Gürcüstan hakimiyyətində qarşıdurma şüddətlənir -
“Bu imtina Zurabişvilinin arxasında səsvermə zamanı biabırçı şəkildə zaldan qaçan müxalifətçilərin dayandığını göstərir”

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Prezident Salome Zurabişvilinin qanunverici orqana qaytarmasından bir gün sonra “LGBT təbliğatını” qadağan edən qanunu imzalayıb. Papuaşvili qanuna imza atdığını “Facebook” səhifəsində elan edib.

“Bu gün Gürcüstan Konstitusiyasına əsasən, Salome Zurabişvilinin imzalamaqdan imtina etdiyi “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıram”, spiker yazıb.

Papuaşvili Prezident Zurabişvilini də tənqid edib və bütün müxalifətin səsverməni boykot etdiyini də xatırladıb. Qeyd edib ki, parlament çoxluğu qalmaqallı qanun layihəsini müstəqil şəkildə qəbul edib.

“Köksüz və ləyaqətsiz müxalifətin nominal liderinin insan üçün ən dəyərli olan ailəni və uşaqları qoruyan qanunu imzalamaqdan imtina etməsi simvolikdir. Bu imtina Salome Zurabişvilinin harada dayandığını və onun arxasında bu qanunla bağlı açıq fikir bildirməyə cəsarəti olmayan və səsvermə zamanı biabırçı şəkildə zaldan qaçan müxalifətçilərin dayandığını göstərir”, - Papuaşvili bildirib.

Parlament sədri Qərb tərəfdaşlarının tənqidi ilə razılaşmır: “Onlar qeyd edirlər ki, qanun LGBT üzvü olan insanların hüquqlarını məhdudlaşdırır. Amma unutmasınlar, gürcülər heç vaxt başqalarının qiymətindən qorxmayıblar”.

“Bu qanun bütün vətəndaşların hüquqlarını, o cümlədən azadlıqların ifadəsini müdafiə edir ki, başqa insanların hüquqları tapdalanmasın. Bu da əsl demokratiyanın mahiyyəti və ideyasıdır... Tolerantlıq bir yerdə yaşamaq deməkdir, digər insanların inanc və dəyərlərinə məhəl qoymayaraq bir-birinə zərər vermək deyil”, - spiker əlavə edib.

Papuaşvilinin sözlərinə görə, qanun Gürcüstanda böyük ictimai dəstək alır. Gürcüstan Parlamentinin sədri hesab edir ki, mayın 17-də hökumət və kilsə tərəfindən təşkil edilən “Ailə günü”nün qeyd edilməsi bu məsələ ilə bağlı de-fakto referenduma çevrilib.

Qeyd edək ki, sentyabrın 17-də Gürcüstan Parlamenti üçüncü yekun oxunuşda “anti-LGBT” adlandırılan qanun və düzəlişlər paketini qəbul edib. Hakim “Gürcü arzusu”nun təklif etdiyi dəyişikliklərə əsasən, kişi və qadından başqa hər hansı nikahın qeydə alınmasının qadağan edilməsi, homoseksual cütlüklər tərəfindən yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi və cinsiyyətin dəyişdirilməsi əməliyyatları qadağan edilir.

Məktəblər “əks cinsə mənsubiyyət, eynicinsli münasibətlər və ya insest təbliğatı” kimi şərh edilə bilən məlumatların verilməsini qadağan edirlər. Yayımçılar, reklamçılar və kinoteatrlar qanuni tələblərə riayət etmək üçün məzmunu redaktə etməli olacaqlar.

Qanun LGBT təbliğatı kimi təfsir oluna biləcək toplantıları da qadağan edir. Bununla da LGBT vətəndaşlarının iştirak etdiyi hər hansı bir tədbir bunun altına düşə bilər.

Təşəbbüs qəbul edildikdən bir gün sonra Gürcüstanın paytaxtı Tiflisdə transseksual qadın, model Kesariya Abramidze öldürülüb. İstintaq Abramidze ilə ortağı arasında münaqişə olduğunu elan edib. Amma hüquq müdafiəçiləri bu cinayətin transfobiyanın təzahürü olduğunu və bu cinayətin son vaxtlar cəmiyyətdə transgenderlər mövzusunda müzakirələr aparması, hakim partiyanın LGBT üzvü olan insanları faktiki olaraq ikinci dərəcəli elan edən homofob qanunu qəbul etməsi ilə alovlandığını bildirir. Qətlə yetirilən qadının qohumlarının dediklərindən məlum olub ki, onun tərəf müqabili ətrafının “süni” adlandırdığı qadını sevməsi ilə barışa bilməyib.

Xatırladaq ki, Gürcüstan Prezidenti LGBT təbliğatını qadağan edən qanunu imzalamaqdan imtina edib. Bu barədə Gürcüstan liderinin administrasiyasından məlumat verilib.

“Prezident LGBT təbliğatını qadağan edən qanunu imzalamadı. Eyni zamanda, Prezident qanuna veto qoymadı. Sadəcə imzalamadı və parlamentə qaytardı. Bizim qanunvericilik belə proseduru nəzərdə tutur”, - Zurabişvilinin administrasiyasından qeyd edilib.

Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə görə, Prezident qanunu imzalamaqdan imtina edərsə, amma ona veto qoymazsa, sənədi parlamentin sədri imzalayır.

Müəllif: Turan Abdulla
ayna.az
 

Bölmənin digər xəbərləri

21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı
19 Noyabr 2024 Almaniyadan viza qərarı: 1,3 milyon işçi çatışmazlığı var, yeni sistem tətbiq olunur
18 Noyabr 2024 Almaniyanın vitse-kansleri Azərbaycana gəldi
18 Noyabr 2024 Brejnevi qırıcıların hücumundan xilas edən pilot – Deputat, nazir, marşal olub, qəhrəman adı alıb.
18 Noyabr 2024 Tiflisdə müxalifət yürüş keçirib
18 Noyabr 2024 ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi

Dünyapress TV

Xəbər lenti