b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_f940633ee4d657d142e234e62593b630.jpg
  

"Baş tutmayan üçtərəfli Moskva görüşündən böyük ehtimalla imtina edən tərəf Ermənistan olub".

Musavat.com xəbər verir ki, bu sözləri politoloq Zeynal Əmrəliyev sosial media hesabında qeyd edib.

ZEYNAL .png (200 KB)

Politoloqun fikrincə, Ermənistanın bu görüşdən imtina etməsinin mühüm səbəbləri var:

"Rusiyanın paytaxtı Moskvada keçirilən MDB dövlət başçılarının sammitində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında nəzərdə tutulan görüş baş tutmayıb. Rusiya tərəfinin əvvəldən belə bir görüş keçirmək üçün təşəbbüsü var idi. Bu, rəsmi Moskva üçün də danışıqlar prosesində irəli çıxmaq baxımından önəmli idi. MDB sammitində bunun üçün yaxşı fürsət də yaranmışdı. Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov görüşün baş tutmamasına səbəbi "üçtərəfli görüşlə bağlı fikir bəziləri tərəfindən dəstəklənmir" sözləri ilə izah edib. Uşakov konkret kimin görüşdən imtina etdiyini açıqlamasa da, ehtimal ki, bu, Ermənistan tərəfdir. Çünki Azərbaycan Rusiyanın vasitəçilik təşəbbüsünə müsbət baxır və Vladimir Putinin Bakıya səfəri zamanı də bu fikir ifadə edilib. Ancaq Ermənistan bundan imtina edirdi.

Nikol Paşinyanın bu məsələdə Rusiyadan qaçmasının 2 əsas səbəbi var. Birincisi, Zəngəzur dəhlizi ilə bağlıdır ki, bu məsələdə Azərbaycan və Rusiyanın mövqeyi üst-üstə düşür. Paşinyanı qorxudan budur ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlar masasında təklənəcək.

İkinci səbəb isə Ermənistanın Rusiya ilə münasibətləri soyudaraq Qərbə doğru yaxınlaşmaq siyasətidir. Aydın məsələdir ki, İrəvanın Qərbdəki yaxın müttəfiqləri olan ABŞ və Fransa Rusiyanın bu məsələdə təşəbbüsü əlinə almasını istəmir. Hazırda onların təzyiqi ilə hərəkət edən Paşinyanın da bu istəyə boyun əyərək görüşdən imtina etdiyi görünür.

Paşinyanın Moskvada Qərbə yarınmaq üçün atdığı daha bir mühüm addım isə Rusiya hərbçilərinin Ermənistanın Türkiyə və İranla sərhəddən çıxarılması və nəzarətin Ermənistan tərəfinə verilməsi barədə razılıq əldə edilməsi oldu. Rusiyanın buna razılıq verməsi isə şübhəsiz ki, həmin bölgələrin onlar üçün çox da əhəmiyyət daşımaması ilə izah oluna bilər. Rusiyanın hazırda Türkiyə və İranla münasibətləri yaxşıdır. Rusiyanın bu məsələdə israr edib onsuz da münasibətləri gərgin olan Ermənistanı özündən daha da uzaqlaşdırmasının heç bir mənası yoxdur.

Ehtimal ki, Moskvada bağlı qapılar arxasında bununla bağlı şifahi razılaşma da əldə edilib ki, rusların çıxdığı bölgəyə Qərb dünyasından heç kim gəlməyəcəyi barədə Ermənistandan təminat alınıb. Rusiya üçün vacib olan yeganə amil Gümrüdəki hərbi bazanın mövcudluğunu qoruyub saxlamaqdır. Moskvada Əliyev və Paşinyanla ayrı-ayrılıqda görüşən Putin hər iki liderlə Zəngəzur dəhlizi məsələsini müzakirə edib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Azərbaycan və Rusiya prezidentləri arasında Zəngəzurla bağlı müzakirə müsbət keçsə də, Ermənistanın baş naziri yenidən dəhlizin açılmasına qarşı çıxıb. Bu da bir daha görüşdən imtina edən tərəfin Ermənistan olduğunu sübut edir".

Zeynal Əmrəliyev qeyd edib ki, görüşün baş tutmaması yenidən "vasitəçisiz danışıqlar" məsələsini aktuallaşdırıb:

"Azərbaycan və Ermənistan liderləri dəfələrlə həm Rusiya, həm də Qərb liderlərinin vasitəçiliyi ilə görüşlər keçiriblər. Ancaq vasitəçili görüşlərin effektivliyi azdır. Mühüm məsələləri - qeyri-anklav kəndlər, delimitasiya prosesi ilə bağlı müsbət qərarların qəbul edilməsi də iki tərəf arasında birbaşa təmas nəticəsində mümkün olmuşdu. Bu da bir daha onu göstərir ki, vasitəçi olmadan birbaşa təmas hazırda ən uğurlu variantdır".

Xalidə Gəray
Musavat.com

Bölmənin digər xəbərləri

21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı
19 Noyabr 2024 Almaniyadan viza qərarı: 1,3 milyon işçi çatışmazlığı var, yeni sistem tətbiq olunur
18 Noyabr 2024 Almaniyanın vitse-kansleri Azərbaycana gəldi
18 Noyabr 2024 Brejnevi qırıcıların hücumundan xilas edən pilot – Deputat, nazir, marşal olub, qəhrəman adı alıb.
18 Noyabr 2024 Tiflisdə müxalifət yürüş keçirib
18 Noyabr 2024 ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi

Dünyapress TV

Xəbər lenti