Ardını oxu...
Hazırda Türkiyədə üç milyona yaxın Suriyadan olan qaçqın var.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ümumilikdə Suriyadan dörd milyona yaxın qaçqın Türkiyəyə gəlib:

"Savaşın davam etdiyi hazırkı müddətdə də qapımız hələ də açıqdır. Həmçinin Livanda olan vəziyyətlə əlaqədar Tükiyəyə gələnlər üçün də qapımızı açıq tutmuşuq. Orada türkmənlər də var. Bu soydaşlarımız üçün qapımızı açıq saxladığımızı demişəm, indi də deyirəm". \\Ölkə.az
 

Ardını oxu...
Tokioda Yaponiyanın hakim Liberal Demokrat Partiyasının qərargahına və Baş nazirin iqamətgahına hücum edən şəxs saxlanılıb.

Bu barədə NHK telekanalı xəbər verir.

Məlumata görə, saxlanılan şəxs partiya qərargahının girişinə beş-altı “Molotov kokteyli” atıb. Butulkalardan biri polis maşınına dəyib. Yanğın söndürülüb, xəsarət alan olmayıb.

Bundan sonra həmin şəxs avtomobillə cinayət yerindən qaçaraq Yaponiya Baş nazirinin iqamətgahının ərazisinə soxulmağa cəhd edib. O, hasarı aşıra bilməyib. Daha sonra şübhəli şəxs tüstü bombasına bənzəyən əşya atmağa çalışıb.
 

Ardını oxu...
2025-ci ildə 76-cı Beynəlxalq Astronavtika Konqresi Avstraliyanın Sidney şəhərində keçiriləcək.

İqtisadiyyat.az xarici mediaya istindən xəbər verir ki, bu barədə İtaliyanın Milan şəhərinin ev sahibliyi etdiyi 75-ci Beynəlxalq Astronavtika Konqresində qərar qəbul olunub.

Oktyabrın 14-dən 18-dək “Dayanıqlılıq naminə kosmik məsuliyyət” devizi ilə keçirilən Milan Astronavtika Konqresi tarixdə ən böyük konqres olub. Konqresdə 120 ölkədən 11 200-dən çox nümayəndə iştirak edib. Bu rəqəmlər rekord göstəricidir və konqresin qlobal miqyasda kosmik sahənin iştirakçılarının toplaşdığı ən böyük platforma olduğunu göstərir. Konqresin sərgi pavilyonu rekord sayda - 530-dan çox iştirakçı qəbul edib.

Konqresdə 25 astronavtın iştirakı ilə ictimaiyyət, tələbələr və gənc mütəxəssislərin görüşü olub. Beynəlxalq Astronavtika Federasiyasına 73 yeni üzv təşkilat qoşulub və onların sayı 80 ölkədən ümumilikdə 563-ə çatıb. 2027-ci ildə Beynəlxalq Astronavtika Konqresinə Polşanın Poznan şəhəri ev sahibliyi edəcək.
 
Ardını oxu...
"ABŞ Məxfi Xidmətində fundamental dəyişikliklərə ehtiyac var – əks təqdirdə, ölkə liderlərinə qarşı sui-qəsd cəhdləri davam edəcək".

Musavat.com xəbər verir ki, prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdini təhlil edən müstəqil komissiyanın hesabatında belə deyilir.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) rəhbəri Alexandro Mayorkasa göndərilən hesabatda qeyd olunur ki, Məxfi Xidmətin öz missiyasını yerinə yetirə bilməsi üçün fundamental islahatlara ehtiyacı var.

Müstəqil komissiyanın fikrincə, bu islahatlar olmadan Batlerdəki hadisə yenidən təkrarlana bilər. 52 səhifəlik hesabatda, xüsusən, yüksək səviyyəli bəzi rəhbərlərin vəzifədən kənarlaşdırılması və agentliyin rəhbərliyinə xarici mütəxəssislərin cəlb olunması tövsiyə edilir.

Hesabat müəllifləri ölkənin bir çox yüksək vəzifəli şəxslərini qorumaq üçün həyatlarını riskə atan agentlərin işini yüksək qiymətləndiriblər, lakin agentliyin rəhbərliyi ilə bağlı bir sıra çatışmazlıqları qeyd ediblər.

Sənəddə xüsusi olaraq işçilər arasında “tənqidi düşüncənin çatışmazlığı”, onların problemlər barədə açıq danışmaq istəməməsi, həmçinin mühüm tədbirlərin mühafizəsi zamanı digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə kommunikasiya çatışmazlığı vurğulanıb.

Hesabatın tərtibində dörd nəfər iştirak edib: Mark Filip - Corc Buş dövründə ABŞ baş prokurorunun müavini olmuş hüquqşünas, Devid Mitçell - 50 ildən çox xidmət göstərmiş keçirmiş polis işçisi, Canet Napolitano - Barak Obamanın dövründə ABŞ-ın keçmiş daxili təhlükəsizlik naziri, Frensis Taunsend - ABŞ prezidentinin daxili təhlükəsizlik və terrorizmlə mübarizə üzrə keçmiş müşaviri.

Məlumat üçün bildirək ki, Məxfi Xidmətin rəhbərliyinin dəyişdirilməsi ilə bağlı ilk addımlar artıq atılıb: agentliyin keçmiş direktoru Kimberli Çitl vəzifısindən kənarlaşıb.

Hazırda Məxfi Xidmətin direktoru vəzifəsini müvəqqəti olaraq Ronald Lou icra edir. Lou bildirib ki, agentlik komissiyanın tapıntılarını diqqətlə öyrənəcək.
 
 
 
Ardını oxu...
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə ABŞ-nin Nyu York şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılıb.

TEREF "Report"a istinadən xəbər verir ki, dövlət bayrağı Nyu York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində - "Wall Street"də yerləşən "Bowling Green" parkında asılıb.

Layihə Azərbaycan Nyu York Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyevanın təşkilatçılığı ilə həyata keçirilib. Mərasimdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev və Nyu Yorkda yaşayan həmvətənlərimiz, diaspor aktivləri iştirak ediblər.

Azərbaycan və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.

Y.Əliyev çıxışında Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərbaycan bayrağı 10 gün ərzində ərazidə dalğalanacaq.

Qeyd edək ki, əvvəlki illərdə də Azərbaycanla bağlı bir çox tarixi günlərdə üçrəngli bayraq Nyu York səmalarını bəzəyib. "Bowling Green" Nyu Yorkun ilk rəsmi parkıdır və nəhəng bayraq meydanı kimi tanınır.
 
 
 
Ardını oxu...
ABŞ-nin Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyi müsbətə doğru dəyişib, lakin Almaniya buna şübhə ilə yanaşır.

“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski telemarafon zamanı deyib.

Zelenski qeyd edib ki, Ukraynanın NATO-ya dəvət olunması ilə bağlı ciddi risk görmür: “Rusiya ilə dialoqda yer buraxmaq istəyənlər, məncə, buna imza atmayacaqlar".

O, həmçinin bildirib ki, ABŞ oktyabr-dekabr aylarında Ukraynaya 500-750 milyon dollar dəyərində bir sıra hərbi yardım paketləri təqdim edəcək.
 
Ardını oxu...
İsraillə İran arasında müharibənin başlaması ehtimalı yüksəkdir.

AYNA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Global”a müsahibəsində deyib.

“Müharibə başlayandan bəri xəbərdarlıqlarımızı etdik. Demişdik ki, müharibə daha da genişlənəcək. Bunun hər an artan davamını görürük”, - nazir qeyd edib.
 

    
Ardını oxu...
Araşukov Çeçenistan liderindən üzr və kömək istədi: “Göstərdiyiniz xeyirxahlığı və köməyi heç vaxt unutmayacağıq”

Ömürlük azadlıqdan məhrum edilən Qaraçay-Çərkəzdən olan keçmiş senator Rauf Araşukov Çeçenistan rəhbəri Ramzan Kadırova müraciət edib. Araşukov Kadırovdan üzr və kömək istəyib.

Qeyd edək ki, keçmiş senator, eləcə də atası Raul milyardlarla pul mənimsəməkdə və Qaraçay-Çərkəzdə siyasətçilərə qarşı repressiya təşkil etməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum ediliblər.

Araşukov rusiyalı məmur Kadırova müraciətini “Instagram”da dərc edib və Çeçenistan rəhbərinin fotosunu paylaşıb. Keçmiş senator qeyd edib ki, çoxdandır Kadırova yazdıqlarının hamısını şəxsən söyləmək istəyirmiş, lakin belə bir fürsət olmayıb. Ona görə də sosial şəbəkə vasitəsilə müraciət etməyə “məcbur olub”.

Araşukov Kadırovdan ondan əvvəl etdiyi bütün səhvlərə görə bağışlanmasını istəyib. Sabiq senator etdiklərinə haqq qazandırmadığına və etiraf etdiyinə də aydınlıq gətirib.

“Mən heç vaxt qəsdən heç nə etməmişəm. Xüsusən də sizi qəzəbləndirəcək və ya incidə biləcək bir şey etməmişəm. Mənim şahidim Allahdır”, - deyə keçmiş senator bildirib.

Bundan əlavə, Araşukov "indiki vəziyyətdə" ailəsinin dəstəyinə ümid edərək kömək üçün Çeçenistan rəhbərinə müraciət edib: “Bilirəm ki, səndən başqa bizə heç kim kömək etməyəcək. Mən və ailəm sizin bizə dəfələrlə göstərdiyiniz xeyirxahlığı və köməyi heç vaxt unutmayacağıq. Qardaş, Allahdan sonra bütün ümid sənədir”.

Araşukov hansı yardıma ümid etdiyini dəqiqləşdirməyib.

Keçmiş senatorun həbsindən sonra onun ailəsinin Kadırovla münasibətlərinin pisləşdiyi iddia edilirdi.

Eks-senatorun saxlanmasından az sonra mənbə Araşukovlar ailəsinin Ramzan Kadırovla münasibətlərinin pozulduğunu iddia edib. Bildirilib ki, onların qohumları birlikdə federal dövlət qurumu olan “Federal Avtomobil Yolları Agentliyinin “Qafqaz” Federal Avtomobil Yolları Departamentini” idarə ediblər. Sonradan onlar arasında ciddi münaqişə baş verib və dostluq nəinki bitib, əksinə, düşmənçiliyə çevrilib. Araşukovların "yıxılması" ilə Kadırovla qarşıdurmanın həlledici olduğu bildirilir.

Mətbuatda “qaz kralı” adlandırılan Raul Araşukov “Qazprom Mejregionqaz”ın baş direktorunun müşaviri vəzifəsində çalışıb və Şimali Qafqazda böyük nüfuz sahibi olub. Bu şirkət Çeçenistan sakinlərinin doqquz milyard rubl həcmində qaz borclarını bağışlamaqdan imtina edib.

Araşukovun özü, təxminən iki ildən sonra, istintaq zamanı Çeçenistan rəhbərinin ona qarşı cinayət işinə görə məsuliyyət daşıdığına inanmadığını söyləyib.
Ardını oxu...
Ali Məhkəmə yaxın vaxtlarda Araşukovun hökmündən verilən apellyasiya şikayətinə baxacaq. Şikayətə baxılması oktyabrın 23-nə təyin edilib. İclas açıq rejimdə keçiriləcək. Bir il əvvəl Apellyasiya Məhkəməsi Federasiya Şurasının keçmiş üzvü və atasının ömürlük həbs cəzasını qüvvədə saxlayıb. Onlar öz günahsızlıqlarını sübut etmək üçün şikayətlərini davam etdirirlər.

Hökm 2022-ci ilin dekabrında çıxarılıb. Rauf Araşukov cəzasını Orenburq vilayətindəki “Qara delfin” xüsusi rejimli koloniyasında çəkir. Noyabrda məlum olub ki, o, nalayiq ifadələrə və jarqonlara görə iki dəfə cəza kamerasına göndərilib. Araşukov prosedur qaydalarını dəfələrlə pozub, buna görə intizam məsuliyyətinə cəlb edilib.

Qaraçay-Çərkəzdən olan senator Rauf Araşukov 2019-cu ilin yanvarında Federasiya Şurasının binasında saxlanılıb. Daha sonra həmin vaxt baş prokuror vəzifəsini tutan Yuri Çayka və İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin şəxsən parlamentin yuxarı palatasına gələrək onun toxunulmazlığının götürülməsini xahiş ediblər. Həmin gün onun atası Raul da saxlanılıb.

Ata və oğulun “Qazprom”dan 30 milyard rubldan çox məbləğdə qaz oğurlamaq üçün cinayətkar qrup yaratdıqları iddia edilir. Eks-senator 2010-cu ildə Çərkəz Gənclər Hərəkatının nümayəndəsi Aslan Jukov və Qaraçay-Çərkəz Respublikası Prezidentinin müşaviri Fral Şebzuxovun repressiyasını təşkil etməkdə də ittiham olunub.

Müəllif: Turan Abdulla
 
Ardını oxu...
"COP29-un ev sahibi Azərbaycan fəal şəkildə bütün maraqlı tərəfləri dinləyir və onlarla əməkdaşlıq edir".

Bunu Kot-d'İvuarın xarici İşlər naziri Kacu Huadja Leon Adom "Report"un ABŞ bürosuna açıqlamasında deyib.

Nazir əlavə edib ki, o, COP Azərbaycan komandasının fəaliyyətini yaxından izləyir:

"Onlar iqlim dəyişikliklərinin fəsadları ilə mübarizə aparan ölkələrlə görüşlər keçirir, bütün tərəflərlə əlaqə qurur. Bu, vacib məsələdir, çünki uğurlu nəticələr əldə etmək üçün biz birlikdə hərəkət etməliyik. Biz ölkəmizdəki iqlim problemləri ilə bağlı Azərbaycan hökumətini məlumatlandırmışıq. COP29-a çox az vaxt qalıb və inanırıq ki, Bakıda müsbət irəliləyiş əldə edəcəyik".

XİN rəhbəri COP29 çərçivəsində ilk dəfə Azərbaycanı ziyarət edəcəyini də bildirib.
 
 
 
Ardını oxu...
İran rəhbəri Əli Xamenei kiberməkanda hökumətə qarşı paylaşımları bəyənməyin doğru olmadığını deyib.

TEREF axar.az-a istinadən xəbər verir ki, bu barədə SEPAH-a bağlı “Fars” xəbər agentliyi məlumat yayıb.

“Kiber məkanda əxlaqsızlığın təbliği, düşmən cəbhəsinin güclənməsi və hökumətin zəifləməsinə hesablanan paylaşımları bəyənmək və ya təsdiq etmək olmaz”, – Əli Xamenei bildirib.
 

Dünyapress TV

Xəbər lenti