Ardını oxu...
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun müşayiəti ilə oktyabrın 4-də Minskdə Azərbaycan Ticarət Evində olub.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, hökumət başçılarına Azərbaycan Ticarət Evinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycan şirkətlərinin istehsal etdiyi və Belarus bazarına çıxarılan müxtəlif növ məhsullarla tanış olublar.

Sonra Əli Əsədovun və Roman Qolovçenkonun iştirakı ilə Azərbaycan Ticarət Evində Kəlbəcər “İstisu” mineral suyunun təqdimatı keçirilib.

Tədbir çərçivəsində Kəlbəcər "İstisu" mineral su zavodu və Belarus Respublikasında "Azərbaycan Ticarət Evi" MMC arasında əməkdaşlıq qurmaq məqsədi ilə niyyət protokolu imzalanıb.

Əsas məqsəd "İstisu" mineral su zavodunun məhsullarının Belarusda təşviqi və satışını təmin etməkdir. "Azərbaycan Ticarət Evi" MMC məhsulların bazarda mövqeləndirilməsi, marketinq fəaliyyəti və Belarusun hüquqi tələblərinə uyğunluq sahəsində köməklik göstərəcək.
 
Ardını oxu...
Çinin cənub-şərqində yaşayan bu xalqlar dənizdə, sahildən kənarda ömür sürürlər. Onlar suda üzən platformalarda tikilmiş evlərdə doğulublar və dediklərinə görə, elə həmin evlərdə də vəfat edəcəklər.
Onlar tankalardır və çinlilər tankaları "dəniz qaraçıları" adlandırırlar.
Balıqçılıqla məşğul olan tankalar Çinin cənub-şərqindəki Fuszyan vilayətində, Ninqde şəhərinin sahillərindƏki üzən kənddə məskunlaşıblar.
700-cü ildə, Tan sülaləsinin hakimiyyəti zamanında Çini bürümüş savaşlar və qırğınlardan qurtulmaq üçün dənizə üz tutan balıqçılar bu minvalla ölümdən qaçmağa çalışıblar.
Sonrakı əsrlərdə, ta "Səmaaltı imperiya" Çin Xalq Respublikasına çevrilənə qədər tankalara sahilə ayaq basmaq qəti qadağan edilmişdi.
Onlar dənizdə, üzən evlərdə doğulur, həmin evlərdə toy edir və elə o evlərdə də vəfat edərək dəfn mərasimi ilə haqq dünyasına qovuşurdular.
Fuszyandakı tanka kəndində, çinlilərin "dəniz qaraçılarının məkanı" dedikləri yerdə indi 7 min nəfər yaşayır.
Onlar yalnız tutduqları balıqları satmaq, alver etmək, zəruri məhsul və avadanlıq almaq, sənədləşdirmələr aparmaq, ya da yetişdirdikləri dəniz bitkiləri və canlılarını topdansatış alıcılarına vermək üçün sahilə ayaq basırlar.
Milli.Az
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
COP29-un Azərbaycanda keçirilməsi ölkədə həm siyasi, həm iqtisadi, həm də turizm və investisiya kimi bir çox sahələrə töhfə verəcək.

Dünya ölkələri üçün yeni mərhələ olan enerji keçidi prosesinə Azərbaycanın söz sahibi olması, həmçinin regionda ilk dəfə baş tutan COP29 kimi mühim tədbirə ev sahibliyi etməsi qarşıdakı dövrdə daha aydın şəkildə müsbət tərəflərini ortaya qoyacaq.

COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib ki, COP çərçivəsində ölkəyə gələn qonaqlar və şirkətlər həm də yeni investroların cəlb edilməsi deməkdir.

O həmçinin qeyd edib ki, Azərbaycanın hazırkı mərhələdə neft və qaz sahəsindən əldə etdiyi təcrübə yaşıl enerjiyə keçid sahəsində də xüsusi rol oynayacaq.

Tədbirin siyasi üstünlüklərindən danışan BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai isə bildirib ki, Azərbaycanın belə qlobal tədbirə ev sahibliyi etməsi dünyaya birlik, sülh mesajı verməsi deməkir.

Qeyd olunub ki, Azərbaycan BMT-yə təqdim etdiyi son “İqlim Planı”na görə, 2030-cu ilə qədər bərpa olunan enerjinin 30%-lik hədəfinə çatmaq yolunda olduğunu, həmçinin 2050-ci ilə qədər isə karbon emissiyalarını 40% azaltmağı hədəflədiyini bəyan edib. Azərbaycanın karbon emissiyalarının azaldılması hədəfi qlobal istiləşmənin qarşısını almaq üçün önəmli addımdır. Bu, dünya birliyinin ölkəmizə olan etimadının göstəricisidir.

Ətraflı “Xezerxeber.az”ın videomaterialında:

 
 
 
Ardını oxu...
“Bu imtina Zurabişvilinin arxasında səsvermə zamanı biabırçı şəkildə zaldan qaçan müxalifətçilərin dayandığını göstərir”

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Prezident Salome Zurabişvilinin qanunverici orqana qaytarmasından bir gün sonra “LGBT təbliğatını” qadağan edən qanunu imzalayıb. Papuaşvili qanuna imza atdığını “Facebook” səhifəsində elan edib.

“Bu gün Gürcüstan Konstitusiyasına əsasən, Salome Zurabişvilinin imzalamaqdan imtina etdiyi “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıram”, spiker yazıb.

Papuaşvili Prezident Zurabişvilini də tənqid edib və bütün müxalifətin səsverməni boykot etdiyini də xatırladıb. Qeyd edib ki, parlament çoxluğu qalmaqallı qanun layihəsini müstəqil şəkildə qəbul edib.

“Köksüz və ləyaqətsiz müxalifətin nominal liderinin insan üçün ən dəyərli olan ailəni və uşaqları qoruyan qanunu imzalamaqdan imtina etməsi simvolikdir. Bu imtina Salome Zurabişvilinin harada dayandığını və onun arxasında bu qanunla bağlı açıq fikir bildirməyə cəsarəti olmayan və səsvermə zamanı biabırçı şəkildə zaldan qaçan müxalifətçilərin dayandığını göstərir”, - Papuaşvili bildirib.

Parlament sədri Qərb tərəfdaşlarının tənqidi ilə razılaşmır: “Onlar qeyd edirlər ki, qanun LGBT üzvü olan insanların hüquqlarını məhdudlaşdırır. Amma unutmasınlar, gürcülər heç vaxt başqalarının qiymətindən qorxmayıblar”.

“Bu qanun bütün vətəndaşların hüquqlarını, o cümlədən azadlıqların ifadəsini müdafiə edir ki, başqa insanların hüquqları tapdalanmasın. Bu da əsl demokratiyanın mahiyyəti və ideyasıdır... Tolerantlıq bir yerdə yaşamaq deməkdir, digər insanların inanc və dəyərlərinə məhəl qoymayaraq bir-birinə zərər vermək deyil”, - spiker əlavə edib.

Papuaşvilinin sözlərinə görə, qanun Gürcüstanda böyük ictimai dəstək alır. Gürcüstan Parlamentinin sədri hesab edir ki, mayın 17-də hökumət və kilsə tərəfindən təşkil edilən “Ailə günü”nün qeyd edilməsi bu məsələ ilə bağlı de-fakto referenduma çevrilib.

Qeyd edək ki, sentyabrın 17-də Gürcüstan Parlamenti üçüncü yekun oxunuşda “anti-LGBT” adlandırılan qanun və düzəlişlər paketini qəbul edib. Hakim “Gürcü arzusu”nun təklif etdiyi dəyişikliklərə əsasən, kişi və qadından başqa hər hansı nikahın qeydə alınmasının qadağan edilməsi, homoseksual cütlüklər tərəfindən yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi və cinsiyyətin dəyişdirilməsi əməliyyatları qadağan edilir.

Məktəblər “əks cinsə mənsubiyyət, eynicinsli münasibətlər və ya insest təbliğatı” kimi şərh edilə bilən məlumatların verilməsini qadağan edirlər. Yayımçılar, reklamçılar və kinoteatrlar qanuni tələblərə riayət etmək üçün məzmunu redaktə etməli olacaqlar.

Qanun LGBT təbliğatı kimi təfsir oluna biləcək toplantıları da qadağan edir. Bununla da LGBT vətəndaşlarının iştirak etdiyi hər hansı bir tədbir bunun altına düşə bilər.

Təşəbbüs qəbul edildikdən bir gün sonra Gürcüstanın paytaxtı Tiflisdə transseksual qadın, model Kesariya Abramidze öldürülüb. İstintaq Abramidze ilə ortağı arasında münaqişə olduğunu elan edib. Amma hüquq müdafiəçiləri bu cinayətin transfobiyanın təzahürü olduğunu və bu cinayətin son vaxtlar cəmiyyətdə transgenderlər mövzusunda müzakirələr aparması, hakim partiyanın LGBT üzvü olan insanları faktiki olaraq ikinci dərəcəli elan edən homofob qanunu qəbul etməsi ilə alovlandığını bildirir. Qətlə yetirilən qadının qohumlarının dediklərindən məlum olub ki, onun tərəf müqabili ətrafının “süni” adlandırdığı qadını sevməsi ilə barışa bilməyib.

Xatırladaq ki, Gürcüstan Prezidenti LGBT təbliğatını qadağan edən qanunu imzalamaqdan imtina edib. Bu barədə Gürcüstan liderinin administrasiyasından məlumat verilib.

“Prezident LGBT təbliğatını qadağan edən qanunu imzalamadı. Eyni zamanda, Prezident qanuna veto qoymadı. Sadəcə imzalamadı və parlamentə qaytardı. Bizim qanunvericilik belə proseduru nəzərdə tutur”, - Zurabişvilinin administrasiyasından qeyd edilib.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə görə, Prezident qanunu imzalamaqdan imtina edərsə, amma ona veto qoymazsa, sənədi parlamentin sədri imzalayır.

Müəllif: Turan Abdulla
ayna.az
 

Ardını oxu...
  

Belarusla Azərbaycan arasında dostluq üçüncü ölkələrə qarşı yönəlməyib.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib.

“Biz üçüncü ölkələrə qarşı dostluq etmirik, hər şeyi xalqlarımızın naminə reallaşdırırıq”, - Belarus Prezidenti qeyd edib./Report

 
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin Moskva meri Sergey Sobyaninlə birlikdə "Rudnevo" sənaye parkında qəhvə içərkən zarafatından qalmayıb.

Bu barədə "Life" portalı məlumat verib.

Putin və Sobyanin yerli qəhvəxanada baristalarla söhbət edib və espresso dadıblar. Jurnalistlərin ödənişlə bağlı verdiyi suala cavab olaraq, Putin zarafatla qəhvəni kreditlə alındığını bildirib.

Daha sonra isə onu müşayiət edən şəxslərdən biri qəhvə üçün ödəniş edib.
 
 
Ardını oxu...
 

Danışıqları dalana kim dirəyib; düşmənin məkrli mövqeyinin arxasında hansı niyyət var - sensasion açıqlamalar

Qüdrət Həsənquliyev: “Azərbaycan  və regionda sülh istəyən digər ölkələr rəsmi İrəvana təzyiqləri artırmalı, Ermənistanın silahlandırılmasını pisləməli, aparılan siyasətin çox təhlükəli olduğunu və onlara baha başa gələcəyini izah etməlidir”

Sülh danışıqları ilə bağlı pozitiv açıqlamalar meydana çıxan kimi, Ermənistan ənənəvi qaydada təxribatçı davranışlara start verir. COP29 ərəfəsində hansısa çərçivə sazişinin imzalana biləcəyi, XİN başçılarının Nyu-York görüşündən sonra bunun inandırıcı olması haqda informasiyaların ardınca İrəvan Azərbaycana qarşı növbəti sülh şərləməsinə yol verib.

Ermənistan parlamentinin sədri Alen Simonyan özünün də başa düşməyəcəyi şəkildə absurd bir bəyanat səsləndirib. O deyib ki, Ermənistan Azərbaycanla sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa hazırdır. Simonyan hətta belə sənədi COP29 zamanı Bakıda da imzalaya biləcəklərini deyib. Ardınca isə söyləyib: “Hazırda Azərbaycanla danışıqlar prosesi dalana dirənib. Amma Ermənistanın bu məsələdə irəliləmək üçün siyasi iradəsi var. Hətta bu gün də biz razılaşdırılmış məqamları imzalamağa hazırıq”.

Habelə A.Simonyanın növbəti təxribatı “erməni əsirlər”lə bağlıdır. Sual olunur: hansı erməni əsirlər? Dəfələrlə bəyan edilib ki, Bakıdakı erməni əsirlərin hamısı Ermənistana qaytarılıb. Xatırlatmaq yerinə düşər, ötən ilin 7 dekabrında Azərbaycanın COP 29-a evsahibliyi etməsinə müsbət münasbətini bildirən Ermənistanın bu jestinə cavab olaraq Bakıda saxlanılan 42 hərbçi iki azərbaycanlı əsgərin geri qaytarılması müqabilində İrəvana yola salındı. Bununla da hərbi əsir söhbətinə son verilmiş oldu. Bakıda həbsdə saxlanılanlar isə Azərbaycana qarşı saysız cinayətlər törətmiş əliqanlı canilərdir, onların bir neçəsinin ibtidai istintaqı bitsə də, hələlik mühakimə olunmayıb. Kəsəsi, Bakıda həbsdə olanlar terrorçular və separatçı rejimin quldurlarıdır. Simonyan isə belə bir fon yaratmağa çalışıb ki, guya hazırkı durumda Ermənistan alayarımçıq bir sənədi kortəbii şəkildə olsa da imzalamağa hazırdır, Azərbaycan mane olur. Əslində Simonyan etiraf etmiş olub ki, Azərbaycan yalnız sağlam və gələcəkdə mübahisələr yol verilməyən saziş üçün çalışır. Belə bir sənədin ərsəyə gəlməməsinin günahkarı isə birmənalı şəkildə Ermənistandır. Onlar konstitusiyalarından torpaq iddialarını çıxarmır.

Bakının Ermənistanın bu şərləməsinə reaksiyası necədir?

Bununla əlaqədar Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadəyə müraciət etdikdə bildirdi ki, adətən Simonyanın dediklərini şərh etmirlər. “Eybi iddialar son 20 gündə Paşinyan və Mirzoyan tərəfindən də səsləndirilib”, deyən diplomat sözügedən iddialarla bağlı rəsmi Bakının 6-7 açıqlamasının olduğunu xatırlatdı.

Qeyd edək ki, bugünlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının illik sessiyasında çıxış edərək Ermənistanla “qismən sülh”ün (simvolik sülh sənədinin - red.) mümkün olmadığını bəyan edib. Bundan əvvəl C.Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə də rəsmi Bakının prinsipial mövqeyini ifadə edib. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, keçmiş məcburi köçkünlərin öz evlərinə ləyaqətli qayıdışının təmininə istiqamətlənən bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, ikitərəfli danışıqlar, habelə sülh müqaviləsinin imzalanmasının qarşısında duran əsas çağırışlar barədə ətraflı məlumat verilib. İkitərəfli danışıqlar prosesi çərçivəsində əldə olunan bir sıra irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyası, habelə digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının sülh qarşısında əsas maneə olduğu vurğulanıb.

Keçmiş xunta rejiminin başçılarının Bakıda həbsxanada saxlanılan təmsilçilərinə əlahiddə status verilməsinə cəhdlər təkcə Ermənistanda deyil, bir sıra ermənipərəst çevrələrdə də israrla müşahidə olunmaqdadır. Bir müddət öncə Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel Avropa Parlamentinin üzvlərinin “erməni məhbusları” ilə bağlı suallara verdiyi cavaba münasibətində rəsmi Bakını hövsələdən çıxaran iddialar səsləndirmişdi. O zaman Azərbaycan XİN bildirmişdi ki, Aİ-nin ali nümayəndəsinin erməniləri razı salmaq, habelə heç bir mənəvi və faktiki əsası olmayan iddianı irəlilətmək üçün göstərilən növbəti cəhdidir. “Biz bu yalan və təhrikedici iddiaları rədd edirik”. XİN sözçüsü Ayxan Hacızadə xatırlatmışdı ki, Azərbaycan 2020-ci il müharibəsindən sonra humanitar jest olaraq, habelə beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun şəkildə hərbi əsir statusu olan və ya saxlanılan şəxs hesab edilən 200 nəfərdən artıq ermənini azadlığa buraxıb və repatriasiya edib: “Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə konvensiyalarının tələblərinə uyğun şəkildə rəftar edilib, onlar işgəncələrə, təhqirlərə və qeyri-insani rəftara məruz qalmayıblar. Onların hər birinə həbsdə olarkən tibbi xidmət göstərilib, müayinələrdən keçiblər, BQXK həmin şəxslərlə müntəzəm görüşlər keçirib və ailələri ilə təmasları qurulub. Buna baxmayaraq, onlar Azərbaycan tərəfindən Ermənistana qaytarılandan sonra Ermənistan hakimiyyəti tərəfindən həmin şəxslərin bəziləri həbs olunub və sorğu-sual ediliblər. Həbsdə qalan müharibə cinayətkarları, separatçı liderlər və digər erməni əsilli şəxslər isə ya müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunur, ya da artıq bu cinayətlərə görə məhkum ediliblər, yaxud da onlarla bağlı istintaq prosesi davam edir. Cenevrə konvensiyalarına, habelə ümumilikdə beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, Azərbaycan bu kimi cinayətlərin araşdırılması və mühakiməsi üzrə hüquq və öhdəliklərə malikdir. Bu kimi həbslərin tam hüquqi əsası var və bu, saxlanılan şəxslərin hüquqlarına xələl gətirmir. Hətta saxlanılan şəxslər hərbi əsir olsalar belə, III Cenevrə Konvensiyasına əsasən, ittiham oluna biləcəkləri bir cinayət törətdiklərinə görə cinayət təqibi davam edən hərbi əsirlər, bu kimi məhkəmə prosesi bitənə və lazım gələrsə, cəzalarını çəkib bitirənə qədər məhbusluqda saxlanıla bilər. Aİ tərəfinin öz diqqətini Ermənistanın azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, eləcə də itkin düşmüş azərbaycanlılara qarşı qəddar rəftarına dair sübutlara yönəltməyi daha məqsədəuyğun olardı. Ermənistanın hərbi təcavüzü başlayandan bəri 3890-dan çox azərbaycanlı itkin düşüb və onların taleyi naməlum olaraq qalmaqdadır. İtkin düşənlərin 3171 nəfəri hərbçi, 719 nəfəri (71 uşaq, 267 qadın və 326 ahıl şəxs daxil olmaqla) isə mülki şəxslərdir. Ermənistana və digər ölkələrə köç edən ermənilərin hüquqlarının təmin edilməsi ilə bağlı şərhlərə gəldikdə isə xatırlatmaq vacibdir ki, Azərbaycanın reinteqrasiya çağırışına, proqramına və bu istiqamətdə addımlarına baxmayaraq, yerli erməni əsilli şəxslər ölkəmizi tərk etmək və geri qayıtmamaq qərarına gəliblər. Təəssüf ki, evlərindən zorla və amansızcasına didərgin düşmüş 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları ilə bağlı Aİ tərəfindən 30 ilə yaxın müddət ərzində heç bir narahatlıq və ya çağırışın şahidi olmamışıq. Azərbaycan bu həlledici məqamda Aİ tərəfinin regionda sülh səylərini sarsıdan qərəzli bəyanatlardan çəkinəcəyini gözləyir”.

4 minədək azərbaycanlı əsir və girovun taleyi barədə məlumatların açıqlanmamasını Azərbaycanın baş prokuroru Kamran Əliyev də bugünlərdə beynəlxalq tədbirdə bəyan edib.

Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir. Dövlət başçısı qeyd edib ki, buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir. Prezident vurğulayıb ki, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edib: “Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanmışdır”.

Ermənistan bu kimi faktlara aydınlıq gətirməkdənsə, özünü “sülhməramlı”, “zərərçəkmiş”, “yazıq” görkəmdə göstərməyə çalışır.

Ardını oxu...

Qüdrət Həsənquliev 

Deputat Qüdrət Həsənquliev “Yeni Müsavat”a açıqlamasında rəsmi Bakının prinsipial mövqeyindən bəhs etdi: “Ermənistan bilir ki, Azərbaycan münaqişəni doğuran səbəblərin həllini özündə ehtiva etməyən sazişi imzalamayacaq. Ona görə də davamlı olaraq özlərini sülhpərvər göstərmək üçün deyirlər ki, biz razılaşdırılmış məsələlər əsasında sülh sazişi imzalamağa hazırıq. Müharibədə məğlub olan tərəf olsalar da həyasızcasına onların şərtləri ilə sülh sazişinin imzalanmasını təklif edirlər. Çünki əmindirlər ki, heç kim buna getməz. Onlar bununla  Azərbaycanın Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi şərtilə, sülh sazişinin imzalanmasına  dair tələblərini icra etməkdən yayınır, Azərbaycanı beynəlxalq birlik qarşısında "sülh istəməyən ölkə" kimi göstərmək, bizə Qərbdəki tərəfdarları vasitəsilə beynəlxalq  təzyiqləri artırmağa nail olmaq, revanşist müharibəyə hazırlaşmaq üçün vaxt udmaq istəyirlər". Q.Həsənquliyevin sözlərinə görə, ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq və bunun nəticəsində regionda yeni geosiyasi reallıqlar formalaşacaq: “Ermənilər gözləyirlər ki, Rusiyada müharibənin nətisi olaraq yeni yaranacaq qərbyönümlü hakimiyyət birinci Qarabağ savaşında olduğu kimi, Qərbin təsiri ilə onların revanşist müharibəsini dəstəkləyəcək. Ukraynada savaş olmasaydı, Ermənistan çoxdan sülh sazişini imzalamışdı”. Millət vəkili hesab edir ki, Azərbaycan  və regionda sülh istəyən digər ölkələr rəsmi İrəvana təzyiqləri artırmalı, Ermənistanın silahlandırılmasını pisləməli, aparılan siyasətin çox təhlükəli olduğunu və onlara baha başa gələcəyini izah etməlidir: “Ermənistan torpaqlarımızın işğalına  son qoymayıb, sülhdən yayınaraq, 30 il işğalı davam etdirməsinin hansı nəticələrə gətirib çıxardığını anlamalı, yenidən möcüzə gözləyərək eyni səhvi təkrarlamamalı, öhdəliklərini yerinə yetirməli, yaxın qonşuluq siyasəti yürütməlidir”.

Qeyd edək ki, ötən gün Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid qalıqlar aşkar olunub. Beləliklə, Ermənistan kütləvi məzarlıqların yerini belə açıqlamadığı halda, Azərbaycana qarşı fitnəkar iddialar qaldırır, üstəlik, absurd şəkildə yarımçıq sülhü imzalamağa çağırış edir. Ermənistanın hay-küyü həm də 30 il ərzində törətdiyi müharibə cinayətlərini ört-basdır etməyə yönəlik məkrli siyasətdir...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 
 
 

Ardını oxu...
Ermənistanın Baş naziri Nikol Paşinyan parlament saatı zamanı bildirib ki, o, müxalifətə Azərbaycanla sülh sazişi layihəsi ilə tanış olmağı qadağan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən sizə sənədlə tanış olmaq imkanı verdim, bundan sonra cəmiyyətimizə nağıl danışmağa başladınız. Mən də sizə bu sənədə baxmağı qadağan etdim və düzgün etdim”, - deyə o bildirib.

Əvvəllər bir neçə müxalifət deputatı sənəd layihəsi ilə tanış olub və bundan sonra bir neçə siyasi bəyanatla çıxış edib. Paşinyan qeyd edib ki, onlar “manipulyasiya” etmək qərarına gəliblər.

Belə olduqda, Baş nazir “diplomatik etikaya” əsaslanaraq bu sənədi dərc etməkdən imtina edib. O əlavə edib ki, mümkün saziş sülh müqaviləsinin icrasının gedişinə, diplomatik münasibətlərin qurulmasına və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına nəzarət etmək üçün Azərbaycan-Ermənistan komissiyasının yaradılmasını nəzərdə tutur.
Ardını oxu...
BMT-dəki çıxışım zamanı Ermənistan dövlətinin maraqları baxımından zəruri hesab etdiklərimi demişəm.

Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. O, deputat Anna Qriqoryanın BMT-də bir kəlmə də olsun Qarabağdan danışmaması məzəmmətinə belə cavab verib.

Paşinyan bəyan edib ki, Qarabağ məsələsi uzun illərdir bir çox ölkələr tərəfindən Ermənistanın boynuna ilgək kimi, erməni dövlətçiliyinin aradan qaldırılması üçün alət kimi istifadə olunur. Eyni zamanda, o, müxalifəti Ermənistanın əleyhdarlarının maraqlarına əl atmaqda da ittiham edib.

“Qarabağ məsələsinə gəlincə, indi bizdən bu ilgəyi götürüb yenidən Ermənistanın boynuna atmaq istəyirsiniz. Erməni xalqı öz tarixi ilə bağlı bütün həqiqətləri bilməlidir”, – deyə Paşinyan qeyd edib.
 
 
 

Ardını oxu...
  

Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin spikeri Alen Simonyanın Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına geri qayıtması ilə bağlı səsləndirdiyi fikirlərə dair bəyanat yayıb.

Musavat.com bəyanatı təqdim edir:

 

"Biz, Ermənistan parlamentinin spikeri Alen Simonyanın öz yurdlarından qovulmuş Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına geri qayıtmaq hüququ ilə bağlı Azərbaycan tərəfinin bəyanatlarını təhrif etməsini və irqçi fikirlər səsləndirməsini qətiyyətlə pisləyirik.

Azərbaycan tərəfinin çıxışında vurğulanan qayıdış hüququ beynəlxalq hüququn və fundamental insan haqlarının ayrılmaz hissəsidir və Simonyanın bu hüququ ərazi iddiası kimi yozması Ermənistanın özünün "insan hüquqları" arqumentindən istifadə edərək təcavüzkar siyasət aparması vərdişindən irəli gəlir.

Simonyanın azərbaycanlıları "öz tarixi yurdlarını axtarmaq" adı ilə Altay dağlarına göndərmək barədə ifadəsi isə Ermənistanın rəhbər dairələrində irqçilik və etnik müstəsnalıq ideologiyasının hakim olduğunu bir daha ortaya qoyur. Xatırlatmaq yerinə düşər ki, 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfi Azərbaycana qarşı müharibəyə başlayanda bu ölkənin ordusunun baş qərargah rəisi oxşar irqçi bəyanat verərək Ermənistanın hücumunun məqsədinin azərbaycanlıları Altay dağlarına göndərmək olduğunu bildirmişdi. Bunun Ermənistan üçün necə nəticələndiyi hamıya məlumdur.

Simonyanın çıxışı sülh prosesini pozmaq və Ermənistandan qovulmuş azərbaycanlıların geri dönmək hüququna xələl gətirmək cəhdidir. Qərbi Azərbaycan İcması olaraq, Ermənistandan bu cür irqçi ritorikalardan çəkinməyi və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik"

Dünyapress TV

Xəbər lenti