Ardını oxu...
“Crocus” terrorçuları məhkəmədə nələri etiraf etdilər? – İLKİN İFADƏLƏRİ (VIDEO)
25 Mart 24 / 3:11 Gündəm, Manşet
A A

Martın 24-də Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall”dakı terror aktı ilə bağl 4 şübhəlinin həbsinə qərar verib.

SAVASH.ORG xəbər verir ki, söhbət Dalerjon Mirzəyev, Rəcəbəlizadə Muradəli , Muhammadsabir Fayzov və Şəmsidin Fəridunidən gedir.

“Onlar barəsində 1 ay 28 gün müddətinə, yəni 2024-cü il mayın 22-dək həbs qətimkan tədbiri seçilib”, – məhkəmənin açıqlamasında bildirilir.

33 yaşlı Mirzəyev günahını tamamilə boynuna alıb.

Məhkəmədə məlum olub ki, o, Tacikistan Respublikasının vətəndaşıdır, ailəlidir və 4 uşaq atasıdır. Əvvəllər məhkumluğu olmayan Mirzəyev Rusiya Federasiyasının ərazisində qeydiyyatsız yaşayıb və işsiz olub.

30 yaşlı Rəcəbəlizadə Muradəli ifadəsində işsiz olduğunu deyib.

Ailəlidir, bir övladı var, natamam orta təhsillidir. Murodəli də günahını tam etiraf edib.

26 yaşlı Şəmsidin Fəriduni Rusiyadakı parket fabriklərinin birində fəhlə işləyib.

Ailəlidir və 8 aylıq övladı var.

Məhəmmədsabir Fayzov saxlanılarkən yaralanıb, bu səbəbdən də onu məhkəmə zalına əlil arabasında gətiriblər.

Onu həkim müşayiət edib. 20 yaşlı Fayzov bərbərxanada işləyirmiş, orta təhsillidir, ailəsi və övladı yoxdur.



 
Ardını oxu...
Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov improvizə olunmuş memorial önünə gül dəstələri qoyub, Moskva vilayətində törədilmiş terror aktı zamanı həlak olanların Xatirə kitabına başsağlığı və dəstək ifadələrini qeyd edib.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Baş Konsulluğunun Mətbuat Xidmətindən məlumat verilib.

Sankt-Peterburqda Rusiya Milli Kitabxanasının binasının qarşısında ümummilli matəm günü vətəndaşların “Crocus City Hall”da həlak olanların xatirəsinə gül gətirdikləri yer təşkil edilib. Kitabxana binasının özündə “Kədər kitabı” açıqdır.

Həmin görüntüləri təqdim edirik:
Ardını oxu...
Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə təqsirləndirilən ikinci şəxs Saidakrami Raçabalizoda günahını etiraf edib.

Bu barədə Moskva məhkəməsi məlumat verib verib.

Məhkəmə müstəntiqin vəsatətinin təmin edilməsi və mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, daha əvvəl “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı cinayət işində iştirak edən birinci şəxs Dalerjon Mirzoyev günahını tam etiraf edib.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı
Ardını oxu...
Moskvada törədilmiş dəhşətli terror aktı ilə bağlı sensasiyalı görüntülər üzə çıxıb.

Azpost.info bildirir ki, “ÇK-OQPU” teleqram kanalının yaydığı görüntülərdə terror aktının baş verdiyi məkanda Rusiya Daxili İşlər Nazirliyinə məxsus mikroavtobus və əməkdaşlar əks olunub.

Kadrlarda ağ rəngli “Renault” markalı avtomobilin “Crocus”un qarşısında da dayandığı və oradan silahlı terrorçuların düşdüyü görünür. Həmin görüntüdə yaxınlıqda iri mikroavtobus və onun yanında bir nəfər də görünür. Bir neçə mənbə bildirib ki, bu, həmin gün “Piknik” qrupunun konserti zamanı təhlükəsizliyi təmin edən Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin kinoloji xidmətinin furqonudur. Hücumun ilk dəqiqələrini əks etdirən görüntülərdə bu xidmətin yanında iti olan əməkdaşı aydın görünür. Görüntüdə onun silahlı olub-olmadığı aydın olmur. Atışma başlayan kimi həmin əməkdaş sürətlə qaçır.

Digər tərfədn DİN-nin Pavşino polis şöbəsi düz “Crocus”un binasında yerləşir. Çeka-OGPU-nun məlumatına görə, hücum zamanı heyət tam tərkibdə orada olub. Bölmədə silahlar saxlanılır. Lakin polislərdən heç biri terrorçuların hücumuna məruz qalan dinc sakinləri qorumağa və xilas etməyə getməyib.

Vəzifə borcu insanları qorumaq olan polislər özlərini xilas etmək üçün qaçıblar.

Görüntülər böyük rezonans doğurub. DİN hələki rəsmi açıqlama ilə çıxış etməyib.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ermənilərə Rusiyada xaos üçün psixoloji terror sifariş edilib

Rusiyada törədilmiş dəhşətli terror aktı dünya gündəminin əsas müzakirə mövzusudur. Bir çox ölkələr, hətta ABŞ başda olmaqla, bəzi Qərb ölkələri də bu bəşəri cinayətlə bağlı Rusiya ilə həmrəy olduğunu bəyanlayır. Və əksər ölkələrin liderləri prezident Vladimir Putinə telefonla zəng edərək, dəstəklərini ifadə edirlər.

Təbii ki, bu, tamamilə normal beynəlxalq reaksiya metodudur. Ancaq bəzi ölkələrin həmrəylik bəyanatları Rusiya siyasi dairələri tərəfindən qeyri-səmimi davranış kimi dəyərləndirilir. Hətta prezident Vladimir Putinin bəzi dövlət liderlərinin telefon zənglərinə ümumiyyətlə, cavab vermədiyi də bildirilir. Və onların sırasında Ermənistan baş naziri Nikol Paşinyan da yer alır.

Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Moskvada baş vermiş terror aktı ilə bağlı həmrəylik ifadə etmək üçün dəfələrlə prezident Vladimir Putinə telefonla zəng edib. Ancaq Kremldən erməni baş nazirə bildiriblər ki, prezident Vladimir Putin hazırda daha vacib işlərlə məşğuldur və onunla danışmağa vaxtı yoxdur. Və bu səbəbdən də, baş nazir Nikol Paşinyan Kreml sahibinə həmrəyliyini teleqram göndərməklə, ifadə etmək məcburiyyətində qalıb.

Halbuki, prezident Vladimir Putinin MDB məkanına daxil olan bütün həmkarları ilə telefon ünsiyyətinə vaxt tapdığı barədə dəqiq məlumatlar mövcuddur. Belə anlaşılır ki, Kreml sahibinin yalnız erməni baş nazir üçün vaxtı olmayıb. Yəni, prezident Vladimir Putin baş nazir Nikol Paşinyanın səmimi olmadığını bildiyi üçün ona vaxt ayırmağı boşuna zaman itkisi hesab edib. Və son vaxtlar rəsmi İrəvanın Rusiyaya qarşı ən intensiv siyasi terror kampaniyası apardığını da nəzərə aldıqda, prezident Vladimir Putin öz davranışında tamamilə haqlı görünür.

Digər tərəfdən, bəzi iddialara görə, "Crocus City Hall"da törədilmiş terror aktının arxasından "erməni izi"nin çıxma ehtimalı da qətiyyən istisna edilmir. Belə ki, bəzi Rusiya KİV-ləri bu mövzuda artıq bəzi iddialar yatmağa başlayıblar.

Hətta Rusiyanın Kreml əleyhinə mövqe tutan "Dojd" telekanalı son terror aktının şahidlərini danışdırarkən, cinayətin "erməni izi" ilə bağlı məlumat açıq mətnlə efirə verilib. Belə ki, "Crocus City Hall" terrorunun zərərçəkənlərindən biri mülki şəxslərə atəş açan terrorçuların ermənicə söyüş söydüklərinə şahid olduğunu bildirib.

Təbii ki, Ermənistanın Rusiyadakı səfirliyi "Dojd" telekanalında gündəmə gətirilən bu şahid ifadəsindən ciddi şəkildə narahat olub. Ermənistan səfirliyi həmin telekanalı Rusiya cəmiyyətində məqsədli şəkildə ermənilərin əleyhinə əhval-ruhiyyə yaratmaq cəhdində günahlandırıb. Və bunun yolverilməz olduğunu vurğulayıb.

Ancaq Ermənistan səfirliyi nə qədər təkzib etsə də, hər halda, narahatlıq üçün səbəblər də olmamış deyil. Hər halda, ermənilərin tarixən terrorizmə bağlı olduqları, hətta keçmiş SSRİ ərazisində ən dəhşətli terror aktlarının məhz ermənilər tərəfindən törədildiyi də inkaredilməz reallıqdır. Üstəlik, Ermənistanın Rusiyaya xəyanət edib, Qərbə sığınmağa cəhd göstərdiyi bir mərhələdə ermənilərin Kremli ən böyük düşmən hesab etdikləri də məlumdur. Və erməni terror təşkilatlarının Ermənistana düşmən hesab edilən ölkələrə qarşı planlı terror aktlarl ilə qarşılıq verdikləri də faktlarla təsdiqlənib.

Maraqlıdır ki, "Crocus City Hall" terrorunda hələlik yalnız adları hallanan ermənilər bu hadisədən dərhal sonra Rusiyada daha iki terror hesab edilə biləcək cinayətdə iştirak ediblər. Belə ki, Rusiyanın cənub bölgəsində - "Mineralniye Vodı" şəhərində bir erməni avtomobili insanların üzərinə sürüb. Bu erməni cinayəti bir neçə mülki şəxsin həyatını itirməsi ilə nəticələnib. Və hazırda Rusiya hüquq-mühafizə orqanları bu dəhşətli cinayətlə bağlı araşdırmalara başlayıb.

Eyni zamanda, ermənilər Rusiyanın "Şeremetyevo" hava limanında psixoloji terror törədiblər. Belə ki, Moskva-İrəvan reysi üzrə havaya qalmalı olan təyyarəyə minik başladıqdan sonra bir erməni qadın çantasında bomba olduğunu bildirib. Nəticədə Moskva-İrəvan təyyarə reysi təxirə salınıb və hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları çantasında bomba apardığını bildirmiş erməni qadını həbs ediblər və ciddi araşdırmalara başlayıblar.

Son iki törədilən cinayət hadisəsinin ardından rəsmi məlumat qurumlarına alternativ Rusiya təhlil və informasiya qaynaqları ermənilərin Kremlə qarşı psixoloji terrora fəaliyyətinə başladıqları qənaətinə gəliblər. Onların fikrincə, hazırda Rusiyada fəaliyyət göstərən bəzi erməni diaspor qrupları Moskvadakı terror aktının rus cəmiyyətində təsirlərini gücləndirmək missiyasını öz üzərlərinə götürüblər.

Rusiya alternativ qaynaqları hesab edirlər ki, məhz erməni diasporu hazırda ölkədə siyasi-ictimai prosesləri daha da gərginləşdirə biləcək psixoloji terror mexanizmlərinə malikdirlər. Və onlar vaxtilə keçmiş SSRİ-nin süqutu ərəfəsində bu psixoloji terror mexanizmlərindən Qərbin sifarişləri ilə maksimum səviyyədə istifadə ediblər. Və eyni prosesin indi Rusiyaya qarşı da başladılmaq üzrə olduğu ehtimal edilir.

Bu ehtimalın müəllifləri onu da vurğulayırlar ki, hazırda Ermənistan ərazisi Qərb kəşfiyyatının ən rahat fəaliyyət göstərdiyi məkandır. Üstəlik, Ermənistan və Fransa arasında imzalanmış kəşfiyyat fəaliyyətinin koordinasiyası barədə müqavilədə Rusiyaya qarşı da ortaq casusluq fəaliyyəti nəzərdə tutulub. Və belə bir fəaliyyət üçün Rusiyada yaşayan ermənilər olduqca sərfəli cinayət şəbəkəsi rolunu oynaya bilər. (musavat.com)
 
Ardını oxu...
Rusiyalı reper, iş adamı Timati "Krokus Siti"dəki terror aktından sonra videomüraciət yayıb.
Bakupost.az Mash-a istinadən xəbər verir ki, o, Rusiyada ifrat sağçı birləşmələrin Tacikistan sakinlərinə münasibətdə millətlərarası münasibətləri qızışdırırlar.
"Mən bunu qəbuledilməz hesab edirəm. Bu, heç bir şəkildə düzgün deyil. Hörmətli ictimai rəy formalaşdıranlar, başınızı işə salın. Bu, kimə lazım ola bilərdi? <...> Ölkədəki vəziyyəti gərginləşdirmək üçün bu cinayətləri sifariş edənlərə fürsət verməyin!" - deyə Timati çağırış edib.
Ardını oxu...
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada törədilmiş terror aktının təşkilatçılarının Ukrayna ilə əlaqəli oluğunu bəyan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə FTX-nin bu gün yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, “Crocus City Holl”dakı terror aktında iştirak edən terrorçular Rusiya-Ukrayna sərhədinə doğru qaçmağa cəhd ediblər: “Terrorçular sərhədi keçməyi planlaşdırıblar və Ukrayna tərəfində əlaqələri olub. “Crocus City Holl”dakı terror aktı diqqətlə planlaşdırılıb”.
 
 
 
Ardını oxu...
ABŞ rəsmiləri bildiriblər ki, martın əvvəlində Birləşmiş Ştatların Moskvadakı səfirliyinin saytında Rusiya paytaxtda ekstremist hücumlara hazırlıqla bağlı yerləşdirilən xəbərdarlıq qismən İŞİD terror qruplaşmasının bir qolu haqqında kəşfiyyat məlumatlarına əsaslanıb.

"Report"un məlumatına görə, bu versiya "The Washington Post" qəzetində dərc olunan məqalədə yer alıb.

Qeyd edilir ki, martın 7-də ABŞ-nin Moskvadakı diplomatik missiyası “ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla, insanların böyük toplaşdığı yerlərə hücum etmək planları” xəbərlərinə nəzarət etdiyini bildirib.

Daha sonra səfirlik ABŞ vətəndaşlarına “növbəti 48 saat ərzində böyük izdihamdan çəkinməyi” tövsiyə edib.
 
Ardını oxu...
“Crocus City Hall” un fədakar mühafizəçilərinə və qonşu təşkilatların əməkdaşlarına, faciə gecəsi işləyən, ümumi bəladan kənarda qalmayan və insanlara kömək edən bütün əməkdaşlara dərin minnətdarlığımı bildirmək istəyirəm.

Bunu Rusiyanın ən iri developer şirkətlərindən biri olan “Crocus Group”un vitse-prezidenti Emin Ağalarov “Crocus Sity Hall”da baş vermiş terror aktı ilə bağlı instaqram hesabında paylaşımımda bildirib.

“Həmin insanlar arasında rejissor Aleksey Vysotski, inzibatçı Sonya Meyer, xüsusi layihələr şöbəsinin müdiri Sergey Maksimenkov, qonşu obyektlərin mühafizə əməkdaşları Aleksandr Pozdnyakov və Aleksandr Antipov, “Crocus City Hall” un mühafizəçisi Aleksey Osanushkov və başqaları var. Bu insanların şücaəti əvəzsizdir və heç vaxt unudulmayacaq.

Hamımız üçün dəhşətli bir kədər oldu. Qurbanların ailələrinə səmimi başsağlığı verirəm, bütün qəlbimlə sağalmağı və qurbanlara zehni güc diləyirəm”, – deyə paylaşımda vurğulanıb.

lent.az
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.

"Cebhe.info" xəbər verir ki, Putin müraciətində ötən gün Moskvada “Crocus City Hall” ticarət mərkəzində baş verənləri qanlı və barbar terror hücumu adlandırıb.

O bildirib ki, onlarla dinc, günahsız insan terror aktının qurbanı olub.

Putin doğmalarını və yaxınlarını itirən hər kəsə başsağlığı verib. Həmçinin qeyd edib ki, Moskva və digər regionlarda əlavə antiterror tədbirləri tətbiq edilib.

***

Rusiya Prezident Vladimir Putin martın 24-nü Rusiyada milli matəm günü kimi elan edib.

"Cebhe.info" xəbər verir ki, Vladimir Putin bunu xalqa müraciətində səsləndirib.

O, hücumu həyata keçirən 4 nəfər də daxil olmaqla, ümumilikdə 11 nəfərin saxlanıldığını açıqlayıb:

"Bu cinayətin arxasında duran hər kəs müəyyən edilərək cəzalandırılacaq. Terrorçuların gələcəyi yoxdur”.

 

Dünyapress TV

Xəbər lenti