Ardını oxu...
Yapon xalqı vicdanlıdır. Əgər siz metroda pul kisənizi itirsəniz, 90 % onu sizə geri qaytaracaqlar. Tapan şəxs mütləq pul kisənizi "itirilən və tapılan" əşyalar bürosuna təhvil verəcək.
Yapon dilində söyüş yoxdur. Bu dildə ən pis sözlər "dəli" və "axmaq"dır.
Bütün yaponlar yemək haqqında danışır. Yemək zamanı yeməyin dadından, görünüşündən danışmaq lazımdır. Siz yemək zamanı bir dəfə də olsa, "dadlıdır" (oishii) sözünü deməsəniz, sizi mədəniyyətsiz insan hesab edəcəklər.
Yaponların əksəriyyəti sağlam qidalanır. Ölkədə artıq çəkidən əziyyət çəkən insana nadir halda rast gəlinir.
Bu ölkənin polis işçiləri rüşvət almırlar. Siz ciddi bir qanun pozuntusu etmisinizsə, sizi 30 gün təcridxanada saxlamağa və vəkilinizi yanınıza buraxmamağa ixtiyarları var.
Yapon dili çox çətin olduğu üçün, yaponlar onların dilində 1-2 söz deyə bilən turistlərə hörmətlə yanaşırlar. Onlar hesab edirlər ki, dillərini öyrənmək mümkünsüzdür.
Dünyada Tokio ən təhlükəsiz meqapolis hesab olunur. Bura o qədər təhlükəsizdir ki, valideynlər ictimai nəqliyyatdan istifadə edən altı yaşlı övladları üçün narahat olmurlar.
Yaponlar delfin əti yeyirlər. Balıq dadı verməyən delfin əti dadlıdır. Delfin ətini həm çiy, həm də bişirilmiş (kabab, sup) şəkildə yeyirlər.
Maraqlı fakt – Yaponiyada küçələrdə zibil qabları yoxdur. Zibili hər kəs evinə aparır. Yaponlar zibili dört hissəyə ayırırlar: yandırılmalı olan zibil, şüşə, yandırılmayan zibil və yenidən emal oluna biləcək zibil.
Yaponlar çox utancaq xalqdır. Onlar açıq şəkildə ətrafdakı insanlara hisslərini biruzə verə bilmirlər. "Səni sevirəm" kəlməsini demək qəhrəmanlıq kimi hesab olunur.
Yapon ailələrində ailə daxil münasibətlər fərqlidir. Qardaş və bacının ünsiyyət qurub danışmaması tam normal hal hesab olunur. Onlar hətta bir birilərinin mobil nömrələrini də bilməyə bilərlər.
Yaponlar spirtli içkini az istifadə edirlər. Səbəb isə bir qədəh içəndən sonra yaponların üzləri və bədənləri qızarır.
Yaşlı yaponların pensiyası çox azdır. Maksimal pensiya 300 dollar təşkil edir. Bu o deməkdir ki, hər bir yapon öz qocalığını təmin etməlidir.
Çox işləməyə öyrəşən yaponlar gündə 15-18 saat fasiləsiz işləyə bildikləri üçün, yaponları rahat "qarışqa" adlandırmaq olar.
Yapon dilində "karoşı" sözü var. Tərcümədə "çox işləməkdən ölüm" deməkdir. Bu diaqnozla Yaponiyada ildə 10000 insan ölür.
Gündoğan ölkəsində işə vaxtında gəlmək adət deyil. İş yerində yarım saat əvvəl gəlmək lazımdır.
Qeyd edək ki, Yaponiyanın hər ikinci sakini gözəl rəsm çəkir və yaxşı səsə malikdir. Bu hal tərbiyyə ilə izah olunur – uşaqlara əvvəl rəsm çəkməyi və oxumağı öyrədirlər, sonra isə yazmağı və danışmağı.
/kayzen.az
 
Ardını oxu...
  

"Baş tutmayan üçtərəfli Moskva görüşündən böyük ehtimalla imtina edən tərəf Ermənistan olub".

Musavat.com xəbər verir ki, bu sözləri politoloq Zeynal Əmrəliyev sosial media hesabında qeyd edib.

Ardını oxu...

Politoloqun fikrincə, Ermənistanın bu görüşdən imtina etməsinin mühüm səbəbləri var:

"Rusiyanın paytaxtı Moskvada keçirilən MDB dövlət başçılarının sammitində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında nəzərdə tutulan görüş baş tutmayıb. Rusiya tərəfinin əvvəldən belə bir görüş keçirmək üçün təşəbbüsü var idi. Bu, rəsmi Moskva üçün də danışıqlar prosesində irəli çıxmaq baxımından önəmli idi. MDB sammitində bunun üçün yaxşı fürsət də yaranmışdı. Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov görüşün baş tutmamasına səbəbi "üçtərəfli görüşlə bağlı fikir bəziləri tərəfindən dəstəklənmir" sözləri ilə izah edib. Uşakov konkret kimin görüşdən imtina etdiyini açıqlamasa da, ehtimal ki, bu, Ermənistan tərəfdir. Çünki Azərbaycan Rusiyanın vasitəçilik təşəbbüsünə müsbət baxır və Vladimir Putinin Bakıya səfəri zamanı də bu fikir ifadə edilib. Ancaq Ermənistan bundan imtina edirdi.

Nikol Paşinyanın bu məsələdə Rusiyadan qaçmasının 2 əsas səbəbi var. Birincisi, Zəngəzur dəhlizi ilə bağlıdır ki, bu məsələdə Azərbaycan və Rusiyanın mövqeyi üst-üstə düşür. Paşinyanı qorxudan budur ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlar masasında təklənəcək.

İkinci səbəb isə Ermənistanın Rusiya ilə münasibətləri soyudaraq Qərbə doğru yaxınlaşmaq siyasətidir. Aydın məsələdir ki, İrəvanın Qərbdəki yaxın müttəfiqləri olan ABŞ və Fransa Rusiyanın bu məsələdə təşəbbüsü əlinə almasını istəmir. Hazırda onların təzyiqi ilə hərəkət edən Paşinyanın da bu istəyə boyun əyərək görüşdən imtina etdiyi görünür.

Paşinyanın Moskvada Qərbə yarınmaq üçün atdığı daha bir mühüm addım isə Rusiya hərbçilərinin Ermənistanın Türkiyə və İranla sərhəddən çıxarılması və nəzarətin Ermənistan tərəfinə verilməsi barədə razılıq əldə edilməsi oldu. Rusiyanın buna razılıq verməsi isə şübhəsiz ki, həmin bölgələrin onlar üçün çox da əhəmiyyət daşımaması ilə izah oluna bilər. Rusiyanın hazırda Türkiyə və İranla münasibətləri yaxşıdır. Rusiyanın bu məsələdə israr edib onsuz da münasibətləri gərgin olan Ermənistanı özündən daha da uzaqlaşdırmasının heç bir mənası yoxdur.

Ehtimal ki, Moskvada bağlı qapılar arxasında bununla bağlı şifahi razılaşma da əldə edilib ki, rusların çıxdığı bölgəyə Qərb dünyasından heç kim gəlməyəcəyi barədə Ermənistandan təminat alınıb. Rusiya üçün vacib olan yeganə amil Gümrüdəki hərbi bazanın mövcudluğunu qoruyub saxlamaqdır. Moskvada Əliyev və Paşinyanla ayrı-ayrılıqda görüşən Putin hər iki liderlə Zəngəzur dəhlizi məsələsini müzakirə edib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Azərbaycan və Rusiya prezidentləri arasında Zəngəzurla bağlı müzakirə müsbət keçsə də, Ermənistanın baş naziri yenidən dəhlizin açılmasına qarşı çıxıb. Bu da bir daha görüşdən imtina edən tərəfin Ermənistan olduğunu sübut edir".

Zeynal Əmrəliyev qeyd edib ki, görüşün baş tutmaması yenidən "vasitəçisiz danışıqlar" məsələsini aktuallaşdırıb:

"Azərbaycan və Ermənistan liderləri dəfələrlə həm Rusiya, həm də Qərb liderlərinin vasitəçiliyi ilə görüşlər keçiriblər. Ancaq vasitəçili görüşlərin effektivliyi azdır. Mühüm məsələləri - qeyri-anklav kəndlər, delimitasiya prosesi ilə bağlı müsbət qərarların qəbul edilməsi də iki tərəf arasında birbaşa təmas nəticəsində mümkün olmuşdu. Bu da bir daha onu göstərir ki, vasitəçi olmadan birbaşa təmas hazırda ən uğurlu variantdır".

Xalidə Gəray
Musavat.com



ABŞ-ın nəhəng “Edelman PR” şirkəti və Bakıda da fəaliyyət göstərən “Unilever”in keçmiş direktoru Polman separatçının müdafiəsinə qoşulub

ABŞ-ın nəhəng “Edelman PR” şirkəti Bakıda həbsdə olan separatçı Ruben Vardanyanın “təmizə çıxarılması” və müdafiəsi məqsədilə beynəlxalq müstəvidə iş aparır. Bu barədə “Haber Global” xəbər yayıb. Məlumata görə, çirkli pulların yuyulması işini həyata keçirən Vardanyanın “təmizə çıxarılması” və həbsdən azad edilməsi işində “Edelman PR” şirkəti ilə yanaşı, “Unilever” şirkətinin keçmiş icraçı direktoru Paul Polman da iştirak edir.

“Yeni Müsavat” bildirir ki, Polman “Unilever” şirkətində 10 il - 2009-2019-cu illərdə çalışıb. Maraqlıdır ki, “Unilever” şirkəti Azərbaycanda da fəaliyyət göstərir və bu, Polman şirkətə rəhbərlik etdiyi dövrdə başlayıb. Polman 2019-cu ildə iqlim dəyişikliyi üzrə mübarizə aparan “Imagine Consultancy” şirkətini yaradıb. Şirkət 2022-ci ildə ətraf mühit üzə məsləhət şirkəti olan “Systemiq” tərəfindən satın alınıb. Polman özünü “xeyriyyəçi” kimi göstərməyə çalışsa da, əsas işi qeyri-leqal lobbiçilik fəaliyyətinin göstərilməsidir. Onun Vardanyanın müdafiəsinə qoşulması da biznes maraqlarından qaynaqlanır.

“Unilever” ingilis transmilli şirkətidir. Şirkət müxtəlif növ istehlak məhsulları istehsal edir. Məhsul çeşidlərinə ərzaq, içki, təmizlik məmulatları və şəxsi gigiyena məhsulları daxildir. “Unilever” 2011-ci ilin gəlir səviyyəsinə əsasən ən böyük üçüncü istehlak məhsulları şirkəti (Procter and Gamble və Nestledən sonra) və dünyanın ən böyük dondurma istehsalçısıdır. Baş qərargahı Londonda yerləşir. 2023-cü ilin sentyabrında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan Cinayət Məcəlləsinin “Terrorçuluğu maliyyələşdirmə”, “Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə” və “Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə” maddələri üzrə ittiham olunsa da və onun həbsinin üzərindən bir il keçsə də, Amerika Birləşmiş Ştatlarında və digər Qərb ölkələrində ona işləyən PR maşınları ermənidən daha çox erməni prinsipi ilə onun reklamını aparmağa davam edirlər.

Uzun müddət Ruben Vardanyanla sıx əlaqələrə malik ABŞ-ın “Edelman” PR şirkəti onun azad olunmasını tələb edən kampaniyanı aktiv şəkildə davam etdirərək yeni bəyanat da yayıb. Əslində Vardanyanın piarına onun həbs olunduğu gündən start verilib. Daha doğrusu, Qərb ondan bu istiqamətdə çirkin planını həyata keçirmək üçün alət kimi istifadə edir. Xüsusən də USAİD-ə rəhbərlik edən Samanta Pauerin Vardanyanla çox isti münasibətlərinin olması bu reklamda əlahiddə rol oynayır. Əbəs deyil ki, 2018-ci ildə Pauer Vardanyanın təsis etdiyi “Avrora” mükafatına layiq görülüb və ona faktiki olaraq bir milyon dollar pul verilib. Bir sözlə, Qərb separatçıların rəhbərlərini hər vəchlə dəstəkləməyə və onların üzərindən məkrli planlarını həyata keçirməyə çalışır və görünən odur ki, bu fəaliyyəti daha da intensivləşdiriblər.

Ardını oxu...

Çingiz Qənizadə

“Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Vardanyanın azad olunması üçün əsas görmür. Ç.Qənizadə istintaq materiallarında onun separatçı fəaliyyəti ilə bağlı bütün dəlil-sübutlar toplanıb. Hüquq müdafiəçisinin fikrincə, hüquqi cəhətdən Vardanyanın müdafiəsi mümkün deyil, amma işin siyasiləşdirilməsi göz qabağındadır: “Ruben barədə səslənən çağırışlar siyasi xarakter daşıyır. Vardanyanın məsələsini siyasiləşdirməklə gündəmdə saxlamağa çalışırlar. Hazırda istintaq yekunlaşıb və məhkəmədə verəcəyi ifadə ilə bütün dünya, onun hamiləri tanış olacaqlar. Ondan sonra nə deyəcəklərini gözləmək lazımdır. Maraqlıdır, Fransa, ABŞ öz separatçılarını müdafiə edirmi? Yəni bu prosesə ikitərəfli yanaşmaq lazımdır: hüquqi cəhətdən Vardanyanın müdafiə ediləcək tərəfi yoxdur, adam cinayətkardır, amma siyasi aspektdən Qərbdəki dairələr hay-küy qoparırlar”.

Ç.Qənizadənin sözlərinə görə, diqqət edirsinizsə, digər separatçı liderlərin adları çəkilmir: “Bu şirkətlər Arkadi Qukasyanın, Bako Saakyanın adını niyə xüsusi çəkmirlər? Sadəcə, ümumi qeyd edirlər. Amma Vardanyan istisna edilir. Çünki milyarder olması, Samanta Pauer kimilərlə birgə Donbasdakı separatçılara da dəstək vermələri faktı rol oynamaqdadır. Ona görə müdafiəsini təşkil edirlər. Azərbaycan heç bir təzyiqə boyun əyməyəcək və qanun nəyi tələb edirsə, ona uyğun hökm oxunacaq”.

Ardını oxu...

Xəzər Teyyublu

Siyasi Hüquqların Müdafiəsi Mərkəzinin rəhbəri Xəzər Teyyublunun fikrincə, ABŞ ermənipərəstliyini hərtərəfli göstərir. Onun sözlərinə görə, Fransa və bu ölkə erməni separatizminə xüsusi dəstək verir: “Prezident çıxışılarında qeyd etmişdi ki, ABŞ Qarabağ separatçılarına rəsmi şəkildə maliyyə ayıran yeganə dövlət olub. Bu gün də Konqres bir yandan, müxtəlif təsisatlar o bir tərəfdən separatçılara qahmar çıxır. Beynəlxalq hüququn tamamilə ayaqlar altına alınmasını müşahidə edirik. ABŞ-ın milli təhlükəsizlik maraqlarına və qanunvericiliyinə tamamilə ziddir ki, separatçılıq etmiş şəxsi qorusunlar. Təəssüf ki, bu cür kommersiya subyektləri, USAİD kimi təşkilatlar da prosesə qoşulub. Bu da məqsədyönlü şəkildə hazırlanmış kampaniyanın icrasından xəbər verir”.

Hüquq müdafiəçisi Vardanyanın cəzasını alacağına əmindir: “Onun Azərbaycan rəhbərliyini təhdid etməsi, dinc erməniləri silahlanmağa çağırışı, terror və silahlı mübarizə təhdidləri, separatizmə xərclədiyi vəsait, qondarma rejimdə vəzifə tutaraq Azərbaycan dövlətinə "meydan oxumaq" cəhdi cəzasız qala bilməz. Belə cinayətkarlar ABŞ-da da, Fransada da necə mühakimə olunursa, Azərbaycan məhkəməsi öz qanunlarına və beynəlxalq konvensiyalara əsaslanaraq qərar çıxaracaq. Onun azad olunması üçün heç bir əsas yoxdur. Vardanyan milyarder ola bilər, tanınmış biridir, amma bu onu məsuliyyətdən azad etmir. Sadəcə, erməni lobbisi, Vardanyanın ətrafı pullar xərcləyərək onun müdafiəsini təşkil edirlər, ictimailəşdirirlər. Ancaq hansı arqumentlərlə onun azad olunması tələb edilir? Görünür ki, konqres üzvlərinin Blinkenə müraciətinin ardınca bu qüvvələr də hərəkətləniblər".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Ardını oxu...
Deputat: “Yüz minlərlə cinayətkar evlərinə qayıdacaq, bundan sonra vəziyyət Moskvadan nəzarətdən çıxa bilər”

“Rusiyada vətəndaş müharibəsi və separatizm üçün əsaslar yaranır. Tezliklə bu, bütün Rusiya ərazisini əhatə edə bilər”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Dumasının deputatı Yevgeni Fedorov deyib.

Deputat hazırda həqiqətən populyarlıq qazanan və miqrantlara, rusiyalılara qarşı hücumlarla məşğul olan “Rus icması” və “Şimal adamı” kimi təşkilatlara istinad edərək, “Rusiyada rus millətçilərindən ibarət bütöv bir fırtına dəstəsi” yaradıldığını bildirib.

Fedorovun fikrincə, Rusiya Federasiyasında faşist strukturlarının fəaliyyəti separatizmə səbəb olur: “Çünki respublikalarda artıq ruslarla toqquşmaya girə bilən “Axmat” kimi silahlı birləşmələr var. Ruslarla Tatarıstan, Yakutiya, Başqırdıstan, Dağıstan, Çeçenistan, İnquşetiya və Osetiya nümayəndələri arasında gərginlik genişmiqyaslı vətəndaş müharibəsi ilə nəticələnə bilər. Rusiyada çoxlu sayda erməni, azərbaycanlı, tacik, qırğız və özbək yaşayır və Rusiya cəmiyyətində sosial gərginlik artmaqda davam edir”.

“Üstəlik, döyüş təcrübəsi və ağır psixoloji problemləri olan bir milyon kişi cəbhədən qayıdanda Rusiyanı nələr gözlədiyini təsəvvür etmək çətin deyil. Yüz minlərlə cinayətkar evlərinə qayıdacaq, bundan sonra vəziyyət Moskvadan nəzarətdən çıxa bilər”, - deyə deputat həyəcan təbili çalıb
Ardını oxu...
Fransanın İl-de-Frans bölgəsində tüğyan edən Kirk qasırğasının səbəb olduğu leysan yağışlar nəticəsində Milli Yığıncağın binası su altında qalıb.

Bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, “Renessans” partiyasından olan deputat Deni Masselyanın sözlərinə görə, binadakı insanlar təxliyə edilib.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin Gürcüstanla vətəndaşları üçün vizasız rejimin imkanlarını genişləndirib.

Putin bu barədə Sərəncam imzalayıb.

Bildirilir ki, bundan sonra Gürcüstan vətəndaşları Rusiya ərazisində vizasız 90 gündən çox müddətdə qala bilərlər.

Əvvəllər isə bu müddət Rusiyaya əmək fəaliyyəti və yaxud təhsil məqsədilə gələn şəxslər istisna olmaqla Gürcüstan vətəndaşlarına şamil edilirdi. İndi həmin şəxslər də Rusiyada vizasız 90 gündən artıq qala biləcəklər.

Dəyişikliklər 2023-cü ilin yazında dərc edilən Sərəncama daxil ediləcək. Sözügedən tarixdə isə Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmişdi.
 
Ardını oxu...
Çeçenistan rəhbəri Ramzan Kadırov inzibati xəta törədənləri, xüsusilə də yol hərəkəti qaydalarını pozanları müharibəyə göndərmək qərarına gəlib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Kadırov özünün “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, bu qərar boş, əxlaqsız həyat tərzi keçirən, narkotik vasitələrin təsiri altında sükan arxasına keçən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, münaqişələr yaradan gənclərə təsir edəcək.
“Bundan sonra onlarla söhbət qısa olacaq. Qanuna hörmət etmirsinizsə, ya icazə verilən maksimum müddətə həbs olunacaqsınız, ya da müqavilə imzalayaraq Şimal Hərbi Dairəsi zonasına gedəcəksiniz”, – deyə Kadırov bildirib.
Çeçenistan liderinin sözlərinə görə, o, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanova bu məsələni nəzarətə götürməyi tapşırıb.
“Nəzərə alsaq ki, 2500 nəfərlik yeni alay formalaşdırırıq, orada hər kəs üçün yer olacaq”, – Kadırov əlavə edib.
 
 
 
Ardını oxu...
Londonda metro stansiyasında dəhşətli anlar yaşanıb.

"Oksford Circus" Stansiyasında yaşayan bomj 24 yaşlı Brava Şorş yaşlı kişini metro relslərinə itələdi. Nəticədə qatar yoluna yıxılan 60 yaşlı Tadeusz Potozeki digər sərnişin son anda xilas edib.

Polis hadisə yerinə gələrək 24 yaşlı bomju tutub. Məhkəmdə ifadə verən şəxs yaşlı kişini əsəbləşdiyi üçün qatar yoluna atdığını bildirib.

"Mənə tərs-tərs baxırdı. Evsiz insan olanda nə olar? Hamı məni incidir", - deyə məhkəmədə ifadə verib.

Məhkəmənin qərarı ilə Brava Şorş 8 il azadlıqdan məhrum edilib./BAKU.WS
 
Ardını oxu...
Zaxarova: "MDBMİ-nin məzunları arasında Azərbaycan Prezidenti İlham Əliyev də var"

"Oktyabrın 14-də Moskva Konservatoriyasının Böyük zalında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) 80 illik yubileyinə həsr olunmuş qala gecəsi keçiriləcək".

TEREF Oxu.az-a istinadən xəbər verir ki,bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

O xatırladıb ki, universitetin məzunları arasında Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də var.

Diplomatın sözlərinə görə, institut beynəlxalq məsələlər üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük xidmətlər göstərib.

"MDBMİ məzunları Rusiya diplomatik xidmətinin onurğa sütununu təşkil edir və həm mərkəzi aparatda, həm də Rusiyanın xarici nümayəndəliklərində rəhbər vəzifələrdə çalışırlar", - deyə Zaxarova vurğulayıb.

Zaxarova MDBMİ-nin yubileyinin qeyd olunması çərçivəsində müxtəlif tematik tədbirlərin, konfransların və idman yarışlarının planlaşdırıldığını vurğulayıb.

Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində məzunlarla görüşlər keçirilir, ali məktəb haqqında sənədli film çəkilib.

Ardını oxu...
İran doğrudan da bir neçə yerə parçalana bilər. İranın bölünməsini daha çox İsrail istəyərdi. Çünki İranı özü üçün təhlükə hesab edir. Qorxur ki, İran nüvə silahı əldə edər və bu silahla İsraili vurar və s. Bu baxımdan İsrailin marağındadır ki, İranı parçalasın. Lakin onun gücü buna yetərmi?

Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov İsrailin neft və nüvə obyektlərinə zərbə endirəcəyi halda İranın parçalanmasının mümkünlüyü haqda müzakirələrə münasibət bildirərkən deyib.

Markovun sözlərinə görə, İranın parçalanması böyük güclər üçün arzulanan deyil:

“Ölkəni böldükdən sonra onu kim idarə edəcək? İsrail bunu bacara bilməz. ABŞ-ın isə başqa ölkələrin idarəçiliyi ilə bağlı təcrübəsi uğurlu olmadı, Əfqanıstanda, İraqda, Suriyada iflasa uğradı. ABŞ hazırkı dini rejimin devrilməsini istərdi. Lakin İranın idarəçilik öhdəliyini öz üzərlərinə götürmək istəməz. Çünki digər ölkələr kimi İranda da uğursuzluğa düçar olmaqdan ehtiyat edirlər. Hətta dəyişiklikdən sonra İranda xaos olmasın deyə nəzarət edən lazımdır. Qərbin İrana münasibətdə iki konsepsiyası var: Biri İranla düşmənçiliyə son qoymaq, nüvə razılşaması ilə bağlı danışaqlara yenidən qayıtmaq, İranın yeni prezidentini “İranın Qorboçovu” kimi qəbul etmək və islahatçı prezidentin hakimiyyəti tam əlinə almasına yardım etməkdir. Bu konsepsiya daha çox Avropa ölkələrinə məxsusdur. İkinci konsepsiya isə Trampla bağlıdır. Trampa görə, İran İsrailin və ABŞ-ın ekzistensial düşmənidir. Bu məqsədlə İrana güclü təzyiq etmək lazımdır. Hətta Tramp nüvə obyektlərinin vurulmasına çağırışlar belə edib.

Lakin ABŞ-ın indiki administrasiyası Qərb və Tramp variantı arasında bir mövqedədir: həm İranın modernləşməsinin, həm də sərt tədbirlər görülməsinin tərəfdarıdır. Dalğavari mövqe nümayiş etdirir”.

İran və İsrail arasında hazırkı münasibətlərdən danışan politoloq hadisələrin necə inkişaf edə biləcəyinə də diqqət çəkib:

“Tehran, əlbəttə, strateji baxımdan istərdi ki, İsraili məhv etsin. Lakin praktik nöqteyi-nəzərdən müxtəlif proksilərə malik olduğu bir vaxtda İran İsraillə gedən mübarizədən razıdır. İranın proksi yaratmaq imkanı böyükdür. Lakin İsrail belə bir proksi müharibəsi aparmağa qadir deyil. Kimi toplayacaq? İranın ətrafında əsasən müsəlmanlar toplaşıb və onlar arasında İsrail tərəfdarı tapmaq asan məsələ deyil. Bu baxımdan İsrailin mövqeyi zəifdir. Lakin İsrail raket müharibəsi apara bilir. Döyüş təyyarələri var ki, bu, İranda yoxdur. Olanlar da köhnədir və İsrail bu istiqamətdə daha güclüdür. Raketləri və raketdən müdafiə sistemləri daha yaxşıdır. Lakin bir məsələ var ki, İsrailin bu raketləri bahalıdır və azdır. Bu silahları özü istehsal etmir. Onu ABŞ və avropalılar istehsal edib İsrailə çatdırmalıdır. İranda isə ucuzdur və özü istehsal edir. Ona görə də bəziləri hesab edir ki, qısa raket müharibəsində İsrail, amma uzunmüddətli müharibədə İran udacaq. Odur ki, proksi müharibəsi İrana sərf edir və bu müharibəni davam etdirmək istəyir, lakin raket müharibəsindən yayınacaq”.

Markov bildirib ki, Yaxın Şərqdə uzunmüddətli münaqişə nüvə silahının işə düşməsi ilə yekunlaşa bilər ki, bu, dünya ölkələri üçün təhlükəlidir:

“Böyük müharibənin ssenarisi bundan ibarətdir ki, İsrail və İran bir-birinə raket hücumları edir, eskalasiya başlayır, sonra diversiya xarakterli terror müharibəsi aparırlar. Qərb burada çox çətin bir vəziyyətdə qalmış olur. Həm Qərb iki müharibəni maliyələşdirmək məcburiyyətində qalmalı olacaq. Qərbin həm Ukrayna-Rusiya, həm də İran-İsrail müharibəsinə yetəcək silahı yoxdur. Məcbur olub, öz hərbi iqtisadiyyatını işə salmalı olar ki, bu da iqtisadi sistemdə güclü dəyişiklik yaradardı. Siyasi resursları da tükənmiş olar, iki müharibəni eyni anda aparmaq çətindir. Müharibə davam etsə, İranın qüdrəti getdikcə meydana çıxacaq. Müttəfiq islam ölkələri ona tərəf meyil edəcək və İsrailin mövcudluğuna getdikcə təhlükə yaranacaq. Bu isə Qərbi öz hərbi kontingentini Yaxın Şərqə döyüşə göndərməyə gətirib çıxardar.

Daha bir təhlükə isə neftin qiyməti ilə bağlı olacaq. Yaxın Şərqdə müharibə neftin qiymətinə təsir edə bilər. Avropa iqtisadiyyatı neft və qazın qiymətinin artması fonunda böyük çətinliklə üzləşə bilər. Hətta Yaxın Şərqdə hadisələr nüvə silahından istifadəyə kimi inkişaf edə bilər. İsrail İrandan hücum təhlükəsi görsə, tərəddüd etmədən nüvə silahını işə salacaq. Ola bilsin ki, İran nüvə təhlükəsi olacağından ehtiyat etdiyi üçün öz atom silahının əldə olunmasını sürətləndirir və nail olsa, o da İsrailin nüvə hücumuna cavab verəcək ki, bu da dünyada qlobal vəziyyəti dəyişər”.

Dünyapress TV

Xəbər lenti