə sübuta yetirilib ki, təkcə 1943-cü il 1-2 mart tarixlərində, iki gün ərzində Çerniqov vilayətinin Kryukov qəsəbəsində və ona bitişik olan kəndlərdə 6700 nəfər dinc əhali, o cümlədən uşaq, qadın, qoca və 1290 fərdi ev yandırılıb. Bu faktı prosesdə iştirak edən şahidlər də təsdiq ediblər.
Ardını oxu...
Daha bir qəsəbədə, Alekseyevkada 24 fevral 1943-cü ildə 700-dən artıq məktəb yaşlı uşaqlar və 200-dən artıq yaşlı qadınlar köhnə məktəb binasına doldurularaq yandırılıb, vəhşicəsinə qətlə yetiriliblər. Qəsəbədə yaşayanların mal-qarası, ərzaq ehtiyatları, geyimləri, ev əşyaları əllərindən alınaraq alman və macar qoşunlarının istifadəsinə verilib.

Məhkəmə 25 noyabr 1947-ci ildə müttəhimlər kürsüsündə əyləşən 16 nəfər macar və alman cəlladlarına hökm oxuyub. Onların hamısı ən ağır cəzaya, 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Həmin dövrdə ölüm hökmü ləğv olunduğundan bu cəza ən ağır cəza sayılıb.

Son söz demək hüququndan istifadə edən Zoltan Pap məhkəməni “mərhəmətli” olmaqda ittiham edib:

“Məhkəmənin mənə qarşı qaldırdığı bütün ittihamları, çoxsaylı şahidlərin ifadələrindəki haqqımda səslənən fikirləri qəbul edirəm. Ancaq söylədiklərinizdə kiçik bir düzəlişə ehtiyac var. Məhv etdiyim dinc əhalinin və sovet hərbçilərinin sayını az göstərmisiniz. Bu rəqəm daha böyükdür. Yəqin ki, rəqəmləri azaltmağınız mərhəmətinizdən irəli gəlir ki, mənim cinayət əməlimi bir az yumşaldasınız. Buna ehtiyac duymuram. Ümumiyyətlə mən kommunistlərdən nəyi isə xahiş etməyi bir general kimi özümə şərəfsizlik sayıram. Buna görə də sizdən əfv xahiş etməyəcəyəm, apelyasiya şikayəti də verməyəcəm. Hansı cəzaya layiqəmsə, artıqlaması ilə qəbul edirəm, hökmümü verin...”
Ardını oxu...
Cəllad faşistlər cəzalarını Vorkuta düşərgəsində çəkiblər. 1955-ci ildə Almaniya və SSRİ arasında qarşılıqlı razılaşma əldə olunduqdan sonra onlar azadlığa buraxılıb.

General-leytenant Zoltan Pap cəzadan azad olunduqdan sonra Macarıstana qayıtmayıb. O, Hindistana mühacirət edib, keşiş kimi fəaliyyət göstərib, xeyriyyəçiliklə məşğul olub. Amma bu geçikmiş xeyriyyəçiliklə Zoltan Pap öz günahlarını yuya bilməyib. Ömrünün son illərində onun gözləri tutulub. Dünya işığına həsrət qalan faşist generalın ömrünün sonu böyük əzablar içində keçib və o, 1987-ci ildə ölüb.

İlham Cəmiloğlu, Musavat.com
 

Dünyapress TV

Xəbər lenti