Ardını oxu...
Zelenski Putini belə çökdürə bilər - Rusiyanın sabiq baş nazir müavinindən ŞOK
"Rusiya və Ukrayna müharibəsində cəbhə xəttinin əhəmiyyəti yoxdur. Yalnız tərəflərin hərbi və iqtisadi potensialı önəmlidir".

Bunu Rusiyanın baş nazirinin keçmiş müavini Alfred Kox teleqram kanalında yazıb.

“Əminliklə deyə bilərik ki, Ukrayna PUA-larının Rusiya neft emalı zavodlarına hücumları Ukraynanın qələbəsini hansısa kənd uğrunda gedən döyüşlərdən daha tez yaxınlaşdırır. Bu cür hava hücumları Rusiya prezidenti Vladimir Putini döyüş meydanındakı qələbələrdən qat-qat çox konstruktiv danışıqlara doğru aparır”, - o yazıb.

Kox əlavə edib ki, ona görə də Zelenskinin özü üçün hər hansı məhdudiyyət qoymağa ehtiyacı yoxdur.

Onun fikrincə, danışıqların effektivliyi cəbhə xəttindən haradan keçməsi əsas deyil, əsas Rusiyanın hərbi və iqtisadi potensialının zəiflədiməsindən asılıdır. "Məqsədinə çatdıqdan sonra Putinlə danışıqlara başlamağı mümkün hesab edəcək", - o qeyd edib. \\Ölkə.Az
 
Ardını oxu...
Türkiyənin yerliözünü idarəetmə orqanlarına keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP ciddi məğlubiyyətə uğrayıb.

Gununsesi.info bildirir ki, CHP-nin qələbəsi ilə başa çatan seçkilərdə ilkin nəticələrə görə, aşağıdakı şəhərlər ana müxalifət partiyasının idarəçiliyində olacaq.

BURSA-CHP

AMASYA-CHP

ADIYAMAN-CHP

AMASYA-CHP

MUĞLA-CHP

ADANA-CHP

BALIKESİR-CHP

KIRIKKALE-CHP

DENİZLİ-CHP

İZMİR-CHP

TEKİRDAĞ-CHP

EDİRNE-CHP

MANİSA-CHP

ÇANAKKALE-CHP

BOLU-CHP

ARDAHAN-CHP

KIRŞEHİR-CHP

KİLİS-CHP

İSTANBUL-CHP

ANKARA-CHP

KIRIKKALE -CHP

AFYON – CHP

MANİSA-CHP

BURSA-CHP

AMASYA-CHP

ADIYAMAN-CHP

AMASYA-CHP

MUĞLA-CHP

ADANA-CHP

BALIKESİR-CHP

KIRIKKALE-CHP

DENİZLİ-CHP

İZMİR-CHP

TEKİRDAĞ-CHP

EDİRNE-CHP

ÇANAKKALE-CHP

BOLU-CHP

ARDAHAN-CHP

KIRŞEHİR-CHP

KİLİS-CHP

İSTANBUL-CHP

ANKARA-CHP

KIRIKKALE -CHP

MERSİN -CHP

KASTAMONU- CHP

KÜTAHYA- CHP

ARTVİN- CHP

ESKİŞEHİR- CHP

ZONGULDAK- CHP

BARTIN-CHP
 
 
 
Ardını oxu...
İsrailin Baş naziri Benyamin Netanyahu bu gün əməliyyat olunacaq.

"Report" xəbər verir ki, bu barədə Kan dövlət teleradio şirkəti Baş nazirin ofisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Baş nazir postunu müvəqqəti olaraq baş nazirin müavini və ədliyyə naziri Yariv Levin tutacaq.

Əməliyyat tam anesteziya altında aparılacaq. “The Times of Israel” qəzetinin yazdığına görə, bel yırtığı ötən gecə adi müayinə zamanı aşkarlanıb.
 
Ardını oxu...
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkinin nəticələrinə dair növbəti məlumatlar açıqlanıb.

Türkiyə üzrə sandıqların 90,81 faizi açılıb.

Hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,32 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,78 faizlə ikinci sıradadır.

Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yenerin dediyinə görə, yekun nəticə aprelin 1-də gündüz saatlarında açıqlanacaq.

31.03.2024, 23:09

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkinin nəticələrinə dair növbəti məlumatlar açıqlanıb.

İndiyədək ölkə üzrə sandıqların 51,65 faizi açılıb.

Hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,89 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 36,85 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 58,56 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 50,31 faizlə liderdir.

İzmirdə də CHP namizədi irəlidədir. Belə ki, Cemil Tugay 48,08 faiz səs toplayıb.

Mənbə: Haber Global

 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər keçirilib.

Görə, artıq səslərin sayılması prosesinə start verilib.

Ölkə üzrə ilkin nəticələrə görə CHP liderdir. Kemal Kılıçdaroğlunun partiyası 39.24 faiz səslə liderdir.

“AK Parti” isə 38.16 faiz səslə ikincidir.

Məlumata görə, ölkə üzrə seçki qutularının 22.52 faizi açılıb.
 
Ardını oxu...
Yıl 1915. Marmarisli bir çoban keçilerini otlatırken, denizde boncuk gibi dizili karartılar görür. Muhtara haber verir, oradan Kaymakama, oradan komutana giden haber İstanbul’a ulaşır. Bu karartılar bir Fransız gemisinin, limanda gördüğü Alman denizaltısına karşı döşediği mayınlardır. İstanbul’dan mayınları toplamak üzere bir deniz subayı ve üç asker gelir. Mayınlar uzmanlar ve Marmarisli sünger avcılarınca sahile çıkarılır. Uçaklar görmesin diye üzerleri ağaç dalları ile örtülür. Mayınları taşımak için “lök” denilen develer bulunur. Ancak mayınlar develere nasıl yüklenecektir?
Görgü tanığı İsmail Hakkı Kutay anlatıyor; “Çözümü Marmarisli denizciler buldu. Mayının tepesine halattan bir simit yaptılar. Bir de altına aynından yaptılar. Aşağıdaki simitle yukarıdakini birbirine bağladılar. Develere yüklediler."
Mayın kervanı uzun bir yolculukla Gökova’ya gelir. Arabalara yüklenir, Aydın’a götürülür, oradan trene yüklenir ve İstanbul'un yolunu tutar. Doğru Haydarpaşa. Haydarpaşa’dan mayın gemisine yüklenir rota Çanakkale’dir. O mayınların öyküsü orada bitmez.
"Ne Batı cephesindeki Alman topu, zehirli gazı, ne de onların dahiyane planları bize o kadar tesir etmedi. Nispetine göre en etkili şey neydi bilir misiniz: Türklerin Çanakkale Boğazı'na attıkları ve demir bir tel üzerinde sallanan 20 adet mayın...
"Bu, bize yüz binlere mal oldu..."
(Churchill)
Winston Churchill'in şikayet ettiği bu mayınları döşeyen gemi bilindiği gibi Nusret veya diğer adı ile Nusrat gemisidir. 17 Mart günü Nusrat, müttefik savaş gemileri boğaza girmek için beklerken, mayınlarını serin sulara çoktan bırakmıştır. Bırakmıştır bırakmasına ama;
Akşama doğru bir uçak geçer boğazın üstünden. Bu uçak “Ertuğrul” isimli bir Türk keşif uçağıdır. Uçakta iki kişi vardır. Pilot Yüzbaşı Cemal Bey ve yanında yer alan makinist-montör Mehmet Bey. Çok önemli bir tespit yaparlar. Boğaza döşenen mayınlar yoktur. Boğaz temizdir. Müttefik mayın tarama gemileri boğaza dökülen mayınları temizlemiştir!..
Hemen harekete geçilir ve Nusrat gece yarısı ikinci defa boğaza sessizce süzülür ve yirmi altı kadar mayını sulara bırakır. İşte Boğaza giren İngiliz ve Fransız zırhlılarını birer alev topuna dönüştürüp Çanakkale Boğazı'nın derinliklerine gönderen mayınlar Marmaris’ten gelen o mayınlardır ve Ordu’nun elindeki son mayınlardır. Bunca eziyet ve emek yerini bulmuş, Marmaris’e bir Fransız gemisinden dökülen o mayınlar dönüp dolaşıp Çanakkale Boğazı'na giren kendi zırhlılarını onlara mezar etmiştir.
Bu keşifi yapan uçak Kaz dağlarında düşüp hurdaya dönen ama Pilot Cemal ve yardımcısı Mehmet Bey tarafından büyük bir gayretle onarılıp hurdadan uçar hale getirilen ve onların koyduğu isimle “Ertuğrul “ adını alan iki kişilik bir pırpırdır. Onlar, mayınların temizlendiğini görmeselerdi savaşın kaderi çok farklı olacaktı. Pilot Cemal Bey ve Raşid (gözlemci) Mehmet Bey’e rahmet ve minnet dualarımız ulaşsın. Raşid Mehmet Bey diğer adı ile Vahran Bey. Evet Raşid Mehmet Bey’in asıl adı Vahran’dır ve Ermeni bir Osmanlı vatandaşıdır... Ruhları şad olsun...
(Sunay Akın'ın kitabından)
Çanakkale savaşı milyonlarca öykü barındırır. Bir kahramanlık savaşıdır. Askerlerce ve askerce yapılan bir savaştır. Askerlik mesleğinin bütün özelliklerini taşır. Cesaret ve asalet ve onur. Yaraladığı askere su veren, yaralı düşman askerini sırtında cephe gerisine taşıyan, siperler arasında zaman zaman samimiyet ve sonra kıyasıya savaş. Onlar gerçek askerlerdir.
Çanakkale Savaşı sonuç itibarı ile Osmanlıyı kurtaramadı ama, emperyalizmin esas yenilgisi orada başladı.
NUSRAT ŞUAN Mersin TARSUSTA sergilenmektedir.
Mustafa Afşar
TEREF
 
Ardını oxu...
“Rusiyanın xüsusi xidmətləri orqanlarına ölkədəki terror aksiyalarının təşkilatçıları məlumdur”.

Bunu Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

O bildirib ki, xüsusi xidmətlər xainləri tapmaq və cəzalandırmaq üçün lazım olan hər şeyi edəcək.

Mənbə: TASS
Ardını oxu...
ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampa qolf oynamağı təklif edib.

Bayden xatırladıb ki, o, bu təklifi hələ Trampın ilk qələbəsi zamanı 2016-cı ildə edib.

“Donald, mənim qolf oynamaq təklifim hələ də qüvvədədir”, ABŞ prezidenti “X” sosial şəbəkəsində yazıb.

Bundan öncə, Nyu-Yorkda keçirilən tədbirdə 81 yaşlı Bayden yaşın onu müdrik etdiyini deyib və 40 yaşındakı kimi görünməsi ilə bağlı zarafat edib. Eyni zamanda o, 77 yaşlı Trampı tənqid edərək, respublikaçıların fikirlərini köhnəlmiş adlandırıb.

Ardını oxu...
Türkiyədə keçirilən bələdiyyə seçkiləri ötən il Ərdoğanın qələbəsi ilə bitən seçkidən sonra həm iqtidar, həm müxalifət üçün həlledici amil daşıyır.

- Müxalifət üçün bu seçki son məğlubiyyətin əvəzini almaq, həm də siyasi perspektiv baxımından əhəmiyyətlidir: iqtidar qazanarsa, bu, müxalifətin təkcə seçki məğlubiyyəti yox, siyasi çöküşü ola bilər, xüsusilə son seçkidəki məğlubiyyətdən sonra siyasi qüvvələrin parçalanması üfüqdə bu nəticəni göstərir;

- İqtidar prezident və parlament seçkilərindəki qələbəsini tamamlamaq, müxalifət üzərində yekun qələbəni təmin etmək və 2019-cu ildə itirdiyi İstanbulu geri almaq istəyir: İstanbulda qalib gəlmək həm də Türkiyənin gələcək lideri kimi göstərilən İmamoğlunun karyerasına təsir edə bilər.

Bu baxımdan İstanbul Böyükşəhər Bələdiyyəsi hər iki tərəf üçün önəmlidir. İBB-də əsas mübarizə Cümhur İttifaqının namizədi Murat Kurumla CHP-nin namizədi Əkrəm İmamoğlu arasında gedəcək. Kimin qazanacağını proqnozlaşdırmaq çətindir, lakin hər iki tərəfin “yumşaq qarnı” var.

- İqtidar (AKP-MHP) üçün zəif tərəf iqtisadi problemlərin dərinləşməsidir, eyni zamanda, narazı elektorat son seçkinin əvəzini almaq üçün səfərbər ola bilər;

- Müxalifətin (CHP) problemləri daha çoxdur: 2019-cu ildə seçilən İmamoğluya böyük ümidlər bəslənilsə də, özünü doğrultmadığı (yayılan informasiyalara istinadən belə düşünmək olar) görünür; Müxalifət seçkiyə ayrılıqda gedir (İBB uğrunda 22 partiya, 27 müstəqil namizəd mübarizə aparır) və bu iqtidara qarşı olan səslərin parçalanması deməkdir.

Hər iki tərəfin problemləri qarşı tərəfin əlini gücləndirir. Seçkidə əsas fikirlərdən biri isə Türkiyə siyasətinin gələcəyinin İstanbulda həll edilməsidir. Bu düşüncə 1994-cü ilin bələdiyyə seçkilərinə istinadən formalaşıb və indiki seçkilər də 30 il öncəki seçkilərlə müqayisə olunur.

Birincisi, 30 il öncə İBB-də qalib gələn Ərdoğan sonradan ölkənin baş naziri oldu və hələ də hakimiyyətdədir: hesab olunur ki, İBB-də qalib gələn şəxsi eyni siyasi karyera gözləyir, hərçənd, bu, iqtidarın namizədi üçün yox, daha çox İmamoğlu üçün proqnozlaşdırılan gələcəkdir;

İkincisi, Ərdoğanın 30 il öncə İBB-də qalib gəlməsi həmin dövrdə mövcud olan iqtisadi problemlərlə əlaqələndirilir, indi də ölkənin eyni problemlərlə üzləşdiyi və bu problemlər fonunda İmamoğlunun qələbəsinin iqtidar dəyişikliyinin başlanğıcı kimi göstərilir.

Lakin bunun nə qədər real yanaşma olduğu sual altındadır. Eyni yanaşma, 2019-cu ildə - İmamoğlu İstanbulda qalib gələndə də var idi, lakin cəmi 4 il sonrakı seçkilərdə itirən tərəf müxalifət oldu. Bununla yanaşı, Türkiyənin 30 il öncəki ölkə olmadığı da belə proqnozları mübahisələndirir.

Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir.

Müəllif: Asif Nərimanlı - dia-az.info
 

Dünyapress TV

Xəbər lenti