Ardını oxu...
 

BRICS-ə qoşulmaq Serbiya üçün Avropa İttifaqına daxil olmağa real alternativdir.

“Report” xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini Aleksandar Vulin alman “Berliner Zeitung” qəzetinə müsahibəsində bildirib.

“Serbiya, şübhəsiz ki, Kazanda keçiriləcək birlik sammitində iştirak edəcək”, – o bildirib. “BRICS-ə üzvlük də daxil olmaqla bütün imkanları araşdırmasaq, məsuliyyətsizlik olardı. Əgər BRICS digər ölkələr, məsələn, BƏƏ, Səudiyyə Ərəbistanı və ya Türkiyə üçün cəlbedicidirsə, niyə Serbiya üçün fərqli olmalıdır? Beləliklə, şübhə yoxdur ki, BRICS Aİ-yə real alternativ olub”, – Vulin qeyd edib.

Xatırladaq ki, avqustun sonunda XİN birliyə qoşulmaq üçün rəsmi müraciət etdiyini açıqlayıb.


Ardını oxu...
“Astana formatı” çərçivəsində Suriya üzrə 22-ci beynəlxalq toplantı Astanada keçiriləcək

9 aylıq fasilədən sonra Moskva Suriya böhranının nizamlanmasına dair görüş hazırlayır. “Astana formatı” çərçivəsində Suriya üzrə 22-ci beynəlxalq toplantı Astanada keçiriləcək. AYNA rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

Yanvarın 25-də Astanada üç qarant ölkənin (Rusiya, Türkiyə və İran), habelə Suriya hökuməti və Suriya müxalifətinin nümayəndə heyətlərinin iştirakı ilə danışıqların 21-ci raundu keçirilib. İordaniya, Livan və İraqın nümayəndələri, BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də müşahidəçi qismində iştirak ediblər.
 
 
 
Ardını oxu...
Oktyabrın 22-də fevralda həbsxanada vəfat edən Rusiyanın müxalifət lideri Aleksey Navalnının memuarları satışa çıxarılacaq.

The New Yorker cümə günü Navalnının həbsxanada olduğu müddət və daha öncəki vaxtlarda gündəliyində yazılanlarla bərabər kitabdan bəzi hissələri dərc edib.

“Ömrümün qalan hissəsini həbsxanada keçirəcəm və burada öləcəyəm”, Navalnı 2022-ci ilin 22 mart tarixində yazıb: “Vidalaşacaq kimsə olmayacaq… Bütün yubileylər mənsiz qeyd olunacaq. Nəvələrimi heç vaxt görməyəcəm”.

Navalnı “ekstremizm” ittihamı ilə aldığı 19 il həbs cəzasını Arktikada cəzaçəkmə koloniyasında çəkirdi.

Onun fevralın 16-da, 47 yaşında ölməsindən sonra bir çoxları buna görə Putini təqsirləndirdi.

Navalnı 2021-ci ilin yanvarında Rusiyaya qayıdarkən həbs edilib. O, 2020-ci ildə zəhərləndikdən sonra ciddi sağlamlıq problemi səbəbilə xaricə aparılmışdı.

Navalnı 2022-ci il yanvarın 17-də yazıb: “Qorxmalı olduğumuz yeganə şey vətənimizin yalançı, oğru və ikiüzlü dəstə tərəfindən talan edilməsidir”.

Kitabdan çıxarışlar məhbəsin tənhalığını, eyni zamanda yumor təəssüratı yaradır.

Məsələn, 2022-ci il iyulun 1-də Navalnı tipik gününü təsvir etdi: “Səhər 6-da oyan, səhər 6:20-də səhər yeməyi və 6:40-da işə başla.”

“İşdə sən yeddi saat tikiş maşınının yanında diz hündürlüyündən aşağı taburedə oturursan” deyə o, yazıb.

“İşdən sonra bir neçə saat Putinin portreti altında taxta skamyada oturmağa davam edirsən. Buna “intizam fəaliyyəti” deyilir”.

“Patriot” adlı kitabı ABŞ-ın “Knopf” nəşriyyatı nəşr edəcək.

“Nyu Yorker”in redaktoru Devid Remnik yazıb: “Navalnının çəkdiyi əzabların faciəsindən və ölümündən qəzəblənmədən onun həbsxana gündəliyini oxumaq mümkün deyil”.

Jurnalda dərc olunan 17 yanvar 2024-cü il tarixli sonuncu hissədə Navalnı məhbus yoldaşları və həbsxana nəzarətçiləri tərəfindən ona verilən “Nə üçün Rusiyaya qayıtdın?” sualına belə cavab verir:

“Ölkəmdən əlimi üzmək və ya ona xəyanət etmək istəmirəm. Əgər əqidələriniz bir şey ifadə edirsə, siz onların müdafiəsinə qalxmağa və lazım gələrsə, qurbanlar verməyə hazır olmalısınız”. (Amerikanın Səsi)
 
Ardını oxu...
İsrail 1 oktyabr raket hücumuna cavab olaraq İrandakı hədəflərini daraldıb. Hədəflər siyahısına İranın nüvə obyektləri daxil deyil.
Bakupost.az xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.
İsrailin cavabı İranın hərbi və enerji infrastrukturunu hədəfə alacaq. Lakin İsraildə hələlik yekun qərar verilməyib.
Vaşinqton İsrailin cavab olaraq İranı nə vaxt vuracağını bilmir, lakin bu, əmr verilən kimi istənilən vaxt baş verə bilər. ABŞ rəsmiləri İsrailin hətta tarixlə bağlı razılığa gəlib-gəlmədiyini də bilmirlər.
Eyni zamanda, ABŞ və İsrail nümayəndələri İrana zərbənin Yom Kippur bayramı zamanı, yəni bu gün baş verə biləcəyinə inanırlar.
 
Ardını oxu...
Çeçenistan rəhbəri Ramzan Kadırov üç rusiyalı siyasətçini öz həyatına qəsddə ittiham edib, onlara qarşı “qan davası” elan edib.

Axar.az xəbər verir ki, bunu tanınmış publisist və rusiyalı müxalifətçi Rostislav Murzaqulov deyib.

O, Kreml rəhbəri ilə Kadırov arasında münasibətlərin pisləşməkdə davam etdiyini vurğulayıb. Bundan başqa, Murzaqulov əlavə edib ki, əgər əvvəllər Çeçenistan rəhbəri Rusiya Federasiyasında ikinci ən nüfuzlu şəxs hesab olunurdusa, indi o, “birinci vəzifəyə” qoyulur.

"İndi Rusiyada panika var. “Kvadrat gözlü” insanlar Kreml dəhlizlərində gəzirlər, çünki bunun sonun başlanğıcı olduğunu başa düşürlər. Bu vəziyyətdən çıxış yolu yoxdur", - o qeyd edib.

Bildirilib ki, iki rus “hökmdarı” arasında vəziyyət “Wildberries” şirkəti ilə bağlı vəziyyətdən sonra pisləşib, buna görə Kadırov milyarder, Dağıstandan olan senator Süleyman Kərimova qarşı “qan davası” elan edib.

Murzaqulov əlavə edib ki, Putin Kadırova bu şirkətə nəzarəti “vəd etməyə” cəhd edə bilər, lakin digər Kreml rəsmilərinin bu, xoşuna gəlməyəcək.
 
Ardını oxu...
İranda mobil telefonlar istisna olmaqla, təyyarənin göyərtəsində istənilən rabitə vasitələrinin gətirilməsi qadağan edilib.

"Report" ISNA agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazırlu bildirib.

Onun sözlərinə görə, elektron rabitə vasitələrinin həm əl yükündə, həm də yoxlanılmış baqajda aparılması qadağandır.

Yazırlu qeyd edib ki, sərnişinlər uçuşların təhlükəsizliyini təmin etmək üçün təyyarənin göyərtəsində peycer, səsgücləndirici və bu kimi elektron rabitə vasitələrini gətirməkdən çəkinməlidirlər.

Xatırladaq ki, sentyabrın 17-də və 18-də Livanın müxtəlif ərazilərində rabitə vasitələri partladılıb. Rəsmi məlumatlara görə, 37 nəfər həlak olub, 3 mindən çox insan yaralanıb. “Hizbullah” və Livan səlahiyyətliləri baş verən hadisədə İsraili ittiham edib.
 
Ardını oxu...
Oktyabr ayında amerikanın məşhur “The New Yorker” jurnalının üz qabığında rusiyalı müxalif siyasətçi Aleksey Navalnının portreti yer alıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə nəşrin saytında xəbər verilib.

Qeyd olunur ki, buraxılış oktyabrın 21-də işıq üzü görəcək. Nəşrdə Navalnının son illərdə həbsdə yazdığı gündəliklərindən bir parça dərc olunacaq.

Bildirilib ki, Navalnının portretini rəssam Oven Smit çəkib.

Qeyd edək ki, A.Navalnı bu il fevralın 16-da cəzaçəkmə müəssisəsində özünü pis hiss edib. Hadisə yerinə gələn həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Siyasətçinin tromb yaranması səbəbindən öldüyü ehtimal edilirdi. O, martın 1-i Moskvada dəfn olunub.

Xatırladaq ki, Aleksey Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.
 
Ardını oxu...
ABŞ Prezidenti Co Bayden İran hakimiyyətini ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd planlarından çəkinməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” ABŞ Prezident administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən məlumat verib.

“İrana Trampın həyatına hər hansı cəhdin müharibə aktı kimi qiymətləndiriləcəyi bildirilib”, - deyə yazıda qeyd olunub.

Məqalədə həmçinin deyilir ki, keçmiş dövlət katibi Mayk Pompeo, keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və ABŞ-nin İran üzrə keçmiş xüsusi nümayəndəsi Brayan Hukun İran tərəfindən hədəf alınıb.
 
 
 
Ardını oxu...
İsrailin İranın neft obyektlərini bombalamasını dayandırması üçün Körfəz ölkələri ABŞ-yə çağırış edib.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bununla bağlı üç ərəb mənbəsi "Reuters"ə bildirib.

Məlumata görə, Körfəz ölkələri gərginliyin artacağı təqdirdə İrana hücum üçün İsrailə hava məkanlarından keçməyə icazə verməyəcəklər.

Bildirilib ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər İranın neft obyektlərinə hücum etməsindən ehtiyat etdikləri üçün Vaşinqtonu İsrailin İrana hücumunun qarşısını almağa çalışıblar.

"İran bu həftə keçirilən görüşlərdə Səudiyyə Ərəbistanına xəbərdarlıq edib ki, İsrailə hücumda hər hansı yardım göstərsə, krallığın neft obyektlərinin təhlükəsizliyinə zəmanət verə bilməz. İranlılar bildiriblər ki, Körfəz ölkələri öz hava məkanını İsrailə açsalar, bu, müharibə aktı kimi qiymətləndiriləcək", - deyə ərəb mənbələri qeyd ediblər.
 
 
 
Ardını oxu...
“Almaniya qətiyyətlə Ukraynanın yanındadır. Almaniya Ukraynanın Avropada ən güclü, dünyada isə ikinci güclü hərbi dəstəkçisidir, Bu, belə də qalacaq”.

Yenixeber.org: Bunu Almaniyanın Federal Kansleri Olaf Şolts oktyabrın 11-də Berlinə səfərə gələn Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuata bəyanatında deyib.

Son aylarda Ukraynanın enerji infrastrukturuna ciddi ziyan vurulduğunu qeyd edən Olaf Şolts qış mövsümünün yaxınlaşması ilə əlaqədar Ukraynaya bu sahədə də müvafiq dəstəyin verilməsinin əhəmiyyətini qeyd edib. O, bu zərərin qısa müddətdə aradan qaldırılması və istilik təchizatının bərpası üçün Almaniyanın Ukraynaya 170 milyon avro əlavə yardım göstərəcəyini vəd edib.

Ukraynaya hərbi dəstəyin davam etdiriləcəyini vurğulayan Olaf Şolts deyib: "Hava hücumundan müdafiə dəstəyi bizim üçün əsas olaraq qalır. Müsbət haldır ki, Ukraynaya dəyəri 600 milyon avrodan çox olan yeni hərtərəfli hərbi dəstək paketi təqdim etmişik. Buraya digər təchizatla yanaşı, IRIS-T SLM sistemi, piyada döyüş maşınları, tanklar, özüyeriyən haubitsalar, artilleriya sursatları və pilotsuz təyyarələr daxildir. İlin sonuna kimi tərəfdaşlarımız Belçika, Danimarka və Norveçin dəstəyi ilə Ukraynaya təxminən 1,4 milyard avro dəyərində əlavə hərbi dəstək paketi təqdim edəcəyik. Buraya, IRIS-T və Skynex tipli hava hücumundan müdafiə sistemləri, "Gepard" tankları, tank və özüyeriyən haubitsalar, əsas döyüş tankları, zirehli avtomobillər, döyüş pilotsuz uçuş aparatları, radarlar və artilleriya sursatları daxildir".

Ukraynaya hərbi dəstəyin 2025-ci ildə də davam etdiriləcəyini vurğulayan kansler büdcədə 4 milyard avroluq birbaşa ikitərəfli yardımın nəzərdə tutulduğunu bildirib.

"Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq bizim ümumi fəaliyyətimizin rəhbər prinsipi olaraq qalır", - deyə Olaf Şolts xüsusi vurğulayıb.

Prezident Volodimir Zelenski Almaniyanın xüsusilə hava hücumundan müdafiə sahəsində dəstəyinin Ukrayna üçün mühüm rol oynadığını qeyd edib. "Patriot" və IRIS-T sistemləri və "Gepard" tankları alman silah və texnologiyasının çox böyük töhfəsidir. İqtisadi və siyasi dəstək də çox vacib elementlərdir", - deyən Volodimir Zelenski dəstəyə görə təşəkkür edib.

Ukrayna Prezidenti ədalətli sülhün əldə olunmasında da Almaniyanın fəal mövqeyini qeyd edərək, bu prosesdə Berlinin dəstəyinin əhəmiyyətini vurğulayıb.
 

Dünyapress TV

Xəbər lenti