BMT-dəki çıxışım zamanı Ermənistan dövlətinin maraqları baxımından zəruri hesab etdiklərimi demişəm.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. O, deputat Anna Qriqoryanın BMT-də bir kəlmə də olsun Qarabağdan danışmaması məzəmmətinə belə cavab verib.
Paşinyan bəyan edib ki, Qarabağ məsələsi uzun illərdir bir çox ölkələr tərəfindən Ermənistanın boynuna ilgək kimi, erməni dövlətçiliyinin aradan qaldırılması üçün alət kimi istifadə olunur. Eyni zamanda, o, müxalifəti Ermənistanın əleyhdarlarının maraqlarına əl atmaqda da ittiham edib.
“Qarabağ məsələsinə gəlincə, indi bizdən bu ilgəyi götürüb yenidən Ermənistanın boynuna atmaq istəyirsiniz. Erməni xalqı öz tarixi ilə bağlı bütün həqiqətləri bilməlidir”, – deyə Paşinyan qeyd edib.