2025-ci ildə 76-cı Beynəlxalq Astronavtika Konqresi Avstraliyanın Sidney şəhərində keçiriləcək.
İqtisadiyyat.az xarici mediaya istindən xəbər verir ki, bu barədə İtaliyanın Milan şəhərinin ev sahibliyi etdiyi 75-ci Beynəlxalq Astronavtika Konqresində qərar qəbul olunub.
Oktyabrın 14-dən 18-dək “Dayanıqlılıq naminə kosmik məsuliyyət” devizi ilə keçirilən Milan Astronavtika Konqresi tarixdə ən böyük konqres olub. Konqresdə 120 ölkədən 11 200-dən çox nümayəndə iştirak edib. Bu rəqəmlər rekord göstəricidir və konqresin qlobal miqyasda kosmik sahənin iştirakçılarının toplaşdığı ən böyük platforma olduğunu göstərir. Konqresin sərgi pavilyonu rekord sayda - 530-dan çox iştirakçı qəbul edib.
Konqresdə 25 astronavtın iştirakı ilə ictimaiyyət, tələbələr və gənc mütəxəssislərin görüşü olub. Beynəlxalq Astronavtika Federasiyasına 73 yeni üzv təşkilat qoşulub və onların sayı 80 ölkədən ümumilikdə 563-ə çatıb. 2027-ci ildə Beynəlxalq Astronavtika Konqresinə Polşanın Poznan şəhəri ev sahibliyi edəcək.